Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-699/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2-1(112)-2189/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2-1(112)-2189/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 57 yaşdan, yəni 04.02.2019-cu il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 20.07.2020-ci il tarixli 2-1(103)-1341/2020 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2-1(112)-2189/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən və məruzəçi İddiaçı, hakimlər E.Nağıyeva və H.Həmidov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 11.11.2020-ci il tarixli 2-1(102)- 2038/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 20.07.2020-ci il tarixli 2-1(103)-1341/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi R.Nəbizadə, hakimlər Z.Quliyev və İ.Şəfiyev). Məhkəmə kollegiyasının 23.12.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2189/2020 saylı, 12.03.2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmiş, ona 57 yaşdan, yəni 04.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 31.10.2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “Asan xidmət” Mərkəzinə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, işlədiyi müddətdə xüsusi ilə zərərli və ağır işlərdə müxtəlif vaxtlarda işləmişdir. 1983-cü ildən əmək stajı vardır. Buna görə də, o, lazımı sənədləri təqdim etmişdir. Xahiş etmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına köməklik etsinlər. Lakin, cavabdeh onun müraciətinə imtina cavabı verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarıi lə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalılşan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd edilənlərə əsasən Dövlət Sosial Müdafiə Fondun ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Amma Fondun bu qərarı əsassızdır. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçının “xxxx” 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsində çalışdığı bənna işi ilə Nazirlər Kabinetinin adıçəkilən Qərarının 29 nömrəli bölməsində göstərilən bənna işi uyğunlaşdırıla bilməz. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən bənna peşəsi bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalara aiddir. İddiaçının çalışdığı bənna işinin hansı şəraitdə görüldüyünü İdarəyə təqdim olunmuş sənədlər əsasında müəyyən etmək mümkün deyil. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Sumqayıt Üst Trikotaj Fabrikası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Sumqayıt Üst Trikotaj Fabrikasında gözətçi kimi işləmişdir. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 22.04.1981-ci ildən 11 may 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnologiya Kolleci tərəfindən verilmiş 60 nömrəli, 10.03.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən keçmiş Bakı Politexnik Texnikumunun 13.07.1979-cu il tarixli 274 nömrəli əmrinə əsasən, əyani şöbəsinin “Sənaye Mülki Tikinti” ixtisasına qəbul edilmiş, 16.05.1981-ci il, 146 nömrəli əmrlə hərbi xidmətə getmişdir. 23.05.1983-cü il, 395-C nömrəli əmrlə həmin ixtisasa bərpa edilərək, 18.06.1984-cü il, 200-C nömrəli əmrlə texnikumu bitirmiş, ona “texnik-inşaatçı” ixtisas dərəcəsi, qeydiyyat № 781/15, ЖТ018197 nömrəli diplom verilmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətdindən görünür ki, X4 23.05.1983-cü il tarixdən, 25.10.1983-cü il tarixədək, 18.09.1984-cü il tarixdən 15.10.1999-cu il tarixədək, 16.10.1999-cu il tarixdən,19.10.2000ci il tarixədək, 30.08.2000-ci il tarixdən 29.03.2002-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmış, 01.04.2002-ci il tarixdən isə “xxxx” ASC-də yardımçı qurğuların mühəndisi vəzifəsinə təyin edilmiş, 04.04.2003-cü il tarixdən isə Yardımçı Qurğular mühəndisi vəzifəsinə təyin edilmiş, hal-hazırda işləməkdə davam edir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 05 nömrəli, 17 may 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən “xxxx” 4 №-li Trestin 45 №-li Tikinti İdarəsində 18.09.1984- cü ildə 3-cü dərəcəli bənna işinə qəbul edilmişdir. 02.01.1985-ci ildə 4-cü dərəcəli bənna işinə keçirilmişdir. 01.11.1994-cü ildə 5-ci dərəcəli bənna işinə keçirilmişdir. 01.01.1995-ci ildə yenidən iş icraçısı vəzifəsinə keçirilmişdir. 15.03.1997-ci ildə texniki istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 15.10.1999-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37- ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarına əsasən 35 №-li bölmənin: “Ümumi peşələr”elektrik qaynaqçıları və 29 № li bölmənin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” – a) bəndi – fəhlələr: (bənnalar briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar”) və b) bəndi – rəhbərlər və mütəxəssislər: “tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının olmadığına istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçının 04.02.2019-cu il tarixdə iddiaçının 57 yaşı olmuş, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006- cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi eləcə də, qeyd etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbsdə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 05 nömrəli, 17 may 2019-cu il tarixli arayış iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayış mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsaslanaraq birinci instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında iddiaçının işlədiyi bənna peşəsinin Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarına əsasən 29 №-li bölmənin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” a) bəndi - fəhlələr: (bənnalar briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar”) peşəsinə uyğun olduğu məhkəmə qərarında gəldiyi nəticənin əsaslandırmaması, həmçinin, Siyahıda ayrıca bənna peşəsi Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə qeyd edildiyi, iddiaçının bu sahədə işləməsi araşdırılmaması, bənnalar briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənna işləməsinə aydınlıq gətirilməməsi göstərilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişlərini nəzərə alaraq məhkəmə tərəfindən AR “xxxx” ASC-nə sorğu göndərilmişdir. AR “xxxx” ASC-nin məhkəməyə ünvanlandığı 26.04.2021-ci oil tarixli, 02 saylı arayışında göstərilmişdir ki, İddiaçı “ xxxx” 4 nömtəli Trestin 45 nömrəli Tikinti idarəsində 18.09.1984-cü ildə (əmr 63 k, 18.09.84-cü il ) 3-cü dərəcəli bənna işinə qəbul edilmişdir. V. Məmmədov 4 nömrəli Trestin 45 nömrəli Tikinti idarəsinin ən mühüm obyekti olan Teleqüllənin tikintisində bənna briqadasında çalışmışdır. 02.01.1985-ci ildə 4-cü dərəcəli bənna işinə keçirilmişdir, (əmr İ kc, 05.01.1985-ci il).01.09.1992-ci ildə iş icraçı vəzifəsinə keçirilmişdir, (əmr 28 kc , 01.09.1992-ci il);01.11.1994-cü ildə isə Bakı Dövlət Universitetinin tikintisində 5-ci dərəcəli bənna işinə keçirilmişdir, (əmr 42 k,27.l 1.94-cü il); 01.01.1995-ci ildə yenidən iş icraçısı vəzifəsinə keçirilmişdir (əmr İ k , 01.01.1995-ci il); 15.03.1997-ci ildə texniki istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir (əmr 7 k , 15.03.1997-ci il); 15.10.1999-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci əsasən öz xahişi ilə işdən asad edilmişdir (əmr 7 k , 1 5.10.1999-cu il); 01.05.1995-ci il tarixindən 4 nomrəli Trest və onun nəzdində olan tikinti idarələri (“xxxx” Dövlət Şirkətinin 27.04.1995-ci tikinti idarələri 68 əmri ilə ) ləğv olunmuşdur və onun bazasında “Bakısənayetikinti “Birliyi yaradılmışdır; 01.03.2001-ci il tarixindən “Bakısənayetikinti’’ Birliyi (Dövlət Əmlak Nazirliyinin 23.08.2000-ci il tarixli 137 nömrəli sərəncamı ilə) ləğv olunmuşdur və onun bazası əsasında “xxxx”ATSC-i yaradılmışdır; 13.04.2004-cü il tarixindən “xxxx” X6 Cəmiyyəti Ədliyyə Nazirliyinin 13.04.2004-cü il tarixli 0104-P 51- 39852 nömrəli sərəncamı ilə “xxxx”Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Beləliklə, işdə olan sənədlərə əsasən iddiaçının 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajın mövcud olduğu müəyyən edilir. İddiaçının əmək kitabçasına və güzəştli arayışına görə o, 18.09.1984-01.09.1992-ci illərdə (07 il 11 ay 13 gün) bənna; 01.09.1992-01.11.1994-ci illərdə ( 02 il 01 ay) iş icraçısı; 01.11.1994-01.01.1995-ci illərdə ( 02 ay) bənna; 01.01.1995-15.03.1997-ci illərdə (02 il 02 ay 14 gün) iş icraçısı işləmişdir və onun 01.01.2006-cı il tarixə qədər güzəştli iş stajı 14 il 09 27 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlı XXVİİ bölməsinin 2290000a kod nömrəli güzəştli iş stajı verən “fəhlələr” a) bəndində 2290000a—12680 kod nömrəli bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsi güzəştli iş stajı olan peşə kimi qeyd edilmişdir. Həmçinin, 2 saylı Siyahıda XXVİİ bölmədə 1-ci yarımbölmədə Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 nömrəli Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) a) bəndində bənnalar (2290100a-12680) peşəsi göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2-1(112)-2189/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-699/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-699/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver