Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-701/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X9 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar OAO İddiaçı1 və OAO “X1” cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A66-7, 05 noyabr 2019-cu il tarixli qərarının ləğvi və "xxxx" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər" əmtəə və xidmətləri üzrə qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-710/2021 saylı, 23.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar OAO İddiaçı1 və OAO “X1” cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A66-7, 05 noyabr 2019-cu il tarixli qərarının ləğvi və "xxxx" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər" əmtəə və xidmətləri üzrə qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2-1(112)-710/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 05.11.2019-cu il tarixli, A66-7 saylı qərarı ləğv olunmuş və "xxxx" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatı etibarsız hesab edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 17.12.2020-ci il tarixli 5/779 nömrəli Ekspert rəyinə əsasən, İddiaçı1 əmtəə nişanı 2017 1142 nömrəli kombinasiyalı “Красавка супермолочная карамель tokay” əmtəə nişanına daxil olan "Tokay" işarəsi ilə oxşar deyildir. 2017 1142 nömrəli "Tokay Красавка супермолочная карамель” əmtəə nişanı “Рот Фронт Лакомка Супермалочная” və “Рот Фронт Лакомка Суперкакао” əmtəə nişanları ilə oxşar deyildir. İddiaçılara məxsus olan əmtəə nişanlı mallar üçüncü şəxs tərəfindən deyil, "xxxx" MMC tərəfindən idxal edilmişdir. Lakin, məhkəmə idxal faktınının sanki üçüncü şəxs tərəfindən edilməsini əsas götürərək cavabdeh orqanın imtinasının qanunsuz və əsassız olması qənaətinə gəlmişdir. Bir daha qeyd edirik ki, iddiaçıya məxsus olan malların üçüncü şəxs tərəfindən idxal edilməsi barədə nə Agentliyə nə də məhkəməyə heç bir sübut təqdim ediməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətlərinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki: X10 Company "ROT FRONT" tərəfindən "ROT FRONT" (877577) əmtəə nişanı 30cu sinif əmtəələri üzrə 26.12.2005-cı il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 20.04.2006-cı il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş (2006/11 Gaz) və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. X10 Company "ROT FRONT" tərəfindən (1326843) əmtəə nişanı 35-ci sinif İdxalixrac agentlikləri xidmətləri, başqalarına faydalı alış, təchizat xidmətləri [başqalarına faydalı biznes xidmətləri] üzrə 12.08.2016-cı il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 29.03.2018-ci il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş (2018/11 Gaz) və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərinin 2017-ci ilin fevral ayından Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılması haqqında N.A.N.T MMC tərəfindən verilmiş arayışa əsasən qeyd edilir: 2017-ci ilin fevral ayından "xxxx" MMC ilə N.A.N.T (Azərbaycan) şirkəti arasında bağlanmış №OK-17/031-01-E saylı, 01.01.2017-ci il tarixli müqaviləyə əsasən “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərini göstərilən dizayna uyğun olaraq Azərbaycana idxal etmiş və ticarət nöqtələrində satışını təşkil etmişdir. (15.02.2017-ci il tarixli Hesab № OK-17/31-01- 4548, sıra 14 Lakomka moloçno şokoladnıy vkus, sıra 16 LakomkaSuperkakao və sairə digər məhsuların Azərbaycan Respublikası ərazisinə gətirilməsi üçün N.A.N.T MMC tərəfindən 17.03.2017 tarixdə YAPİKREDİ Bank Azərbaycan QSC vasitəsi ilə ödənilmişdir. Beynəlxalq mal-nəqliyyat Qaimə CMR 043533- 28.02.2017 tarixdə 15.02.2017-ci il tarixli Hesab No. OK-17/31-01-4548 ödənilmiş məhsullar Azərbaycan Respublikası ərazisinə ixrac edilmiş 06.03.2017-ci il tarixdə gömrük nəzarətindən keçmişdir. N.A.N.T MMC tərəfindən 15.02.2017-ci il tarixli Hesab No. OK-17/31- 01-4548 ödənilmiş məhsullar Azərbaycan Respublikası ərazisinə ixrac edilmiş məhsullar 07.03.2017-ci il tarixli gömrük bəyannaməsinə əsasən gömrük nəzarətindən keçmişdir. 23.03.2017-ci il tarixli Hesab No.OK-17/31-01-4715- sıra 5 Lakomka supermoloçnaya, sıra 15 Lakomka-Superkakao və sairə digər məhsuların Azərbaycan Respublikası ərazisinə gətirilməsi üçün N.A.N.T MMC tərəfindən 05.04.2017-ci il tarixdə YAPİKREDİ Bank Azərbaycan QSC vasitəsi ilə ödənilmişdir Beynəlxal mal-nəqliyyat Qaimə CMR 071548- 24.03.2017 tarixdə 23.03.2017ci il tarixli Hesab No. OK-17/31-01-4715 ödənilmiş məhsullar Azərbaycan Respublikası ərazisinə ixrac edilmiş 27.03.2017-ci il tarixdə gömrük nəzarətindən keçmişdir. N.A.N.T MMC tərəfindən 23.03.2017-ci il tarixli Hesab No. OK17/31-01-4715 ilə ödənilmiş məhsullar Azərbaycan Respublikası ərazisinə ixrac edilmiş məhsullar 28.03.2017-ci il tarixli gömrük bəyannaməsinə əsasən gömrük nəzarətindən keçmişdir). “X1" ilə fərdi sahibkar X6 arasında məhsulların dizaynının işlənməsi haqqında 20 avqust 2010-cu il tarixli 34/597 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə 34/597 nömrəli müqaviləyə əlavələrdə “Лакомка суперкакао” və “Лакомка супермолочная” qablaşdırma materiallarının dizaynın işlənməsi və hüquqların verilməsi qeyd edilmişdir. "X1" ilə fərdi sahibkar Çijov A.A. dizaynın işlənməsi üçün görülən işlər üçün 7256 saylı 30.12.2010-cu il tarixli ödəmə tapşırığı verilmişdir. “Красавка супермолочная карамель tokay” təsviri əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35- ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə 30.10.2017-ci il tarixdə Azərbaycan Respublikasında 2017 1142 nömrə ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş “Məhkəmə Ekspertləri Federasiyası” Qeyri-Kommersiya Tərəfdaşlığı muxtar qeyri-kommersiya təşkilatı “X2” kompleks patentşünaslıq və sənətşünaslıq sahəsində fərdilşdirmə vasitələrinin tədqiqinə dair 02.06.2020-ci il tarixli, 021757/6/77001/05200/И-1З599№li mütəxəssis rəyinin tərcüməsində qeyd edilir ki, “Konfirom MMC şirkəti tərəfindən istifadə olunan ”Красaвка супермолочная карамель” konfetinin etiketi, “Лакомка супермолочная карамель” konfetinin etiketi (“X7” MMC) ilə isstehlakçılarda çaşqınlıq yarada biləcək oşarlığa malikdir. İki etiketin qarışıq salınmasına səbəb olan bu oxşarlıq bazara daha erkən daxil olmuş “Лакомка супермолочная карамель” konfetinin etiketinin dizaynının imitasiyasının nəticəsidir. Konfirom MMC şirkəti tərəfindən istifadə olunan ”Красaвка суперкакао карамель” konfetinin etiketi, “Лакомка суперкакао карамель” konfetinin etiketi (“X7” MMC) ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oşarlığa malikdir. İki etiketin qarışıq salınmasına səbəb olan bu oxşarlıq bazara daha erkən daxil olmuş “Лакомка суперкакао карамель” konfetinin etiketinin dizaynının imitasiyasının nəticəsidir. 2017 1142 №-li əmtəə nişanı “Лакомка супермолочная карамель” və “Лакомка суперкакао карамель” konfetərinin etiketləri (“X7” MMC) ilə istehlakçılarda çaşqınlıq yarada biləcək oşarlığa malikdir.” İddiaçılar OAO İddiaçı1 və OAO “X1” “Konfirom" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər" əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 05.11.2019-cu il tarixli, A66-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. Bundan sonra iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəmə yekun qərarını əsaslandırarkən qeyd etmişdir ki “...“Лакомка суперкакао” və “Лакомка супермолочная” qablaşdırma materiallarının dizaynı “X1” ilə fərdi sahibkar X6 arasında məhsulların dizaynının işlənməsi haqqında müvafiq müqaviləyə uyğun olaraq 2010-cu ildə yaradıldığından, həmin qablaşdırma materiallarının dizaynı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqlarının pozulduğunu, “Лакомка суперкакао” və “Лакомка супермолочная”, həmçinin “РотФронт” adlı kombinasiya edilmiş əmtəə nişanlarının təsviri ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmış “Красавка супермолочная карамель tokay” əmtəə nişanının qarışdırılacaq dərəcədə bənzər olan nişanlar olduqlarını, əmtəə nişanlarının təsvirlərinin eynilik təşkil etdiyini, əmtəə nişanlarının təsvirlərində istifadə edilən sözlərin ümumi görünüşü (müşahidə) təəssüratı, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbasının üst–üstə düşdüyünü, hər iki əmtəə nişanında sözlərin kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazıldıqlarını, əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması və xüsusiyyətlərinin (naturallığı) oxşarlıq yaratdığını, həmçinin 27.03.2017-ci ildən əvvəl bağlanılmış müvafiq müqavilələrə uyğun olaraq qeyd edilən məhsulların iddiaçı tərəfindən "xxxx" MMC-yə göndərildiyini, Azərbaycan Respublikasına idxal edildiyini, beləliklə, cavabdeh orqanın imtinasının qanunsuz və əsassız olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.” Kollegiya birinci instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşır. İşin sadalananl hallarından göründüyü kimi, X10 Company "ROT FRONT" tərəfindən "ROT FRONT" (877577) əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə 26.12.2005-cı il tarixdə beynəlxalq qeydiyyata alınması və onun qeydiyyatı 20.04.2006-cı il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş (2006/11 Gaz) və nişan Azərbaycan Respublikası ərazisində qüvvədə olması, həmçinin “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərinin 2017-ci ilin fevral ayından "xxxx" MMC ilə N.A.N.T (Azərbaycan) şirkəti arasında bağlanmış №OK-17/031-01-E saylı, 01.01.2017-ci il tarixli müqaviləyə əsasən “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərini göstərilən dizayna uyğun olaraq Azərbaycana idxal etməsi və ticarət nöqtələrində satışını təşkil etməsi iş materialları ilə təsdiq olunur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 3-cü maddəsinə əsasən, əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin qanunun 6-cı maddəsinə əsasən, əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; ... Həmin qanunun 10-cu maddəsinə əsasən, əmtəə nişanının ilkinliyi Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. 25-ci maddəsinə əsasən, əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. 29-cu maddəsinə əsasən, əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: ... əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 Ns-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”: ... 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. İşin hallarından aydındır ki, iddiaçılara məxsus konfet etiketləri və mübahisələndirilən üçüncü şəxsə məxsus etiket arasında müxtəlif elementlərdən ibarət olan ümumi kompozisiyanın oxşar olması halı mübahisəsizdir. Oxşarlığın müəyyən edilməsində birinci əsas element Лакомка/Красaвка yazıları, ikinci həll edici element isə etiketlər üzərindəki ikirəngli qırmızı-sarı təsvirdir. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1.Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biribirinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3.Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.5.Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.7.1.Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). 29.7.2.Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 2 29.7.3.Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. 29.8.1.Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. Müvafiq olaraq Лакомка və Красaвка yazıları arasındakı oxşarlığa nəzər salınsa görünür ki, hər iki yazı elementi böyük hərflə başlayıb, kiçik hərflərlə davam edən, bitişik olmayan, oxşar ölçülərə malik demək olar ki, eyni tipli əlyazma şrifti ilə yazılmaqla ümumi görünüş olaraq ilk baxışda olduqca oxşardır. Belə ki, hər iki yazıda mövcud olan “а” və “к” hərflərinin hər iki yazıda eyni formaya malik olması müşahidə edilməklə, say eynilikləri də vardır. Belə ki, “Лакомка” yazısında 2 ədəd “а” və 2 ədəd “к”, “Красaвка” yazısında isə 3 ədəd “а” və 2 ədəd “к” hərfi yazılmışdır. Həmçinin “Лакомка” və “Красaвка” yazılarının hər ikisi açıq fon rəgi üzərinə yazılmış olmaqla rəng oxşarlıqları da nəzərə çarpır. Belə ki, mübahisələndirilən etiketlə “Лакомка Cупермолочная” etiketi arasında yuxarıda qeyd edilən bənzərliklərdən əlavə rəng tonlarının olduqca bənzər olması, hər iki etiketde “Красaвка” və “Лакомка” yazılarının aşağı hissəsində “Cупермолочная карамел” sözlərinin eyni ardıcıllıqla, eyni rəng tonlarında və demək olar ki, eyni ölçü və eyni əlyazma tipli şriftlə yazılmış olduğu aydın görünür. İkinci dərəcəli bənzər element olan etiketlər üzərindəki ikirəngli qırmızı-sarı təsvirlər müqayisə edilən zaman isə görünür ki, istifadə edilən rənglər eyni – qırmızı və sarı olmaqla üçüncü şəxsə məxsus etiketdəki təsvirin rəngləri nisbətən açıq tonlardadır. Sahə ölçüləri çox az fərli olmaqla, hər iki təsvirdə qırmızı rəngli sahə sarı rəngli sahədən meyilli xətlə ayrılmışdır. Bununla yanaşı təsvirlər üzərindəki yazılar hərf tərkibi və məna etibarilə fərqli olsa da, hər iki yazı elementlərin eni boyunca yerləşdirilməklə ağ rəngdə əks etdirilmişdir. Cavabdeh orqanın mübahisələndirilən qərarında qeyd edilmişdir ki, “... Apellyasiya şurası əmtəə nişanının və “Красавка супермолочная карамель tokay" əmtəə nişanının tərkibindəki “tokay" ibarəli fraqmenti müqayisə edərək bildirir ki, hər iki nişanda mürəkkəb həndəsi fiqur - oval təsviri fərqlidir və təsvirin içərisindəki yazılar “РотФронт" və “tokay" sözləri təmamən fərqli sözlərdir. ÜƏMT-nin Madrid Monitor açıq məlumat bazasından görünür ki, “РотФронт" sözünün mənası “qırmızı cəbhə" mənasında tərcümə edilir. Mübahisələndirilən nişandakı “tokay" söz elementinin isə “qırmızı cəbhə" sözü ilə hər hansı əlaqəyə malik deyil. Əmtəə nişanlarındakı həmin təsvirin oxşar rəng çalarlarında olması həmin nişanların bütövlükdə götürülməklə qarışdırılacaq dərəcədə oxşar olmasına əsas ola bilməz. Belə ki, qeyd edilən fraqment nişanda əsas (üstün) yeri tutmur, odur ki, istehlakçıda eyni təsəvvür yaratmayacaqdır.” Kollegiya qeyd edir ki, cavabdeh orqan tərəfindən sadalanan Qaydaların 29.7-ci bəndinin göstərişləri və əmtəə nişanlarının elementləri arasındakı yuxarıda qeyd edilən oxşarlıqlar nəzərə alınmadan, nişanların konfetlər üçün bükmə materialı kimi istifadə təyinatı nəzərə alınmamış, üçüncü şəxsə məxsus qırmızı-sarı rəngli həndəsi təsvirin etiket bükülərkən onun məhz mərkəzində üstün yer tutmaqla diqqət mərkəzində olan İddiaçı1 şirkətinə aid təsvirlə qarışdırılacaq dərəcədə oxşar olmasına düzgün qiymət verilməmişdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı tərəfindən nişanlar üzərindəki “РотФронт" və “TOKAY" söz işarələrinin oxşar olduğu iddia edilmədiyi halda, qeyd edilən yazılar Qaydaların 29.7.1-ci maddəsinin tələblərinə uyğun olaraq əmtəə nişanının ümumi təsvirində nəzərdən keçirilməmiş, ayrlıqda təhlil edilmiş və cavabdeh tərəfindən bu kimi xırda fərqlər vurğulanaraq nəticədə nişanlar arasındakı bənzərliklərin qarışdırılacag dərəcədə oxşar olmaması qənaətinə gəlinmişdir. 29.9.1.Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2.Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Kollegiya qeyd edir ki, əmtəə nişanlarının müqayisəsi zamanı nişanların bütövlükdə müqayisəsi aparılmalı, çaşqınlıq yarada biləcək ümumi elementlərə diqqət yetirilməlidir. Təbii ki, bu halda xüsusilə istehlakçılarda ilk baxışda yarana biləcək çaşqınlıq nəzərdə tutulur. Hazırki mübahisə üzrə iddiaçıların qeydiyyatının etibarsız hesab edilməsini tələb etdiyi firma onunla eyni xidmət sahəsində fəaliyyət göstərməklə, istehlakçı kütlələri eynidir. Yuxarıda qeyd edilən aydın bənzərliklər nəzərə alınan zaman kollegiya hesab edir ki, həmin oxşarlıqlar istehlakçılarda "xxxx" MMC-yə məxsus məhsulun mənşəyi barədə yanılmaya yol aça, məhsulun iddiaçı firmalara məxsus olmasını düşündürə bilər. Nəticədə istehlakçı istədiyi məhsulu almaya bilər. Bu isə istehlakçı kütləsinin haqsız cəlb edilməsi və iddiaçıların işgüzar nüfusunun zədələnməsi ilə nəticələnə bilər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin antiinhisar qanunvericiliyin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 25.06.2021-ci il tarixli qərarından görünür ki, hüquqi ünvanı AZ1096, ünvan 1ud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından, o cümlədən “Лакомка супермолочная" və “Лакомка суперкакао" adlı məhsulların formasından, qablaşdırılmasından və xarici tərtibatından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi üçün müvafiq tədbirlər görülməsi haqqında göstəriş verilmiş, həmçinin, “Лакомка супермолочная” və “Лакомка суперкакао” adlı məhsullarının formasından, qablaşdırılmasından və xarici tərtibatından 30.04.2020-ci il tarixdən 02.09.2020-ci il tarixədək olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmaqla 3264 manat (üç min iki yüz altmış dörd manat) həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. “Haqsız rəqabət haqqında” Qanunun 1-ci maddəsinə əsasən haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Beləliklə sadalananlardan görünür ki, üçüncü şəxs "xxxx" MMC “Haqsız rəqabət haqqında” AR Qanunun tələbləri pozaraq, iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır. Cavabdeh apelyasiya şikayətində iddiaçılara məxsus olan əmtəə nişanlı mallar üçüncü şəxs tərəfindən deyil, "xxxx" MMC tərəfindən idxal edilfiyini qeyd etmiş, bildirmişdir ki, məhkəmə idxal faktınının sanki üçüncü şəxs tərəfindən edilməsini əsas götürərək cavabdeh orqanın imtinasının qanunsuz və əsassız olması qənaətinə gəlmişdir. Buna münasibətdə kollegiya qeyd edir ki, "Voronej KF" ilə "xxxx" MMC (direktor X8) arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 334 saylı müqavilə əsasında "Лакомка супермолочная" və "Лакомка суперкако" karamel konfetləri Azərbaycan Respublikasına ixrac edilməsi "xxxx" MMC tərəfindən ödənilmiş 22.08.2016-cı il tarixli Hesab №ВКФ00004984 əsasında 25.08.2016-cı tarixli X3 Qaiməsi (CMR) və 10104070/250816/0005217 gömrük deklarasiyası, 22.09.2016-cı il tarixli Hesab №ВКФ00005940 əsasında 04.10.2016-cı tarixli X3 Qaiməsi (CMR) və 10104070/041016/0006028 gömrük deklarasiyası əsasında, Rusiya, Dağıstan, Qarabulaqkənd gömrüyündə təhvil verilməklə, ixrac edilməsi iş materiallarına əlavə edilmiş sadalanan sübutlarla öz təsdqini tapmışdır. Eyni zamanda, X5 hər iki müəssisənin direktoru, qanuni təmsilçisi olması "xxxx" MMC ilə "xxxx" MMC arasında işgüzar əlaqələr olmasını göstərərək, caavbdehin qeyd edilən dəlilini əsassızlığını təsdiqləyir. Cavabdeh orqan apelyasiya şikayətində növbəti dəlil qismində iş materiallarında olan 17.12.2020-ci il tarixli, 5\779 ekspert rəyinə istinad etmişdir. AR MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Buna münasibətdə kollegiya qeyd edir ki, əmtəə nişanlarının qarışdırılacaq dərəcədə bənzər olan nişanlar olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə ekspert rəyi ilə razılaşmamaqda haqlı olmuşdur. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarına məcmu halda qiymət verərək bu qənaətə gəlir ki, cavabdehin apelyasiya şikayəti hər hansı mötəbər dəlillə əsaslandırılmadığından şikayət əsassız hesab edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-nin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktm qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «İnzibati icraat haqqında» Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 23.09.2021-ci il tarixli, 2-1(112)-710/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-701/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-701/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver