Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-7/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə 3-cü şəxsin nümayəndəsi X5 və onun vəkili Vəkil1, Birinci iş üzrə üçüncü şəxs, ikinci iş üzrə iddiaçı X2 nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X6, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-799/2019 nömrəli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti və iddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs İddiaçı) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1732/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən birləşdirilmiş inzibati işlərə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbi üzrə birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X6) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Xəzər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər RİH başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli Sərəncamına əsasən Xəzər rayonu, Qala qəsəbəsi, X11 İdarəsinin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi onun istifadəsinə verilmişdir. Torpaq sahəsi onun istifadəsinə verildikdən sonra o, müvafiq dövlət orqanlarına müraciət edərək müəyyən olunmuş qaydada kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər almışdır. Belə ki, 25 iyul 2014-cü il tarixdə "xxxx" ASC tərəfindən “Su təchizatı şəbəkəsinə qoşulmaya dair” texniki şərt alınmışdır. Həmin texniki şərt "xxxx" ASC “Sukanalı” Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən hazırlanmış və 22 oktyabr 2014-cü il tarixində ona təqdim edilmişdir. Eyni zamanda, "xxxx" ASC-yə də müraciət edilmiş və elektrik enerjisinin təchiz edilməsi üçün texniki şərt alınmışdır. Buna əsasən iddiaçı 566,60 manat rüsum ödəmiş və gücü 12 kVt olan transformatorun quraşdırılmasına icazə verilmişdir. Göründüyü kimi, torpaq sahəsi onun istifadəsinə verildikdən sonra o, müvafiq texniki şərtlər almış və ərazidə təmizləmə işləri aparmışdır. Köhnə tikili və məişət tullantıları onun vəsaiti hesabına ərazidən daşınaraq ərazi təmizlənmişdir. Dövlət idarələrindən müvafiq sənədlərin alınmasına görə müəyyən qədər vaxtın keçməsi ilə əlaqədar olaraq torpaq sahəsində o, hansısa tikinti işləri görməmişdir. Dövlət orqanlarından texniki şərtlərin alınması ilə yanaşı eyni zamanda o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilərək ona məxsus olan torpaq sahəsinin layihələndirilməsi üçün müqavilə bağlanmışdır. "xxxx" MMC tərəfindən hazırlanan layihə Bakı şəhəri Xəzər RİH-in Rayon Təsərrüfat şöbəsi tərəfindən təsdiq edilərək ona verilmişdir. Bu müddət ərzində ona məlum olmayan bir səbəbdən Bakı şəhəri Xəzər RİH Başçısının başqa bir sərəncamı ilə eyni ərazi vətəndaş X3 verilmişdir. Bu barədə 2018-ci ilin noyabr ayının ortalarında ona ayrılmış əraziyə elektrik və su xətlərinin çəkilməsi məqsədi ilə ustaları apardıqda məlumat verilmişdir. Yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün Bakı şəhəri Xəzər RİH Başçısının 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamının ləğv edilməsi zəruridir. Eyni torpaq sahəsinin iki şəxsə ayrılması barədə hazırda sərəncam mövcuddur. Torpağın ona (iddiaçıya) ayrılması barədə sərəncam yuxarıda da göstərildiyi kimi 2013-cü ilin 23 dekabrında verilmişdir. Göstərilənlərə əsasən, cavabdeh Bakı şəhəri Xəzər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamının ləğv olunması məhkəmədən xahiş edilir. Cavabdeh Bakı şəhəri Xəzər RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlandığı məktub onunla əsaslandırılmışdır ki, 8 fevral 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Xətai RİH-in 19 may 2015-ci il tarixli 175 nömrəli sərəncamına əsasən Qala qəsəbəsi, Bakı – Qala yolunun qərb hissəsində RPİ-nin DYP Şöbəsinə yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün ayrılmış 0,4 ha torpaq sahəsindən əlavə cərimə meydançasının genişləndirilməsi məqsədilə üçüncü şəxs X3 0,2 ha torpaq sahəsi icarəyə verilmiş və orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. Həmçinin, İddiaçı məhkəməyə iddia verməzdən öncə ilk növbədə inzibati orqana (Bakı şəhəri Xəzər RİH-ə) sərəncamın ləğv edilməsi tələbi ilə müraciət etməli və inzibati orqan bununla bağlı qərar qəbul etməlidir. İddiaçı verilmiş qərarla razılaşmadığı təqdirdə, onun inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət vermək hüququ vardır. Lakin iddiaçı tərəfindən bu məsələ ilə bağlı RİH-ə heç bir müraciət edilməmişdir. Bununla əlaqədar olaraq, hesab olunur ki, iddia mümkünsüz sayılmalıdır. Üçüncü şəxs X6 icarəyə götürdüyü torpaq sahəsində müvafiq tikililər apararaq təyinatı üzrə (cərimə meydançası kimi) istifadə edir. Eləcə də, üçüncü şəxs Polad Abbasov Azərbaycan Respublikası DİN BDYP İdarəsinin “Siqnal İLİ” İdarəsi ilə aralarında müqavilə bağlamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəməyə təqdim edilmiş üçüncü şəxsin (nümayəndəsinin) iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 816 nömrəli Sərəncamına əsasən Xəzər rayonu, Qala qəsəbəsi, DYP İdarəsinin yanında yerləşən torpaq sahəsi deyil, onun istifadəsinə özünün sifarişi əsasında "xxxx" MMC tərəfindən çəkilmiş 20 dekabr 2013-cü il tarixli avtotəmir məntəqəsinin eskiz layihəsində göstərilən avtotəmir məntəqəsinin rekonstruksiya olunmaqla istifadəsinə icazə verilməsi Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 816 nömrəli Sərəncamında qeyd olunmuşdur. Həmin sərəncama əsasən iddiaçının istifadəsinə verilmiş avtotəmir məntəqəsi faktiki olaraq yoxdur və ona həmin sərəncamla verilən avtotəmir məntəqəsindən istifadə etmək hüququ itmişdir, həmin avtotəmir məntəqəsinin yerləşdiyi torpağa isə iddiaçının hər hansı bir subyektiv hüququ yaranmadığına görə iddiaçı tərəfindən verilən iddia tələbi təmin olunmamalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)- 799/2019 nömrəli qərardadı ilə iddia «cavabdehin 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamının “386,24 kv.m torpaq sahəsinin icarəyə verilməsi” hissəsində ləğv edilməsi»nə münasibətdə mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)- 799/2019 nömrəli qərarı ilə (hakim: R.Kərimli) iddia təmin edilmiş, Bakı şəhəri Xəzər RİHin 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamının “İddiaçı istifadəsində olan 1.613,76 kv.m torpaq sahəsi” hissəsində ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X6 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə 09 avqust 2019-cu il tarixli ekspertiza rəyi qəbul edilərkən xx.xx.2013cü il tarixli Cavabdeh 816 nömrəli Sərəncamına əsasən Xəzər rayonu Qala qəsəbəsi X11 İdarəsinin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi iddiaçının istifadəsinə verilməsi ilə bağlı həmin avtotəmir məntəqəsinin mövcud olub-olmamasına hüquqi qiymət verilməmişdir. Eyni zamanda, ekspertiza aparılan zaman mübahisəli əraziyə dəvət edilməmişdir. Həmçinin, ekspertiza rəyindən aydın olur ki, iddiaçının iddia ərizəsində iddia etdiyi kimi onun istifadəsinə verilən torpaq sahəsinin onun istifadəsinə verilmiş torpaqla üst-üstə düşməsi halını yalnız müəyyən etməyə çalışmışdır. Qeyd edir ki, rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsi üçün iddiaçıya verilmiş qeyri-yaşayış sahəsinin faktiki yerində olmamasına ekspert tərəfindən hüquqi qiymət verilməmiş və bu barədə rəydə hər hansı qeyd aparılmamışdır. İş materiallarında olan mütəxəssis rəyindən aydın olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin onun istifadəsində olan torpaq üzərinə düşməsi müəyyən edilməmişdir. Qeyd edilən pozuntulara əsasən iş üzrə təkrar ekspertiza keçirilməsi üçün vəsatət versə də məhkəmə vəsatəti qəbul etməkdən imtina etmişdir. Məhkəmə qərar qəbul edərkən təqdim etdiyi sübutlara hüquqi qiymət vermək marağında olmadan maddi hüquq normalarını düzgün tətbiq etməyərək, prosessual pozuntuya yol vermişdir. İddiaçı X2 iddia tələbi üzrə birinci instansiya məhkəməsində icraat: İddiaçı X6 Cavabdehnə qarşı (üçüncü şəxs İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbini dəyişərək, Cavabdeh xx.xx.2013-cü il tarixli 816 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 1427 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli, 22/MQ-287 saylı və Xüsusi Mühafizə Xidmətinin xx.xx.2009-cu il tarixli, 43/401 saylı razılıq məktublarını nəzərə alaraq Əzizbəyov rayonu, Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində Əzizbəyov rayon Polis İdarəsinin Dövlət X10 yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün 0,4 ha torpaq sahəsinin daimi istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 184 nömrəli xx.xx.2009-cu il tarixli sərəncam qəbul edilmişdir. Sərəncama uyğun olaraq ayrılmış torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Daha sonra P.Abbasov ərizə ilə Cavabdehnə müraciət edərək qeyd olunan sərəncamla ayrılmış 0,4 ha torpaq sahəsindən əlavə 0,2 ha torpaq sahəsinin cərimə meydançasına genişləndirilməsi məqsədi ilə ona icarəyə verilməsini və orada müvafiq tikinti işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. Xəzər RİHB-nin 175 nömrəli xx.xx.2015-ci il tarixli sərəncamı ilə 0,4 ha torpaq sahəsindən əlavə 0,2 ha torpaq sahəsinin P.Abbasova icarəyə verilməsi, həmçinin orada müvafiq tikinti işlərinin aparılmasına icazə verilmişdir. Sərəncama uyğun olaraq ayrılmış torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Xəzər RİH-nin Rayon Təsərrüfat Şöbəsi və Qala qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Sərəncama uyğun olaraq P.Abbasov ilə Xəzər RİH arasında həmin torpaq sahəsinin 99 illik müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2015-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Hazırda həmin ərazi iddiaçı tərəfindən təyinatına uyğun istifadə olunmaqdadır. Sonradan məlum olmuşdur ki, Xəzər RİHB-nın 816 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə İddiaçı Qala qəsəbəsi, Xəzər rayon DYPİ-nin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir. İddiaçı iddia ərizəsi ilə cavabdeh Xəzər RİH-ə qarşı məhkəməyə müraciət edərək, P.Abbasova verilmiş sərəncamı mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı təyin olunmuş ekspertiza ilə qeyd olunan sərəncamlarla verilmiş torpaq sahələrinin qismən üstüstə düşdüyü müəyyən edilmişdir. Mübahisə predmeti olan sərəncamdan görünür ki, İddiaçı hər hansı torpaq sahəsi ayrılmamış, ona yalnız mövcud tikilinin rekonstruksiyasına icazə verilmişdir. Lakin həmin sərəncamda tikilinin mövcud olması qeyd edilsə də, belə bir tikili ümumiyyətlə mövcud deyildir. Bu əsasdan İddiaçı tərəfindən sərəncam üzrə hər hansı bir rekonstruksiya işləri aparıla bilməzdi. İddiaçı yalnız ərazinin elektrik və su təchizatının təminatı üçün "xxxx" ASC və "xxxx" ASC-dən texniki şərt almışdır. Beləliklə, İddiaçı heç bir torpaq sahəsi və ya tikili ayrılmamışdır. İddiaçı atası Sabir Həsənov bir müddət Xəzər RPİnin DYPŞ-nin rəis müavini vəzifəsində işləmişdir və həmin sərəncamı da həmin dövrdə oğlu İddiaçı adına rəsmiləşdirməyə nail olmuşdur. Qeyd olunan sərəncam faktiki hallara əsasən qəbul edilməmişdir və bu əsasdan həmin inzibati akt etibarsızdır. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-1732/2021 nömrəli qərarı ilə (hakim: A.Hüseynov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisə predmeti olan Sərəncamla üçüncü şəxsə hər hansı bir torpaq sahəsi ayrılmamışdır. Həmin şəxsə yalnız Xəzər rayonu DYPİ-nin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Eyni zamanda 3-cü şəxsin məhkəməyə təqdim etdiyi sənədlərdə və məhkəmənin hüquqi mövqeyindən belə aydın olur ki, İddiaçı mübahisə predmeti olan Sərəncamla torpaq sahəsi ayrılmışdır. Lakin həmin Sərəncama diqqət yetirdikdə orada hər hansı bir torpaq sahəsinin ayrılmasından söhbət gedə bilməz. Üçüncü şəxs buna dair yalnız Məhkəməyə İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş eskiz layihəsi təqdim etmişdir. İşin hallarından da göründüyü kimi mübahisə predmeti olan Sərəncamın yerləşdiyi torpaq sahəsi Sənaye təyinatlı torpaq kateqoriyasına aiddir. Mübahisə predmeti olan Sərəncamın etibarsız sayılması üçün qanunla müəyyən olunmuş 2 əsas mövcuddur. 1) Xəzər RİH tərəfindən müvafiq səlahiyyəti olmadan sənaye təyinatlı torpaq sahəsinin və ya onun üzərindəki hər hansı bir tikilinin və ya qurğunun istifadəyə verilməsi; 2) Mövcud olmayan avtotəmir məntəqəsinin rekonstruksiya edilərək istifadə edilməsi. Birləşdirilmiş iş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-879/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi üzrə olan inzibati iş iddiaçı X2 iddia tələbi üzrə inzibati işdə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı X2 iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2-1(103)-1854/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-1732/2021 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2267/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2-1(103)-1854/2021 nömrəli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(1030- 1123/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1732/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılan hazırkı 2-1(103)-1123/2022 saylı iş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X6, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi üçüncü şəxslər olduğu) “sərəncamın ləğv edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-799/2019 nömrəli qərarından 3-cü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 2-1(103)-29/2022 saylı digər işə birləşdirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən birinci iş üzrə üçüncü şəxs, ikinci iş üzrə iddiaçı X2 nümayəndəsi-vəkili birləşdirilmiş hər iki inzibati iş üzrə apellyasiya şikayətlərini müdafiə edərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarlarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki ki, Bakı şəhəri Xəzər RİH başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli Sərəncamında İddiaçı torpaq sahəsinin ayrılması qeyd edilmir, sadəcə olaraq Qala qəsəbəsi, Xəzər Rayon DYP İdarəsinin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə edilməsinə icazə verilmişdir, lakin həmin torpaq sahəsində hər hansı tikili mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarlarının dəyişdirilımədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə iddiaçının vəkili apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarlarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri Xəzər RİH başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli Sərəncamı mövcud tikilinin rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadə olunması üçün verilmişdir. Yəni həmin ərazidə tikili mövcud olmuşdur, lakin köhnə tikili olduğu üçün və tikilinin rekonstruksiyaya uyğun olmaması ilə bağlı söküb, yenidən layihələndirmişdi. Tikilinin olması ilə bağlı isə hal-hazırda hər hansısa sənəd təqdim edə bilmir, çünki əlində başqa hər hansı sənəd-sübut yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. İddiaçı X2 iddia tələbi üzrə inzibati işə dair kassasiya instansiyası məhkəməsinin göstərişləri: - məhkəmə tərəfindən işin hallarının obyektiv araşdırılması prinsipinə müvafiq olaraq, mübahisələndirilən sərəncamın qəbulundan əvvəl tikilinin olmasının mövcudluğu ilə bağlı (tikilinin təyinatı, nə vaxt və kim (hansısa qurum) tərəfindən inşa edilməsi, tikiliyə dair sənədlər) araşdırma aparılmalı, araşdırmanın nəticəsindən asılı olaraq mübahisələndirilən sərəncamın etibarlılığına (faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt olub-olmamasına) “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından qiymət verilməli. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq araşdırma apararaq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarlar üzrə maddi hüquq normalarının pozuntusuna yol verdiyindən, apellyasiya şikayətləri təmin edilməli, birləşdirilmiş inzibati işlər üzrə birinci instansiya məhkəmələrinin qərarları ləğv edilməli, Bakı şəhəri Cavabdeh başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli sərəncamı etibarsız hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibət: Göründüyü kimi, hazırki inzibati işlər üzrə mübahisə predmeti 2 inzibati aktdır: -Bakı şəhəri Cavabdeh başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli sərəncamı, -Bakı şəhəri Cavabdeh başçısının 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamı. Birinci iş üzrə iddia tələbi Bakı şəhəri Cavabdeh başçısının 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamının ləğvi ilə bağlıdır, ikinci iş üzrə iddia tələbi Bakı şəhəri Cavabdeh başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli sərəncamının etibarsız hesab edilməsi ilə bağlıdır. Birinci iş üzrə iddia tələbinin qanuni əsasını İnzibati İcraat haqqında Qanunun 67-ci maddəsi təşkil edir. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İkinci iş üzrə iddia tələbinin qanuni əsasını İnzibati icraat haqqında Qanunun 65-ci maddəsi təşkil edir. İnzibati İcraat haqqında Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Birinci iş üzrə iddiaçının tələbini təmin edərkən birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “cavabdeh inzibati orqan Bakı şəhəri Xəzər RİH həmin rayonun Qala qəsəbəsi ərazisində yerləşən 1.613,76 kv.m (32,8 m x 49,2 m) ölçüdə eyni torpaq sahəsini 23 dekabr 2013-cü il tarixli 816 nömrəli sərəncamla İddiaçı istifadəsinə vermiş, 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamla X3 icarəyə vermiş və hər iki sərəncam qüvvədədir, yəni ləğv edilməmiş, etibarsız sayılmamışdır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Bakı şəhəri Xəzər RİH tərəfindən 19 mart 2015-ci il tarixli 175 nömrəli Sərəncam qəbul olunarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin tələbləri pozulmuşdur. Nəzərə alımalıdır ki, inzibati orqan eyni torpaq sahəsinə münasibətdə səlahiyyəti daxilindəki məsələ ilə bağlı yeni sərəncamı əvvəlki verdiyi sərəncamı ləğv etmədən, özü də maraqlı şəxsi, yəni hazırkı halda İddiaçı cəlb etmədən qəbul edə bilməz. Digər tərəfdən inzibati orqan Bakı şəhəri Xəzər RİH rayon ərazisindəki torpaq sahəsini “icarəyə vermək” yox, “icarəyə verilməsinə razılıq vermək” səlahiyyətinə malikdir, yəni mübahisələndirilən sərəncamı qəbul etməkdə müvafiq səlahiyyətə malik olmamışdır. Deməli, inzibati orqan Bakı şəhəri Xəzər RİH mübahisələndirilən sərəncamı qəbul edərək, “iİnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 11.1, 12, 13.2, 36, 58-ci maddələrinin və Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.18.2-ci bəndinin tələblərinə də riayət etməmişdir”. Göründüyü kimi, İddiaçı mübahisəli torpaq sahəsinə dair ilkin inzibati aktın ona münasibətdə qəbul edildiyini bildirir və həmin inzibati akt ləğv edilmədiyi, qüvvədən düşmədiyi halda sonrakı inzibati aktın qəbulunun mümkünsüz olduğunu bildirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 9 avqust 2019-cu il tarixli 8645 nömrəli ekspertiza rəyində qeyd edilmişdir: - Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 816 saylı sərəncamı ilə rekonstruksiya olunaraq avtotəmir məntəqəsi kimi İddiaçı istifadəsinə icazə verilmiş obyektin yerləşdiyi torpaq sahəsinin (32,8 x 49,2) metr hissəsinin 19 mart 2015-ci il tarixli 175 saylı sərəncamla X3 orada müvafiq tikililərin aparılması üçün icarəyə verilmiş 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə, mübahisələndirilən sərəncamlar üzrə iddiaçıların istifadəsində olan torpaq sahəsinin 32,8 x 49,2 metr hissəsinin üst-üstə düşməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası isə hesab edir ki, hazırki məqamda hər iki iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair iki inzibati akt olduğundan ilk öncə verilmiş inzibati aktın etibarlılığına qiymət verilməlidir. Bakı şəhəri Xəzər RİH başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli Sərəncamının məzmununa diqqət yetirilir: -Vətəndaş İddiaçı Xəzər rayonu, Qala qəsəbəsi, X11 İdarəsinin yanında yerləşən torpaq sahəsindəki mövcud tikilinin fərdi layihə əsasında rekonstruksiya olunub avtotəmir məntəqəsi kimi istifadəsinə icazə verilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlərə uyğun istiqamətdə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş üzrə təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən aidiyyəti inzibati orqana və arxiv idarələrinə müvafiq sorğular ünvanlanmış, həmçinin tərəflərin izahatları alınmış və sərəncamda qeyd edilən tikilinin mövcudluğu araşdırılmışdır. Lakin iş üzrə sorğulara cavab məktublarından, inzibati icraat materiallarından da aydın olur ki, Xəzər RİH başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli Sərəncamı verilərkən mübahisəli ərazidə hər hansı bir tikilinin mövcud olması sübuta yetirilmir. Həmçinin, əgər tikili mövcud olmamışdırsa, rekonstruksiyadan söhbət gedə bilməz. Belə ki, rekonstruksiya sözünün mənası hər hansı bir tikilinin yerində yenisinin inşası, tikilib yenidən bərpası deməkdir. İddiaçı nümayəndəsi və vəkili əvvəlki tikilinin mövcudluğunu iş üzrə araşdırma zamanı təqdim edilmiş xx.xx.2013-cü il tarixli eskiz layihə, "xxxx" ASC tərəfindən təqdim edilmiş 03 oktyabr 2014-cü il 004/1/837-tş nömrəli texniki şərt, Bakı Elektrikşəbəkə ASC tərəfindən verilmiş “Xəzər rayonu, Qala qəsəbəsində yerləşən avtomobillərə texniki xidmət məntəqəsinin elektrik təchizatı haqqında” ərizəyə xx.xx.2014-cü il tarixli TSH-14/9757 nömrəli cavab məktubu ilə sübut etməyə çalışmışdır. Lakin göründüyü kimi, texniki şərt, həmçinin Bakı Elektrikşəbəkə ASC tərəfindən verilmiş məlumat xarakterli məktub 2014-cü ilə aid olmaqla, xx.xx.2013-cü il tarixli sərəncamın verilməsindən əvvələ aid mövcud tikilinin sübutu qismində çıxış edə biməz. Bundan əlavə, Eskiz layihədə də əvvəlki hər hansı tikili barədə qeyd öz əksini tapmamışdır. Məhkəmə kollegiyası bütün bu araşdırmaların nəticəsi olaraq belə bir qənaətə gəlir ki, Xəzər RİH başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli Sərəncamı verilərkən ümumiyyətlə hər hansı bir tikilinin mövcudluğu sübuta yetirilmədiyinə görə, mövcud olmayan tikilinin rekonstruksiyasından söhbət belə gedə bilməz. Belə olan halda mübahisələndirilən bu inzibati akt icrası mümkün olmayan inzibati akt hesab edilməli və İnzibati icraat haqqında Qanunun 65.1.5-ci maddəsinə müvafiq olaraq Xəzər RİH başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli Sərəncamı etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə mübahisə predmeti olan sərəncamlardan biri etibarsız hesab edildiyindən, etibarsız inzibati akt da qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayıldığından və heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş Bakı şəhəri Cavabdeh başçısının 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamının qanunsuz inzibati akt sayılması ilə bağlı İddiaçı iddia tələbinin hüquqi əsası aradan qalxmış olur. Belə ki, Bakı şəhəri Xəzər RİH-in 19 mart 2015-ci il tarixli 175 nömrəli sərəncamı ilə Qala qəsəbəsi, Bakı-Qala yolunun qərb hissəsində RPİ-nin DYP Şöbəsinə yeni inzibati bina və cərimə meydançasının tikintisi üçün ayrılmış 0,4 ha torpaq sahəsindən əlavə cərimə meydançasının genişləndirilməsi məqsədilə meydançanın istifadəsində 0,2 ha torpaq sahəsi X3 icarəyə verilmiş və orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında Xəzər RİH ilə X6 arasında xx.xx.2015-ci il tarixli icarə müqaviləsi bağlanmış, icarəyə verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışı təsdiqlənmişdir. Həmçinin, iş materiallarından aydın olur ki, X6 icarəyə götürdüyü torpaq sahəsində müvafiq tikililər apararaq təyinatı üzrə (cərimə meydançası kimi) istifadə edir. Eləcə də, Polad Abbasov ilə Azərbaycan Respublikası DİN BDYP İdarəsinin “Siqnal İLİ” İdarəsi arasında mütəmadi olaraq müqavilələr bağlanılmış, sözügedən torpaq sahəsi sərəncamın məqsədinə müvafiq olaraq istifadə edilir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati icraat haqqında» AR Qanununun qəbulundan əsas məqsəd inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların qəbul etdiyi qərarların qanuniliyini məhkəmə qaydasında yoxlamaq hüququna daha etibarlı təminat verilməsindən ibarətdir. Bu Qanun hüquq və maraqlarına toxunulan vətəndaşı inzibati orqana münasibətdə xüsusi hüquqlarla təchiz edir, dövlətin hakimiyyət inhisarına malik olması səbəbindən demokratik hüquqi dövlətdə şəxsi və dövlət maraqlarının birbirini ədalətli şəkildə kompensasiyasını təmin etmək üçün dövlət orqanları və vətəndaşlar arasında bərqərar olmalı tarazlığı bərpa edir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edən İPM-in «Sübut etmə vəzifəsi» adlı 14-cü maddəsi də bu tarazlığın prosessual-hüquqi təminat imkanlarından biridir. Məhz sözügedən tarazlığın qorunması tələbi fərdin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə bərabər hüquqlarının ədalətli təmininə nail olunmasına imkan yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əs Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekun olaraq iş üzrə araşdırmanın nəticəsində Məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, inzibati işlər üzrə verilmiş hər iki apellyasiya şikayətinin dəlilləri hazırda mübahisələndirilən qərarların ləğv olunması üçün əsas verir. Bununla bağlı olaraq şikayətlər təmin edilməli, İddiaçı iddia tələbi üzrə qəbul edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)-799/2019 nömrəli qərarı ləğv edilməli, iddia rədd edilməli, iddiaçı X2 iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021ci il tarixli, 2-1(112)-1732/2021 nömrəli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, Xəzər RİH başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli Sərəncamı etibarsız hesab edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(82)- 799/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X6, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-1732/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs İddiaçı) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının 23 dekabr 2013-cü il tarixli 816 nömrəli sərəncamı etibarsız hesab edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-7/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-7/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver