Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-706/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1222/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə onun nümayəndəsinin iddia ərizəsinin geri götürülməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəsəbəsi, Toraqay yolu 16saylı evin 4 saylı mənzilin onun adına dövlət qeydiyyatına alınıb müvafiq çıxarışın verilməsini Bakı İnzibati Məhkəməsindən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1222/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin hazırkı apellyasiya icraatı mərhələsində iddiaçının etibarnamə üzrə səlahiyyyətli nümayəndəsi vəkil X1, elektron kabineti vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmənin icraatında olan 2-1(103)-706/2025 saylı iş üzrə əmələ gəlmiş zərurət səbəbi ilə iddia ərizəsini geri götürdüyünü bildirərək ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan iddiaçı tərəfin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və prosessual qanunvericiliyin tələblərini nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının nümayəndəsinin ərizəsi təmin olunmalı, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 55-ci maddəsinə əsasən: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsinin geri götürülməsi tərəflərin qarşılıqılı vəziyyətinə uyğundur və üçüncü şəxslərin mənafeyini pozmur. Ona görə də qeyd ounanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin olunmalı, iddia ərizəsi geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının ərizəsi təmin edilsin. İddia geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-706/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-706/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver