Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-7/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X16 üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0,25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsi üzərində mərhum atası X6 məxsus olması haqqında arayışın (müvafiq çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-87/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0.25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0.25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsinin mərhum atası X6 məxsus olması haqqında arayışın (müvafiq çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X12 Bakı şəhəri İcraiyyə Komitəsinin Bağçılıq-Təsərrüfat İdarəsi ilə 15894 nömrəli xx.xx.1984-cü il tarixli müqavilə bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin rayonu), Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət olan 729 nömrəli bağı istifadəyə götürmüşdür. Həmin vaxtdan etibarən bu torpaq sahəsi daim ailəsinin istifadəsində olmuşdur. Atası vəfat etdikdən sonra həmin torpaq sahəsindən o, bu günə qədər istifadə edir. Bu yaxınlarda həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması məqsədilə müvafiq sənədləri toplayaraq cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh qanunsuz və absurd imtina məktubu ilə hüquqlarını kobud surətdə pozaraq, ona **********32 nömrəli xx.xx.2018-ci il tarixli imtina məktubu vermişdir. Məktubda imtinanın əsası kimi, bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmaması və bağ sahəsinin guya 728 və 729 ”a” nömrəli torpaq sahələrinin ərazisinə düşdüyü qeyd edilmiş, ona görə də müraciətinin təmin edilmədiyi, mərzçəkmə işlərinin aparılmasının zəruri olması göstərilmişdir. İddiaçı bildirir ki, cavabdeh ona imtina cavabı verməklə hüquqlarını kobud surətdə pozmuşdur. Maraqlısı odur ki, məktubda qeyd olunan 728 saylı torpaq sahəsi ümumiyyətlə onun torpaq sahəsi ilə qarışmayıb. 729 “a” saylı torpaq sahəsi isə ümumiyyətlə uzun müddətdir ki, istifadə olunmayıb və əgər onun torpağının sərhədləri həmin torpaq sahəsi ilə toqquşursa, onda ziddiyyət aradan qaldırılmadan hansı əsasla bu torpaq sahəsinə dair cavabdeh tərəfindən ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarış verilərək ümumilikdə 0.11914 ha ölçüdən ibarət olan sahə X10 xüsusi mülkiyyətinə verilmişdir. Nəzərə alsaq ki, onun da torpaq sahəsi nə hasarlanıb, nə də ki, orada mərzçəkmə işləri aparılmayıb. Onun torpaq sahəsi artıq 40 ilə yaxındır ki, mövcuddur və bu torpaq sahəsinin plan ölçüsü də var. Cavabdeh onun üzərinə qanunla düşən vəzifəni yerinə yetirməlidir və sahibliyində olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır. Bundan başqa, göstərilən bağ sahəsi 728 və 729 “a” saylı bağ sahələrinin ərazisinə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Mülki Məcəllənin 176-cı maddəsinin 1,2 və 3-cü bəndlərinə əsasən, ərizəçi tərəfindən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 7.1 maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə X16 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2-1(82)- 87/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0.25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsinin mərhum atası X6 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, cavabdehdən 50 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır (hakim E.Mustafayev). Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0.25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsinin iddiaçının mərhum atası X6 məxsus olması haqqında arayışın verilməsi tələbinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi təşkil edir və bu tələbin həyata keçirilməsi qanunla cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası əsassızdır və sonuncunun hüquqlarının pozulması ilə nəticələnmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən bağ sahəsi “728” və “729a” saylı bağ sahələrinin ərazisinə düşür. Belə ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 0,0318 ha hissəsi RX seriyalı ******* (reyestr nömrəsi - **********03 olan) nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X10 mülkiyyətində olan “729a” saylı bağ sahəsi ilə üst-üstə düşür. Bundan başqa, iddiaçının iddia etdiyi və naturada göstərdiyi sahənin naturada yerləşməsi sxematik xəritədə uyğunsuzluq təşkil edir və göstərilən sahə 728 saylı bağın ərazisidir. 729 saylı bağın ərazisinin 0,12 ha hissəsi digər şəxsin adına 729a nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bundan başqa, müvafiq bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-403/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2-1(82)- 87/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 490/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 403/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs X16 apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 490/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında müəyyən edilmiş göstərişlər: - İş materiallarına olan mütəxəssis rəyləri arasındakı uyğunsuzluğun qiymətləndirilməsi; - 729 saylı bağ sahəsinin sənədlər əsasında yeri müəyyən edilməsi; - 728 və 729a saylı bağ sahələrinin koordinatlarının və naturada yerinin müəyyən edilməsi; - İddiaçının mərhum atasına məxsus sənədlər əsasında həmin şəxsin 729 saylı bağ sahəsi üzərində gözlənilən mülkiyyət hüququnun olması məsələsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbləri baxımından qiymət verilməsi, həmin torpaq sahəsinin harada yerləşməsi barədə cavabdeh tərəfindən dəqiq məlumat tələb edilməsi, həmin sahə üzərində olan hüquqların qeydə alınması zamanı digər şəxslərin qeydə alınmış mülkiyyət hüquqlarına müdaxilə olub-olmayacağının müəyyən edilməsi, belə bir hal vardırsa, bunun aradan qaldırılmasının hüquqi yollarının müəyyən edilməsi. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, 01 iyun 1984-cü il tarixli, 15894 nömrəli müqavilə ilə Ləhiş ərazisində yerləşən 0.25 hektar olan 729 saylı bağ sahəsi iddiaçının mərhum atası X4 istifadəsinə verilmişdir. Gülmirzə Qədir oğlunun xx.xx.1990-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və iddiaçı miras qoyanın vərəsəsi kimi müəyyən edilmişdir. İddiaçı Ləhiş ərazisində yerləşən 0.25 hektar olan 729 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, iddia tələbinə etirazında və apellyasiya şikayətinin dəlillərində o hallara istinad etmişdir ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır, bundan başqa, göstərilən bağ sahəsi 728 və 729 “a” saylı bağ sahələrinin ərazisinə düşür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarında olan : - 01 iyun 1984-cü il tarixli, 15894 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Ləhiş ərazisində yerləşən 0,25 hektar olan 729 saylı bağ sahəsi X4 istifadəsinə verilmişdir. Bağ müqaviləsinə cizgi əlavə edilmişdir - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2018-ci il tarixli **********13 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 729 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X11 arasında bağlanmış xx.xx.1984-cü il tarixli, 15894 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 noyabr 2018-ci il tarixli, **********32 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin faktiki sahəsi 0.2391 hektardır. Elektron kadastr baza məlumatlarında İddiaçı torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədi. Elektron kadastr baza məlumatlarına əsasən: - İddiaçi İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 0.0318 hektarı RX seriyalı ******* (reyestr nömrəsi **********03 olan) nömrəli daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışa əsasən X10 mülkiyyətində olan "729a" saylı bağ sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən iddiaçi İddiaçı iddia etdiyi və naturada göstərdiyi sahənin naturada yerləşməsi sxematik xəritədə uyğunsuzluq təşkil edir, göstərilən sahə 728 saylı bağın ərazisidir, 729 saylı bağın ərazisinin 0.1200 hektar hissəsi digər şəxsin adına 729a nömrəsi ilə qeydiyyatdan keçmişdir. - 26 noyabr 2018-ci il tarixli, **********32 nömrəli məktuba əlavə edilmiş xx.xx.2018-ci il tarixli sxemdən görünür ki, mübahisəli torpaq sahəsi – 2391 kv.metr, qeydiyyata alınmış ərazi – 0.12 ha, qeydiyyata alınmış ərazi ilə mübahisəli torpaq sahəsinin üst üstə düşən hissəsi – 318.20 kv.metrdir. Mübahisəli torpaq sahəsi bağçılıq təsərrüfatının ərazisində yerləşir. - 26 noyabr 2018-ci il tarixli, **********32 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə- Tədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, 1 saylı döngəsinin koordinatları X=410604,7200 Y=4490097,4800, 2 saylı döngəsinin koordinatları X=410690,9300 Y=4490145,0800, 3 saylı döngəsinin koordinatları X=410701,6500 Y=4490123,3400, 4 saylı döngəsinin koordinatları X=410617,2000 Y=4490076,0800, 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 98,5 , 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 24,2 , 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 96,8 , 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 24,8 metrdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 may 2019-cu il tarixli, **********53 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Xidmətinə təhvil verildiyindən qeyd edilən sualın cavablandırılması mümkün olmadığı üçün İddiaçı iddia etdiyi sahəsinin yerində müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edildiyi kimi cavab verilmişdir. - Bildirilir ki, sözügedən sahə **********03 reyestr nömrəsi ilə 729a saylı bağ sahəsi kimi digər şəxsin adına qeydiyyatdan keçmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 729 saylı bağın ərazisi 729a saylı bağ sahəsinin şərq hissəsində yerləşir. - 30 may 2019-cu il tarixli, **********53 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə- Tədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, 1 saylı döngəsinin koordinatları X=410661,1374 Y=4490110,9840, 2 saylı döngəsinin koordinatları X=410673,9165 Y=4490093,8878, 3 saylı döngəsinin koordinatları X=410629,9418 Y=4490060,6142, 4 saylı döngəsinin koordinatları X=410616,7222 Y=4490078,5239, 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 21,3 , 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 55,1 , 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 22,3 , 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 55,0 metrdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2019-cu il tarixli, 18243 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, sözügedən sahə **********03 reyestr nömrəsi ilə 729a saylı bağ sahəsi kimi digər şəxsin adına qeydiyyatdan keçmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 729 saylı bağın ərazisi 729a saylı bağ sahəsinin şərq hissəsində yerləşir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 12 nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 250 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 729a nömrəli bağ X13 verilmişdir. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 729 A saylı bağ sahəsi X10 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İnzibati işdən görünür ki, cavabdeh göstərilən bağ sahəsinin 728 və 729”a” saylı bağ sahələrinin ərazisinə düşməsi ilə bağlı mövqeyini, 2 saylı Bakı İnzibati Məhkəməsinə xx.xx.2018-ci il tarixli müşayiət məktubu ilə göndərilmiş mütəxəssis rəyi ilə əsaslandırmışdır Belə ki, mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin faktiki sahəsi 0.2391 hektardır. Elektron kadastr baza məlumatlarında İddiaçı torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən: - iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 0.0318 hektarı RX seriyalı ******* (reyestr nömrəsi **********03 olan) nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X10 mülkiyyətində olan 729 “a" saylı bağ sahəsi ilə üst-üstə düşür. ... İddiaçının iddia etdiyi və naturada göstərdiyi sahənin naturada yerləşməsi sxematik xəritədə uyğunsuzluq təşkil edir, göstərilən sahə 728 saylı bağın ərazisidir, 729 saylı bağın ərazisinin 0.1200 hektar hissəsi digər şəxsin adına 729a nömrəsi ilə qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin tələbi ilə təkrar mütəxəssis rəyi (xx.xx.2019-cu il tarixli müşayiət məktubu ilə məhkəməyə göndərilmiş) və onun əsasında xx.xx.2019-cu il tarixli ekspert rəyi tərtib edilmiş, həmin rəylərdə isə qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən, qeyd edilən sualın cavablandırılması mümkün olmadığı üçün İddiaçı iddia etdiyi torpaq sahəsinin yerində müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edildiyi kimi cavab verilmişdir. Sözügedən sahə **********03 reyestr nömrəsi ilə 729a saylı bağ sahəsi kimi digər şəxsin adına qeydiyyatdan keçmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən, 729 saylı bağın ərazisi 729a saylı bağ sahəsinin şərq hissəsində yerləşir. Məhkəmə əldə edilmiş mütəxəssis və ekspert rəylərinin nəticələrini əsas götürməklə iddianı təmin etmiş və cavabdehin imtinasını qanunsuz sayaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18243 saylı ekspert rəyi ilə 729 nömrəli bağ sahəsinin 728 nömrəli bağ sahəsinin ərazisinə düşməsi təsdiqini tapmamışdır. İş materiallarında olan və Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivində saxlanılan 729 nömrəli bağ sahəsinə dair plan-ölçüsü sxemindən (i.v.36) görünür ki, 729 nömrəli bağın şimal hissəsində qonşusu 728 nömrəli bağdır; şərq hissəsində qonşusu 819 nömrəli bağdır; cənub hissəsində isə 730 nömrəli bağdır; qərb hissəsində yolun yerləşdiyi müəyyən edilir. Həmin sxemdə 729 “a” bağ sahəsinin olduğu müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan hər iki mütəxəssis rəyində iddiaçının onun atasına məxsus olduğunu iddia etdiyi torpağın koordinatları iddiaçının faktiki olaraq naturada göstərdiyi ərazi ilə bağlı olaraq müəyyən edilmiş, daha sonra həmin məlumatlar elektron kadastr məlumatlarına əsasən yoxlanılmışdır. Mütəxəssis rəylərinin tərtib edilməsində istifadə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı LayihəTədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemlərini təhlil etdikdə isə görünür ki, ilkin mütəxəssis rəyində istifadə olunan koordinatlarla ikinci mütəxəssis rəyində istifadə olunan koordinatlar fərqlənir. Belə ki, iş materiallarına əlavə edilmiş 26 noyabr 2018-ci il tarixli, **********32 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, 1 saylı döngəsinin koordinatları X=410604,7200 Y=4490097,4800, 2 saylı döngəsinin koordinatları X=410690,9300 Y=4490145,0800, 3 saylı döngəsinin koordinatları X=410701,6500 Y=4490123,3400, 4 saylı döngəsinin koordinatları X=410617,2000 Y=4490076,0800, 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 98,5, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 24,2, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 96,8, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 24,8 metrdir. 30 may 2019-cu il tarixli, **********53 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, 1 saylı döngəsinin koordinatları X=410661,1374 Y=4490110,9840, 2 saylı döngəsinin koordinatları X=410673,9165 Y=4490093,8878,3 saylı döngəsinin koordinatları X=410629,9418 Y=4490060,6142, 4 saylı döngəsinin koordinatları X=410616,7222 Y=4490078,5239, 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 21,3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 55,1, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 22,3, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 55,0 metrdir. Göründüyü kimi, iş materiallarına olan mütəxəssis rəylərinin tərtibi zamanı istifadə olunan faktiki yerləşmə sxemlərindəki koordinatlar bir-birindən fərqli olduğundan ehtimal olunur ki, elə bu səbəbdən mütəxəssis rəylərinin nəticələri fərqli olmuş, işə baxan birinci instansiya məhkəməsi də ikinci ekspert rəyini mötəbər hesab edərək iddia tələbini təmin etmiş, lakin birinci instansiya məhkəməsi mütəxəssis rəyləri arasındakı uyğunsuzluğu qiymətləndirməmiş, nəticədə əsaslandırılmamış qərar qəbul edilmişdir. Sonuncu apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iddiaçının mərhum atasına ayrılmış bağ sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin bağ sahəsinin arxiv cizgisinə əsasən naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və 3-cü şəxsə məxsus bağ sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsasında verilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6425 nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 mütəxəssis rəyində qeyd edilir ki, bağların bölgüsünə dair sxematik xəritəyə, arxiv cizgisinə əsasən 729 saylı bağ sahəsi 728 saylı sahədən sonra, 730 saylı bağ sahəsindən isə əvvəl (728 və 730 saylı bağların arasında) yerləşməlidir. Həmin ərazinin isə 1191.0 kv.m sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən 729a saylı bağ sahəsi kimi qeydiyyatdan keçib. Arxiv cizgisində göstərilən ümumi ölçülərə uyğun (100 x 25), və həmin ərazidə qeydiyyatdan keçmiş 729a saylı bağın 1191.0 kv.m sahəsi, keçid yoluna düşən 162.0 kv.m hissə çıxıldıqdan sonra 729 saylı bağ sahəsinə 1147.0 kv.m sahə qalır. Qərardadın 2-cİ sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 mütəxəssis rəyində qeyd edilir ki, göstərilən faktiki bağ sahəsi 2573,0 kv.m təşkil edir. Bağ sahəsinin üzərində tikili mövcud deyil. Faktiki olaraq göstərilən 2573,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X Y
1. 410630.7376 4490057.5683
2. 410616.0841 4490077.8235
3. 410698.7169 4490139.2725
4. 410713.3102 4490118.9739
Bağların bölgüsünə dair sxematik xəritəyə, arxiv cizgisinə əsasən 729 saylı bağ sahəsi 728 saylı sahədən sonra, 730 saylı bağ sahəsindən isə əvvəl (728 və 730 saylı bağların arasında) yerləşməlidir. Həmin ərazinin isə 1191.0 kv.m sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən 729a saylı bağ sahəsi kimi qeydiyyatdan keçib. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 mütəxəssis rəyində qeyd edilir ki, bildirildiyi kimi vahid elektron kadastr baza məlumatlarına əsasən 729a saylı bağ sahəsi kimi 1191.0 kv.m sahə qeydiyyatdan keçib. Bağların bölgüsünə dair sxematik xəritəyə, arxiv cizgisinə əsasən 728 saylı bağ sahəsi 729 saylı sahədən əvvəl şimal qərb hissədə yerləşməlidir. 729 saylı bağ sahəsi kimi vətəndaş tərəfindən əvvəllər müxtəlif konfiqurasiyalı ərazilər göstərilib. Əvvəl göstərilən sahənin bir hissəsi qeydiyyatdan keçmiş 729a saylı bağ sahəsinin ərazisinə bir hissəsi isə 728 saylı bağ və bölünənlərinin ərazisinə düşürdü. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 mütəxəssis rəyində qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə qeydiyyata alınmış 730a saylı bağ sahəsi ilə və bağlarının bölgüsünə dair sxematik xəritəyə əsasən 728 saylı bağ sahəsi ilə həmsərhəddir. Qərardadın 5-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 mütəxəssis rəyində qeyd edilir ki, vətəndaş tərəfindən sonradan 729 saylı bağ sahəsi kimi göstərilən 2573.0 kv.m sahənin bir hissəsi qeydiyyatdan keçmiş 729a saylı bağ sahəsinin ərazisi ilə üst-üstə düşür. 728 saylı bağın ərazisi ilə üst-üstə düşmür. Yuxarıda bildirildiyi kimi bağların bölgüsünə dair sxematik xəritəyə, arxiv cizgisində göstərilən ümumi ölçülərə uyğun (100 x 25), və həmin ərazidə qeydiyyatdan keçmiş 729a saylı bağın 1191.0 kv.m sahəsi, keçid yoluna düşən 162.0 kv.m hissə çıxıldıqdan sonra 729 saylı bağ sahəsinə 1147.0 kv.m sahə qalır. Qərardadın 6-cı sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 mütəxəssis rəyində qeyd edilir ki, vətəndaş tərəfindən sonradan 729 saylı bağ sahəsi kimi göstərilən 2573.0 kv.m sahənin bir hissəsi qeydiyyatdan keçmiş 729a saylı bağ sahəsinin ərazisi ilə üst-üstə düşür. Koordinatlar və sxem tərtib edilərək əlavə olundu. Qərardadın 7-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahəsi ayrılarkən koordinatlarla ayrılmadığından faktiki göstərilən torpaq sahəsinin koordinatları ilə uyğun gəlib-gəlməməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 noyabr 2018-ci il tarixli, **********32 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində elektron kadastr baza məlumatlarına əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 0.0318 hektarının RX seriyalı ******* (reyestr nömrəsi **********03 olan) nömrəli daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışa əsasən X10 mülkiyyətində olan "729a" saylı bağ sahəsi ilə üst-üstə düşməsi qeyd edilsə də, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 1191.0 kv.m sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən 729a saylı bağ sahəsi kimi qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Buna da səbəb məhz iddiaçının əvvəllər fərqli əraziləri göstərməsi ilə bağlı olmuşdur. Nəticədə qeyd edilən mütəxəssis rəylərinin əsasında verilmiş ekspert rəyləri arasında yenidən ziddiyyət yaranmışdır. Bununla bağlı qeyd edilən ziddiyyətli məqamın aradan qaldırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə bu dəfə mütəxəssis rəyinin verilməsi “X9” MMC-nin "GPS" elektron ölçü aparatına malik mütəxəssislərinə həvalə edilmişdir. “X9” MMC-nin 30 yanvar 2024-cü il tarixli, 186 nömrəli mütəxəssis rəyi əsasında verilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9555 nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: Qərardadın 1-ci sualı üzrə: 01 iyun 1984-cü il tarixli, 15894 nömrəli müqavilə X2 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 729 saylı bağ sahəsinin naturada Ləhiş bağlarının sxematik xəritəsinə əsasən coğrafi mövqeyi müəyyən edilmişdir. X Y
1. 410601.398 4490097.857
2. 410681.291 4490158.255
3. 410695.901 4490137.776
4. 410615.927 4490077.428
Qərardadın 2-ci sualı üzrə: 01 iyun 1984-cü İl tarixli, 15894 nömrəli müqavilə X2 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 729 saylı bağ sahəsinin faktiki koordinatları GPS aləti vasitəsilə müəyyən edilmişdir. Qərardadın 3-cü sualı üzrə: Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 728 saylı sahəsinin sxematik xəritəyə əsasən naturada yeri müəyyənləşdirilmişdir. Sxematik xəritədə 729a saylı bağ sahəsi qeyd olunmadığından coğrafi yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq 729a saylı bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********63 reyestr nömrəli X1 mülkiyyətindədir. Qərardadın 4-cü sualı üzrə: Üçüncü şəxs X10 mülkiyyətində olan H729a” saylı bağ sahəsi şimaldan 729 saylı bağ sahəsi ilə həmsərhəd, yol tərəfdən İsə 646 saylı bağ sahəsi ilə faktiki olaraq üzbəüz qonşudur. Qərardadın 5-ci və 6-cı sualları üzrə: Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 729 saylı bağ sahəsinin naturada yeri bağların sxematik xəritəsinə uyğun olaraq 728 və 729a saylı bağ sahələri ilə üst-üstə düşmür. Qərardadın 7-ci sualı üzrə: Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 729 saylı bağ sahəsi iddiaçı X5 ayrılan zaman müqaviləyə əlavə edilən (İ cild iş v.36) cizgidə göstərilən koordinatlara uyğun gəlir. Belə ki, cizgidə göstərildiyi kimi şimal qonşusu 728 saylı bağ sahəsidir və 25m x 100m ölçüdədir. Göründüyü kimi müstəqil mütəxəssis rəyinə əsaslanan sonuncu ekspert rəyi əvvəlki mütəxəssis və ekspert rəylərindən tamam fərqlənir. Yəni ki, sonuncu iki ekspert rəyləri arasında da ziddiyyət müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6425 nömrəli ekspert rəyində mübahisəli bağ sahəsinin arxiv cizgisinə əsasən yerləşmə yeri müəyyən edilərək 1191 kvm hissədə 729a saylı bağ sahəsi ilə üst-üst düşdüyü qeyd edilsə də, sonuncu ekspert rəyində mübahisəli bağ sahəsinin 728 və 729a saylı bağ sahələri ilə üst-üstə düşməməsi barədə məlumat verilmişdir. Belə olan halda ekspert rəylərindəki ziddiyyətin aradan qaldırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən iddiaçının və cavabdeh inzibati orqanın mütəxəssislərinin (GPS aparatı vasitəsilə) iştirakı ilə 16 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən torpaq sahələrinə yerli baxış keçirilmiş, baxış zamanı da AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6425 nömrəli ekspert rəyində müəyyən edilmiş hallar öz təsdiqini tapmışdır. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən naturada göstərilən sahə müqavilənin arxiv cizgisi ilə həmçinin mütəxəssislər tərəfindən sonuncu rəylərdə də göstərilən sahə ilə üst-üstə düşür. Üçüncü şəxs X13 məxsus torpaq sahəsi iddiaçının naturada göstərdiyi, iddia etdiyi torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Qonşuluqda 728, 730 və 730a nömrəli bağ sahələri yerləşir, bağın qarşı hissəsi də yola baxır. O da müəyyən edildi ki, 729 saylı və 728 saylı bağ sahələri arasında üst-üstə düşmə məqamları yoxdur, qonşu sahələrdir, 2 sıra mişar daşları düzülmüşdür, eyni zamanda 730 və 730a nömrəli bağ sahələri ilə də üst-üstə düşmə məqamları yoxdur. 730 və 730a nömrəli bağ sahələrinə məxsus, hər biri 12 sot olmaqla çıxarışlar vardır. Bu hal sxematik xəritədə də öz əksini tapır, lakin sxematik xəritədə 729a və 730a nömrəli bağ sahələri olmamışdır. 729a nömrəli bağ sahəsi 1994-cü ildə verilmiş order əsasında bağ sahəsi kimi qeydiyyatdan keçmişdir. Fakitiki olaraq 729 bağ sahəsi kimi boş 1309 m2 sahəsi vardır. Onun da yan tərəfindəki 162 m2 hissə yol tərəfə düşür, boş qalan sahə 1147 m2-dir. Məhkəməyə sonuncu dəfə təqdim edilmiş **********61 nömrəli xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində də qeyd edilmişdir ki, Bağların bölgüsünə dair sxematik xəritəyə, arxiv cizgisinə əsasən 729 saylı bağ sahəsi 728 saylı sahədən sonra, 730 saylı bağ sahəsindən isə əvvəl (728 və 730 saylı bağların arasında) yerləşməlidir. Həmin ərazinin isə 1191.0 kv.m sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən 729a saylı bağ sahəsi kimi qeydiyyatdan keçib. Arxiv cizgisində göstərilən ümumi ölçülərə uyğun (100 x 25), və həmin ərazidə qeydiyyatdan keçmiş 729a saylı bağın 1191.0 kv.m sahəsi, keçid yoluna düşən 162,0 kv.m hissə çıxıldıqdan sonra 729 saylı bağ sahəsinə 1147,0 kv.m sahə qalır. Göstərilən faktiki bağ sahəsi 2573,0 kv.m təşkil edir. Bağ sahəsinin üzərində tikili mövcud deyil. Faktiki olaraq göstərilən 2573,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X Y
1. 410630.7376 4490057.5683
2. 410616.0841 4490077.8235
3. 410698.7169 4490139.2725
4. 410713.3102 4490118.9739 Bağların bölgüsünə dair sxematik xəritəyə, arxiv cizgisinə əsasən 728 saylı bağ sahəsi 729 saylı sahədən əvvəl şimal qərb hissədə yerləşməlidir. 729 saylı bağ sahəsi kimi vətəndaş tərəfindən əvvəllər müxtəlif konfiqurasiyalı ərazilər göstərilib. Əvvəl göstərilən sahənin bir hissəsi qeydiyyatdan keçmiş 729a saylı bağ sahəsinin ərazisinə bir hissəsi isə 728 saylı bağ və bölünənlərinin ərazisinə düşürdü. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə qeydiyyata alınmış 730a saylı bağ sahəsi ilə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 728 saylı bağ sahəsi ilə həmsərhəddir. Vətəndaş tərəfindən sonradan 729 saylı bağ sahəsi kimi göstərilən 2573.0 kv.m sahənin bir hissəsi qeydiyyatdan keçmiş 729a saylı bağ sahəsinin ərazisi ilə üst-üstə düşür. 728 saylı bağın ərazisi ilə üst-üstə düşmür. Vətəndaş tərəfindən sonradan 729 saylı bağ sahəsi kimi göstərilən 2573.0 kv.m sahənin bir hissəsi qeydiyyatdan keçmiş 729a saylı bağ sahəsinin ərazisi ilə üst-üstə düşür. Koordinatlar və sxem tərtib edilərək əlavə olundu. Torpaq sahəsi ayrılarkən koordinatlarla ayrılmadığından faktiki göstərilən torpaq sahəsinin koordinatları ilə uyğun gəlib-gəlməməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Həmin ərazinin isə 1191.0 kv.m sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən 729a saylı bağ sahəsi kimi qeydiyyatdan keçib. Beləliklə iş üzrə əldə edilmiş xx.xx.2023-cü il tarixli, 10/6425 saylı ekspert rəyini (iş mat. 04-cü cild, səh 1-5) iş üzrə alınmış digər ekspert rəyləri ilə müqayisədə daha mötəbər hesab edən kollegiya ekspert rəyinin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrıayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ekspert rəyinin mötəbərliyini şübhəyə alan məqamlar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddia olunan torpaq sahəsinin bir hissəsi, yəni 729a nömrəli bağ sahəsi 1191.0 kv.m olmaqla X10 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarış ləğv edilməmişdir, iddiaçının iddia tələbi həmin hissəyə münasibətdə təmin edilə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, iddia olunan torpaq sahəsinin bir hissəsinin, 729a nömrəli bağ sahəsinin 1191.0 kv.m olmaqla X10 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi, iddiaçının mərhum atasının hüquqmüəyyənedici sənədlərinə əsasən ayrılmış bağ sahəsinin ölçüsü 0.25 hektar qeyd edilsə də, işin araşdırılması zamanı müəyyən olundu ki, bağ sahəsinin faktiki qalan sahəsi daha azdır- 1147,0 kv.m-dir və həmin bağ sahəsinin ətrafında boş sahə mövcud deyildir, dörd bir tərəfində yerləşən bağ sahələrinə dair digər fiziki şəxslərin mülkiyyət hüquqları müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həmin hissəyə, yəni 1147,0 kv.m-ə münasibətdə məxsusluq arayışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir, şikayətin dəlilləri qərarın ləğvinə əsas verir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə əsasən aparılmış tədqiqatın dəyəri “X9” MMC tərəfindən aparılmış tədqiqata münasibətdə 300 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatlara münasibətdə (hər biri 50 manat olmaqla) 150 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, “X9” MMC tərəfindən aparılmış tədqiqatın dəyəri qismində 300 manatın 200 manatı cavabdehin, 100 manatı isə İddiaçı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatın dəyəri qismində 150 manatın 100 manatı cavabdehin, 50 manatı isə İddiaçı üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-87/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 1147,0 kv.m ölçüdən ibarət olan 729 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.
Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-87/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 1147,0 kv.m ölçüdən ibarət olan 729 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manatın 200 (iki yüz) manatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən, 100 (bir yüz) manatı isə İddiaçı tutularaq “X9” MMC-nin hesabına (VÖEN **********, M/h: № AZ37NABZ********************, "xxxx" ASC Sahil filialı, Kodu: 201218, VÖEN: **********, Hesab AZ64AİİB400900C**********208, SWİFT kod AİİBAZ2X) köçürülsün. Aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olaraq 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən, 50 (əlli) manatı isə iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov