Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-702/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1969-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon 19 saylı Şəhər Poliklinikası) “avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 3220/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 16.12.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Ttibbi-Sosial Ekspertiza xidmətlərinin təşkili Departamentinin icraçıları, X4 oğlu və X3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Yasamal rayon şöbəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində göstərilməklə əlillik təyin olunan vaxtdan avtomobil növbəsinə götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, növbəlilik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar, onun xüsusi nəqliyyat almağı üçün avtomobil növbəsinə, əlilliyin təyin olunan vaxtdan “Forma 88 № 0108003AAC1L, 02.10.2017-ci ildən” götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da sonuncu müayinəyə dair məlumat vərəqəsində Forma № 88 № 0108003AAC1L xəstəliyinin hərbi xidmət dövründə alınması ilə əlaqədar ona İİ qrup əlillik 02.10.2017-ci ildən təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasına № 0108003AAD56 nömrəli göndərişi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına onlayın sistemdə göndəriş verilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən qeyd olunan göstəriş üzrə heç bir münasibət bildirilməmişdir. 18.05.2021-ci il tarixdə iddiаçı İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndəriş əsasında avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində məhkəmə qərarının “qətnamə” kimi göstərilməsini texniki yazı xətası kimi qəbul edir. İşin apellyasiya icraatı zamanı 15.12.2021-ci il tarixdə iddiaçı ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 11.01.2022-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizəyə cavabdeh tərəfindən göndərilmiş cavab məktubunu əlavə etmişdir. 13.01.2022-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim etmişdir. 08.02.2022-ci il tarixdə iddiaçı cavabdeh tərəfindən onun apellyasiya şikayətinə verilmiş etiraza dair etiraz təqdim etmişdir. 14.02.2022-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizəyə müvafiq sənədləri əlavə etmişdir. 18.02.2022-ci il tarixdə iddiaçı etiraz təqdim etmişdir. 25.02.2022-ci il tarixdə iddiaçı məhkəməyə vəsatət təqdim edərək, onun cavabdeh tərəfindən komissiyadan keçməyə dəvət olunub-olunmaması ilə bağlı məhkəmə sorğusunun verilməsini xahiş etmişdir. 10.03.2022-ci il tarixdə iddiaçı etiraz təqdim edərək, onun “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya “Elmi Təcrübi və Tədris Birliyinə “ komissiyadan keçməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından olan; - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı 02.10.2017-ci il tarixli 0108004AAC1L saylı göndəriş (Forma 88) əsasında ikinci dərəcəli əlillik təyin olunmuşdur. Əlillik və ya sağlamlıq imkanlarını məhdudluq müddəti 02.10.2022-ci il tarixədək müəyyən olunmuşdur. - Bakı şəhər 19 saylı saylı Şəhər poliklinikası tərəfindən İddiaçı barəsində 0108003AAD56 saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda- xəstəliyin başlanma tarixi 21.06.2019-cu il; xəstəliyin gedişi xroniki; əsas diaqnoz; 170-Ateroskleroz Ateroskleroz; ağırlaşma 187.0-postrombotik sindrom aşağı ətraf venalarının postrombotik sindromu; 183.0- aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi Hər iki aşağı ətrafların varikoz xəstəliyi. Aşağı ətrafların İİ-İİİ dərəcəli varikoz çatmamazlığı, hər iki baldırrın hipermepiqmentasiyası, çapıqları trofiki xorası kimi göstərilmişdir. 0108003AAD56 saylı göndəriş İddiaçı maşın alması üçün TSEK göndərilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron hökümət prortalından çıxarılmış 0108003AAD56 saylı Forma 88 üzrə məlumatda qeyd olunmuşdur ki, bu göndəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydaları”nın 1.3.6-cı bəndinə uyğun olaraq xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi üçün təqdim edilmişdir. Əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və sağlamlıq imkanını məhdudluğu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməsi tələb olunur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Elçin Aydın oğluna ünvanladığı 08.07.2021-ci il tarixli **********4 saylı məktubda qeyd olunmuşdur ki, onun Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli məktubuna əsasən tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunmağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliiyində Dövlət Tibbi-Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Qeyd olunan məhkəmə məktubunun icrası məqsədi ilə əyani müayinənin keçirilməsi üçün tibbi sənədlərlə birlikdə həftənin 2-ci, 4-cü günləri məktubu aldığı vaxtdan 10 gü ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət olunur. İddiaçı əyani müayinənin keçirilməsi üçün tibbi sənədlərlə birlikdə Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət olunsa da Agentliyə getməkdən imtina etmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, qərarda göstərildiyinin əksinə olaraq, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli məktubu ilə İddiaçı tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunmağı cavabdehə həvalə edilməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehə ünvanlanmış 18.05.2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli məktubda xx.xx.1969-cu il təvəllüdlü İddiaçı barədə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndərişə dair münasibət bildirilib-bildirilməməsi,münasibət bildirildiyi halda həmin münasibətin surətinin Məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Göründüyü kimi məhkəmənin müvafiq məktubu iddiaçının tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunmasının cavabdehin üzərinə qoyulması ilə bağlı olmamışdır. Həmçinin qeyd edilməlidir ki, iş materiallarında Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçının tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunması barədə məhkəmə qərardadı da mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi barədə qərardad və ya göndəriş məktubu mövcud olmamasına baxmayaraq, əsassız olaraq iddiaçının təyin edilməmiş əyani müayinəyə getməkdən imtina etməsinə istinad olunaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndəriş əsasında avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-702/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-702/2022
04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver