Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-704/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4n cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9239/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" firmasına ayrılmış torpaq sahəsinə dair 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, respublika əhəmiyyətli Əzizbəyov dairəsi X1 hava-limanı avtomobil yolunun cənub hissəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamı ilə "xxxx" firmasına ayrılmış torpaq sahəsi avtomobil yolunun təhkim zolağı və hərəkət hissəsində yerləşdiyindən avtomobillərin dayanmadan, fasiləsiz və təhlükəsiz hərəkətinə maneçilik törətməklə bərabər, həm də yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozur. Perspektiv inkişaf, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti baxımından mövcud qanunvericiliyə əsasən “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri Respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Bununla da “Gülüstan" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli qərarını, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 19-cu maddələrinin tələblərini kobud surətdə pozur. Avtomobil yolunun mühafizə zolağına düşmüş "xxxx" Firmasına ayrılmış torpaq sahəsi mövcud qanunvericiliyin tələblərinə uyğun olmadan verilmiş və müvafiq qurumla razılaşdırılmamışdır. Belə ki, torpaq sahəsi yolun ox hissəsinə yaxın məsafədə olmaqla yolun mühafizə zolağını zəbt etmişdir. Göründüyü kimi yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş çıxarışa münasibətdə mühafizə zolağına dair qanunvericiliyin hazırda mövcud olan tələblərinin qorunması mümkündür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9239/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri olaraq cəlb edilmişdir. Üçüncü şəxs tərəfindən təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 765 №li “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına əsasən "Gülüstan” firmasının xx.xx.1998-ci il tarixli, 107 saylı məktubu və Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.1998-ci il tarixli, 9/DN-5577 saylı razılıq məktubu nəzərə alınaraq, Əzizbəyov (Xəzər) rayonu, Bakı-Aeroport yolu, “Yeganə” kiçik müəssisəsinin qərb hissəsində avtomobil dayanacağı üçün meydança təşkilinə 1 ha (bir hektar) müvəqqəti torpaq sahəsi ayrılmışdır. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 263 №li "Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 542 saylı sərəncamının 3-cü abzasının etibarsız hesab edilməsi və xx.xx.1999-cu il tarixli, 765 saylı sərəncamda bəzi dəyişikliklər edilməsi haqqında” Sərəncamının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2276/5-419 saylı qətnaməsinin icrasını təmin edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 542 saylı sərəncamının 3-cü abzası ləğv edilsin. Sərəncamın 2-ci bəndində göstərilir ki, Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 162 saylı və "xxxx" firmasının xx.xx.2004-cü il tarixli, 19 saylı məktubları nəzərə alınaraq, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 765 saylı sərəncamının hüquqi qüvvəsi bərpa edilsin, həmin sərəncamdan “müvəqqəti” sözü çıxarılsın, Əzizbəyov (Xəzər) rayonu, Bakı- Aeroport yolunun cənub hissəsində "xxxx" firmasının hal-hazırda istifadəsində olan torpaq sahəsi avtoqarajın layihələşdirilməsi və tikintisi üçün həmin firmaya təhrik edilsin. Bakı Şəhəri İcra Hakimiyyətinin 09 avqust 1999-cu il tarixli və 09 noyabr 2004-cü il tarixli sərəncamlarına əsasən Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Bakı-Aeroport yolu, “Yeganə” kiçik müəssisəsinin qərb hissəsində 01 hektar torpaq sahəsi "xxxx" firmasının daimi istifadəsinə verilmiş, həmçinin faktiki istifadəsində əlavə 2256,2 kv.m olmaqla, "xxxx" firması cəmi 12256,2 kv.m torpaq sahəsinə malik olmuşdur. 25 aprel 2009-cu ildə həmin torpaq sahəsi X1 Hava Limanı - Bilgəh qəsəbəsi avtomobil yolunun çəkilməsi ilə əlaqədar olaraq dövlət ehtiyacları üçün geri alınmış, lakin əvəzi hər hansı formada ödənilməmişdir. Buna görə də, iddiaçı "xxxx" firması cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyətinə, "xxxx" ASC-yə və Bakı Şəhəri Xəzər Rayonu Binə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığından əvəzinə itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik torpaq sahəsini "xxxx" firmasının daimi istifadəsinə verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-398/2012 saylı, 08 may 2012-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək Bakı Şəhər İcra Hakimiyyətinin 09 avqust 1999-cu il tarixli 765 saylı və 09 noyabr 2004-cü il tarixli 263 saylı Sərəncamları əsasında "xxxx" firmasının istifadəsinə verilmiş 01 ha torpaq sahəsinin əvəzinə eyni ölçüdə və keyfiyyətdə torpaq sahəsinin "xxxx" firmasının istifadəsinə verilməsi vəzifəsi Bakı Şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1077/2012 saylı, 27 noyabr 2012ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(82)-398/2012 saylı, 08 may 2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 10 aprel 2013-cü il tarixli, 2-1(102)-246/2013 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2012-ci il tarixli qərarı ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1069/2013 saylı, 03 oktyabr 2013-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-398/2012 saylı, 08 may 2012-ci il tarixli qərarı ləğv edilərək, iddia rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2014-cü il tarixli 2-2(102)-270/2014 №li qərarı ilə iddiaçı "xxxx" firmasının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 inz(103)-1069/2013 saylı iş üzrə 03 oktyabr 2013-cü il tarixli qərarı ləğv edilmişdir. Hazırda iddiaçı "xxxx" firmasının cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X2rşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiyanın ekspert rəyi əsasında ödənilməsi tələbinə dair inzibati mübahisələrə dair iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4 məhkəmə prosesini süni şəkildə uzatmaq üçün "xxxx" firmasına 2004-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında daimi istifadəyə verilmiş 1.22 ha torpaq sahəsilə bağlı sərəncamın ləğv edilməsi barədə ərizə vermişdir. Buna görə də işin icraatı qeyri-müəyyən müddətə təxirə salınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1.-ci maddəsinə əsasən, on illik iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9239/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Qarayeva) İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir. Apelyasiya baxışı zamanı üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi-vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamının təsdiq edilmiş surətinə əsasən Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2276/5-419 saylı qətnaməsinin icrasını təmin edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 542 saylı sərəncamının 3-cü abzasının ləğv edilməsi və Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 162 saylı və "xxxx" firmasının xx.xx.2004-cü il tarixli, 19 saylı məktubları nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 765 saylı sərəncamının hüquqi qüvvəsinin bərpa edilməsi, həmin sərəncamdan “müvəqqəti” sözünün çıxarılması, Əzizbəyov rayonu, Bakı-Aeroport yolunun cənub hissəsində "xxxx" firmasının hal-hazırda istifadəsində olan torpaq sahəsinin avtoqarajın layihələndirilməsi və tikintisi üçün həmin firmaya təhkim edilməsi qərara alınmışdır. İşdən görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" firmasına ayrılmış torpaq sahəsinə dair 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamla ‘‘Gülüstan’’ firmasına ayrılmış torpaq sahəsi avtomobil yolunun mühafizə zolağına düşdüyündən mövcud qanunvericiliyin tələblərinə uyğun olmadan verilmiş və müvafiq qurumla razılaşdırılmamışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddianın verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən sərəncam barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 263 saylı 09 noyabr 2004-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılaraq inzibati aktın qəbul edilməsindən 18 il müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İcraat zamanı 3-cü şəxsin nümayəndəsi 25 aprel 2009-cu ildə torpaq sahəsinin avtomobil yolunun çəkilməsi ilə əlaqədar olaraq dövlət ehtiyacları üçün geri alınmasına baxmayaraq onun əvəzinin ödənilmədiyini, buna görə də, iddiaçı "xxxx" firmasının cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyətinə, "xxxx" ASC-yə və Bakı Şəhəri Xəzər Rayonu Binə bələdiyyəsinə qarşı torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığından həmin torpaq sahəsinin əvəzinə itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik torpaq sahəsinin "xxxx" firmasının daimi istifadəsinə verilməsinə dair Ali Məhkəməyədək məhkəmə mübahisələrinin olduğunu və hazırda iddiaçı inzibati orqanın proses iştirakçısı kimi sərəncamdan ən azı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-398/2012 saylı, 08 may 2012-ci il tarixli qərarını mübahisələndirdiyi tarixdən məlumatlı olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi mübahisə edilən inzibati aktın mövcudluğu barədə iddiaçı "xxxx" firmasının cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X2rşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisəyə dair iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduğu vaxtdan məlumatlı olması ilə bağlı mövqeni əsaslandırmaga çalışsa da, lakin iş materiallarından göründüyü kimi bu sərəncamın mövcudluğundan məlumatlı olmuşdur. Məhkəmə qeyd etmişdir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 18 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmiş, iş materiallarına əsasən iddia müddətinin buraxılması 1 ildən artıq olduğundan İnzibati Prossessual Məcəlləsinin 24.4-cü maddəsinə, həmçinin də prosessual qənaət prinsipinə əsaslanaraq məhkəmə müddətin üzrlü hesab edilməsi üçün iddiaçıya ərizə verilməsi təklifini irəli sürməyi məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə iddia ərizəsində göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən, ...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddiaçının hazırkı iddiası İnzibati Prosessual Məcəllənin 2.2.1 və 32.1-ci maddələrində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" firmasına ayrılmış torpaq sahəsinə dair 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, xx.xx.2004-cü il tarixli sərəncamın ləğv edilməsi barədə iddiaçının iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və onlara məlum olduğu vaxtdan sonra məhkəməyə müraciət edərək, mübahisələndirilən sərəncamın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyekti əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9239/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-704/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-704/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver