Məhkəmə qərarları › İş №2-1(103)-704/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-704/2020

21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-704/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlunun və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2568/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2568/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarıilə iddia tələbi qismən təmin edilərək, İddiaçı xüsusi rütbəli ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində pul nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh DSMF-nin X6 İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2008-ci il tarixindən ədliyyə qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.19-cu maddəsinə görə, həmin qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Buna görə, iddiaçının tələb etdiyi ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində pulun 1) əmək haqqı hesab edilib-edilməməsi, 2) orta aylıq əmək haqqının məbləği müəyyən edilərkən nəzərə alınıb-alınmadığı müəyyənləşdirilməlidir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə, ədliyyə orqanları işçilərinin əməkhaqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Daha sonra 25-ci maddədə əmək haqqına daxil olan ödənişlər daha geniş izah olunur və həmin maddədə ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində müavinət nəzərdə tutulmur. Həmin müavinət əmək haqqı kimi deyil, Qanunun 23-cü maddəsinə (23.2) salınmaqla, sosial müdafiə tədbiri kimi qiymətləndirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınanan və alınmayan ödənclərin siyahısna əsasən, vergilərdən azad olunan, sosial sığorta ayırmaları nəzərdə tutulmayan gəlirlər orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmayanvergilərdən azad olunan, yəni sosial sığorta ayırmaları nəzərdə tutulmayan gəlirlər orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclər hesab edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətinə uyğun izahat verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iş materiallarına uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı ona təyin olunmuş dövlət qulluqçusu kimi əmək pensiyasının məbləğinin əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq artırılması barədə cavabdehə müraciət etmişdir. İş materiallarından görünür ki, DSMF-nin Nəsimi rayon şöbəsi iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********52 saylı məktubla müraciətin təmin edilməsindən imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, Sizin xx.xx.2019-cu il tarixli **********4 nömrəli ərizənizlə əlaqədar bildiririk ki, xx.xx.2008-ci il tarixdən Sizə ədliyyə qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən xüsusi rütbəli ədliyyə işçisinə aldığı əmək haqqından və əmək haqqındakı sonradan artımlar da nəzərə alınmaqla hesablanır. Həmin Qanunun 25-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əmək haqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 23-cü maddəsinə əsasən ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində müavinət verilir. Tərəfinizdən şöbəyə təqdim olunmuş arayışlardan görünür ki, Sizin əmək haqqınıza əlavələr qulluq stajı, xüsusi rütbə dərəcəsi, yüksək dərəcəli ekspert ixtisas dərəcəsi və hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsindən ibarətdir. Göründüyü kimi, müalicə olunmağınız üçün ödənilməsi nəzərdə tutulmuş müavinət pensiya hesablanması zamanı nəzərə alınmır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş «Orta aylıq əmək haqqı hesablanarkən nəzərə alman və alınmayan ödənclərin «Siyahısı»na əsasən vergilərdən azad olunan yəni sosial sığorta ayırmaları tutulmayan gəlirlər orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclər hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi-əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Göstərilənlərə əsasən ərizənizin icrası mümkün deyildir. Cavabdehin qeyd olunan imtinasından sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Nəsimi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi rütbəli ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində pul nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla əls olmayan cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Nəsimi rayon Şöbəsini əsl cavabdeh AR ƏƏSMN yanında DSMF-nin X6 İdarəsi ilə əvəz etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2008-ci il tarixdən ədliyyə qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 25.1 və 23.2-ci maddələrinə əsasən ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində verilən müavinət digər ödənişlər hesab olunmaqla, ona əmək haqqı kimi verilmişdir. Ona görə də pensiyası yenidən hesablanmalı və əlavələr birdəfəlik ödənilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsinin nəticəsi ilıə kollegiya razılaşmır. Belə ki, AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun: 1.0.1.-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra - sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir; «Ədliyyə orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun: -23-cü maddəsinə əsasən xüsusi rütbəli ədliyyə işçisinə aldığı əmək haqqından və əmək haqqındakı sonradan artımlar da nəzərə alınmaqla hesabanır. Ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində müavinət verilir. -25-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əmək haqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericilikdə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Göründüyü kimi qanunvericiliyə görə fəaliyyətdə olan dövlət qulluqçusunun məvacibinin tərkibinə vəzifə maaşından başqa, həm də dövlət qulluqçularına verilən mükafatlar, ixtisas dərəcəsinə görə əlavə haqq, məzuniyyətə çıxarkən verilən müavinət, hakimiyyət səlahiyyətlərinin icrasına görə və qulluq stajına görə verilən əlavə haqlar da daxildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli qərarına əsasən -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artırmalatr” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə dail olunmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur k, “şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.” İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, iddiaçı müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müavinət alsa da, bu məbləğdən məcburi sosial sığorta haqqı tutulmamışdır. Belə olan halda Kollegiya bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin edilməsindən imtina edərkən cavabdeh haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aiddir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2568/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar caxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsinin apelyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2568/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar