Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-696/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı beş illik pul təminatı məbləğində kompensasiya verilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(112)-4496/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı mərhum həyat yoldaşı X5 üçün nəzərdə tutulmuş xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan İddiaçı iddia tələbini dəqiqləşdirərək Vətən müharibəsi şəhidi mərhum həyat yoldaşı X6 xidməti vəzifəsinin icrası zamanı şəhid olduğu üçün beş illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X5 xx.xx.2020-ci ildə qismən səfərbərliyə cəlb olunaraq N nömrəli hərbi hissəyə göndərilmiş, kəşfiyyat bölməsində kəşfiyyatçı kimi hərbi xidmətə başlamış və xx.xx.2020-ci ildə Talış- Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur. “Hərbi xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq müddətli həqiqi xidmət keçirildikdən sonra, ikinci dəfə müddətli həqiqi hərbi xidmət hesab edilə bilməz, ikinci xidmət müddətdən artıq hərbi xidmət kimi nəzərə alınmalıdır. Əlavə olaraq, iddiaçı ailə başçısını itirməyə görə azyaşlı oğlu X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən hərbi qulluqçular üçün nəzərdə tutulmuş qaydada pensiya ilə təmin edilmişdir. İddiaçı hal-hazırda şəhid ailəsi üzvüdür. İddiaçının mərhum həyat yoldaşı X4 N nömrəli hərbi hissədə kəşfiyyat bölməsində kəşfiyyatçı kimi Vətən müharibəsində xüsusi tapşırıqları yerinə yetirərkən şəhid olması nəzərə alınmamış və cavabdehə müraciət etməsinə baxmayaraq iddiaçıya “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun normaları ilə nəzərdə tutulmuş kompensasiya verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4496/2024 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil edir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi apellyasiya şikayətinə qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırmışdır ki, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edilmədiyindən, İddiaçı iddiası təmin edilməmişdir. Vətəndaş İddiaçı müraciəti əsasında N nömrəli hərbi hissəyə sorğu göndərilmiş və nəticədə müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli, 273 nömrəli əmrdən çıxarışına əsasən sabiq hərbi qulluqçu, şəhid X4 qismən səfərbərliklə hərbi vəzifəli əsgər qismində hərbi xidmətə cəlb olunmuşdur. Sabiq hərbi qulluqçu, şəhid X5 qismən səfərbərliklə hərbi vəzifəli əsgər qismində hərbi xidmətə cəlb olunduğundan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və eyni zamanda məhkəməyə bildirdi ki, qanunvericiliyə əsasən müddətli həqiqi hərbi xidmət bir dəfə olur. İkinci dəfə olduğu halda isə əsgər kimi sayılmır. Məsələ ilə bağlı olaraq hərbi hissə komandirinin əmrindən çıxarış da var. Şəxs müharibəyə kəşfiyyatçı kimi qatılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - AZ-İİ №365825 Nikah haqqında Şəhadətnaməyə əsasən, İddiaçı X5 ilə xx.xx.2020ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 65 nömrəli arayışında qeyd edilmişdir ki, “Verilir, Bakı şəhər Səbail rayon sakini 1999-cu il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən, onun mərhum həyat yoldaşı xx.xx.1998-ci il təvəllüdlü X5 xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb olunaraq, N saylı hərbi hissəyə göndərilmiş və xx.xx.2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarının 1.2.5-ci yarımbəndinə əsasən, X5 şəhid, mərhumun ailəsi isə şəhid ailəsi hesab edilmişdir”. - İddiaçıya məxsus sosial arayışlardakı məlumatlara əsasən, iddiaçı xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə 372,83 manat məbləğində pensiya, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər şəhid ailəsinin üzvlərinə görə 12,0 manat, xx.xx.2021ci il tarixdən arvadına (ərinə) görə 600,00 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2029-cu il tarixədək vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə görə 120,00 manat müavinət alır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 273 saylı əmrindən çıxarışında qeyd edilmişdir ki, “Səfərbərlik ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qəbul edilmiş aşağıda adları göstərilən hərbi vəzifəlilər xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilsin, bütün növ təminatlara qoyulsunlar və müvafiq vəzifələrə təyin olunsunlar.
373. X2, 5-ci taborun rabitə taqımının radio manqasının radiotelefonçusu...Əsas: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə Şöbə və Bölmələrindən gəlmiş adlı siyahıları”. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 17 saylı əmrindən çıxarışında qeyd edilmişdir ki, “Əsgər X1 bölüyünün 1-ci taqım komandirinin müavini, Talış-Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olduğuna görə, xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsın və sənədləri qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsinə göndərilsin. 1988-ci ildə Qəbələ rayonunda anadan olub, Azərbaycanlı, həqiqi hərbi xidmətə xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsi tərəfindən çağırılmışdır. xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Böyük Pirəlli kənd qəbirstanlığında dəfn edilmişdir. Arvadı: İddiaçı, Qəbələ rayonu, Böyük Pirəlli kəndində yaşayır. Əsas: Bərdə regional Asan xidmət mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, AZ-İİ №138418 nömrəli Ölüm haqqında Şəhadətnaməsi”. - Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki “... Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab edilmir...”. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Həmin Qanunun 6-cı maddəsinə müvafiq olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Həmin Qanunun 14-cü maddəsinə görə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən, Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
"Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2004-cü il tarixli 104 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq, Qanunun 20.12ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 61-ci maddəsinə müvafiq olaraq, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 62.1-ci maddəsinə görə, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hesab olunmadığından, iddiaçının mərhum əri isə ehtiyatda olan əsgər qismində hərbi əməliyyatlara cəlb olunduğundan cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4496/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov