Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-700/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6832/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arayışın verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vəzifəli şəxslərinin xx.xx.2021-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və xx.xx.2008-ci il tarixdə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.2010- cu il tarixədək AR Müdafiə Nazirliyində zabit həkim kimi hərbi xidmət keçmişdir. AR Müdafiə Nazirinin 0266 №-li, xx.xx.2010-cu il tarixli əmri ilə “tibb xidməti polkovnik- leytenantı” hərbi rütbəsində ehtiyata buraxılmışdır. O, hərbi xidmət dövrü hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2008ci il tarixdə hərbi travma almışdır. O, aldığı travma ilə əlaqədar xx.xx.2008-ci il tarixdən xx.xx.2008ci il tarixədək (8 gün) və xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək (7 gün) AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicədə və müayinədə olmuş (cəmi 15 gün), aldığı travma nəticəsində Mərkəzi Hərbi Hospitalının Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli qərarı ilə hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək xəstəliyə görə ona 15 gün müddətinə məzuniyyət verilmişdir. Beləliklə, o, ümumilikdə 30 gün müddətində hərbi xidmətə yararsız (əmək qabiliyyətsiz) olmuşdur. Daha sonra isə o, AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı ilə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunaraq, hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılmışdır. Lakin xəstəliyinə görə şəhadətləndirilərkən xx.xx.2008-ci il tarixdə aldığı yaralanmanın ağırlıq dərəcəsi haqqında ona müvafiq arayış verilməmişdir. xx.xx.2008-ci il tarixdə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın ona verilməsi üçün AR Müdafiə Nazirliyinin aidiyyatı qurumlarına göstəriş verilməsi xahişi ilə cavabdehə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Ərizəsinə bütün zəruri sənədləri əlavə etmişdir. Lakin müraciəti hazırki vaxtadək cavabsız və nəticəsiz qalmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək , iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı müraciəti xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatına daxil olmuşdur. Müdafiə Nazirliyinin aparatında həmin müraciətə baxılmış və icra edilməsi üçün aidiyyəti üzrə Tibb İdarəsinə, nəticədə isə Tibb İdarəsindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. Baş Klinik Hospitalda İddiaçı müvafiq cavab verilərək, xx.xx.2022-ci il tarixli 1647 nömrəli məktub ünvanlanmışdır. İddiaçı aldığı travmanın ağırlıq dərəcəsi təyin edilməsi haqqında müvafiq sənədi almaq üçün müraciət etdiyi ünvanları düzgün təyin etməmişdir. Belə ki, ehtiyatda olduğunu nəzərə alaraq İddiaçı aldığı travmanın ağırlıq dərəcəsinin təyin edilməsi haqqında müvafiq tibbi sənədi almaq üçün qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon idarəsinə (şöbəsinə, bölməsinə) müraciət etməli, həmin orqan tərəfindən ona aldığı travmanın ağırlıq dərəcəsini təyin etmək məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji-Anatomik Mərkəzinə göndəriş verilməli, nəticədə iddiaçı aldığı travma ilə əlaqədar barəsində tərtib edilmiş bütün tibbi sənədlərlə birlikdə (Hərbi Həkim Komissiyanın arayış, travma haqqında arayış və b.) göndəriş məktubu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji-Anatomik Mərkəzinə müraciət etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji-Anatomik Mərkəzində İddiaçı xx.xx.2008-ci il tarixdə aldığı travma ilə əlaqədar Məhkəmə-tibbi Ekspertinə təqdim edildikdən sonra aldığı travmanın ağırlıq dərəcəsi ilə bağlı müvafiq rəy veriləcəkdir. İddiaçı aldığı travmanın ağırlıq dərəcəsinin təyin edilməsi barədə müvafiq tibbi sənədi almaq üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji- Anatomik Mərkəzinə müraciət etməmişdir. İddiaçı aldığı travmanın ağırlıq dərəcəsinin təyin edilməsi və barəsində müvafiq ekspert rəyi tərtib edilməsi üçün qeyd edilən ünvana müraciət etməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6832/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddia təmin edilmiş və iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunsuz hesab edilərək, İddiaçı xx.xx.2008-ci il tarixdə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6832/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospital tərəfindən verilmiş 264 №-li arayışda (notarial qaydada təsdiq olunmuş surəti) göstərilmişdir ki, İddiaçı, Sol ayaq barmaqlarının İ-İİ-İİİ dərəcəli don vurmasından (16.12.9=008) sonrakı vəziyyət. Hərbi Travmadır, Hərbi xidmət Vəzifələrini (Xidməti Vəziifələrini) yerinə yetirərkən alınmışdır. Soltərəfli qasıq yırtığı. Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası, İİ (ikinci) funksional sinif.Postravmatik enseflapotiya.Xroniki boyun-döş radikuliti. Xəstəlikdir, Hərbi Xidmət Dövründə Almışdır (Arayışın 9-cu bəndi). Həmin arayışın 10-cu bəndində qeyd olunmuşdur ki, “Xəstəliklər cədvəlinin” 86-cı maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Hərbi Xidmətə Müvəqqəti Yararsızdır, Xəstəliyə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir. - xx.xx.2010-cu il tarixli 2549 №-li “Xəstəlik haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X1 Nazirliyi Hərbi Tibb İdarəsi rəisinin xx.xx.2010-cu il tarixli 12/1172 №-li göndərişi MN MHKH X2 hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamənin 12-ci bəndində qeyd olunmuşdur ki; Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır. Hərbi Travmadır, Hərbi xidmət vəzifələrini (Xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır. Eyni zamanda Şəhadətnamənin 13-cü bəndində HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 24c, 44b, 45c maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnaməyə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, Müharibə dövründə məhdud yararlıdır qeyd olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 26 №-li arayışın surətindən görünür ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı şəxsi işinin xidmət dəftərçəsi əsasında hərbi hissələrdə xidmət müddəti və yeri aşağıdakı kimi olmuşdur: Nə vaxtdan Nə vaxta Hərbi qurumun adı Əmr kim tərəfindən verilib, (gün, ay, il) qədər əmrin nömrəsi və tarixi Qeyd (gün ay, il) xx.xx.1992 xx.xx.1994 MN Mərkəzi poliklinika AR MN № 0552, xx.xx.1992 xx.xx.1994 xx.xx.1998 Az.Dövlət Tibb AR MN № 0214, Universiteti xx.xx.1994 xx.xx.1998 xx.xx.2000 Az. Dövlət Tibb AR MN № 071, Universiteti xx.xx.1998 xx.xx.2000 xx.xx.2000 AR MN Kadrlar və Hərbi AR MN № 0387, Təhsil xx.xx.2000 üzrə müavinin sərəncamında xx.xx.2000 xx.xx.2001 N saylı hərbi hissə AR MN № 0492, xx.xx.2000 xx.xx.2001 xx.xx.2007 N saylı hərbi hissə SQMTTR-MNMTTÜM №5 xx.xx.2001 xx.xx.2007 xx.xx.2010 N saylı hərbi hissə ARMN №0289, xx.xx.2007 - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1547 №-li məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2010-cu il tarixdə MN MHKH-nin terapiya profilli hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin edilmiş xəstəliklərin və travmanın nəticələrinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə tədiq olunmuş, “Hərbii həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 24c, 44b, 45c maddələrinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlıdır” rəyi verilmişdir (əsas: xx.xx.2010-cu il tarixli 2549 nömrəli xəstəlik haqqında şəhadətnamə). Əlavə olaraq qeyd olunmuşdur ki, travmanın ağırlıq dərəcəsinin təyin edilməsi MN MHHK- nın səlahiyyətlərinə aid deyil. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 3478 №-li məktubu ilə məhkəməyə təqdim olunmuş Hərbi Həkim Komissiyasının 264 və 684 №-li təqdimatların surətlərindən müəyyən olunur ki, İddiaçı HHK-nın Qərarı ilə Xəstəliklər cədvəlinin 86-cı maddəsinin İİİ qrafasına və ƏTC-ə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 15 gün müddətində məzuniyyət verilməlidir (264 №-li təqdimat), Xəstəliklər cədvəlinin 61-ci maddəsinin İİİ qrafasının və ƏTC-ə (Azərbaycan Respublikası Nazirllər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir qeydi aparılmışdır. Hazirki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, ”xx.xx.1992-ci ildən xx.xx.2010-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidməti sahəsində xidmət aparmış, 2008-ci ilin dekabr ayında xidməti zamanı yaralanmışdır. Göründüyü kimi, iddiaçı xəsarət aldığı zaman hərbiçi kimi xidmət etdiyindən travma haqqında arayış da Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı (nümayəndəsi X5) hazırki iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin Cavabdeh tərəfindən onun müraciətinə rəsmi qaydada cavab verilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. AR İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi hazırkı iddia tələbi qaldırılarkən inzibati məhkəmə icraatında nəzərdə tutulan mümkünlük şərtlərinə əməl edilmiş və cavabdehin iddia tələbinin mümkün sayılmaması barədə etirazı əsassız olmuşdur. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə Ümumi müddəalar: Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbihəkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3 Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Cavabdeh və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Əsasnamədən göründüyü kimi travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. Hazırkı işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2010cu il tarixədək AR Müdafiə Nazirliyində zabit həkim kimi hərbi xidmət keçmiş və AR Müdafiə Nazirinin 0266 №-li, xx.xx.2010-cu il tarixli əmri ilə “tibb xidməti polkovnik- leytenantı” hərbi rütbəsində ehtiyata buraxılmışdır. İddiaçı hərbiçi kimi xidmət etdiyi dövrdə - 2008-ci ilin dekabr ayında xidməti zamanı yaralanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı hərbiçi kimi xidmət etdiyi dövrdə yaralandığıından o, travma haqqında arayışı da AR Müdafiə Nazirliyindən tələb etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6832/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6832/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-700/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-700/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver