Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-697/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “istifadəsində olan torpaq sahəsinin cizgisinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6, 3-cü şəxs X1 və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “istifadəsində olan torpaq sahəsinin cizgisinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, ev 3 ünvanda yerləşən torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ona XDS İcraiyyə Komitəsi tərəfindən 51 saylı 08 may 1954-cü il tarixli qərarı ilə fərdi ev tikintisi üçün Əmircan qəsəbəsi, M.Axundov küçəsi 40A saylı sahə (indiki Əmircan qəsəbəsi, Neftçi küçəsi) 400 kv.m. torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi üzərində lahiyə-smetaya əsasən fərdi ev inşa edilmiş, hal-hazırda qeyd olunan evdə ailə üzvləri ilə birlikdə yaşayır, pasport qeydiyyatındadır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası onun 1954-cü ildən istifadəsində olan torpaq sahəsinə və fərdi evə mülkiyyət hüquqlarını pozur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1993/2012 saylı 24.10.2012-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərar qanuni qüvvəsini aldığından icra üçün 25.01.2013-cü il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinə göndərilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti 05.02.2013-cü il tarixli məktubla iddiaçı X3 27.10.2012-ci il tarixdə vəfat etdiyindən qərarın icrasının mümkün olmadığını bildirmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı X2 vərəsəsidir. 24.11.2020-ci il tarixdə X4 ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)-1993/2012 saylı 24.10.2012-ci il tarixli qərarının ləğv edilməsi və onun üçüncü şəxs kimi işə cəlb olunmasını xahiş etmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinin 2in(82)-1993/2012 saylı 17.02.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 1993/2012 saylı 24.10.2012-ci il tarixli qərarı ləğv edilmiş və X4 üçüncü şəxs kimi işə cəlb olunmuşdur. 21.04.2021-ci il tarixli qərardadla iddiaçı X2 əsl İddiaçı ilə əvəz olunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. məhkəmənin 11 ildən sonra iddianın mümkünlüyünü yoxlaması qanunsuzdur. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qeyri-obyektivdir. ünvan 3 ünvan deyildir. Ünvan ünvan 4dən də qərardad ləğv edilməli və obyektiv araşdırılma aparılmalıdır. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X13 şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs X5 və onun vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə mərhum iddiaçı Pikəxanım Əliyevanın cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı tələbi “istifadəsində olan Bakı şəhəri, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, ev 3 ünvanda yerləşən torpaq sahəsinə cizginin verilməsi” ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mərhum iddiaçını onun vərəsəsi olan İddiaçı ilə əvəz etmiş, işin baxılmasına keçdikdə isə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməzdən qabaq müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etməsi barədə hər hansı bir sübutu təqdim etmədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin X2 (əvvəlki iddiaçı) müraciətinə cavab olaraq ona ünvanlanmış Ə/107 saylı 05.06.2012-ci il tarixli məktubundan görünür ki, X2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciətinin məzmunu “fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, M.Axundov küçəsi, 40A nömrəli sahədə ayrılmış 400,0 kv.m torpaq sahəsinin cizgisinin verilməsinə köməklik göstərilməsi” haqqında olmuşdur. Yəni, hazırki işdə mərhum iddiaçının cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “istifadəsində olan Bakı şəhəri, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, ev 3 ünvanda yerləşən torpaq sahəsinə cizginin verilməsi” tələbinə dair iddiası ilə bağlı rəsmi qaydada müraciət etməsi halı müəyyən olunmur. Halbuki Qanunun tələbindən də göründüyü kimi, iddiaçı hazırki tələblə bağlı ilk növbədə inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən müvafiq inzibati akt təqdim edildikdən və ya bu barədə yazılı məlumat verildikdən sonra iddia ilə məhkəməyə müraciət etməlidir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən “ünvan 5 ünvanının hazırda ünvan 6sı” barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 02.03.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olmuş məktubda qeyd edilmişdir ki, ünvan 7 ünvanı ilə ünvan 8ekvizitlərinin eyni olması barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, mərhum iddiaçı Pikəxanım Əliyevanın iddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, ev 3 ünvanında yerləşən torpaq sahəsinə cizginin verilməsi ilə bağlı olsa da, məhkəmədən qabaq inzibati orqana müraciəti məhz həmin ünvanla bağlı deyil, cavabdeh inzibati orqanın 05.06.1012-ci il tarixli imtina məktubunda da qeyd olunduğu kimi, ünvan 7 ünvanı ilə bağlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-697/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-697/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver