Məhkəmə qərarları › İş №2-1(103)-705/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-705/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-705/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC-nin nümayəndəsi, eyni zamanda vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X12, 3-cü şəxs “xxxxxxx MMC”-nin nümayəndələri X7 və Babaşov Emin Söhbət oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (3-cü şəxs “xxxxxxx” MMC) qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3316/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxx 2019-cu il tarixli A109-7 saylı qərarının tamamilə ləğv edilməsi; “Чек и Чан” əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, N20161340 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar “İddiaçı1" Səhmdar Cəmiyyəti, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək "Чек и Чан" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1340 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası xx xxxx 2019-cü il tarixli, A109-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. X6 Məcəllənin 30.1-ci, 32.1-ci və 38.1-ci maddələrinə və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 29-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxx 2019-cü il tarixli, A109-7 saylı qərarının ləğv olunması və "Чек и Чан" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1340 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. xx xxxx 2019-cü il tarixli, A109- 7 saylı qərarı iddiaçının nümayəndəsi tərəfindən şəxsən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasından xx xxxx 2019-cü il tarixində götürülmüşdür. Rusiya Federasiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və X9 şəhəri, 305000, Zolotaya 13 küçəsi ünvanında yerləşən "Konti Rus" Səhmdar Cəmiyyətinə məxsus "xxxxxxxxx" adlı kombinasiya edilmiş əmtəə nişanı Qazaxıstan Respublikasında 30-cu sinifin əmtəələri üzrə xx xxxxxx 2013-cü il tarixində 64894 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və xx xxxxxx 2014-cü il tarixində "xxxxxxxxx" adlı kombinasiya edilmiş əmtəə nişanı 46728 nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda, Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Konstantinovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İddiaçı2 tərəfindən "xxxxxxxxx" adlı əmtəə nişanı (yalnız sözlərdən ibarət nişan) Ukrayna Respublikasında 30-cu sinifin əmtəələri üzrə xx xxxxxx 2013-cü il tarixində m 2013 21024 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və xx xxxx 2015-ci il tarixində "xxxxxxxxx" adlı əmtəə nişanı (yalnız sözlərdən ibarət nişan) 200516 nömrəsi ilə Ukrayna Respublikasında qeydiyyata alınmışdır. Sözügedən əmtəə nişanın (200516 nömrəsi ilə Ukrayna Respublikasında qeydiyyat) qeydiyyatına aid olan və bu etiraz ərizəsinə əlavə olunan çıxarışdan görünür ki, xx xxx 2017-ci il tarixindən etibarən "xxxxxxxxx" adlı əmtəə nişanı üzrə hüquqların (yalnız sözlərdən ibarət nişan) sahibi Ukrayna Respublikasının Kiyev şəhəri, 04071, Podolski rayonu, Vvedenskaya küç., ev 4 ünvanında yerləşən İddiaçı3dir. Bundan əlavə, "İddiaçı2" XSC tərəfindən "xxxxxxxxx" adlı əmtəə nişanı (yalnız sözlərdən ibarət nişan) Rusiya Federasiyasında 16, 30 və 43-cü siniflərin əmtəələri və xidmətləri üzrə xx xxxxxx 2002-ci il tarixində ********** nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və xx xxxxxx 2003-cü il tarixində "xxxxxxxxx" adlı əmtəə nişanı (yalnız sözlərdən ibarət nişan) 260468 nömrəsi ilə Rusiya Federasiyasında qeydiyyata alınmışdır. Sözügedən əmtəə nişanın (260468 nömrəsi ilə Rusiya Federasiyasında qeydiyyat) qeydiyyatına aid olan və bu etiraz ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, 260468 nömrəli əmtəə nişanın qorunma müddəti xx xxxxxx 2022-ci il tarixinədək uzadılmışdır və xx xxxxxx 2015-ci il tarixindən etibarən 260468 nömrəli əmtəə nişanı üzrə hüquqlar "İddiaçı2" XSC tərəfindən "İddiaçı1" SC-yə verilmişdir. Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə xx xxxx 2017-ci il tarixində 2017 00641 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir, lakin xx xxxxxx 2018-ci il tarixində "Patent və X16" publik hüquqi şəxs tərəfindən "xxxxxxxxx" adlı kombinasiya edilmiş əmtəə nişanın xx xxxx 2017-ci il tarixində 2017 00641 qeydiyyata alınmasına dair verilmiş iddia ərizəsi ilə bağlı əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildiriş verilmişdir, o səbəbdən ki, "xxxxxxxxx" adlı kombinasiya edilmiş əmtəə nişanına oxşar olan nişan Azərbaycan Respublikasında daha öncə qeydiyyata alınmışdır. Eyni zamanda "xxxxxxx" X8 tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə xx xxxxxx 2016-cı il tarixində 2016 00606 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və xx xxxxxx 2016-cı il tarixində "Чек и Чан" adlı kombinasiya edilmiş əmtəə nişanı 2016 1340 nömrəsi ilə qeydiyyata alınmışdır. iddiaçılar hesab edirlər ki, xxxxxxx MMC "Чек и Чан" adlı əmtəə nişanını qeydiyyata alaraq, "İddiaçı2" XSC-nə məxsus olan müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, bu etiraz ərizəsinə əlavə olunan və müəlliflik hüququnu təsdiq edən sənədlərdən görünür ki, "xxxxxxxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsi xx xxxxxx 2013-cü il tarixində Ukrayna Respublikasının Donetsk şəhərində X4 tərəfindən onun işəgötürəni Ukrayna Respublikasının "İddiaçı2" XSC-nin tapşırığı ilə yaradılmışdır və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının "İddiaçı2" XSC-nə keçmişdir. Bern Konvensiyanın 2-ci maddəsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Azərbaycan Respublikası, Rusiya Federasiyası və Qazaxıstan Respublikası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Eyni zamanda, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin qanunun 6-cı maddəsinə əsasən, qrafika, dizayn, qrafik hekayələr və s. müəllif hüququnun obyekti olan əsərlər sayılır. Göründüyü kimi, Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna əsasən, "xxxxxxxxx" adlı təsvir müəlliflik obyekti sayılır. Əmtəə nişanların təsviri hissələrindən görünür kimi, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. Bununla da qeyd etmişlər ki, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 29.8.2-ci bəndində qeyd edilmişdir ki, Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1- 29.6.5-ci və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Əmtəə nişanların oxşarlığını müəyyən edərkən, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarf'nm 29.6.1-ci “Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir", 29.6.2-ci "Səs üzrə (fonetik) oxşarlıq", 29.6.3-cü "Qrafiki (görünüşlü) oxşarlıq", 29.6.4- cü "Məna etibarı ilə", 29.6.5-ci "Bu Qaydaların 29.6.1-29.6.4-cü bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər", 29.7.1-ci "Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə olunur", 29.7.2-ci "Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı müəyyən edilir", 29.7.3-cü "Bu Qaydaların 29.7.1-ci və 29.7.2-ci bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər", 29.8.1-ci "Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilirlər", 29.8.2-ci "Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5-ci və 29.7.1- 29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur", 29.9.1-ci "Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır" və 29.9.2-ci "Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır", bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. Müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Belə ki, müqayisə edilən əmtəə nişanlarının sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Əmtəə nişanlarında ideya uyğunluğu, xarici forması, elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuları, növü və xüsusiyyətləri (naturallığı), rənglərin və boyaların keyfiyyətinin uzlaşması eynidir. "KontiRus" SC-yə məxsus olan nişanda "xxxxxxxxx" sözləri Arkadiy Gaydar tərəfindən yazılmış ədəbi əsərdə iştirak edən oğlanların adları nəzərdə tutulur. xxxxxxx MMC-yə məxsus olan "Чек и Чан" sözləri isə heç bir məna daşımır, əmtəə nişanların təsviri hissəsində iki oğlan şəkili göstərilir və onların xarici görünüşü tam olaraq eynidir. Eyni zamanda əmtəə nişanlarında müşahidə olunan buludların sayı, onların forması, simmetriyası, yerləşməsi və rəngləri eynidir, həmçinin nişanların mərkəzində göstərilən buludun içində müşahidə olunan komacıq və qar dənəciyləri də üst-üstə düşür. Müqayisə edilən əmtəə nişanlarında sözlərdən başqa bütün elementlər eynidir. Əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması, və xüsusiyyətləri (naturallığı) oxşarlıq yaradır. Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçılar ("İddiaçı1" SC, "İddiaçı2" XSC və "İddiaçı3" MMC) hesab edirlər ki, "xxxxxxxxx" adlı kombinasiya edilmiş əmtəə nişanı (Qazaxıstan Respublikasında 46728 nömrəli qeydiyyat, Ukrayna Respublikasında 200516 nömrəli qeydiyyat, Rusiya Federasiyasında 260468 nömrəli qeydiyyat və 2013-cü ildə yaradılmış və müəlliflik hüquqları ilə qorunan təsvir) və "Чек и Чан" adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1340 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Apelyasiya Şurasının nəzərinə çatdırılmışdır ki, “xxxxxxx” MMC-nin Konti şirkəti ilə bilavasitə əlaqəsi var idi. Belə ki, Konti şirkəti və “xxxxxxx” MMC arasında xx xxxxxx 2010-cu il tarixində imzalanmış 893 nömrəli və xx xxxxxx 2012-ci il tarixinədək qüvvədə olan və xx xxxx 2016-cı il tarixində imzalanmış 0184/8/16 nömrəli və xx xxxxxx 2016-cı il tarixinədək qüvvədə olan qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. 893 nömrəli müqaviləyə xx xxxxxxxx 2011-ci il tarixində imzalanmış və həmin müqavilə üzrə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə və xx xxxxxx 2013-cü il tarixində imzalanmış və xx xxxxxx 2013-cü il tarixinədək qüvvədə olan 893 nömrəli müqavilənin müddəti uzadılması barədə əlavə razılaşmalar “xxxxxxx” MMC və “Konti” şirkəti arasında bağlanmışdır. Həmin müqavilələrə əsasən, “xxxxxxx” MMC “Konti” şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil etmiş və onların arasında olan axırıncı müqavilənin müddəti xx xxxxxx 2016-cı il tarixində bitmişdir. “Konti” şirkəti və “xxxxxxx” MMC arasındakı münasibətlərdən irəli gələn və bu etiraz ərizəsinə əlavə olunan sənədlərdən (bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar, uyğunluq sertifikatlarından) görünür ki, “Konti” şirkəti “xxxxxxx” MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz etmiş və bu məmulatların arasında həmçinin "xxxxxxxxx" adlı məmulat mövcüd olmuşdur. Bu barədə Apellyasiya şurasına bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar, uyğunluq sertifikatları təqdim olunmuşdur. Həmin sənədlərdən görünür ki, Konti şirkətinə məxsus "xxxxxxxxx" adlı məmulat Azərbaycan Respublikasına xxxxxxx MMC-yə məxsus "Чек и Чан" adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunmuşdur. Nəzərə alınsa ki, xxxxxxx MMC Konti şirkətinin distribyutoru olub və Konti şirkətinin mallarını Azərbaycan Respublikasında təchiz edib və Konti şirkətinin məhsulları ilə yaxından tanış idi, bununla da nəticəyə gəlmək olar ki, xxxxxxx MMC "Чек и Чан" adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. Bununla bağlı, qeyd edirlər ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. Eyni zamanda "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanların qeydə alınmasına yol verilmir. “xxxxxxx” MMC-yə məxsus "Чек и Чан" əmtəə nişanı altında Azərbaycan Respublikasında istehsal olunan əmtəələr bazara buraxılsa belə, əmtəə nişanın adının kiril qrafikalı əlifbada, rus dilində verilməsi istehlakçıda qeyd olunan əmtəələrin Rusiya Federasiyasında istehsal olunduğu təsəvvürü yaradır. “xxxxxxx” MMC-nin və Konti şirkəti ilə arasında olan münasibətlər ilə bağlı qeyd edirlər ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 29 maddəsinə əsasən, əmtəə nişanının qeydiyyatı aşağıdakı halda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adma, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Bu şərtlərə görə “xxxxxxx” MMC-nin Konti şirkəti ilə bilavasitə əlaqəsi olmuşdur. Belə ki, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasın"ın 6 septies maddəsində qeyd olunmuşdur ki, Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"-nm üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distribyutoru), həmin nişan sahibinin icazəsi olmadan, "Konvensiyanın" həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və əgər həmin müvəkkil və ya nümayəndə (distribyutor) öz hərəkətinə bəraət qazandırmasza və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir. Qeyd edirlər ki, “xxxxxxx” MMC “Konti” şirkətinin icazəsi olmadan “Konti” şirkətinin nişanını öz adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikasında iddia ərizəsi vermişdir. Məlumat üçün bildirirlər ki, həm Qazaxıstan Respublikası, həm Ukrayna Respublikası, həm də Rusiya Federasiyası, harada ki Konti şirkəti "xxxxxxxxx" adlı kombinasiya edilmiş əmtəə nişanını qeydiyyatdan keçirmişdir - Paris Konvensiyasının üzv ölkəsi sayılır. Eyni zamanda Azərbaycan Respublikası da Paris Konvensiyasının üzv ölkəsidir. Göründüyü kimi, “Konti” şirkətinin və “xxxxxxx” MMC arasında olan axırıncı müqavilənin qüvvədə olduğu müddət ərzində, daha dəqiq desək xx xxxxxx 2016-cı il tarixində “xxxxxxx” MMC "Чек и Чан" adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini vermişdir. Yəni, “xxxxxxx” MMC “Konti” şirkətinin distribyutoru olduğu zaman “Konti” şirkətinə məxsus olan nişanı qeydiyyata alınmasına dair iddia ərizəsi vermişdir və bununla da "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 29 maddəsini və Paris Konvesiyasının 6 septies maddəsinin müddəalarını kobud şəkildə pozmuşdur. "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının özbaşına təqlid edilməsinə yol verilmir və göstərilən hərəkətlər haqsız rəqabət hesab olunur. Eyni zamanda, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. “xxxxxxx” MMC “Konti” şirkətinə məxsus olan və əvvəlcədən qeydiyata alınmasına dair iddia edilmiş "xxxxxxxxx" adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan "Чек и Чан" adlı əmtəə nişanın qeydiyyata alınmasına dair iddia ərizə vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. “xxxxxxx” MMC "Чек и Чан" adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da Konti şirkətinin nüfuzuna zərər vurmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası iddiaçılar tərəfindən təqdim olunmuş hesab-fakturaları və spesifikasiyaları araşdırmamışdır, halbuki həmin sənədlər əsasında "xxxxxxxxx" adlı məhsulun iddiaçı tərəfindən göndərildiyi, yəni "xxxxxxx" tərəfindən ölkəyə idxal edildiyi müəyyən etmək mümkündür. Bundan əlavə, "xxxxxxxxxxxxx" MMC tərəfindən Konti şirkətinə məxsus nişanlarının istehsalçılar və istehlakçılar tanınmasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasında sorğu keçirilmişdir. Apellyasiya şurasına təqdim olunmuş sorğu nəticələrindən görünür ki, “Konti” şirkətinə məxsus "xxxxxxxxx" adlı kombinasiyası edilmiş əmtəə nişanını 540 respondentin 38% -i tanıyır. Apellyasiya şurası öz qərarında "xxxxxxxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsini yaratmış müəllifi X1 və onun işəgötürəni Ukrayna Respublikasının "İddiaçı2" XSC-nin müəlliflik hüquqları məsələsinə ümumiyyətlə toxunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən, "hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, "Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən "əmtəələrin vəya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti vəya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir". Həmin Qanunun 6-cı maddəsinin (ç) bəndinə əsasən "əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni vəya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları [firma adlarının hissələri)" ilə eyni olan vəya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır". Həmin Qanunun 10-cu maddəsinin birinci və ikinci cümlələrinə əsasən , "Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)." Həmin Qanunun 25-ci maddəsinin birinci abzasına əsasən, "'əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır". Həmin maddənin ikinci abzasına əsasən, "qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə vəya xidmətlərlə eyni,yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa)". Həmin Qanunun 29-cu maddəsinin ikinci və üçüncü abzaslarına əsasən, "Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam vəya qismən, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə vəya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr vəya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi vəya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər". Həmin Qanunun 31-ci maddəsinin ikinci abzasına əsasən, "Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər". "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6 septies maddəsinə əsasən,"Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"-nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distribyutoru), həmin nişan sahibinin icazəsi olmadan, "Konvensiyanın" həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və əgər həmin müvəkkil və ya nümayəndə (distribyutor) öz hərəkətinə bəraət qazandırmasza və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir". "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 10 bis maddəsinə əsasən, "Sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur". "Ədəbi və X13 haqqında Bern Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndinə əsasən "Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafıya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir.» Həmin maddənin 6-cı bəndinə əsasən "Bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir". "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən "Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi". "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının" 29.5-ci maddəsinin (ç) bəndinə əsasən "Qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə aparılır: nişanların beynəlxalq qeydiyyatına dair Madrid Sazişinə uyğun olaraq, onların beynəlxalq qeydiyyatı əsasında Azərbaycan Respublikasında mühafizə olunan əmtəə nişanları. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, “xxxxxxx” MMC-yə məxsus “Чек и Чан” əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə xx.xx.2016-cı il tarixində “xxxxxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1340 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2016). Konti İB tərəfindən “xxxxxxxxx” əmtəə nişanı (yalnız sözlərdən ibarət nişan) Rusiya Federasiyasında 16, 30 və 43-cü siniflərin əmtəələri və xidmətləri üzrə, xx xxxxxx 2003-cü il tarixində 260468 nömrə ilə qeydiyyata alınmışdır (ərizənin verilmə tarixi: xx.xx.2002, ərizənin nömrəsi **********). xx xxxxxx 2015-ci il tarixindən etibarən 260468 nömrəli əmtəə nişanı üzrə hüquqlar Konti İB tərəfindən Konti SC-yə verilmişdir. İstehsalat Birliyi “Konti” X15 tərəfindən “xxxxxxxxx” əmtəə nişanı (yalnız sözlərdən ibarət nişan) Ukrayna Respublikasında 30-cu sinfin əmtəələn üzrə xx xxxx 2015-ci il tarixində 200516 nömrə ilə Ukrayna Respublikasında qeydiyyata alınmışdır (ərizənin verilmə tarixi: xx.xx.2013, ərizənin nömrəsi m 2013 21024). xx xxx 2017-ci il tarixindən “xxxxxxxxx” adlı əmtəə nişanı üzrə hüquqlar (yalnız sözlərdən ibarət nişan) Ticarət Evi “Konti” X5 verilmişdir. Konti SC tərəfindən “xxxxxxxxx” kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə xx xxxx 2017-ci il tarixində qeydiyyata alınmasına dair 2017 00641 nömrəli iddia ərizəsi verilmiş, lakin x xxxxxx 2018-ci il tarixində “Patent və X16” publik hüquqi şəxs tərəfindən əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildiriş verilmiş və “Чуки Гек” adlı kombinasiya edilmiş əmtəə nişanına oxşar olan nişanın Azərbaycan Respublikasında daha öncə qeydiyyata alındığı qeyd edilmişdir. “xxxxxxx” MMC-yə məxsus “Чек и Чан” adlı əmtəə nişanının 30-cu və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Fuad Qəşəmov tərəfindən Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur. İddiaçı1 QSC və “xxxxxxx” MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə xx xxxxxx 2010-cu il tarixində 893 nömrəli müqavilə imzalanmışdır. x xxxxxx 2013-cü il tarixində 893 nömrəli müqavilənin müddətinin uzadılması barədə əlavə razılaşma bağlanmış və müqavilə xx xxxxxx 2013-cü il tarixinədək qüvvədə olmuşdur. İddiaçı1 QSC və “xxxxxxx” MMC arasında xx xxxx 2016-cı il tarixində 0184/8/16 nömrəli müqavilə imzalanmış və xx xxxxxx 2016-cı il tarixinədək qüvvədə olmuşdur. Apellyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 11 yanvar və xx xxxxxx 2019cu il tarixli məktublar ilə təqdim edilmiş xx.xx.2016-xx.xx.2016-ci il tarixləri əhatə edən idxal sənədləri və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab fakturalar, qaimələr, spesifakisayalara əsasən görünür ki, “xxxxxxxxx” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatlar “xxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən məlumatlardan görünür ki, “xxxxxxx” MMC ilə “Konti” şirkətləri arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə “xxxxxxxxx” əmtəə nişanlı konfetlərin Azərbaycan Respublikasına idxal olunması barədə məlumat yoxdur. Göstərilənlərə əsasən Konti şirkətinə məxsus “xxxxxxxxx” adlı kombinasiya edilmiş əmtəə nişanı “xxxxxxx” MMC-yə məxsus olan “Чек и Чан” adlı əmtəə nişanı müqayisə edilə bilməz. Buna görə də, iddiaçıların “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə və 29-cu maddəsinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunlarına istinadı əsassızıdır. Şərh edilənlərə əsasən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci və 4-cü maddələrini rəhbər tutaraq Apellyasiya şurası etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Üçüncü şəxs “xxxxxxx” MMC-nin nümayəndəsi iddia ərizəsinə qarşı yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar “KontiRus” Səhmdar Cəmiyyəti, İstehsalat Birliyi «Konti» X15 və İddiaçı3 irəli sürdüyü bu iddianı tamamilə əsassız və qeyri-qanuni hesab edərək aşağıdakıları bildirir. Əvvəla, bildirir ki, “xxxxxxx” MMC-yə məxsus “Чек и Чан” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinifin “konfetlər” əmtəələri üzrə və 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə xx.xx.2016-cı il tarixində «xxxxxxx» MMC-nin adına Azərbaycan Respublikasında 2016 1340 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixixx.xx.2016). İkincisi, qeyd olunan kombinasiya edilmiş əmtəə nişanın Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsində «xxxxxxx» MMC-nin adına qeydiyyata alınan zaman həmin kombinasiya edilmiş əmtəə nişanın ilkin ekspertizası aparılmışdır. Həmin vaxt “Чек и Чан” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyatına maneçilik törədən hər hansı bir hal mövcud olmamışdır. Bundan başqa “Чек и Чан” adlı kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasında ilkin olaraq «xxxxxxx» MMC-nin adına qeydiyyata alınmışdır. Üçüncüsü, sonradan iddiaçılar təfindən qeyd olunan əmtəə nişanı ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz verilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasında həmin etiraza baxılan zaman tərəflərin iştirakı ilə hər tərəfli araşdırmış həmin nişanın ekspertizası aparılmışdır. Həmin araşdırma vaxtı da qeyd olunan «Чек и Чан» adlı kombinasiya edilmiş əmtəə nişanın «xxxxxxx» MMC-nin adına qeydiyyata alınarkən hər-hansı bir maneə və məhdudiyyətin mövcud olmaması müəyyən olunmuşdur. İddiaçıların iddia etdikləri «xxxxxxxxx» adlı əmtəə nişanın mənşə ölkəsində qeydiyyatı hal-hazırdada mövcud deyildir. Belə olan halda “Чек и Чан” adlı kombinasiya edilmiş əmtəə nişanın Azərbaycan Respublikasında «xxxxxxx» MMC-nin adına qeydiyyata alınması «Qeydiyyatın əsaslılığı prezumpsiyasını» tam olaraq özündə ehtiva edir. Ona görə də hazırkı iş üzrə iddiaçıların iddiası rədd olunmalıdır. Dördüncüsü, bunu xüsuslə qeyd edirlər ki, iddiaçı tərəfindən qeyd olunan «xxxxxxxxx» adlı kombinasiya edilmiş əmtəə nişanı nə mənşə ölkəsində, nə də Azərbaycan Respublikasında qeydiyyata alınmamışdır. «Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası»nın 6 quınques maddəsinin A.(1) bəndində qeyd olunur ki, «Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfidən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur.» Bundan başqa həmin konvensiyanın 6-cı maddənin (3) bəndinə görə «İttifaqın hər hansı ölkəsində lazımı şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə alınmalıdır». Göründüyü kimi qeyd olunan maddələrin tələbinə görə əmtəə nişanın əvvəla, mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmələrinin zəruriliyini, və mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş nişanların başqa ölkələrdə qeydiyyatdan keçmiş nişanlardan asıllılığın olmamasını şərtləndirir. Beşincisi, iddia ərizəsində «xxxxxxx» MMC-nin «Konti» şirkəti ilə müqavilələrin olduğunu və məhz «xxxxxxxxx» adlı məmulatın «xxxxxxx» MMC tərəfindən idxal olunduğu qeyd olunur. Bu barədə bildirmək istəyirəm ki, bu məsələ ilə əlaqədar hələ Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Apellyasiya Şurasında araşdırma aparılarkən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Apellyasiya Şurası tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğular verilmişdir. Həmin sorğuların cavab məktublarında «xxxxxxxxx» adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatların Azərbaycan Respublikasında «xxxxxxx» MMC tərəfindən idxal olunmadığı və qeyd olunan əmtəə nişalı qənnadı məmulatlarının 2016-cı ildə Azərbaycan Respublikasında N.A.N.T. MMC tərəfindən idxal edildiyi qeyd edilmişdir. Belə olan halda iddia ərizəsində «xxxxxxxxx» adlı məmulatın Azərbaycan Respublikasında «xxxxxxx» MMC tərəfindən idxal olunduğunun qeyd olunması onların uydurmasıdır. Altıncısı, iddia ərizəsində «Ədəbi və X13 haqqında Bern konvensiyası»nın 2-ci maddəsinin və həmin maddənin 6-cı bəndinin tələblərinin pozulduğu qeyd olunur. Bu barədə bildirir ki, əmtəə nişanları həmin konvensiyanın predmətinə daxil deyildir və həmin konvensiya ilə də nizamlanmır. Belə ki, həmin konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinə görə «Ədəbi və bədii əsərlər» termini ifadə olunma üsulu və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoci üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rənggarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoci üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Konvesiyanın qeyd olunan maddəsində ədəbi və bədii əsərlərin dairəsini konkretləşdirmiş və əmtəə nişanlarını bu konvensiyanın predmeti kimi nəzərdə tutulmamışdır. Belə olan halda həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab olunmamalıdır. Yeddincisi, iddia ərizəsində «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinin və «Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası»nm 10 bis maddələrin təblərinin pozulduğunu qeyd olunur. Həmin qanunun 4-cü maddəsidə görə rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. Bu barədə bildirmək istəyirəm ki, «xxxxxxx» MMC «Чек и Чан» adlı kombinasiya edilmiş əmtəə nişanını qanunla müəyyən edilmiş qaydada səlahiyyətli orqanda qeydiyyatdan keçirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3316/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar birgə apellyasiya şikayəti verərək, оnun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 29 maddəsi və “Sənayə mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsi düzgün tətbiq edilməmişdir. “xxxxxxx” MMC-nin “Konti” şirkəti ilə bilavasitə əlaqəsi olmuşdur. Belə ki, Konti şirkəti və “xxxxxxx” MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, “xxxxxxx” MMC “Konti” şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. “Konti” şirkəti və “xxxxxxx” MMC arasındakı münasibətlərdən irəli gələn və iddia ərizəsinə əlavə olunan sənədlərdən (bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar, uyğunluq sertifikatlarından) görünür ki, “Konti” şirkəti “xxxxxxx” MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin “xxxxxxxxx” adlı məmulat mövcud idi. İnzibati işin materiallarında iddiaçı tərəfindən təqdim olunmuş bəyannamə mövcuddur. Yük bəyannaməsinə həmçinin yükün spesifikasiyası, daşınma ilə bağlı sənədlər, "xxxxxxx” MMC-nin adına verilmiş hesab-faktura da əlavə edilmişdir. Həmin sənədlər Ukraynada notarial qaydada təsdiq olunmuş, sonradan Azərbaycan dilinə tərcümə edilmiş və həmin tərcümə isə 1 saylı notariusda təsdiq edilmişdir. Yükün spesifikasiyasında (hansı ki, “xxxxxxx” MMC tərəfindən səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhür ilə təsdiq edilmişdir) mübahisəli olan “xxxxxxxxx” məmulatın adı mövcuddur. Beləliklə, "xxxxxxxxx” adlı qənnadı məmulatın Azərbaycan Respublikasının ərazisinə “Konti” şirkəti tərəfindən ixrac olunması sübuta yetirilir. Birinci instansiya məhkəməsi isə öz qərarında Dövlət Gömrük Komitəsinin mübahisəli cavab məktubuna istinad etmişdir. Həmin məktubda “xxxxxxxxx” əmtəə nişanlı konfetlərin idxal olunması barədə məlumatın olmaması göstərilmişdir. Lakin, məsələ orasındadır ki, gömrük orqanı idxal olunan məmulatların əmtəə nişanları adları ilə qeydiyyat aparmır. Qeydiyyat ümumi formada aparılır, məsələn, “Konti nişanlı peçenyelər”, “Konti nilanlı karamelli konfetlər” və sair. Gömrük orqanı cavab məktublarında özü belə qeyd edir ki “malların əmtəə nişanı üzrə kodlaşdırılması nəzərdə tutulmamışdır”. Beləliklə, nəticədə məhkəmə bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmayaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarını düzgün tətbiq etməmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 29-cu maddəsinə əsasən, əmtəə nişanının qeydiyyatı aşağıdakı halda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Bu şərtlərə görə “xxxxxxx” MMC-nin “Konti” şirkəti ilə bilavasitə əlaqəsi var idi. Belə ki, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasın”ın 6 septies maddəsində qeyd olunmuşdur ki, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distribyutoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın” həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və əgər həmin müvəkkil və ya nümayəndə (distribyutor) öz hərəkətinə bəraət qazandırmasza və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir. “xxxxxxx” MMC “Konti” şirkətinin icazəsi olmadan “Konti” şirkətinin nişanını öz adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikasında iddia ərizəsi vermişdir. Məlumat üçün, həm Ukrayna, həm də Rusiya Federasiyası, harada ki “Konti” şirkəti “xxxxxxxxx” adlı əmtəə nişanını qeydiyyatdan keçirmişdir - Paris Konvensiyasının üzv ölkəsi sayılır. Eyni zamanda, Azərbaycan Respublikası da Paris Konvensiyasının üzv ölkəsidir. Göründüyü kimi, “Konti” şirkəti və “xxxxxxx” MMC arasında olan axırıncı müqavilənin qüvvədə olduğu müddət ərzində, daha dəqiq, xx.xx.2016-cı il tarixdə “xxxxxxx” MMC qarışdırılacaq dərəcədə oxşar olan “ЧЕК И ЧАН” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini vermişdir. Başqa cür deyilsə, “xxxxxxx” MMC “Konti” şirkətinin distribyutoru olduğu zaman “Konti” şirkətinə məxsus olan nişanın qeydiyyata alınmasına dair iddia ərizəsi vermişdir və bununla da “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 29 maddəsini və Paris Konvesiyasının 6 septies maddəsinin müddəalarını kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi qərarında iddiaçı tərəfindən təqdim edilmiş Qazaxıstan Respublikasında 30-cu sinfin əmtəələri üzrə xx.xx.2014-сЦ il tarixli “xxxxxxxxx” adlı kombinasiya edilmiş əmtəə nişanına dair 46728 saylı şəhadətnaməyə istinad etməmişdir. Birinci instansiya məhkəməsi “Ədəbi və X13 haqqında” Bern Konvensiyasının 2-ci, 5-ci və Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun 5-ci maddəsini düzgün tətbiq etməmişdir. “Ədəbi və X13 haqqında” Bern Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndinə əsasən “Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri əhatə edir. Həmin maddənin 6-cı bəndinə əsasən “Bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir”. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi apellyasiya şikayətinə izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək və ona etiraz təqdim edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri ayrıayrılıqda izahat verib apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia, iddiaçı “İstehsalat Birliyi “Konti” XSC-yə münasibətdə mümkün sayılmamışdır. Bu baxımdan, iddiaçıların apellyasiya şikayəti, iddiaçı “İstehsalat Birliyi “Konti” XSC-yə aid hissədə mümkün sayılmır. Digər iddiaçılara münasibətdə isə şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir. İşin faktik hallarından müəyyən edilir ki, “xxxxxxx” MMC-yə məxsus “Чек и Чан” əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə xx.xx.2016-cı il tarixində “xxxxxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1340 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2016). “xxxxxxx” MMC ilə X14 arasında 739 nömrəli xx.xx.2009-cu il tarixli Əmək müqaviləsi bağlanılmışdır. “Чек и Чан” təsvirinə dair əmlak, şəxsi qeyri-əmlak hüquqlarının “xxxxxxx”MMC-yə verilməsinə dair xx.xx.2009cu il tarixli aktına əsasən X14 xx.xx.2009-cu il tarixdə müxtəlif rənglərdə yaratdığı “Чек и Чан” kombinasiya edilmiş təsvirinə dair əmlak və şəxsi-qeyri əmlak hüquqlarını aktda qeyd edilən şərtlər daxilində verilməsi təsdiq edilmişdir. “Konti İB” tərəfindən “xxxxxxxxx” əmtəə nişanı (yalnız sözlərdən ibarət nişan) Rusiya Federasiyasında 16, 30 və 43-cü siniflərin əmtəələri və xidmətləri üzrə, xx xxxxxx 2003-cü il tarixində 260468 nömrə ilə qeydiyyata alınmışdır (ərizənin verilmə tarixi: xx.xx.2002, ərizənin nömrəsi **********). xx xxxxxx 2015-ci il tarixindən etibarən 260468 nömrəli əmtəə nişanı üzrə hüquqlar Konti İB tərəfindən Konti SC-yə verilmişdir. İstehsalat Birliyi “Konti” X15 tərəfindən “xxxxxxxxx” əmtəə nişanı (yalnız sözlərdən ibarət nişan) Ukrayna Respublikasında 30-cu sinfin əmtəələn üzrə xx xxxx 2015-ci il tarixində 200516 nömrə ilə Ukrayna Respublikasında qeydiyyata alınmışdır (ərizənin verilmə tarixi: xx.xx.2013, ərizənin nömrəsi m 2013 21024). xx xxx 2017-ci il tarixindən “xxxxxxxxx” adlı əmtəə nişanı üzrə hüquqlar (yalnız sözlərdən ibarət nişan) Ticarət Evi “Konti” X5 verilmişdir. Konti SC tərəfindən “xxxxxxxxx” kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə xx xxxx 2017-ci il tarixində qeydiyyata alınmasına dair 2017 00641 nömrəli iddia ərizəsi verilmiş, lakin x xxxxxx 2018-ci il tarixində “Patent və X16” publik hüquqi şəxs tərəfindən əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildiriş verilmiş və “Чуки Гек” adlı kombinasiya edilmiş əmtəə nişanına oxşar olan nişanın Azərbaycan Respublikasında daha öncə qeydiyyata alındığı qeyd edilmişdir. “xxxxxxx” MMC-yə məxsus “Чек и Чан” adlı əmtəə nişanının 30-cu və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Fuad Qəşəmov tərəfindən Apellyasiya şurasına etiraz ərizəsi təqdim olunmuşdur. İddiaçı1 QSC və “xxxxxxx” MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə xx xxxxxx 2010-cu il tarixində 893 nömrəli müqavilə imzalanmışdır. x xxxxxx 2013-cü il tarixində 893 nömrəli müqavilənin müddətinin uzadılması barədə əlavə razılaşma bağlanmış və müqavilə xx xxxxxx 2013-cü il tarixinədək qüvvədə olmuşdur. İddiaçı1 QSC və “xxxxxxx” MMC arasında xx xxxx 2016-cı il tarixində 0184/8/16 nömrəli müqavilə imzalanmış və xx xxxxxx 2016-cı il tarixinədək qüvvədə olmuşdur. Apellyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 11 yanvar və xx xxxxxx 2019-cu il tarixli məktublar ilə təqdim edilmiş xx.xx.2016-xx.xx.2016-ci il tarixləri əhatə edən idxal sənədləri və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifakisayalara əsasən görünür ki, “xxxxxxxxx” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatlar “xxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılan zaman gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən inzibati orqan Dövlət Gömrük Komitəsinə müvafiq sorğular vermişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubda qeyd edilmişdir: Dövlət Gömrük Komitəsinin məlumat bazasında İddiaçı1 (Rusiya Federasiyası), “KONTİ İstehsalat Birliyi” (Ukrayna) və “X20” (Ukrayna) tərəfindən Azərbaycan Respublikası ərazisinə “xxxxxxx” MMC (VÖEN.**********) vasitəsilə 2010- 2015-ci illər ərzində “xxxxxxxxx" və “МОНЕ” əmtəə nişanlı konfetlərin, həmçinin “КОНТИ” əmtəə nişanlı peçenyelərin idxal olunması barədə məlumat yoxdur. Birgə iddiaçılar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx.xx.2019-cu il tarixli A109-7 saylı qərarının ləğv edilməsi və “Чек и Чан” əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxx 2016-cı il tarixli N20161340 nömrəli şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçılar “xxxxxxxxx” əmtəə nişanlı konfetlərin Azərbaycan Respublikasına idxal etməsini sübut edə bilməmiş, 2010-2016-cı illərdə “xxxxxxxxx" əmtəə nişanlı konfetlərin Azərbaycan Respublikasına idxal olunmaması iş materialları ilə sübut olunmuşdur, “xxxxxxx” MMC-yə məxsus (“Чек и Чан” təsviri) əmtəə nişanı iddia olunan zaman qeydiyyat üçün maneə olmamışdır. Təsvirin ərizəçilər tərəfindən 2015-ci ildə yaradıldığının iddia edilməsinə baxmayaraq, Azərbaycanla “xxxxxxx” MMC vasitəsilə əlaqəsi olmasına baxmayaraq, ən azı üç il müddətində həmin nişan altında konfetlər Azərbaycan Respublikasına idxal edilməmişdir. Odur ki, “Konti” şirkətlərinin həmin əmtəə nişanını Azərbaycanda istifadə etməməsi və ya qeydiyyatında maraqlı olmaması qənaətinə gəlməsi üçün "xxxxxxx” MMC-nin əsası olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun: 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir; 5-ci maddəsinin (f) bəndinə görə, əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir; 6-cı maddəsinə əsasən, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; 29-cu maddəsinə görə, əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə; 31-ci maddəsinin ikinci abzasına əsasən, əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” AR Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. Həmçinin, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsində qeyd olunmuşdur ki, sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxs müvəkkili və ya nümayəndəsi (distribyutoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiya”nın həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və əgər həmin müvəkkil və ya nümayəndə (distribyutor) öz hərəkətinə bəraət qazandırmazsa və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir. Eləcə də, “Haqsız rəqabət haqqında” AR Qanununun 4-cü maddəsinə görə, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin, onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.4-cü bəndinə əsasən, eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: eyni və oxşar nişanların məlumat axtarışı aparılır; məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, iddiaçılara məxsus “xxxxxxxxx” kombinasiya edilmiş əmtəə nişanı yerli və beynəlxlaq sistem üzrə Azərbaycan Respublikasının ərazisində əmtəə nişanı kimi qeydə alınmasa da, “xxxxxxxxx” kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasının ərazisində ilk dəfə “Kontı- Rus” SC tərəfindən xx.xx.2017-ci il tarixdə 30-cu sinif: “Sorma konfet (konfet)” əmtəələri üzrə iddia edilmiş (iddia sənədinin nömrəsi 2017 00641), lakin Patent və X11 xx.xx.2018-ci il tarixli əmtəə nişanının qeydə alınmasının rədd edilməsi haqqında bildirişi ilə “xxxxxxx” MMC-yə məxsus “xxxxxxxxx” təsviri əmtəə nişanı (qeydiyyat nömrəsi 2016 1340) qarşı qoyulmuşdur. Yəni, ekspertizanın rəyinə əsasən hər iki nişanın qarışdırılacaq dərəcədə oxşar olması işin mübahisəsiz halıdır, cavabdeh də bu faktı xx.xx.2019-cu il tarixli qərarında qəbul edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qeydiyyatın əsaslılığı prezumpsiyası mövcuddur və qeydiyyatın etibarsızlığını sübut etmək etiraz verən şəxsin üzərinə düşür. Bu kontekstdə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 29-cu maddəsi və “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsinin tələbləri baxımından ilk növbədə o hal müəyyən edilməlidir ki: 1. “xxxxxxx” MMC iddiaçılar ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxs, nümayəndə, agent olmuşdurmu? 2. İttifaqın üzv ölkələrinin hər hansı birində iddiaçılar oxşar nişanın sahibidirmi? Bu suallar müsbət cavablandırıldıqda müəyyənləşdirilməlidir ki, “xxxxxxx” MMC-nin hərəkətlərinə bəraət qazandıran hallar mövcud olmuşdurmu? Birinci suala cavab olaraq, “xxxxxxx” MMC ilə iddiaçılar arasında münasibətlərin olması iş materiallarına əlavə edilmiş müqavilələrlə təsdiq edilir. İkinci suala cavab olaraq, təqdim edilmiş sənədlərə əsasən oxşar “xxxxxxxxx” əmtəə nişanı İttifaqın üzv ölkələrindən Rusiyada və Ukraynada iddiaçı şirkətlərin adına qeydiyyata alınmışdır. Üçüncü suala cavab olaraq isə, “xxxxxxx” MMC ilə iddiaçılar arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə “xxxxxxxxx” əmtəə nişanlı qənnadı məmulatlarının “xxxxxxx” MMC tərəfindən iddiaçıların distribyutoru qismində Azərbaycan Respublikasına idxal olunması barədə məlumatlar iş materiallarında mövcuddur. Belə ki, surətlərinin əsli ilə düzgünlükləri cavabdeh tərəfindən təsdiq olunaraq Məhkəməyə təqdim olunan 10102180/261012/0006623 nömrəli gömrük bəyannaməsindən və ona əlavə olunan əlavə vərəqlərdən müəyyən edilir ki, Rusiya Federasiyasının İddiaçı1 QSC-nin (mal göndərən, ixrac edən) “xxxxxxxx” MMC-yə göndərdiyi və xx.xx.2012-ci il tarixdə Kursk və Bryansk gömrüklərindən buraxılmasına icazə verilən məhsulların arasında “xxxxxxxxx” adlı qənnadı məmulatları da olmuşdur. 10102180/261012/0006623 nömrəli gömrük bəyannaməsinə və İddiaçı1 QSC (satıcı) və “xxxxxxx” MMC (alıcı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli 893 nömrəli müqaviləyə istinad olunan xx.xx.2012-ci il tarixli LE- 1281 nömrəli hesab-fakturada alıcı kimi “xxxxxxx” MMC, yük göndərən kimi İddiaçı1 QSC, yük alan kimi isə “xxxxxxxx” MMC göstərilmiş, hesab-fakturadakı siyahının 20-ci sətrində bir növdə “xxxxxxxxx” adlı qənnadı məmulatı əks olunmuş, 10102180/261012/0006623 nömrəli gömrük bəyannaməsinə və xx.xx.2012-ci il tarixli LE-1281 nömrəli hesabfakturaya istinad olunan xx.xx.2012-ci il tarixli 971 nömrəli Beynəlxalq daşıma sənədində alıcı kimi yük göndərən kimi İddiaçı1 QSC, yük alan kimi isə “xxxxxxxx” MMC göstərilmiş, bir növdə “xxxxxxxxx” adlı qənnadı məmulatı da əks olunmuş malların spesifikasiyaları “xxxxxxx” MMC-nin möhürü ilə təsdiq edilmişdir. “xxxxxxx” MMC ilə iddiaçılar arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə “xxxxxxxxx” əmtəə nişanlı qənnadı məmulatlarının “xxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunması barədə məlumatlar işdə olan 10108090/210213/0001177 nömrəli (Kursk Gömrüyündən malın buraxılması tarixi xx.xx.2013-cü il) gömrük bəyannaməsi və ona əlavə olunan əlavə vərəqlər, hesab-fakturalar, xx.xx.2013-cü il tarixli 001144 nömrəli Beynəlxalq daşıma sənədi və bir növdə “xxxxxxxxx” adlı qənnadı məmulatı əks olunan, “xxxxxxx” MMC-nin möhürü ilə təsdiq edilmiş malların spesifikasiyaları ilə də təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunduğu kimi, Dövlət Gömrük Komitəsinin məlumat bazasında idxal və ixrac olunan malların kodlaşdırılmasının Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılması, həmin nomenklaturada malların əmtəə nişanı üzrə kodlaşdırılmasının nəzərdə tutulmaması eyni Komitənin cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli digər məktubunu iş üzrə sübut əhəmiyyətindən məhrum edir. Bundan əlavə, digər çoxsaylı əmtəə nişanı və sənaye nümunəsi (patent) ilə bağlı eyni tərəflər arasında meydana gələn mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə “xxxxxxx” MMC tərəfindən eyni qanunsuzluqlara yol verilməsi hallarının təsdiq olunması həm cavabdehə, həm də üçüncü şəxsə münasibətdə tənqidi münasibət formalaşdırır (Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-223/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-223/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-2324/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)- 2375/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-2251/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-2233/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-2263/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)- 2684/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-2653/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı). Göründüyü kimi, iddiaçıların Azərbaycanla onların distribyutorları qismində çıxış edən bilavasitə “xxxxxxx” MMC vasitəsilə əlaqələri olmuş, “xxxxxxxxx” əmtəə nişanı altında qənnadı məmulatları sonuncu (və ya onun tərəf olduğu müqavilədə yük alan kimi göstərilən şəxs) tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir. Odur ki, “Konti” şirkətlərinin həmin əmtəə nişanını Azərbaycanda istifadə etməməsi və ya qeydiyyatında maraqlı olmaması qənaətinə gəlməsi üçün “xxxxxxx” MMC-nin əsası olmamışdır. Əmtəə nişanlarının müqayisəsini aparan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara məxsus “xxxxxxxxx” adlı əmtəə nişanı ilə “xxxxxxx” MMC-nin adına qeydiyyata alınmış “Чек и Чан” əmtəə nişanı qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır, “xxxxxxxxx” adlı kombinasiya edilmiş təsvir əmtəə nişanı olaraq Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmasa da, həmin əmtəə nişanı iddiaçıların adına Ukraynada 2015-ci ildə, Rusiya Federasiyasında 2003-cü ildə qeydə alındığından, əmtəə nişanının “xxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla qeydə alınması ilə iddiaçıların hüquqları pozulmuşdur. Bütün bu göstərilənlər məhkəmə kollegiyasına “xxxxxxx” MMC-nin adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış “Чек и Чан” adlı kombinasiya edilmiş əmtəə nişanının iddiaçıların adına Ukraynada 2015-ci ildə, Rusiya Federasiyasında 2003-cü ildə qeydə alınmış “xxxxxxxxx” adlı əmtəə nişanına əsasən yaradılması qənaətinə gəlməsi üçün əsas verir və məhz qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “Чек и Чан” kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli 2016 1340 nömrəli şəhadətnamə etibarsız hesab edilməli, cavabdehin Apellyasiya Şurasının xx.xx.2019-cu il tarixli A109-7 nömrəli qərarı ləğv edilməlidir. Çünki, “xxxxxxx” MMC iddiaçılara məxsus olan və əvvəlcədən qeydiyata alınmış “xxxxxxxxx” adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan “Чек и Чан” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsi vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmiş, istehlakçılar arasında yanlış təəssürat yaratmış və iddiaçıların nüfuzuna zərər vurmuş, bununla da “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsinin ç) bəndinin və Paris Konvensiyasının 6 septies maddəsinin tələblərini pozmuş, cavabdeh isə “Konti” şirkəti tərəfindən “xxxxxxxxx” kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinfin əmtəələri üzrə qeydiyyata alınmasına dair xx.xx.2017-ci il tarixdə verilmiş iddia sənədinə dair xx.xx.2018-ci il tarixdə əmtəə nişanının qeydiyyata alınmasını bildirişlə rədd etdikdən sonra Apellyasiya Şurasının xx.xx.2019-cu il tarixli A109-7 nömrəli qərarı ilə əsassız olaraq iddiaçıların etiraz ərizəsini təmin etməmişdir. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı sayır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli qərarı qəbul etməsinə və qeydiyyatı aparmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.1), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır, cavabdehin mübahisəli aktları qanuna zidd olmuş və bu səbəbdən iddiaçıların əqli mülkiyyət hüquqlarını pozmuşdur (İPM-70.1), qərar və qeydiyyat mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar “Ticarət Evi “Konti” X8 və İddiaçı1 apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3317/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçılar “Ticarət Evi “Konti” X8 və İddiaçı1 iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxx 2019-cu il tarixli A111-7 nömrəli qərarı ləğv olunsun və “xxxxxxx” X3 adına “MANE” əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli N 2016 1147 nömrəli şəhadətnamə etibarsız hesab edilsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar