Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-703/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(113)-6383/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 saylı müraciətin cavablandırılması haqqında məktubunu qanunsuz hesab edib, yaşa görə pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(113)-6383/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı X3 61 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək təmin olunması, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Həmidova ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Filial tərəfindən iddiaçıya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edildiyini bildirərək bu barədə Filialın qərarını məhkəməyə təqdim edərək, tərəflər arasındakı mübahisə aradan qaldırıldığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı həmin qərarla tanış olduqdan sonra, iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, cavabdehin orqanın iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, cavabdeh Filialın nümayəndəsinin məhkəməyə təqdim etdiyi işə xitam verilməsi barədə ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş və onun xx.xx.2023-cü il tarixinə hesablanmış pensiyasının məbləği son məbləği 327,21 manat təşkil edir. İddiaçının qeyd olunan mövqeyindən göründüyü kimi, cavabdeh tərəfindən ona əmək pensiyası təyin olunduğundan iş üzrə icraata xitam verilməsi ilə razıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-703/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-703/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver