Məhkəmə qərarları › İş №2-1(103)-698/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-698/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-698/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8219/2022 saylı 05 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İddiaçıya məxsus NZ seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli hərbi biletdən görünür ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1970-ci ildən xx.xx.1978ci ilədək Kalinina adına sovxozda fəhlə (08 il 02 ay 05 gün), xx.xx.1989-cu ildən xx.xx.2005-ci ilədək 4 saylı Təmir Tikinti İdarəsində fəhlə (16 il 17 gün) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş arxiv arayışına əsasən iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək Bakı Şin Zavodunun hazırlıq sexində 3 dərəcəli rezin məmulatları soyuducusu və 2-ci peşə elektrik kara sürücüsü vəzifəsində işləmişdir. Təhsil Nazirliyi Lahiyyə İnstitutunun Binasında yerləşən Tələt Şıxəliyev 25 Təhsil Nazirliyinin 4 nömrəli Təmir Tikinti İdarəsinin arayışından görünür ki, İddiaçı xx.xx.1989-cu ildən xx.xx.2005-ci il tarixədək 4 nömrəli Təmir Tikinti İdarəsində fəhlə olaraq fəaliyyət göstərmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı 11 mart 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun təqdim etdiyi xx.xx.1973-cü il tarixli əmək kitabçasına, hərbi biletinə əsasən sığorta stajı (xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək olan müddət də nəzərə alınmaqla) 11 il 07 ay təşkil edir. Onun xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11 il 3 ay sığorta stajına uyğun olaraq 9147.68 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 547.07 manat olmaqla, ümumilikdə 9695.75 manat təşkil edir ki, bu məbləğ də pensiya yaşının tamam olduğu tarixə qanunvericilikdə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1989-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. xx.xx.2022-ci il tarixdə X2 nəticəsinə əsasən əmək kitabçasında qeydə alınmış 4 saylı Təmir Tikinti İdarəsinin yerləşdiyi ünvan məlum deyildir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdən, yəni 65 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin hərbi xidmət illəri nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. O, yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 25 ildən az olmasına, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının toplanmaması səbəbi ilə pensiya təyin olunmasından imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, xx.xx.1989cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş 4 saylı Təmir Tikinti İdarəsinin yerləşdiyi ünvan məlum olmamışdır. Qeyd olunanları nəzərə alaraq, mübahisələndirilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11 il 03 ay sığorta stajına uyğun olaraq 9.147,68 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 548,07 manat olmaqla, ümumilikdə 9.695,75 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericilikdə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən 240 manat az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8219/2022 saylı 05 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilməsinin, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1973-cü il tarixli əmək kitabçasına, hərbi biletinin surətinə əsasən İddiaçı sığorta stajı 11 il 7 ay (mübahisələndirilməyən dövrlər) təşkil edir. xx.xx.1973-cü il tarixli iddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1989-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinq nəticəsinə əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş 4 saylı Təmir Tikinti İdarəsinin yerləşdiyi ünvan məlum edilə bilməmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, 4 saylı Təmir Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmiş, sözügedən müəssisə özəlləşdirilərək, dövlət mülkiyyətinə keçmişdir. Həmçinin, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “4 saylı Təmir Tikinti İdarəsi” adı ilə 17 statistik vahidin qeydiyyata alınmasına dair məlumat mövcud olduğu müəyyən olunmuşdur və bu statistik vahidlər barəsində qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində hər hansı əlavə bir məlumat mövcud olmamışdır. İddiaçının əmək kitabçasında xx.xx.1989-xx.xx.2005-ci illərdəki əmək fəaliyyəti dövrü barədə qeydlər mövcud olsa da, İddiaçı müvafiq əmək fəaliyyəti dövrləri ərzində əmək haqqı alıbalmaması (əmək haqqı cədvəlləri) barədə və bu faktı təsdiqləyən mötəbər sənəd məhkəmə araşdırması zamanı müəyyən edilmədən yekun qərar qəbul edilmişdir. İddiaçı müvafiq əmək fəaliyyəti dövrləri ərzində əmək haqqı alıb-almaması faktı işin hallarına və müvafiq olaraq qanuni qərar qəbul olunmasına birbaşa təsir edir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(112)-8219/2022 nömrəli Qərarının qanuna zidd və əsassız olduğunu hesab edirik. Belə ki, əmək kitabçası və ya kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçı xx.xx.1989-xx.xx.2005-ci illərdəki əmək fəaliyyəti dövründə əmək haqqı (aylar üzrə) alması barədə faktı təsdiqləyən mötəbər sübut olmadığından belə nəticəyə gəlmək mümkündür ki, İddiaçı müvafiq dövrlərdə sığortaolunan kimi qeydiyyatı olmadığından müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı (MDSS) ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edilir ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsaslanır. Qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnaməsinə istinad edərək, xx.xx.1989-cu ildən xx.xx.2005-ci il tarixədək 4 saylı Təmir Tikinti İdarəsində işlədiyi müddət ərzindəki 16 (on altı) il iş stajını şübhə altına alaraq, həmin əsasnamədə göstərilən bir sıra sənədlərin sübut olaraq təqdim olunmasını tələb edir. Lakin cavabdeh nəzərə almır ki, qeyd olunan əsasnamənin 3-cü bəndində əmək kitabçası və ya lazımı olan qeydlər olmadığı təqdirdə göstərilən sənədlər sübut olaraq təqdim edilməsi qeyd olunmuşdur. Tərəfindən məhkəməyə sübut olaraq təqdim etdiyi əmək kitabçasında müvafiq qeydlər öz əksini tapmışdır. Cavabdeh tərəfindən onun mübahisələndirilən iş stajı xx.xx.1989-cu ildən xx.xx.2005-ci il tarixədək olan müddəti əhatə edir, həmin müddətdə, yəni 1992-ci ildən xx.xx.2006-cı il tarixədək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu qüvvədə olmuşdur. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Keçmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Ali Məhkəmənin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubu məhkəmələrə ünvanlanmışdır. Həmin məktuba əsasən vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edildiyi qeyd edilmişdir və bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınmasını məhkəmələrə tövsiyə olunmuşdur. 4 saylı Təmir Tikinti İdarəsində əmək münasibətlərinə xx.xx.1989-cu il tarixdən başlamış və qeyd olunan tarixdə əmək stajının sığorta stajına daxil ediləsinə dair “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvar ayın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Cavabdeh onun yaşa görə əmək pensiyasınnı təyin olunmasına dair ərizəsinə edilmiş imtina məktubunda imtina üçün 4 saylı Təmir Tikinti İdarəsinin ünvanının məlum olunmadığını əsas gətirmişdir. Lakin birinci instansiya məhkəməsi baxışı zamanı edilmiş sorğuya cavabdan məlum olmuşdur ki, 4 saylı Təmir Tikinti İdarəsinin ünvanı ünvan 3mişdir. Qeyd olunan idarədə işləməsini təsdiq edən arayış da məhkəməyə təqdim olunmuşdur. Həmçinin onun 4 saylı Təmir Tikinti İdarəsinin işləməsini şahid qismində məhkəmə baxışında dindirilmiş həmin idarənin təsisçisi M.N.Mahmudovun qardaşı X8 təsdiq etmişdir və həmin dövrdə işləyən digər əməkdaşların da şəxsiyyət vəsiqələrini məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, 4 saylı Təmir Tikinti İdarəsində işləməyi daxil olmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən (yəni 26 il 04 ay 26 gün) çox ümumi iş stajı mövcuddur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun işlədiyi müəssisə olan 4 saylı Təmir Tikinti İdarəsinin yerləşdiyi ünvanın məlum olmaması, onun tərəfindən 25 il ümumi iş stajının toplanmaması, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının işlədiyi müəssisənin mövcud olmasının sorğular əsasında müəyyən edilməsinə və onun 25 ildən artıq, yəni 26 il 04 ay 26 gün ümumi iş stajının olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1957-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müəssisənin arxiv arayışını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Bununla yanaşı, qanunvericiliyin yuxarıda bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1970-ci ildən xx.xx.1978ci ilədək Kalinina adına sovxozda fəhlə (08 il 02 ay 05 gün), xx.xx.1989-cu ildən xx.xx.2005-ci ilədək 4 saylı Təmir Tikinti İdarəsində fəhlə (16 il 17 gün) vəzifəsində işləmişdir. Həmçinin Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş arxiv arayışına əsasən iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək (2 il 2 ay 3 gün) Bakı Şin Zavodunun hazırlıq sexində 3 dərəcəli rezin məmulatları soyuducusu və 2-ci peşə elektrik kara sürücüsü vəzifəsində işləmişdir. Bu fakt Təhsil Nazirliyi Lahiyyə İnstitutunun Binasında yerləşən Tələt Şıxəliyev 25 Təhsil Nazirliyinin 4 nömrəli Təmir Tikinti İdarəsi tərəfindən verilmiş arayışla da öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.1 bəndinə görə, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Qanuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən olunur. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, iddiaçının xx.xx.1970xx.xx.1978-ci il tarixədək Kalinin adına sovxozda işlədiyi müddət onun xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövrlə üst-üstə düşür. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının razılığı ilə və “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə xx.xx.1970-xx.xx.1978-ci illər üzrə olan dövrü kəsintisiz olaraq nəzərə almışdır. Beləliklə, iddiaçının xx.xx.1970- xx.xx.1978-ci illərdə sovxozda fəhlə (08 il 02 ay 05 gün), xx.xx.1989-xx.xx.2005-ci illərdə 4 saylı Təmir Tikinti İdarəsində fəhlə (16 il 17 gün), həmçinin "xxxx" ASC-nin arxiv arayışına əsasən xx.xx.1978-xx.xx.1980-ci illərdə (2 il 2 ay 3 gün) Bakı Şin Zavodunda işlədiyi müddət də nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək ümumilikdə iş stajı 25 ildən çox təşkil edir. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina olunarkən onun işlədiyi 4 saylı Təmir Tikinti İdarəsinin yerləşdiyi ünvanın məlum olmamasına, onun tərəfindən 25 il ümumi iş stajının toplanmamasına, eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması və buna görə də pensiya hüququnun yaranmamasına istinad olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin sorğularına cavab olaraq məhkəməyə daxil olmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məktubunda qeyd edilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış 4 saylı Təmir Tikinti İdarəsinin qanuni təmsilçisi X6, hüquqi ünvanı isə AZ1029, ünvan 4ətnamədə və nizamnamədə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məktubunda 4 saylı Təmir Tikinti İdarəsinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan görünür ki, 4 nömrəli Təmir Tikinti İdarəsi özəlləşdirilmişdir və hüquqi ünvanı ünvan 5 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “4 saylı Təmir Tikinti İdarəsi” adı ilə 17 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlar statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron məlumat bazasından əldə olunmuş məlumatdan da göründüyü kimi, 4 nömrəli Təmir Tikinti İdarəsinin (VÖEN: **********) hazırki təsisçisi də M.N.Mahmudovdur ki, onun qardaşı da birinci instansiya məhkəməsində verdiyi izahatda 4 nömrəli Təmir Tikinti İdarəsinin həmin dövrlərdə (1989-2005) fəaliyyətdə olmasını təsdiqləmişdir. Eyni zamanda iş materiallarında olan M.N.Mahmudovun əmək kitabçasından da göründüyü kimi, o, 4 nömrəli Təmir Tikinti İdarəsinin rəisi vəzifəsində işləmişdir. Bundan başqa apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinə sorğular əsasında təqdim olunmuş sənədlərə baxış keçirilərkən müəyyən olundu ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məktubuna əlavə olunmuş 4 saylı Təmir Tikinti İdarəsinin nizamnaməsinin “1. Ümumi maddələr” bölməsində müəssisənin Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1998-ci il tarixli 354 saylı qərarına və Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin xx.xx.1991-ci il tarixli 582 saylı əmrinə əsasən yaradıldığı qeyd olunmuşdur. Həmin sənədlər sırasında yer alan Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin xx.xx.1991-ci il tarixli 582 saylı Əmrinin məzmununa görə, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin Təmir-Tikinti Trestinin nəzdində Bakı şəhərində 4 No-li Təmir-Tikinti İdarəsinin yaradılması qərara alınmışdır. Beləliklə, iddiaçının xx.xx.1989-cu ildən xx.xx.2005-ci ilədək fəhlə işlədiyi 4 saylı Təmir Tikinti İdarəsinin həm əmək kitabçasının şübhə doğurmaması, həm də sorğulara cavab məktublarının məzmununa görə fəaliyyətdə olmuş müəssisə olduğu müəyyən edilmişdir. Cavabdehin istinad etdiyi hal- iddiaçının işlədiyi 4 nömrəli Təmir Tikinti İdarəsinin ünvanının müəyyən edilməməsi barədə gətirdiyi dəlillə bağlı isə qeyd olunmalıdır ki, bu hal iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1989-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan (cavabdeh tərəfindən mübahisələndirilən) dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1989-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi müddət də onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixə ümumilikdə 25 ildən artıq iş stajı vardır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərtinin ödənildiyi anlamına gəlir və buna görə də qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “ona 65 yaşdan əmək pensiyası təyin olunması” ilə bağlı tələbi əsaslı olduğu üçün onun digər “pensiya hüqüqunun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi” ilə bağlı tələbi də əsaslı olub, təmin olunmalıdır. Kollegiya hesab edir ki, hər iki tələbin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8219/2022 saylı 05 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8219/2022 saylı 05 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar