Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-697/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi),X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı X5, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı “müharibə veteranlarının nəzərdə tutulan müavinətin xx xxxx 1992-ci ildən hesablanması” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3349/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq müharibə veteranlarına nəzərdə tutulan ödəncin xx xxxx 1992-ci ildən hesalanması vəzifəsinin cvabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Daxili işlər orqanlarına xidmətlə əlaqədar xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 1997-ci il tarixinə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində iştirakı təsdiqlənmişdir. xx.xx.2001-ci il tarixdən İİ dərəcəli əlilliyə görə pensiya təyin edilmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qətnaməsinə əsasən 1992-ci ilin iyul ayından başlayaraq 2018-ci ilin 4 ayı iyun, sentyabr ayları ilə birlikdə müddət 310 ay təşkil etməsinə baxmayaraq, cavabdeh əlilliyə görə pensiyanın üstünə müəyyən olunmuş müharibə veteranlarına ödənci – 11.0 manatı xx.xx.2018-ci il tarixindən başlayaraq hesablamışdır. İddia üzrə hesablama cavabdeh tərəfindən xx.xx.2001-ci il tarixli 613 saylı Prezidentin Fərmanına və xx.xx.2006-cı il 184-111 Qd nömrəli, qanuni qüvvə minmə tarixi xx.xx.2007-ci il dəyişikliyə uyğun aparılır. xx.xx.2018-ci il tarixindən başlanan əlavə isə yanlış hesablamadır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3349/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı müharibə veteranları üçün ödənilən əlavənin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon şöbəsinə həvalə olunması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3349/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarına dəyişiklik edilərək onun adına müharibə veteranları üçün ödənişin-əlavənin 1992-ci ilin iyul ayından başlayaraq hesablanması vəzifəsinin qoyulmasını, cavabdeh isə xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, cavabdehin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, ƏƏSMN yanında DSMF-nun Bakı şəhəri Nərimanov rayon şöbəsi iddiaçıya müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəti xx.xx.2018-ci il tarixdən təyin etmişdir. Müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin veteran vəsiqəsi təqdim edildiyi tarixdən, yəni xx xxxxxx 2001-ci ildən ödənilməsi “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndəsi A.İskəndərov öz apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdirlər. İş üzrə iddiaçı və cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı xx xxx 2018ci il tarixdə 032328 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. İşə əlavə edilmiş pensiya işi materiallarında olan 101867 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon şöbəsi tərəfindən İddiaçı 24.08.01-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon şöbəsinə müraciət edərək müharibə veteranları üçün nəzərdə tutulmuş əlavənin xx xxxx 1992-ci il tarixdən ödənilməsini xahiş etmişdir. Cavabdeh İnzibati orqan ərizəyə cavab olaraq xx xxxxxxxx 2018-ci il tarixli məktubla bildirmişdir ki, ona pensiya hüququnun yarandığı xx.xx.2001-ci il tarixdən qüvvədə olan mövcud qanunvericiliyə uyğun İİdərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixədək ümumi iş stajı-14 il 07 ay. xx.xx.2018-ci il tarixə pensiyanın məbləği 174.63 manat təşkil edirdi. Şöbəyə təqdim edilmiş 032328 saylı xx.xx.2018-ci il tarixli müharibə veteranları üçün nəzərdə tutulmuş vəsiqəyə əsasən pensiyanın üzərinə xx.xx.2018-ci il tarixdən 11.0 manat əlavə edilərək pensiyası 174.63 manat yenidən hesablanmışdır. Bu barədə ona şöbə tərəfindən xx.xx.2018-ci il tarixli xx/xx-2642 saylı məktubla cavab göndərilmişdir. İddiaçı bundan sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2018-ci il tarixdə verildiyindən iddiaçıya ən çoxu üç il olmaqla, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrə qədər olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulmuş pensiyaya əlavə ödənilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırkı iş üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxx 2018-ci il tarixdə qüvvədə olan normaları tətbiq edilməlidir. Həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.6-cı maddəsinə əsasən döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə 11 manat məbləğində əlavə edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanınümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.4-cü maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş əlavələrin təyin edilməsi müddətləri bu qanunun 32.1-32.3-cü maddələri ilə əmək pensiyalarının təyin edilməsi üçün müəyyənləşdirilmiş müddətlərlə eynidir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən əmək pensiyasına əlavələrin təyin edilməsi əmək pensiyalarının təyin edilməsi üçün müəyyənləşdirilmiş müddətlə eyni olması nəzərdə tutulmuşdur. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməməli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3349/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3349/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-697/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-697/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver