Məhkəmə qərarları › İş №2-1(103)-700/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-700/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-700/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “yükün buraxılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2-1(112)-7631/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 01-09 mart 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməsi; İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci il may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfində buraxılması; cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin qanunsuz əməlləri nəticəsində İddiaçı MMC-yə vurulmuş 100.000 manat məbləğində maddi ziyanın əvəzinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə təsis edilmiş İddiaçı MMC kosmetik və tibbi vasitələrin topdan satışı ilə məşğul olur. Həmin müxtəlif markalı kosmetik və tibbi vasitələr əsasən Cənubi Koreyadan və İspaniyadan idxal edilir. 2021-ci ilin may ayında İddiaçı MMC-nin ünvanına Böyük Britaniyanın «Yuma Medikal» LP-si tərəfindən Cənubi Koreyadan «Phillex» ticarət nişanlı kosmetik vasitələri göndərilmiş, Azərbaycan Respublikasına daxil olan kimi yükün gömrük rəsmiləşdirilməsi aparılmış, lakin mallar buraxılmamış və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən əsassız olaraq saxlanılmışdır. Məlumat üçün bildirilir ki, İddiaçı MMC ilə Böyük Britaniyanın «Yima Medikal» LP-si arasında bağlanmış 09 mart 2021-ci il tarixli, 012KOMP/2021 nömrəli müqaviləyə əsasən həmin LP MMC-yə CİP Bakı şərti ilə «Phillex» ticarət nişanlı kosmetik vasitələrini satır. "Yuma Medikal" LP-si göndərilən «Phillex» ticarət nişanına sahibdir və «Phillex» kosmetik məhsullarının istehsalçısı və qlobal distribyutorudur. Həmin məhsullar Cənubi Koreyada müasir texnoloji avadanlıqlarda istehsal olunur. Qiymət siyasətini və qiymət strategiyasını "Yuma Medikal" LP özü müəyyənləşdirir. İstehsal və göndərilmə yerindən asılı olmayaraq həmin şirkətlə "xxxx" MMC arasında «Phillex» kosmetik vasitələrinin sövdələşmə qiyməti (invoys qiyməti) «X10»-7.0 (yeddi) ABŞ dolları, «X11»-8.0 (səkkiz) ABŞ dolları və «Phillex Sub-Q Plus»-9.0 (doqquz) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Müqaviləyə əsasən «Yuma Medikal» LP-si Cənubi Koreyada istehsal etdiyi «Phillex» kosmetik vasitələrini İddiaçı MMC-yə həm Koreyadakı, həmçinin digər ölkələrdəki anbarlarından, istənilən nəqliyyat vasitəsi ilə Bakı şəhərinə göndərə bilər və bu amillərin malların keyfiyyət və qiymətinə təsiri ola bilməz. 2019-2020-ci illər ərzində həmin məhsullar iddiaçının ünvana 8 dəfə göndərilmiş və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində heç bir problem yaratmadan gömrük rəsmiləşdirilməsi aparılmışdır. Lakin 2020ci ilin sentyabr ayından MMC-yə qarşı gömrük əməkdaşları tərəfindən qərəzli münasibət göstərilir, daxil olan yüklər əsassız olaraq uzun müddət ərzində kənar şəxsin anbarında saxlanıldıqdan və bununla bağlı yuxarı orqanlara şikayətlər etdikdən sonra buraxılır. Məqsədyönlü şəkildə küllü miqdarda zərər vurulur, yüksək məbləğlərdə anbar pulları ödətdirilir. 2021-ci ilin 03 may tarixində YM210421-KOM nömrəli invoysla daxil olmuş «Phillex» kosmetik vasitələri dərhal GB**********8692 nömrəli bəyannamə ilə bəyan edilmiş, tələb olunan gömrük rüsum və ödənişləri dərhal tam ödənilmişdir. X4 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X2 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də görünür ki, həmin yükə dair təqdim olunan GB**********8692 nömrəli bəyannamə 03 may 2021-ci il tarixdə saat 20:43-də növbəyə qəbul olunmuş, 04 may 2021-ci il tarixdə saat 09:06-da gömrük rəsmiləşdirilməsi başlamış və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 09:47-də isə rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 5214,27 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Göstərilən məbləğin tərəflərindən bank vasitəsi ilə dərhal tam ödənilməsinə baxmayaraq, bu günədək malları buraxılmamış və əsassız olaraq gömrük orqanı tərəfindən saxlanılmışdır. Bildirilir ki, GB**********8692 nömrəli bəyannamədə göstərilən qiymətlər müvafiq müqavilədə və invoysda göstərilən həqiqi sövdələşmə qiymətlərinə uyğundur. Həmçinin bəyannamə ilə birlikdə gömrük orqanına təqdim olunan sənədlər də düzdür. Bu gömrük orqanının müvafiq elektron bildiriş sistemindəki 04 may 2021-ci il tarixli saat 09:47də qeydlərdə də öz əksini tapmışdır. Belə ki, həmin qeydlərə əsasən rəsmiləşdirməyə təqdim olunan sənədlər düzdür. Tələb olunan gömrük rüsumu və ödənişləri isə dərhal ödənilmişdir. Buna görə də malların buraxılmaması və gömrük orqanı tərəfindən bu günədək "xxxx" MMC-nin «GHC» filialındakı anbarda saxlanılması qərəzlidir, əsassız və qanunsuzdur. Bəyannamə təqdim edildiyindən 13 gün sonra, yəni 17 may 2021-ci il tarixdə müvafiq elektron bildiriş sistemində gömrük orqanı tərəfindən GB-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmadığı üçün geri qaytarıldığı qeyd olunmuşdur. Lakin qeyd olunan uyğunsuzluğun nədən ibarət olması həmin sistemdə göstərilməmişdir. Bununla bağlı şifahi və yazılı sorğulara da cavab verilməmişdir. 17-25 may 2021-ci il tarixləri arasında dəfələrlə rəsmi qaydada yazılı və Komitənin qaynar xəttinə telefon vasitəsi ilə edilən şikayət zənglərindən sonra Komitə əməkdaşları telefonla rastlaşdığı problemin gömrük orqanı tərəfindən aradan qaldırıldığını bildirilmiş və malların buraxılması üçün bəyannamənin yenidən təqdim edilməsi barədə göstəriş verilmişdir. Həmin bəyannamə 25 may 2021-ci il tarixdə yenidən gömrük orqanına təqdim edilmişdir. Həmin tarixdə saat 14:07-də bəyannamə gömrük orqanında növbəyə qəbul olunmuş, həmin tarixdə saat 14:25-də rəsmiləşdirməyə təqdim olunan sənədlərin düz olması və 5249,67 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Göstərilən məbləğin tərəflərindən bank vasitəsi ilə ödənilməsinə baxmayaraq malları yenə də buraxılmamış, səbəbi nə rəsmi olaraq, nə də ki, şifahi qaydada izah edilməmiş, saat 15:18-də isə müvafiq elektron bildiriş sistemində gömrük orqanı tərəfindən GB-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmadığı üçün geri qaytarıldığı qeyd olunmuşdur. Lakin qeyd olunan uyğunsuzluğun nədən ibarət olması yenə də həmin sistemdə göstərilməmişdir. 25 may 2021-ci il tarixdə gömrük bəyannaməsini yenidən gömrük orqanına təqdim etmişlər, həmin tarixdə saat 16:34-də bəyannamə gömrük orqanında növbəyə qəbul olunmuş, həmin tarixdə saat 16:39-da elektron bildiriş sistemində rəsmiləşdirməyə təqdim olunan sənədlərin düz olması və 5285,07 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Göstərilən məbləğin tərəflərindən bank vasitəsi ilə ödənilməsinə baxmayaraq mallar yenə də buraxılmamış, səbəbi nə rəsmi olaraq, nə də ki, şifahi qaydada izah edilməmişdir. Qeyd olunan bəyannamə gömrük orqanı tərəfindən rəsmi olaraq bu günədək geri qaytarılmamışdır. Malların buraxılmamasının səbəbi isə bu günədək açıqlanmamışdır. Gömrük orqanının müvafiq elektron bildiriş sistemindəki 04 may 2021-ci il tarixdə mallar rəsmiləşdirilməsinin başlanılması və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılması, rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 5214,27 AZN məbləğin ödənilməsinin tələb olunmasına dair qeydlər təsdiq edir ki, gömrük orqanına təqdim olunmuş sənədlərdə heç bir problem olmamış, gömrük dəyəri isə düzgün müəyyən olunmuşdur (malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğun olması təsdiq olunmuşdur). Tələb olunan gömrük rüsum və ödənişləri tərəflərindən dərhal bank vasitəsi ilə tam ödənilmişdir. Bununla da gömrük rəsmiləşdirilməsi başa çatmışdır. Gömrük orqanı isə mallarını buraxılmasından qanunsuz olaraq imtina etmiş, səbəbini isə izah etməmişdir. 25 may 2021ci il tarixdə isə gömrük orqanı özünün müvafiq elektron bildiriş sistemində bəyannamənin təqdim olunan sənədlərlə düz olmasını bir daha təsdiq etmişdir. Eyni zamanda tələb olunan gömrük rüsum və ödənişlərin də tam şəkildə ödənildiyi bir daha təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2-1(112)-7631/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddiası “maddi ziyanın ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2-1(112)-7631/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməsi, İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci il may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yük cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən buraxılması qərara alınmışdır. (hakim: A.Oruczadə ) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, **********0 nömrəli aviaqaimə ilə Koreya Respublikasından göndərilən, İddiaçı MMC-nin Böyük Britaniyanın “Yuma Medical LP” şirkəti ilə imzaladığı 09.03.2021-ci il tarixli 12KOMP/2021 saylı müqaviləyə və 21.04.2021-ci il tarixli YM210421- KOM saylı invoysa əsasən dəyəri 8300 ABŞ dolları göstərilən, mənşə ölkəsi Koreya Respublikası olan 1000 ədəd kosmetik vasitələrin (200 ədəd “X12”, 300 ədəd “X11”, 500 ədəd “Philleks Sub-Q Plus”) gömrük rəsmiləşdirilməsi üçün 03.05.2021-ci il tarixdə **********8692 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə qeyd olunan bəyannamə bəyannaməçiyə qaytarılmışdır. Həmin malların dəyərinin İddiaçı MMC tərəfindən düzgün bəyan edilibedilməməsinin dəqiqləşdirilməsi məqsədilə ixracatçı şirkətin Koreya Respublikasının gömrük orqanlarına təqdim etdiyi gömrük bəyannaməsinin sürətlərinin göndərilməsi ilə bağlı 25.05.2021-ci il tarixli 1900-012/001-25/001656 nömrəli məktubla Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə müraciət olunmuş və həmin idarənin 04.06.2021-ci il tarixli 1000-200/002-23/009028 nömrəli məktubu ilə ixracatçı ölkəyə sorğu göndərilmişdir. Gömrük orqanının vəzifəli şəxsinin apardığı araşdırma bitməmiş və ixracatçı ölkəyə göndərilən sorğuya cavab verilənədək, təqdim olunan GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsində gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi əvəzinə İddiaçı MMC tərəfindən heç bir əsas olmadan yükün buraxılması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsinin 08.07.2021-ci il tarixli 1000-160/160-25/011018 nömrəli məktubuna əlavə olunan Koreya Respublikasından alınmış sorğunun cavabında İddiaçı MMC tərəfindən **********8692 nömrəli 03.05.2021-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların ümumi dəyəri 8300 ABŞ dolları deyil, 15012 ABŞ dolları olduğu, göndərilmə şərtinin isə “CİP” deyil “FOB” olduğu müəyyən edilmişdir. Lakin, İddiaçı MMC-nin təqdim etdiyi gömrük bəyannaməsində malın dəyəri 8300 ABŞ dolları göstərilmiş və həmin dəyər əsasında cəmi 5249,67 manat gömrük ödənişləri hesablanmışdır. Koreya Gömrük Xidməti tərəfindən malın faktiki dəyərinin Koreya ixrac bəyannaməsində yuxarı göstərildiyi təsdiqlənmişdir. Bu səbəbdən gömrük orqanı haqlı olaraq, dəyərləndirmənin düzgün olmadığı barədə qənaətə gəlmiş və bəyannaməçidən gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi tələb edilmişdir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanununun 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Göründüyü kimi, "Kompliment” MMC-nin GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malın gömrük dəyərində gömrük orqanının vəzifəli şəxsində şübhə yaranmış və Koreya Gömrük Xidmətinə sorğu verilmişdir. Koreya Gömrük Xidmətindən daxil olmuş 25 iyun 2021-ci il tarixli elektron məktubda qeyd olunmuşdur ki, Koreya Gömrük Xidməti gömrük rəsmiləşdirilməsi prosesində kağızsız sistemdən istifadə etdiyindən idxal/ixrac bəyannaməsi üçün kommersiya invoysu və digər sənədlərin təqdim olunması zəruri deyil. Sorğunun icra olunması üçün Koreya Gömrük Xidmətinə Excel cədvəli şəklində Azərbaycanda olan idxal bəyannaməsinə dair məlumatlar istənilmişdir. Həmin məlumatlar göndəriləndən sonra Koreya Gömrük Xidmətindən daxil olmuş RP-AZ- 2021-002-1 nömrəli 29 iyun 2021-ci tarixli məktubda bildirilmişdir ki, 27.04.2021-ci il tarixli **********057X nömrəli Koreya ixrac bəyannaməsində dəyər Azərbaycan tərəfindən təqdim olunan ($ 8,300) məbləğdən yuxarıdır. Belə ki, Koreya ixrac bəyannaməsinin 46 və 49-cu qrafasında ödəniş məbləği FOB-USD-15,012.00 qeyd olunmuşdur və həmin qiymətə nəqliyyat xərcləri daxil deyil. İddiaçı MMC-nin adından gömrük rəsmiləşdirilməsinə təqdim olunan **********8692 sorğu nömrəli gömrük bəyannaməsində gömrük dəyəri aşağı göstərildiyinə görə gömrük borcu yaranmış və bu borcun ödəniləcəyinə təminat verilmədiyinə görə yük sərbəst dövriyyə üçün buraxılmamışdır. Məhkəmə sözügedən qərarında maddi hüquq norması düzgün tətbiq etməmiş və "Kompliment” MMC-nin müəyyən etdiyi gömrük dəyərini düzgün olub-olmamasını tam, hərtərəfli və obyektiv araşdırmadan, düzgün olmayan qənaətə gəlmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan “Yuma Medical” LP (Satici) ilə İddiaçı MMC arasında bağlanmış 09.03.2021-ci il tarixli 12KOMP/2021 saylı müqavilənin 1-ci bəndinə əsasən satıcı invoyslarda göstərilən tibbi və kosmetik avadanlıq və vasitələri müqavilənin imzalandığı tarixdən etibarən Bakı şəhərinə tədarük edir, alıcı isə malları qəbul edir. Satıcı bu müqavilənin predmeti olan malları dünyanın istənilən ölkəsindən, istənilən istehsalçıdan, istənilən nəqliyyat vasitəsi ilə alıcıya göndərə bilər. Lakin, bu amillərin malların keyfiyyət və qiymətə təsir ola bilməz. Alıcı ünvanına daxil olan yüklərin gömrük rəsmiləşdirilməsini həyata keçirərək, bütün gömrük rüsum və yığımlarını ödəyir, malları qəbul edir. Müqavilənin 2-ci bəndinin 1-ci abzasına əsasən “Phillex” kosmetik vasitələrinin CİP Bakı sövdələşmə qiyməti dəyişdirilmədən əvvəlki müqavilələrə uyğun saxlanılsın və aşağdaki kimi bir daha təsdiq edilsin: X10-7,00 ABŞ dollar X11-8,00 ABŞ dollar Phillex Sub-Q Plus-9,00 ABŞ dolları Müqavilənin 4-cü bəndinə əsasən satıcı hava və ya digər nəqliyyat vasitəsi ilə invoysda göstərilən malları 3-cü bəndə uyğun olaraq 3 həftə ərzində Bakı şəhərinə çatdırır. Vaxtından əvvəl malların çatdırılmasına icazə verilir. Alıcı malları gömrük əməliyyatlarını həyata keçirərək öz obyektinə çatdırır. İş materiallarında olan 03.05.2021-ci il tarixli **********8692 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, mal göndərən/ ixracatçı “Yuma Medical LP” Böyük Britaniya mal qəbul edən/idxalatçı İddiaçı MMC olmaqla cəmi 1000 ədəd kosmetik vasitələri (X10- 200 ədəd, X11 -300 ədəd, Phillex Sub-Q Plus-500 ədəd) invoys dəyəri 8300 ABŞ dolları, gömrük dəyəri 14110.00 manat, hesablanmış gömrük ödənişi 5214.27 manat qeyd edilmişdir. İş materiallarında olan Yuma Medical LP YM210421-KOM nömrəli 21.04.2021 tarixli invoysda 1000 ədəd kosmetik vasitəyə görə 8300 ABŞ dollar ödənişin edilməsi qeyd edilmişdir. İş materiallarında olan 107OCT421158002Z nömrəli, 07.06.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Kompliment MMC tərəfindən Yuma Medical LP-nin xeyrinə 09.03.2021-ci il tarixli 12KOMP/2021 saylı müqavilə və YM210421-KOM nömrəli 21.04.2021 tarixli invoysa əsasən 8300 ABŞ dolları məbləğində köçürmə həyata keçirilmişdir. İş materiallarında olan idxal olun malların aviaqaiməsindən görünür ki, Yuma Medical LP tərəfindən Kompliment MMC-yə göndərilən kosmetik məhsulların HS kodu:3304.99- 9000 invoys nömrəsi YM210421-KOM kimi qeyd edilmişdir. İş materiallarında olan 04.05.2021-ci il tarixli və 25.05.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, cəmi 5285.07 manat məbləğində gömrük rüsumu, ödənişləri və yığımları büdcəyə ödənilmişdir. 21.06.2021-ci il tarixdə ********* və ********* nömrəli mədaxil qəbzləri ilə əlavə 30 manat və 5,40 manat ödəniş həyata keçirilmişdir. İşin faktiki halllarından görünür ki, iddiaçı “Yuma Medical” LP arasında olan müqavilə münasibətləri zəminində müqavilə predmetini təşkil edən malları almış, həmin malların Azərbaycan Respublikasına idxalı zamanı müvafiq gömrük prosedurlarından keçmiş, zəruri olan gömrük rüsumunu ödəmiş, lakin malın gömrük orqanı tərəfindən buraxılmasına icazə verilməmişdir. Cavabdeh inzibati orqan risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə malları ixrac edən ölkənin ixrac bəyannaməsində ödəniş məbləğinin FOB- USD 15012.00 olduğuna istinad edərək bəyannaməni qaytarmışdır. İşdən görünür ki, iddiaçının iddia tələbi üç hissədən ibarətdir:

1. İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməsi;

2. İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci il may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfində buraxılması;

3. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin qanunsuz əməlləri nəticəsində İddiaçı MMC-yə vurulmuş 100.000 manat məbləğində maddi ziyanın əvəzinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilməsi. Bakı İnzibati Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2-1(112)-7631/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddiası “maddi ziyanın ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Qeyd olunan qərardaddan apelyasiya şikayəti verilməmişdir. Birinci instansiya məhkəməsinin eyni tarixli qərarı ilə iddia tələbinin 1 və 2-ci hissəsi təmin edilmişdir. Məhkəmə iddia tələbinin 1-ci hissəsi, yəni iddiaçının ünvanına daxil olan və iddiaçı tərəfindən 2021-ci ilin may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh tərəfindən əsassız olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməsi hissəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırkı iş üzrə cavabdeh tərəfindən isə iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin müddəalarına əməl edilməmişdir. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı əslində mala çəkilən xərcin 8.300 ABŞ olduğunu, gömrük orqanına təqdim edilən invoysun nəzərə alınmalı olduğunu iddia edir. Göründüyü kimi iddiaçı gömrük dəyərinin müəyyən edilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi sövdələşmə qiymətinin əsas götürülməsində iddialıdır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun “Malların sövdələşmə qiyməti üsulu” adlanan 13-cü maddəsindən də göründüyü kimi gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki, alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla), satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın, alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə, bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar, alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Cavabdeh qismində çıxış edən gömrük orqanı öz növbəliyində invoysda göstərilən sövdələşmə qiymətini nəzərə almamış, Koreya ixrac gömrük bəyannaməsi adı ilə əldə etmiş olduğu məlumata istinad edərək, qanunvericilikdə səciyyələnmiş mallarının gömrük dəyərinin müəyyən edilməsi üsullarından istifadə etməmişdir. Diqqətəlayiq hal odur ki, “Gömrük tarifi haqqında” Qanunda göstərilən gömrük dəyərinin müəyyən edilməsi üsullarının heç birində gömrük dəyərini müəyyən etmək üçün xarici malların istehsal və göndərildiyi ölkədə rəsmiləşdirilmiş ixrac gömrük bəyannaməsindən istifadə edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd etmişdir ki, digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən ünvanlanmış sorğuya cavab məktubunda Azərbaycan Respublikası Milli X5 Qanunvericilik Şöbəsi bildirmişdir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi (Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət) gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Malların gömrük dəyərini sövdələşmə qiyməti (dəyərləndirilən mallara eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti), bunlar da mümkün olmadıqda eynicinsli malların sövdələşmə qiymət (dəyərləndirilən mallarla eyni və təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eynicinsli malların sövdələşmə qiyməti) tətbiq olunur. Yuxarıda qeyd olunan dəyərləndirmə üsullarının tətbiqi mümkün olmadıqda isə malların gömrük dəyəri çıxılmış dəyər üsulu ilə müəyyənləşdirilir. Göründüyü kimi həm qanunvericilik, həmçinin də Azərbaycan Respublikası Milli X5 Qanunvericilik Şöbəsinin məktubu idxal olunmuş malların dəyərləndirilməsi mexanizmini təsvir etmişdir ki, həmin dəyərləndirilmənin aparılmasının əsaslardan biri sövdələşmə üsulu ilə həyata keçirilir. Lakin, cavabdeh inzibati orqan qanunvericiliyin və normativ hüquqi aktların tələbləri çərçivəsində hərəkət etməmiş, bununla da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti əsasında müəyyən edilə bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, “Yuma Medical” LP şirkəti ilə İddiaçı MMC arasında bağlanmış 09.03.2021-ci il tarixli 12KOMP/2021 saylı müqaviləyə əsasən mənşə ölkəsi Koreya Respublikası olan və 21.04.2021-ci il tarixli YM210421-KOM saylı invoysa əsasən dəyəri 8300 ABŞ dolları olan 1000 ədəd kosmetik vasitələri (X10-200 ədəd, X11 - 300 ədəd, Phillex Sub-Q Plus-500 ədəd) olan yük iddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsi üçün 03.05.2021-ci il tarixdə **********8692 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. İddiaçı tərəfindən malların bəyan edilməsi "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi” Qaydalarına uyğun həyata keçirilmiş, həmçinin, Gömrük Məcəlləsinin 148-ci maddəsi ilə bəyannaməçi kimi üzərinə düşən bütün vəzifələr tam icra edilərək zəruri olan 5285.07 manat məbləğində gömrük rüsumu ödənilmiş, lakin malın gömrük orqanı tərəfindən buraxılmasına icazə verilməmişdir. Halbuki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi malların sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə qeyd olunan bəyannamə bəyannaməçiyə qaytarılmışdır.” Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində qeyd olunan dəlili ilə razılaşmayaraq qeyd edir ki, gömrük işində risklərin idarə edilməsi Gömrük Məcəlləsinin 100 və 101-ci maddələri ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən gömrük işində risklərin idarə edilməsi (risk menecmenti) məlumatların toplanması, məlumat bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədi ilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi həyata keçirilən tədbirlərdir. Qeyd olunan maddənin təhlilindən görünür ki, həmin maddələrdə risk təhlili nəticəsində malların gömrük orqanı tərəfindən buraxılmaması və ya bəyannamənin geri qaytarılması nəzərdə tutulmamışdır. Həmçinin cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “İddiaçı tərəfindən gətirilmiş malların qiymətləri ilə bağlı yaranmış şübhə nəticəsində gömrük orqanı Koreya ixrac bəyannaməsini əldə etmək məqsədi ilə Koreya Respublikasına sorğu göndərilmiş və Koreya Respublikasından alınmış sorğunun cavabında İddiaçı MMC tərəfindən **********8692 nömrəli 03.05.2021-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların ümumi dəyəri 8300 ABŞ dolları deyil, 15012 ABŞ dolları olduğu, göndərilmə şərtinin isə “CİP” deyil “FOB” olduğu müəyyən edilmişdir.” Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qeyd olunan dəlili ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış sorğu əsasında Dövlət Gömrük Komitəsi ilə Koreya Gömrük Xidməti arasında aparılan yazışmaların surətləri təqdim olunmuş və sənədlər toplusunda Koreya gömrük xidməti tərəfindən təsdiqlənmiş, 15012.00 ABŞ dolları məbləğində mallara dair ixrac bəyannaməsi mövcud olmamışdır. Sənədlər toplusunda mövcud olan Koreya Gömrük Xidmətinin RP-AZ-2021-002-1 nömrəli, 29 iyun 2021-ci il tarixli xidməti məktubun tərcümə olunmuş nüsxəsində aşağıdakılar göstərilmişdir: “Sizin göndərdiyiniz AWB nömrələrindən istifadə etməklə Koreya Gömrük Xidmətinin kompüter sistemində qeydə alınmış ixrac bəyannamələrindəki məlumatları nəzərdən keçirdik. Qiymətlə bağlı məlumatlarda biz Azərbaycanda təqdim edilən idxal bəyannaməsindəki dəyərin Koreyada ixrac bəyannaməsindəki dəyərdən yuxarı/aşağı olmağını müəyyən etdik. Bu yoxlamanın nəticəsini qoşmada Sizə göndəririk” Məhkəmə qeyd etmişdir ki, cavabdeh təqdim olunmuş xidməti məktubu və həmin məktuba əlavə olunmuş olan cədvəli əsas götürərək iddiaçı tərəfindən gətirilən malların dəyərinin 8.300 dollardan yuxarı olduğuna istinad etmişdir. Halbuki, cavabdeh Koreya Gömrük Xidmətindən əldə etmiş olduğu məlumata istinad edərək bu nəticəyə gəlməsi tamamilə qanunsuzdur. Bu halın əsassız olmasına dəlalət edən bir neçə əsas var. İlkin olaraq nəzərə alınmalıdır ki, Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş Koreya Gömrük Xidmətinin RP-AZ-2021-002-1 nömrəli, 29 iyun 2021-ci il tarixli məktubunun tərcüməsi natamam olmuş və yaranmış mübahisəyə təsir və əhəmiyyət kəsb edən ifadə göstərilməmişdir. Məhkəmə bu nəticəyə gələrkən sözügedən məktubun notarial qaydada təsdiq və tərcümə olunmuş nüsxəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən məhkəmə sorğusu əsasında təqdim olunmuş məktubun ilkin versiyasına istinad etmişdir. Hər iki məktubun təhlili onu göstərir ki, həm notarial qaydada tərcümə və təsdiq olunmuş, həmçinin də xarici dildə olan məktubun məzmununda qeyd olunmuşdur ki, “This information is provided for your intelligence only. İt shell not be disclosed to the third party or used as evidence in court - Bu məlumat yalnız məlumat üçün sizə verilir. Üçüncü tərəfə açıqlanmamalı və məhkəmədə sübut kimi istifadə edilməməlidir” Göründüyü kimi, Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmə sorğusu əsasında, həmçinin cavabdeh tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş məktubun tərcümə olunmuş nüsxəsində zəruri olan məlumat göstərilməmiş, məktubun sübut qismində məhkəmədə istifadə olunması nəzərdə tutulmadığı halda, həmin məktub əsas gətirilərək iddiaçı tərəfindən gətirilən malların dəyərinin gömrük bəyannaməsində göstərilən dəyərdən yüksək olduğu bildirilmişdir. Göstərilən bu hal ona dəlalət edir ki, cavabdeh iddiaçı tərəfindən bəyan edilmiş məlumatları təhrif etmiş, lakin bunun əsaslı olmasını təsdiq edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, hətta Koreya Gömrük Xidmətinin RP-AZ-2021-002-1 nömrəli, 29 iyun 2021-ci il tarixli məktubunun tərcümə olunmuş nüsxəsində bütün məlumlar əks olunsa idi belə, bu məktubun sübut qismində sayılması və cavabdeh inzibati orqanın xeyrinə təsir göstərməsi mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh orqan Koreya Respublikasından alınmış məktubun sübut qismində məhkəmədə istifadə olunması nəzərdə tutulmadığı halda məktuba istinad edərək bəyannaməni bəyannaməçiyə qaytarmaqla haqlı olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin 2-ci hissəsi, yəni iddiaçının ünvanına daxil olan və iddiaçı tərəfindən 2021-ci il may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh tərəfində buraxılması hissəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, gömrük münasibətlərini tənzimləyən hüquqi aktlarda saxlanc anlayışı geniş olaraq təsvir olunmuşdur. Saxlanc dedikdə, hər hansı bir malın saxlanılması başa düşülür. Gömrük münasibətləri saxlancın 2 növdə həyata keçirilməsini şərtləndirmişdir: 1) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi; 2) müvəqqəti saxlanc anbarına yerləşdirilməsi. Qanunvericilik hər iki halda saxlancın mexanizmini müəyyən etmişdir ki, bu zaman müvafiq olaraq mühüm olan elementlərə nəzərə yetirilməlidir. Birinci halda, gömrük ərazisinə gətirilən malların mal sahibi tərəfindən gömrük orqanına təqdim edilərək bəyan edildiyi zaman mallar saxlanc xüsusi gömrük prosesuduru altında yerləşdirilə bilər. İkinci halda isə, yəni müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün mütləq qaydada mülkihüquq münasibətləri, yəni mal sahibi və gömrük orqanı arasında müqavilə bağlanılmalıdır. Nəzərə alınmalıdır ki, hər iki halda cavabdeh tərəfindən mübahisə predmetini təşkil edən malların saxlancının həyata keçirilməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçı mal sahibi kimi daxil olan xarici malları müvəqqəti saxlanca verilməsini bəyan etməmiş, əksinə həmin malları ümumi dövriyyə buraxılmasını bəyan etmiş, o cümlədən də həmin malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün gömrük orqanı ilə hər hansı mülki-hüquqi müqavilə bağlamamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş İddiaçı MMC-yə məxsus malların buraxılmaması, anbarda yerləşdirilməsi bir mənalı qanunvericiliyin tələblərinin pozulmsına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Gömrük Məcəlləsinin 89-cu (Gömrük nəzarətinin minimum müddətdə həyata keçirilməsi tələbinə riayət olunması) maddəsinə əsasən, gömrük orqanları, bəyannaməçi və mallar barədə səlahiyyəti olan digər şəxslər gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan minimum müddətə riayət etməyə borcludurlar. Həmin Məcəllənin 152.1-ci maddəsinə əssən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun həmin maddədə göstərilən şərtlərə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əssən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 160.3-cü maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. Həmin Məcəllənin 162-ci (Malların buraxılışı) maddəsinə əsasən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə isə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Həmin Məcəllənin gömrük rəsmiləşdirilməsinin başlanmasını və başa çatmasını tənzimləyən 104-cü maddəsində müəyyən edilmişdir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Yuxarıda istinad olunan normadan da görünür ki, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Eyni zamanda istinad olunan normadan görünür ki, ekspertizasının aparılmasının məqsədi malların gömrük dəyərinin təyin olunmasını müəyyən etməkdir. Məhkəmə araşdırması zamanı cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Halbuki İddiaçı MMC-in gömrük orqanına təqdim etdiyi bəyannamə və sənədlər gömrük orqanı tərəfindən yoxlanılmış və onların düz olması müəyyən olunmuşdur. Belə ki, YM210421-KOM nömrəli invoysla daxil olmuş «Phillex» kosmetik vasitələri dərhal iddiaçı tərəfindən GB**********8692 nömrəli bəyannamə ilə bəyan edilmiş, tələb olunan gömrük rüsum və ödənişləri ödənilmişdir. X4 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X2 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də görünür ki, həmin yükə dair təqdim olunan GB**********8692 nömrəli bəyannamə 03 may 2021-ci il tarixdə saat 20:43-də növbəyə qəbul olunmuş, 04 may 2021ci il tarixdə saat 09:06-da gömrük rəsmiləşdirilməsi başlamış və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 09:47-də isə rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 5214,27 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Daha sonra gb-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmadığı üçün geri qaytarılmışdır. İddiaçı şirkət tərəfindən həmin məbləğ tam şəkildə ödənilmişdir. Göründüyü kimi gömrük orqanı tərəfindən ilk olaraq Gb qəbul olunmuş, hətta gömrük ödənişlərinin həyata keçirilməsi tələb olunmuş, lakin sonradan əsassız səbəbə görə malin buraxılmasına icazə verilməmişdir. Cavabdeh apelyasiya şikayətində malların dəyərinin İddiaçı MMC tərəfindən düzgün bəyan edilməməsini və gömrük dəyərinə düzəliş olunmasını bildirsə də hər hansı çatışmazlıq və ya uyğunsuzluğun olduğu hallarda bu barədə iddiaçıya bildiriş vermək, bununla bağlı onu yazılı və şifahi qaydada məlumatlandırmaq Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər. Lakin cavabdehin bu məzmunda iddiaçıya hər hansı bildiriş verməsi, bununla bağlı onu hər hansı formada məlumatlandırması, ümumiyyətlə gömrük rəsmiləşdirilməsinin hansı səbəbdən baş verməməsi barədə hər hansı informasiya verməsi, yəni məsələ ilə əlaqədar iddiaçını gömrük orqanına gəlməsi barədə dəvət etməsi, lakin iddiaçının gəlməməsi, iddiaçının təqsirli hərəkətsizliyindən – gömrük rəsmiləşdirilməsinin gecikdiyi müəyyən olunmamışdır, nə də gömrük orqanı bu halları təsdiq edəcək məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən olunur ki, malların ölkəyə idxal olunduğu barədə məlumatlandırıldıqdan sonra iddiaçı ardıcıl surətdə, israrlı şəkildə, ləngimələrə yol vermədən öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırılması ilə cavabdeh orqan tərəfindən bəyannamənin qaytarılmasına səbəb olan hallar öz təsdiqi tapmadığından iddiaçı tərəfindən qanuni əsaslarla gətirilən malları əsassız saxlamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan təqdirdə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçı MMC tərəfindən 2021-ci ilin may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılması qanunsuz hesab edilməli, yük cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən buraxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2-1(112)-7631/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar