Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-706/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavadehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı MMC-nin şəxsi hesabı vərəqəsi göstəricilərinə əsasən 5 illik tələbetmə müddəti bitmiş və ümüdsiz borc kimi silinməli olan məbləğin tərkibi aşağıdakı kimidir: 2017-ci il üçün kameral vergi yoxlaması ilə hesablanma nəticəsində yaranmış borcdan qalan 68.733,23 mənfəət vergisi üzrə borc məbləği; həmin mənfəət vergisi üzrə borc məbləğinin bir illik faiz borcu üzrə 25087,6 manat; 2017-ci il üçün cari mənfəət vergisi bəyannaməsi təqdim edilməklə yaranmış 4.803,85 manat mənfəət borc məbləği; həmin borc məbləğinin bir illik faiz borcu üzrə 1753,4 manat; 2016-cı il üçün səyyar vergi yoxlaması ilə hesablanmış mənfəət vergisi üzrə 175.133,19 manat borc, həmin borca hesablanmış 63.923,54 manat faiz məbləği, səyyar vergi yoxlaması zamanı 2016-cı ilin mənfəət vergisinə tədbiq olunmuş 87.498,93 manat maliyyə sanksiyası; səyyar vergi yoxlaması ilə hesablanmış 242,20 manat MÖMV məbləği, həmin məbləğə tədbiq olunmuş 121,10 manat maliyyə sanksiyası. Ümumilikdə ümidsüz vergi borcunun məbləği 400.456,04 manat təşkil edir. Qeyd olunan vergi borcunun alınması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubla əsassız olaraq göstərilən məbləğin silinməsindən imtina olunmuşdur.
İİ. Tərəflərin əsaslandırması
2. İddiaçının əsaslandırması: İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərqəsində olan vergilər üzrə 248912,47 manat, maliyyə sanksiyası üzrə 87620,03 manat, faizlər üzrə 90764,54 manat, ümumilikdə 427297,04 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin şəxsi hesabı vərəqəsi göstəricilərinə əsasən 5 illik tələbetmə müddəti bitmiş və ümüdsiz borc kimi silinməli olan məbləğin tərkibi aşağıdakı kimidir: 2017-ci il üçün kameral vergi yoxlaması ilə hesablanma nəticəsində yaranmış borcdan qalan 68.733,23 mənfəət vergisi üzrə borc məbləği; həmin mənfəət vergisi üzrə borc məbləğinin bir illik faiz borcu üzrə 25087,6 manat; 2017-ci il üçün cari mənfəət vergisi bəyannaməsi təqdim edilməklə yaranmış 4.803,85 manat mənfəət borc məbləği; həmin borc məbləğinin bir illik faiz borcu üzrə 1753,4 manat; 2016cı il üçün səyyar vergi yoxlaması ilə hesablanmış mənfəət vergisi üzrə 175.133,19 manat borc, həmin borca hesablanmış 63.923,54 manat faiz məbləği, səyyar vergi yoxlaması zamanı 2016-cı ilin mənfəət vergisinə tədbiq olunmuş 87.498,93 manat maliyyə sanksiyası; səyyar vergi yoxlaması ilə hesablanmış 242,20 manat MÖMV məbləği, həmin məbləğə tədbiq olunmuş 121,10 manat maliyyə sanksiyası. Ümumilikdə ümidsüz vergi borcunun məbləği 400.456,04 manat təşkil edir. Qeyd olunan vergi borcunun alınması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubla əsassız olaraq göstərilən məbləğin silinməsindən imtina olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdehin etirazı:
Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********164130 nömrəli və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********510700 nömrəli, xx.xx.2019-cu il tarixli, **********888900 nömrəli qərarlar əsasında yaranmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh sonradan iddia tələbinə etirazına əlavə təqdim edərək göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində olan vergilər üzrə 248.912,47 manat, sanksiyası üzrə 87.620,03 manat, faizlər üzrə 90.764,54 manat, ümumilikdə 427.297,04 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır.İlk növbədə qeyd edilir ki, iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə müraciətinə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsində baxılmış və müraciəti xx.xx.2023cü il tarixli **********057700 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktub ilə vergi ödəyicisinə məlumat verilmişdir ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir.İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən göründüyü kimi cəmiyyətin xx.xx.2023-cü il tarixə vergilər üzrə 1.024.847,55 manat (o cümlədən, əsas borc üzrə 599.789,54 manat, faiz borcu üzrə 218.954,78 manat və maliyyə sanksiyası üzrə 206.103,23 manat), məcburi dövlət sosial sığorta haqqı üzrə 6.394,15 manat (o cümlədən, məcburi dövlət sosial sığorta üzrə 4.513,10 manat və penya üzrə 1.881,05 manat) və işsizlik sığortası 120,44 manat borcu mövcuddur. İddiaçının şəxsi hesab vərəqəsində mövcud olan ümumi borc məbləğindən məhkəmə qaydasında silinməsini tələb etdiyi 427297,04 manat borc məbləği səyyar və kameral vergi yoxlamalarının nəticəsi üzrə qəbul edilmiş qərarlar əsasında yaranmışdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********164130 nömrəli qərar, yoxlama zamanı toplanmış materiallar və kameral vergi yoxlaması ilə aparılmış hesablamalar da nəzərə alınmaqla vergi ödəyicisinin xx.xx.2018cı il tarixə mövcud olan vergi borcu barədə məlumatlar qanunamüvafiq tədbirlər görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinə (hazırki Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) göndərilmişdir. Həmin materiallar əsasında "xxxx" MMC-də kameral vergi yoxlaması ilə hesablanmış 2017-il üzrə 8.503,16 manat mənfəət vergisi, cari bəyannamələrlə hesablanmış 2017-ci il üzrə 12.550,97 manat mənfəət vergisi, həmin ilin dekabr- 2018-ci ilin avqust ayları üzrə 431,90 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, eləcə də səyyar vergi yoxlaması ilə hesablanmış 2016cı il üzrə 174.997,85 manat mənfəət vergisi və həmin dekabr ayı üzrə 242,20 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 196.726,08 manat vergilərin dövlət büdcəsinə ödənilməkdə yayındırılması faktı üzrə “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə" xx.xx.2018-ci il tarixli qərar ilə ********* nömrəli cinayət işi başlanmışdır. Göründüyü kimi iddiaçının ümidsiz borc kimi silinməsini tələb etdiyi məbləğ vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması üzrə başlanmış və icraatı yekunlaşmamış cinayət işi ilə əlaqəlidir.Əlavə olaraq bildiririk ki, "Qoşabulaq-A” MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə başlanmış cinayət işinin istintaqı zamanı əvvəlki yoxlama ilə əhatə olunan eyni dövrün (2016-2017) təkrar yoxlanılmasına ehtiyac yaranmışdır. Bununla əlaqədar istintaq orqanı tərəfindən qəbul edilmiş “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli qərarın icrasının təmin olunması üçün növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr (********) və yoxlama materialları cinayət işinə əlavə olunması üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Həmin cinayət işi üzrə də yekun məhkəmə qərarı qəbul edilməmişdir.Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (hazırkı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) tərəfindən Bakı şəhəri Vergilər Departamentinin (hazırkı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) İddiaçı MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı ilə başlanılmış cinayət işi üzrə mülki iddiaçı kimi tanınması üçün xx.xx.2018-ci il tarixli **********015500 məktubla müraciət olunmuş və yayındırılımış vergi məbləğinin dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün iddia ərizəsi də təqdim edilmişdir.Cinayət Prosessual Məcəllənin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir.Beləliklə, iddiaçının silinməsini tələb etdiyi borc məbləği “Qoşabulaq-A" MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə başlanmış və icraatı yekunlaşmamış cinayət işinin predmeti olduğundan, cinayət işi üzrə yekun qərar çıxarılanadək həmin borcların ümidsiz borc kimi silinməsinə baxıla bilməz.Cavabdeh göstərilənlərə əsasən iddiaçının iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi qərara alınmışdır.
5. Cavabdeh Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi B akı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 1(112)-9206/2023 nömrəli qərarı ilə aşağıda qeyd olunan səbəblərə görə razı deyil. İlk növbədə qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə müraciətinə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsində baxılmış və müraciəti xx.xx.2023-cü il tarixli **********057700 nömrəli məktubla cavablandırmışdır. Həmin məktub ilə vergi ödəyicisinə məlumat verilmişdir ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanı vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Bildirirlər ki, iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan ümumi borc məbləğindən məhkəmə qaydasında silinməsini tələb etdiyi 427.297,04 manat borc məbləği səyyar və kameral vergi yoxlamalarnın nəticəsi üzrə qəbul edilmiş qərarlar əsasında yaranmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (hazırkı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) tərəfindən Bakı şəhəri Vergilər Departamentinin (hazırkı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) İddiaçı MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı ilə başlanılmış cinayət işi üzrə mülki iddiaçı kimi tanınması üçün xx.xx.2018-ci il tarixli **********015500 məktubla müraciət olunmuş və yayındırılımış vergi məbləğinin dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün iddia ərizəsi də təqdim edilmişdir. İddiaçının silinməsini tələb etdiyi borc məbləği İddiaçı MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə başlanmış və icraatı yekunlaşmamış cinayət işinin predmeti olduğundan, cinayət işi üzrə yekun qərar çıxarılanədək həmin borcların ümidsiz borc kimi silinməsinə baxıla bilməz.
7. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
8. İddiaçı lazımı qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: İşin faktiki hallarına görə, İddiaçı MMC-nin şəxsi hesabı vərəqəsi göstəricilərinə əsasən 5 illik tələbetmə müddəti bitmiş və ümüdsiz borc kimi silinməli olan məbləğin tərkibi aşağıdakı kimidir: 2017-ci il üçün kameral vergi yoxlaması ilə hesablanma nəticəsində yaranmış borcdan qalan 68.733,23 mənfəət vergisi üzrə borc məbləği; həmin mənfəət vergisi üzrə borc məbləğinin bir illik faiz borcu üzrə 25087,6 manat; 2017-ci il üçün cari mənfəət vergisi bəyannaməsi təqdim edilməklə yaranmış 4.803,85 manat mənfəət borc məbləği; həmin borc məbləğinin bir illik faiz borcu üzrə 1753,4 manat; 2016-cı il üçün səyyar vergi yoxlaması ilə hesablanmış mənfəət vergisi üzrə 175.133,19 manat borc, həmin borca hesablanmış 63.923,54 manat faiz məbləği, səyyar vergi yoxlaması zamanı 2016-cı ilin mənfəət vergisinə tədbiq olunmuş 87.498,93 manat maliyyə sanksiyası; səyyar vergi yoxlaması ilə hesablanmış 242,20 manat MÖMV məbləği, həmin məbləğə tədbiq olunmuş 121,10 manat maliyyə sanksiyası. Ümumilikdə ümidsüz vergi borcunun məbləği 400.456,04 manat təşkil edir. Qeyd olunan vergi borcunun alınması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubla əsassız olaraq göstərilən məbləğin silinməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 1 5.1.8-ci maddəsinə əsasən 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 72-ci maddəsində göstərilir: 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir.72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. Müəyyən edilmişdir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı şəxsi hesab vərəqəsindən tələbetmə müddəti keçmiş ümumilikdə 427297,04 manat vergi borcunun ümidsiz borc kimi silinməsinə nail olmağa yönəlmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 85.4-cü maddəsinə uyğun olaraq vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 93.1-ci maddəsində göstərilir: “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir. 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2-ci maddəsinə əsasən digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» 30 dekabr 2016-cı il tarixli, 474-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. 2.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən vergi ödəyicilərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 2017-ci ilin 1 yanvar tarixinə onların şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VMin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqlarının həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Belə olan halda cavabdeh vergi ödəyicisinin öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VMdə vergi orqanlarına verilən hüquqdan istifadə etməmiş, iddiaçının ödənilməmiş vergilərinin qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir“. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən hesablanmış ümumilikdə 427297,04 manat vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulması ilə bağlı Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin bitməsi səbəbindən həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Belə ki, inzibati iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsindən ümidsiz borc kimi silinməsini tələb etdiyi borc məbləğinin yaranması tarixli 2016-2017-ci illərə təsadüf edir. Həmçinin məhkəmə Kollegiyası onu da qeyd edir ki, mübahisələndirilən borc məbləğinin cinayətin predmeti olduğundan ümidsiz borc kimi silinməsi ilə bağlı qanunvericilikdə hər hansı qadağa və ya istisna nəzərdə tutulmamışdır.Bu səbəbdən də cavabdehin etirazında göstərilən “iddiaçının ümidsiz borc kimi silinməsini tələb etdiyi məbləğ vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması üzrə başlanmış və icraatı yekunlaşmamış cinayət işi ilə əlaqəlidir” kimi cavabdehin arqumenti iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz, çünki Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1-ci maddəsində ümidsiz borcların vergi orqanları tərəfindən hansı hallarda silinməli olması imperativ qaydada müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində 5 illik müddətə daxil edilməyən hallar üzrə müddətlərin dairəsi müəyyən olunmuşdur. Qanunverici cinayət işinin başlanmasını müddətin axımına təsir edən hal kimi qiymətləndirməmiş, yalnız 5 illik müddət ərzində həmin cinayət işi üzrə mülki iddianın təmin edilməsi barədə məhkəmə hökmü qəbul edildiyi təqdirdə, müddətin axımının hesablanmasının yeni üsulunu – müddətin qərarın qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qaydasını müəyyən etmişdir. Hazırkı işdə tələb etmə müddətinin axımının dayanmasına səbəb ola biləcək Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-2-ci maddədə sadalanan hallardan hər hansı biri və müddətin hesablanmasının yeni qaydasını zəruri edə biləcək hər hansı məhkəmə qərarı mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmə Kollegiyası yuxarıda sadalanan hüquq normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçının iddiası təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərqəsində olan vergilər üzrə 248912,47 manat, maliyyə sanksiyası üzrə 87620,03 manat, faizlər üzrə 90764,54 manat, ümumilikdə 427297,04 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyi qoyulmalıdır.
10. Məhkəmə Kollegiyası iddia ərizəsinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.
11. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə müraciətinə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsində baxılmış və müraciəti xx.xx.2023-cü il tarixli **********057700 nömrəli məktubla cavablandırmışdır. Həmin məktub ilə vergi ödəyicisinə məlumat verilmişdir ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə eyd edilməlidir ki, mübahisələndirilən borc məbləğinin cinayətin predmeti olduğundan ümidsiz borc kimi silinməsi ilə bağlı qanunvericilikdə hər hansı qadağa və ya istisna nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 93.1-ci maddəsində ümidsiz borcların vergi orqanları tərəfindən hansı hallarda silinməli olması imperativ qaydada müəyyən edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdeh hesablanmış borcun zamanında tutulması məsələsini Vergi Məcəlləsinin 89.1-ci və 90-cı maddələrinin tələbləri çərçivəsində həll etmək imkanına malik olsa da, həmin imkandan yararlanmamışdır, yəni iddiaçının bu istiqamətdə hər hansı bir hərəkəti cavabdehin vergi qanunvericiliyinin müddəalarına riayət etməklə adıçəkilən borcun zamanında tutulmasını məhdudlaşdıra bilməzdi.
12. Həmçinin, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (hazırkı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) tərəfindən Bakı şəhəri Vergilər Departamentinin (hazırkı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) İddiaçı MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı ilə başlanılmış cinayət işi üzrə mülki iddiaçı kimi tanınması üçün xx.xx.2018-ci il tarixli **********015500 məktubla müraciət olunmuş və yayındırılımış vergi məbləğinin dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün iddia ərizəsi də təqdim edilmişdir. İddiaçının silinməsini tələb etdiyi borc məbləği İddiaçı MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə başlanmış və icraatı yekunlaşmamış cinayət işinin predmeti olduğundan, cinayət işi üzrə yekun qərar çıxarılanədək həmin borcların ümidsiz borc kimi silinməsinə baxıla bilməz. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə Kollegiyası həmçinin zəruri olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində 5 illik müddətə daxil edilməyən hallar üzrə müddətlərin dairəsi müəyyən olunmuşdur. Qanunverici cinayət işinin başlanmasını müddətin axımına təsir edən hal kimi qiymətləndirməmiş, yalnızca 5 illik müddət ərzində həmin cinayət işi üzrə mülki iddianın təmin edilməsi barədə məhkəmə hökmü qəbul edildiyi təqdirdə, müddətin axımının hesablanmasının yeni üsulunu – müddətin qərarın qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçının şəxsi hesab vərəqəsində tələb etmə müddəti ötmüş borcu silməkdən imtina etmişdir.
13. Bundan başqa apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il Rəyi daxil olmuşdur. Ekspert Rəyinə əsasən müəyyən edilmiş ümidsiz borcun məbləği iddiaçının iddia etdiyi məbləğlə eynilik təşkil etmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin: Maddə 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
14. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
15. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən apellyasiya şikayətində qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilməmişdir. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
16. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.