Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-70/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1955-ci il tarixində Şəki rayonunun Orta Zəyzid kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)- 4581/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 18 may 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1973-cü il tarixdən 1978-ci il tarixədək olan müddətdə X6 ixtisası üzrə M.Əzizbəyov adına X16 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı illər, 1972-1973-cü illərdə Lenin adına Kolxozda mövsümi iş hesab edilən tütün sahəsində çalışdığı illərin əmək stajına daxil edilərək, ona hüququnun yarandığı 2015-ci ildən güzəştli əmək pensiyasının təyin olunması və həmin tarixdən əlavələr də nəzərə alınmaqla pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixində Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X14 Filialının 590 saylı 17 may 2019-cu il tarixli arayışına əsasən iddiaçı Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda 1972 və 1973-cü illərdə mövsümi iş hesab edilən tütün sahəsində işləmişdir. İddiaçı 1973-cü ildə M.Əzizbəyov adına X16 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1978-ci ildə X6 ixtisası üzrə tam kursu bitirmişdir. Həmin ildə Dövlət imtahan komissiyasının qərarı ilə X6 mühəndisi ixtisası verilmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək X12 Zavodunda nəzarət ölçü cihazları üzrə mühəndis vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək həmin müəssisədə laborant vəzifəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X1xanasında usta (istilik və energetika mühəndisi) vəzifəsində işləmişdir. Qeyd edilənlərə əsasən iddiaçının ümumilikdə 19 illik güzəştli iş stajı əmək kitabçasında qeyd olunmuşdur. Bundan əlavə 1972-1973-cü illərdə iddiaçı Lenin adına Kolxozda mövsümi iş hesab edilən tütün sahəsində çalışmışdır. Lakin həmin illərin iş stajı cavabdeh tərəfindən hesab edilməmişdir. 1992-ci ildə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 68-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə sənayenin mövsümi sahələrinin tabeliyindən asılı olmayaraq müəssisə və təşkilatlarda tam mövsüm ərzində iş müddəti bir illik staj sayılır. Ona görə də iddiaçının həmin sahədə çalışmağı iş stajı kimi əlavə edilməlidir. Cavabdehin 03 mart 2020-ci il tarixli imtina məktubunda qeyd edilir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, onun ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi 19 il iş stajı qeyd olunmuş və həmin iş stajı yalnız bir vəzifədə işlədiyi müddətdə hesablanmışdır. Cavabdehin bu stajın 12 il 6 aydan az təşkil etdiyi qənaətinə gəlməsi əsassızdır və qanunsuzdur. İddiaçının ümumi iş stajı isə cavabdeh tərəfindən ümumiyyətlə səhv hesablanmışdır. 1973-cü il tarixdən 1978-ci il tarixədək olan müddətdə iddiaçı X6 ixtisası üzrə M.Əzizbəyov adına X16 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir ki, bu da iş stajı kimi cavabdeh tərəfindən nəzərə alınmalı idi. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normasının tələbindən açıq aydın görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğuna görə, iddiaçı bu hüquqdan məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi cavabdehin iddiaçının əyani təhsil müddətini iş stajına daxil etməməsi konstitusyon hüququnun pozulmasına səbəb olmuşdur. Bundan əlavə, iddiaçının çalışdığı vəzifə, yəni əmək kitabçasında göstərilən və X1xanasında usta (istilik və energetika mühəndisi) kimi işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən Xİİİ fəsildə (Elektrik stansiyaları, enerji qatarlan, buxar güc təsərrüfatı) qeyd olunan vəzifələr (qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar) siyahısına (kod 2140000b-23398) daxildir. Göründüyü kimi, iddiaçının tələb olunan 12 il 6 ay güşətli iş stajı da vardır. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1973-cü il tarixdən 1978-ci il tarixədək olan müddətdə X6 ixtisası üzrə M.Əzizbəyov adına X16 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı illər, 1972-1973-cü illərdə Lenin adına Kolxozda mövsümi iş hesab edilən tütün sahəsində çalışdığı illərin əmək stajına daxil edilərək, ona hüququnun yarandığı xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və həmin tarixdən əlavələr də nəzərə alınmaqla pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-4581/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. xx.xx.2021-ci il tarixdə qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-4581/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatət təqdim edərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 847/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat Şəki rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “onun 01 avqust 1978-ci ildən 01 sentyabr 1979- cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməsi hüquqi faktının müəyyən edilməsi”nə dair iddia tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Şəki rayon Məhkəməsinin 2(075)-616/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən (hakim P.Hacıyev) İddiaçı “onun 01 avqust 1978-ci ildən 01 sentyabr 1979- cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməsi hüquqi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şəki Rayon Məhkəməsinin 2(075)-616/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1438/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli,Ə.Məcidov, A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-616/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-975/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov,İ.Xələfov, A.Hüseynov) kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1438/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırkı işin dayandırılmasına səbəb olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edildiyindən hazırkı iş üzrə icraat təzələnmişdir. Tərəflər və iddiaçının vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 20 saylı Vəkil Bürosu) apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndələri X8, X11, X5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)- 4581/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********4 saylı məktubda qeyd olunur: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən və güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - D-İ № 014045 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973cü ildə M.Əzizbəyov adına X16 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1978-ci ildə X6 ixtisası üzrə tam kursu bitirmişdir. - “X17” ASC-nin 01 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X1xana təsərrüfatı Şəki 15 saylı Çörək zavodunun həyətində yerləşmişdi, Şəki 15 saylı Çörək zavodunun balansında olmuş onlara təqdim edilmiş əmək kitabçasına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həmin təsərrüfatda usta vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək X12 Zavodunda nəzarət ölçü cihazları üzrə mühəndis işləmişdir. xx.xx.1983-cü il tarixdən həmin qazanxana Azərbaycan Respublikası Yeyinti sənayesi Nazirliyinin sərəncamı ilə X12 Zavodunun balansına verilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixədək bu qazanxana təsərrüfatında usta vəzifəsində işləmişdir. Qazanxana Şəki TFZ ilə yanaşı Şəki 15 saylı Çörək zavoduna, Avtomobillərə Texniki xidmət mərkəzinə, Şəki Ticarətinin, Gülüstan Restoranına, Kimyəvi təmizləmə fabrikinə, Şəki maldarlıq sarayına, Şəki Yem laboratoriyasını buxar və istiliklə təmin etmişdir. Qazanxana fasiləsiz 3 növbəli işləmişdir - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X13 Filialının 590 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozun kolxozçuların əmək uçotu və kolxoz üzvlərilə hesablaşma kitabına və əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən İddiaçı (Sehran) Əhməd oğlu kolxozda işlədiyi zaman əmək haqqısı və günləri aşağıdakı kimi qeyd edilmişdir – 1972-ci il, şəxsi hesab 107, əmək günü 122, adam günü 106, 1973-cü il, şəxsi hesab 24, əmək günü 10, adam günü 14. - iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdə Şəki Tütün-Fermentasiya Zavoduna müvəqqəti nəzarət-ölçü cihazları üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci il tarixdə 15 nömrəli X9xana üzrə suyun kimyəvi təmizlənməsinə işə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə müvəqqəti qazanxananın ustası vəzifələri həvalə edilmiş, xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1981- ci il tarixdə qazanxananın suyun kimyəvi təmizlənməsi üzrə laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə müvəqqəti qazanxananın ustası vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixdə X7 X12 Zavodunun balansına keçirilməsi ilə əlaqədar olaraq, Çörək Zavodunun işçiləri X12 Zavodunun işçiləri sayılmış və qazanxananın ustası vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə yeni təsdiq edilmiş ştat vahidləri cədvəlinə əsasən, istilik və energetika mühəndisi oxunmuş, xx.xx.1998-ci il tarixdə müəssisədə ehtiyac olmadığından vəzifədən azad edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» xx.xx.2017-ci il tarixli Qanunun 1.16-cı bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir və bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Göründüyü kimi iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı mövcud olmalıdır Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçının təhsil müddəti də nəzərə alınarsa, belə 25 il ümumi iş stajının mövcud olmadığı müəyyən edilir. Həmçinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “onun 01 avqust 1978-ci ildən 01 sentyabr 1979- cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməsi hüquqi faktının müəyyən edilməsi”nə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və qeyd edilən iş üzrə Şəki Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-975/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Göründüyü kimi iddiaçının 01 avqust 1978-ci ildən 01 sentyabr 1979- cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməsi hüquqi faktı məhkəmə tərəfindən tanınmamışdır. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iddiaçı 15 nömrəli X18 və X2xananın ustası (istilik və energetika mühəndisi) vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edilməsini bildirsə də, məhkəmə qeyd edir ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahıda, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır. Qeyd olunan siyahılarda həmin vəzifələr Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahələri üçün nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi sahə isə həmin sahəyə aid deyildir. İddiaçının çalışdığı peşə qeyd olunan Siyahılarda nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı mövcud olmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə məcmu halda qiymət verərək, hesab edir ki, apellyasiya şikayətində istinad edilən hallar iş materialları ilə öz təsdiqini tapmamış, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)- 4581/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)- 4581/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-70/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-70/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver