Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-699/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Cavabdehin vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X13 Xüsusi X4rşı pensiyanın təyin olunması tələbnə dairi inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4492/2019 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4492/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və ödənilməsi tələbi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X9 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X13 Xüsusi X4rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 26 ildən yuxarı ümumi və 20 ildən yuxarı xüsusi stajının olduğunu nəzərə alaraq ona hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və ödənilməsi tələbinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci ildə X8 Trestinin «Azneftkimyaquraşdırma» İdarəsində ikinci dərəcəli elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlamış, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər hərbi xidmətdə olmuş, sonra xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilə qədər həmin idarədə dördüncü dərəcəli elektrik qaynaqçısı kimi işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilə qədər RMU Tresti «Azsantexmantaj»-da altıncı dərəcəli elektrik qaynaqçısı, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər «Azkoontikintiquraşdırma» trestinin 16 saylı tikinti idarəsində 6-cı dərəcəli elektrik qaynaqçısı işləmiş, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər 2 №-li X14 Trestinin RTHTTQ sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək «Azkoptikintiquraşdırma» trestinin 16 saylı tikinti sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər N saylı hərbi hissədə çilingər, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər «Azərmetaltəmirtikinti» İB-nin X1 İdarəsində çilingər, xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilədək həmin müəssisədə elektrik qaynaqçısı işləmişdir. Onun xx.xx.2006-cı ilə qədər 26 il 4 ay ümumi, 20 ildən çox isə güzəştli iş stajı mövcuddur. Pensiya təyin olunması üçün cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi və vəkili D.Novruzov apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, məhkəmə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahıya istinad etməsi haqlı deyildir. Ona görə ki, məhkəmə iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək həm ümumi, həm də güzəştli iş stajına malik olduğu əsasından çıxış etmişdir. NK- nin xx xxxxxx 2007-ci ildən qüvvəyə minib. Dolayısı ilə, İddiaçının çalışdığı dövrdə qüvvəyədə olmayan Qərara/Siyahıya istinad əsaslı deyildir.Digər tərəfdən, məhkəmə konkret olaraq, müvafiq peşə adını göstərə bilməyib; sadəcə olaraq, 35-ci Bölmənin adını qeyd edib. Həmin bölmədə adında “elektrik qaynaqçısı" ifadəsi olan 4 peşə vardır:rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları;rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları;təhlükəliliyi 3cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli fiyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları;əl ilə qaynaq aparan elektrik qaynaqçıları. Məhkəmənin iddiaçının peşəsini bunlardan hansına aid etdiyi bəlli deyildir.İddiaçı, güzəştli iş stajı barədə hər hansı arayış təqdim etməyib. Halbuki Əmək və X7 Nazirliyinin Kollegiyasının 17 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda. Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs “əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya htiququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4492/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının adına tərtib olunmuş pensiya işinin əsli İdarədən tələb olunmuş və iddiaçıya pensiya təyin olunmasından imtina olunduğu üçün həmin qovluq materialları məhkəməyə təqdim olunmamışdır. İşdə olan AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Qazax rayonunda doğulmuşdur. İşdə olan NZ ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər X8 Trestinin «Azneftkimyaquraşdırma» İdarəsində ikinci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilə qədər həmin idarədə dördüncü dərəcəli elektrik qaynaqçısı kimi işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilə qədər RMU Tresti «Azsantexmantaj»-da altıncı dərəcəli elektrik qaynaqçısı, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər «Azkoontikintiquraşdırma» trestinin 16 saylı tikinti idarəsində 6-cı dərəcəli elektrik qaynaqçısı işləmiş, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər 2 №-li X14 Trestinin RTHTTQ sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək «Azkoptikintiquraşdırma» trestinin 16 saylı tikinti sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər N saylı hərbi hissədə çilingər, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər «Azərmetaltəmirtikinti» İB-nin X1 İdarəsində çilingər, xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilədək həmin müəssisədə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçı ərizə ilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli **********7 №-li məktubdan görünür ki, İdarə tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə məktub ünvanlanmışdır İmtinaya səbəb kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən az ümumi iş stajının olması qeyd olunmuşdur. Hazırda iddiaçı ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia təmin olunmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikasının Qanununda dəyişiklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD №-li Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər AR Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. İddiaçının əmək kitabçasından görünür ki, onun 57 yaşı tamam olduğu xx.xx.2017-cı il tarixə qədər 26 il 4 ay 5 gün ümumi iş stajı (hərbi xidmət daxil etməklə), 19 il 1 ay 19 gün zərərli iş stajını tamamlamışdır. Belə ki, iddiaçının işlədiyi elektrik qaynaqçısı vəzifəsi AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsində öz əksini tapmışdır. AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Əmək kitabçasında olan məlumatlara əsasən iddiaçının işlədiyi iş yerləri dövlət müəssisələri olmuşdur. AR ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati orqanın iddiaçının xx.xx.2006-ci il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi əsası ilə pensiyanın təyin edilməsindən imtinasını əsassız hesab edərək haqlı olmuşdur. Məhkəmə qərarında iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək həm ümumi, həm də güzəştli iş stajına malik olduğu əsasından çıxış etmişdir. Lakin birinci instansiya məhkəməsinin qərarında iddiaçının çalışdığı dövrdə qüvvədə olmayan AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərara istinad edilməsi düzgün deyil, çünki həmin Qərar xx xxxxxx 2007-ci ildən qüvvəyə minib. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən birinci instansiya məhkəməsinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahıya istinad etməsi haqlı olmaması dəlili ilə razılaşır və hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunarkən AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarın 2 nömrəli Əlavəsi olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahının XXXİİİ. Ümumi peşələr fəslinin 23200000-19906 kodu altında olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə aid edilməlidir. Eyni zamanda apellyasiya şikayətində göstərilən iddiaçının güzəştli iş stajı barədə hər hansı arayışın təqdim edilməməsi dəlillərini qəbul etmir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının pensiya hüququ 57 yaşı tamam olduğu xx.xx.2017-cı il tarixdən yaranmışdır. Cavabdehin apelyasiya şikayətində istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” AR Əmək və X7 Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixdə 17 nömrəli qərarı ilə təsdiq edildiyindən iddiaçıya Qaydaların 3.2.6cı bəndi və Qaydaların 2 nömrəli Əlavəsi tətbiq edilə bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4492/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-699/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-699/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver