Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-696/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “X6 mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X9, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “X6 mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8226/2021 saylı 24 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X6 mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 12.08.2019-cu il tarixindən müvəqqəti məskunlaşmış 12.07.2012-ci il təvəllüdlü X12 hal-hazırda müəssisənin himayəsindədir. Hazırda mənsubiyyətin tanınaraq şəxsiyyyəti təsdiq edən sənədin verilməsi ilə bağlı hüquqi işlər aparılır. Sabunçu rayon Məhkəməsinin 2(008)- 6487/2020 saylı 27.11.2020-ci il tarixli qətnaməsi ilə X6 adı, soyadı və doğum faktı tanınaraq doğum haqqında şəhadətnamə verilmişdir. X2 doğum faktını təsdiq edən hər hansı sənədi əldə etmək mümkün olmadığından, atanın isə naməlum olduğuna əsaslanaraq Sabunçu rayon Məhkəməsinin 2(008)-6487/2020 saylı 27.11.2020-ci il tarixli qətnaməsi əsasında Sabunçu rayon Qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamə verərkən ata və ana adını şərti olaraq qeyd etmişdir. X1 mənsubiyyətinin tanınmasına dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən cavabda bildirilmişdir ki, valideynlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir. X3 şəxsiyyətini təsdiq edən sənəd verilməsinə dair Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə verilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, ana X7 doğum haqqında şəhadətnamə ilə təmin edildikdən və mənsubiyyəti tanındıqdan sonra müraciətə baxıla bilər. Lakin Ana adı şərti verildiyindən mənsubiyyətin tanınması mümkün olmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə verilən sorğuya cavab olaraq X2 doğum faktına dair hər hansı qeydiyyat olmadığı təsdiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8226/2021 saylı 24 sentyabr 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin “X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən ləğv edilərək, Yağmur Məmmədovanın vətəndaşlıq mənzubiyyətinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tanınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qismən əsassız hesab olunmalıdır. Belə ki, Sabunçu rayon Qeydiyyat şöbəsinin sorğuya cavab məktubunda Yağmur Məmmədovanın ata və ana adı və soyadlarının şərti olaraq verilməsi öz əksini tapmışdır. Həmçinin 7 saylı Birləşmiş şəhər Xəstəxanasının cavabında da qeyd edilmişdir ki, X20 doğuş zamanı şəxsiyyətini təsdiq edən sənədi təqdim etməmiş, ad və soyad şərti olaraq qeyd edilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X16 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 cavabdeh orqan tərəfindən iddianın təmin edildiyini və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi nəzdində Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı tələbi “12.07.2012-ci il təvəllüdlü X6 mənsubiyyətinin tanınması” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 29.03.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.6-cı yarımbəndinə əsasən şəxsin valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətinin əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənədlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra 12.07.2012-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər. Azərbaycan Respublikası Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 24.05.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Y.Məmmədovanın 09.02.2021-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydinə baxış keçirilərkən məlum olmuşdur ki, doğum Sabunçu rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli qətnaməsi əsasında nikah olmayan anadan olmuş uşağın doğumu kimi qeydə alınmışdır. Həmin akt qeydində ata haqqında məlumat qrafasında atanın soyadı ananın soyadı ilə “Məmmədova”, adı və ata adı isə “Anar Əhməd oğlu” yazılmışdır. Araşdırma zamanı əldə olunmuş sənədlər (Sabunçu rayon Məhkəməsinin qətnaməsi, V.Əmirlinin ərizəsi) nəzərdən keçirilmiş 12.07.2012-ci il təvəllüdlü Y.Məmmədovanın 7№-li Bakı Şəhər Xəstəxanasında doğulduğu, anası Lamiyə Məmmədovanın şəxsiyyət vəsiqəsi olmadığından ona doğum haqqında tibbi şəhadətnamənin verilmədiyi, habelə sonuncunun yaşayış yerinin müəyyən edilmədiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin tələbinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Y.Məmmədovanın doğumu haqqında akt qeydində, habelə həmin aktın tərtib olunmasına əsas olan sənədlərdə uşağın valideynlərinə dair ətraflı məlumat olmadığından və sorğuda onların doğum tarixi barədə məlumat verilmədiyindən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində valideynlər haqqında axtarış aparılması mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Hazırki işə apellyasiya qaydasında baxılarkən məhkəmənin 02.02.2022-ci il tarixli qərardadı ilə iddiaçı 12.07.2012-ci il təvəllüdlü X6 hər iki valideyninin naməlum olduğunu, o cümlədən doğum haqqında şəhadətnamədə anasının adının şərti olaraq “Lamiyə” yazılmasını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 84 nömrəli 2015-ci il 18 mart tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.8 və 4.1.3-cü yarımbəndlərinin tələblərini nəzərə alaraq, iddiaçının müraciətinin yenidən araşdırılıb müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh Dövlət Miqrasiya Xidmətinə 1 (bir) ay müddətin təyin edilməsi və bunun nəticəsi barəsində cavabdeh inzibati orqan tərəfindən həmin müddət ərzində məhkəməyə məlumat verməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı cavabdeh Dövlət Miqrasiya Xidməti tərəfindən 22.02.2022ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan müəyyən olunur ki, 12.07.2012-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti yenidən araşdırılmış və barəsində ******* saylı 10.02.2022-ci il tarixli qərar qəbul edilmişdir. Məktuba əlavə edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” haqqında ******* saylı 10.02.2022-ci il tarixli qərardan görünür ki, 12.07.2012-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki iş üzrə tələbinə cavab verildiyi, onun tələbinin təmin olunduğu və artıq tərəflər arasında mübahisənin olmadığı müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının “12.07.2012-ci il təvəllüdlü X6 mənsubiyyətinin tanınması” tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-696/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-696/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver