Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-700/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5099/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı istifadə etmədiyi əşya əmlakı əvəzi pul kompensasiyasının, sərəncamda olduğu müddətdə ona ödənilməmiş 380 manat məbləğində aylıq maaşın və pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, 1999-2000-ci illər ərzində xidmətdə olmuş, xx.xx.2022-ci il tarixində X1 müvafiq əmri ilə “FHN-də Xidmətkeçmə haqqında” Əsasnamənin 33.1.1-ci maddəsinə əsasən (öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə) xidmətinə xitam verilmişdir. Qeyd edir ki, pensiyaya çıxmazdan əvvəl 2 (iki) ay ərzində sərəncamda olmuş və həmin dövrdə ona hər ay 1050 manat məbləğində aylıq pul məvacibi ödənilmişdir. Halbuki onun aylıq məvacibi 1240 manat təşkil etmişdir. Həmçinin, xidmətinə xitam verilərkən, ona əşya əmlakı əvəzinə pul kompensasiyası ödənilməmişdir. Bundan əlavə qanunvericiliyə görə pensiyaya çıxması ilə əlaqədar ona vəzifə və rütbə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinət ödənilməlidir. Lakin, ona heç bir müavinət ödənilməmişdir. Bununla bağlı cavabdeh orqana vəkili vasitəsilə rəsmi şəkildə müraciət ünvanlasa da, qanunla müəyyən olunmuş müddətdə heç bir cavab almamışdır. Cavabdehin bu mövqeyi ilə razı olmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanuncvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 2.2-ci maddəsinə müvafiq olaraq fövqəladə hallar orqanlarında hər bir qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 33.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə əməkdaşın öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə xitam verilir. Cavabdeh sərəncamında olmuş X3 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-3” Yanğınsöndürmə gəmisinin komandirinin müavini daxili xidmət mayoru İddiaçı 29 avqust 2022-ci il tarixində X1 1304/ş nömrəli əmri ilə öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmiş və onun xidmət illəri 22 il 02 ay 11 gün təşkil etmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 23.13-cü maddəsinə müvafiq olaraq pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Həmin qanunun 23.12-ci maddəsinin tələblərinə əsasən “Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər”. İddiaçının xidmət illərinin 22 il 02 ay 11 gün olduğunu və qanunla tələb olunan 35 illik xidmət stajının olmadığını nəzərə alaraq iddiaçıya vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi mümkün deyildir. Eyni zamanda bildirilmişdir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsində Fövqəladə hallar orqanları əməkdaşlarının arzusu ilə növbəti verilən geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyasının verilə biləcəyi müəyyən edilmişdir. İddiaçı xidmətdə olduğu dövr ərzində geyimlə tam təmin edilmişdir. Xidmət zamanı onun istifadə edilməmiş əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi barədə hər hansı bir müraciəti Nazirliyə daxil olmamışdır, iddiaçının xidmətkeçməsinə xitam verildikdən sonra, geyim forması ilə əlaqədar kompensasiyanın ödənilməsi barədə iddiası tamamilə əsassızdır. Həmçinin, müvafiq qanunun tələblərinə görə geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası əməkdaşın xidmətdə olduğu dövrdə şamil edilir və xidmətkeçməsinə xitam verilmiş şəxslərə ödənilmir. Eyni zamanda, qanunun qeyd olunan müddəası imperativ norma deyildir və məcburi xarakter daşımır. Bu baxımdan, İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə istinad etməklə geyim əşyaları əvəzinə pul kompensasiyası ödənilməsi barədə iddiasının heç bir hüquqi əsası yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5099/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı sərəncamda olduğu müddətdə ödənilməmiş 380 manat məbləğində aylıq əmək haqqısı və pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməsi qərara alınmış və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-5099/2023 nömrəli iş üzrə 31 avqust 2023-cü il tarixli qərarının “İddiaçı pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi” hissəsində ləğv edilməsini və iddiaçının “sərəncamda olduğu müddətdə ödənilməmiş 380 manat məbləğində aylıq əmək haqqı”ının ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 1.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 2.2-ci maddəsinə müvafiq olaraq Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında", “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir."Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 33.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə əməkdaşın öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə xitam verilir.Cavabdeh sərəncamında olmuş X3 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-3” Yanğınsöndürmə gəmisinin komandirinin müavini daxili xidmət mayoru İddiaçı 29 avqust 2022-ci il tarixində X1 1304/ş nömrəli əmri ilə öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmiş və onun xidmət illəri 22 il 02 ay 11 gün təşkil etmişdir.“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 23.13-cü maddəsinə müvafiq olaraq pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Həmin qanunun 23.12-ci maddəsinin tələblərinə əsasən “Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uygun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər”. İddiaçının xidmət illərinin 22 il 02 ay 11 gün olduğunu və qanunla tələb olunan 35 illik xidmət stajının olmadığını nəzərə alaraq İddiaçıya vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi barədə Bakı İnzibati Məhkəməsinin Qərarırını əsassız hesab edirlər. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – İddiaçı pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 18-4/2- 35/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, sabiq əməkdaş İddiaçı xidmət etdiyi dövr ərzində geyim əşyaları ilə tam qaydada təmin olunmuşdur. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.12 və 23.13-cü maddələrinə əsasən fövqəadə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçməklə pensiya hüququ əldə etmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 (altı) misli miqdarında birdəfəlik müavinət verilir. Namiq İsayevə birdəfəlik müavinətin ödənilməsi qeyd olunan Qanunun tələblərinə uyğun olmadığı üçün mümkün hesab edilmir. Azərbaycan Respublikası Cavabdeh 30 iyun 2022-ci il tarixli, 0894/ş nömrəli əmrinə əsasən 01 iyul 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək sərəncam pulu tam olaraq ödənilmişdir. Sabiq əməkdaş barədə məlumat vərəqəsinin tərtib edilməsi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Fililına göndərilməsi isə, Cavabdeh səlahiyyətlərinə aiddir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 370 nömrəli arayışa əsasən 1981-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində hərbi qeydiyyatdadır. - İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi bilet iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikasının Cavabdeh 1304/ş nömrəli 29 avqust 2022-ci il tarixli əmrinə əsasən “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq və Azərbaycan Respublikasının Prezidentinin 19 arel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.6-cı bəndini rəhbər tutaraq, Nazirliyin sərəncamında olan daxili xidmət mayoru İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Əmrə əsas: Nazirliyin X3 Xidmətinin 03 avqust 2022-ci il tarixli xx/xx-01376 nömrəli məktubu ilə daxil olmuş təqdimat və təqrir - Azərbaycan Respublikasının Cavabdeh X3 Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən X2 fövqəladə hallar orqanlarında xidmət ili 22 il 02 ay 11 gün təşkil edir. - Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin rəis müavini daxili xidmət polkovniki Əkbər Novruzova, Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin ADNŞ obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən ünvanlanmış 09 dekabr 2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, sabiq əməkdaş daxili xidmət mayoru X4 Azərbaycan Respublikası Cavabdeh 29 avqust 2022-ci il tarixli 1304/ş nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Cavabdehndə xidmətkeçmə haqqında Əsasnamənin 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə fövqəladə hallar orqanında xidmətkeçməsinə xitam verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, sabiq əməkdaş xidmət etdiyi dövr ərzində geyim əşyaları il təmin edilmişdir (geyim əmlakı attestatı qeyd olunur); Azərbaycan Respublikası Cavabdeh 29 avqust 2022-ci il tarixli 1304/2 nömrəli əmrində əməkdaşa vəzifə və rütbə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə heç bir bənd qeyd edilməmişdir; Azərbaycan Respublikası Cavabdeh 30 iyun 2022-ci il tarixli 0894/ş nömrəli əmrinə əsasən 01 iyul 2022-ci il tarixdən tutuduğu vəzifədən azad edilərək sərəncama göndərilmiş və ona 01 iyul 2022-ci il tarixindən 29 avqust 2022-ci il tarixinədək sərəncam pulu tam olaraq ödənilmişdir; əməkdaşın xidmət etdiyi “Vixr-3” Yanğınsöndürmə gəmisi 01 yanvar 2022-ci il tarixdən təmirə dayanmış və 01 fevral 2022-ci il tarixdən onun vəzifə maaşına qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən 40 faiz dəniz əmsalı hesablanmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbindən göründüyü kimi, iddiaçının tələbi üç hissədən ibarətdir: 1. əşya əmlakı əvəzinə pul kompensasiyasının; 2. Sərəncamda olduğu müddətdə ona ödənilməmiş 380 manat məbləğində aylıq maaşın; 3. Pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı sərəncamda olduğu müddətdə ödənilməmiş 380 manat məbləğində aylıq əmək haqqısı və pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə qərarının iddia tələbinin təmin edilməyən hissəsi ilə razılaşmış və qərardan apellyasiya şikayəti verilməmişdir. Cavabdeh isə məhkəmə qərarının yalnız – İddiaçı pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı apellyasiya baxışının predmetini iddia tələbinin - iddiaçının pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi hissəsi təşkil edir. Bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 1.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 2.2-ci maddəsinə müvafiq olaraq Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında", “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 33.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə əməkdaşın öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə xitam verilir. Həmin Qanunun 23.13-cü maddəsinə müvafiq olaraq pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Həmin qanunun 23.12-ci maddəsinin tələblərinə əsasən “Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uygun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər”. Hazırkı işin hallarından müəyyən edilir ki, Cavabdeh sərəncamında olmuş X3 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-3” Yanğınsöndürmə gəmisinin komandirinin müavini daxili xidmət mayoru İddiaçı 29 avqust 2022-ci il tarixində X1 1304/ş nömrəli əmri ilə öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmiş və onun xidmət illəri 22 il 02 ay 11 gün təşkil etmişdir. Göründüyü kimi iddiaçının pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 35 illik xidmət stajının olması şərti ödənilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5099/2023 saylı, xx.xx.2023-cü il tarixli qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5099/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirilən - İddiaçı pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-700/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-700/2024
17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver