Məhkəmə qərarları › İş №2-1(103)-709/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-709/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-709/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2977/2022 saylı 04 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə NN yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.N963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin N87 saylı xx.xx.20N6-cı il tarixli arayışında qeyd olunmuşdur ki, verilir ünvan 3 ünvanda yaşayan N963-cü il təvəllüdlü, vətəndaş İddiaçı, ondan ötəri ki, o, həqiqətən xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək ETTOİ-də stasionar müalicə almışdır. D-z: Sağ baldırın orta N/3-nin güllə yarası, açıq qəlpəli sınığı, yumşaq toxumaların didilmiş, dağılmış yarası. Arayış ETTOİ-nun N992ci ilə aid yaralı xəstələrin stasionar qeydiyyat jurnalına əsasən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-4035 saylıxx.xx.20N6-cı il tarixli arxiv arayışında göstərilmişdir ki, verilir N-ci tabor 2-ci bölüyün əsgəri İddiaçı ondan ötrü ki, N () №-li hərbi hissə komandirinin N fevral N992-ci il tarixli 39 №-li əmrilə (əsas: § N, səh. 8, sıra 53, əmrdə adı Nizami yazılmışdır, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edilir ki, 70N №-li hərbi hissə komandirinin noyabr N99N-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanmağı barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin M-N853 saylı xx.xx.20N8-ci il tarixli arayışında qeyd olunmuşdur ki, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx xxxxxx N963-cü ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş İddiaçı məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin 2N7 saylı xx.xx.20N8-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.N99N-ci il tarixdən xx.xx.N992-ci il tarixədək N () saylı hərbi hissə, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Qarabağ könüllü müdafiə batalyonunda hərbi xidmət keçmişdir. Gəncə Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı yoxdur (Gənci HP-nun xx.xx.20N8-ci il tarixli HPN5/296 nömrəli məktubu). Əsas: Hərbi bilet NZ № 4474932. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 9/2-3865 saylı xx.xx.202N-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, N №-li hərbi hissə komandirinin N aprel N994-cü il tarixli 82 №-li əmrində (əsas: §2, sıra-N23; qeyd: əmrdə soyadı “Mehtiyev”, adı “Nizami”, atasının adı “Seid” yazılmışdır) döyüş əməliyyatları bölgəsini və hərbi hissəni özbaşına tərk etdiyinə görə sıravi X4 qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N8 oktyabr N994-cü il tarixli N №-li əmrində (əsas: §6, sıra-222; qeyd: əmrdə soyadı “Mehtiyev”, adı “Nizami”, atasının adı “Sədi” yazılmışdır) hərbi hissəni özbaşına tərk etdiyinə görə sıravi X5 Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyat sənədlərinin Perekeşkül ŞHQM-nə göndərilməsi barədə məlumat vardır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin noyabr-dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı barədə xx.xx.20N6-cı il tarixli 9/2-4035 №-li və xx.xx.20N6-cı il tarixli 9/2- N0N39 №-li məktublarla vətəndaşın ünvanına, xx.xx.202N-ci il tarixli 9/2-3053 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya cavab göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin 532 saylı xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı ilə ölkə ərazisində qismən səfərbərlik elan olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş plana uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbinəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirilməsini təmin etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Mehdiyev X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə sürücü qismində şəxsi heyətin daşınması üçün təhkim edilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış N/M-N7208 saylı xx.xx.202N-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ssMərkəzi Arxivin xx.xx.20N6-cı il tarixli 9/2-4035 nömrəli arayışına əsasən 70N nömrəli hərbi hissə komandirinin noyabr N99N-ci il tarixli nizami hissə üzrə əmrlərində xidmətiniz və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, NN oktyabr N99N-ci il tarixdə Suraxanı rayon Hərbi komisssarlığına gedərək, könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması üçün ordu sırasına yazılmışdır. N2 oktyabrdan 08 dekabr N99Nci ildə Bibiheybət qəsəbəsində yerləşən N8NN0 (indiki 70N) saylı hərbi hissədə təlim keçdikdən sonra Şuşa şəhərinə getmiş və Şuşanın Malibəyli kəndi müdafiəsində iştirak etmişdir. N0 yanvar N992-ci il tarixdə N8NN0 saylı hərbi hissəyə qayıtmışdır. Sonra N yanvar Daşaltı əməliyyatında iştirak etmiş və orada sağ ayağından yaralanmışdır. Müalicə alandan sonra o, yenidən Şuşa şəhərinə qayıdıb Kərgicahan kəndi uğrunda gedən döyüşdə iştirak etmişdir. Sonradan o, N saylı hərbi hissədə hərbi qulluğunu davam etmişdir. Laçının Kirs dağı ətrafı uğrunda döyüşmüşdür. Füzuli rayonunun Araxanlı, Seyid Əhmədli, Qaraxanlı kəndləri müdafiəsi üçün döyüşlərdə iştirak etmişlər. Sonra o, hərbi hissəyə qayıtmış və hərbi biletini səfərbərlik şöbəsindən tələb etmiş, ona orada demişlər ki, müharibə qurtarıb, hərbi bileti özləri göndərəcəklər. Lakin hərbi biletini heç kəs göndərməmişdir və o, məcbur olub özü hərbi hissəyə getmiş və oradan hərbi biletini götürmüşdür. O, veteran adı və vəsiqəsini almaq üçün dəfələrlə hərbi komissarlığa indiki Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Suraxanı rayon şöbəsinə müraciət etmiş, amma heç bir nəticə əldə edə bilməmişdir. Bununla belə o, Arxiv İdarəsinə və Müdafiə Nazirliyinin nəzdində olan Veteran adı və müvafiq vəsiqələrin verilməsi komissiyasına müraciət etmişdir. Sonradan bilmişdir ki, Mərkəzi Arxiv İdarəsinin cavabında göstərilmişdir ki, guya o, hərbi hissəni özbaşına tərk etmişdir. Hərbi hissədən hərbi biletini tələb edəndə ona bu barədə heç nə deyilməmişdir, Mərkəzi Arxiv İdarəsindən sorğu aldıqdan sonra bilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin NN may 20N6-cı il tarixli 9/2-4035 saylı arayışına əsasən İddiaçı 70N nömrəli hərbi hissə komandirinin noyabr N99N-ci il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N996-cı il tarixli əmrin N-ci bəndində qeyd edilmişdir ki, N0 fevral N996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni özbaşına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-in N2.N-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddiasının rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2977/2022 saylı 04 avqust 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarın 7-ci səhifəsinin 8-ci abzasında vurğulayır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin N-ci hissəsinin 3-cü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-nə qədər qüvvədə olmuş Azərbaycan Respublikası CM-nın 40-cı maddəsinin 2-ci hissəsinə əsasən cəzadən azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. O, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi dövründə hərbi hissəni özbaşına tərk etməmişəm, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum olunmamışam. Cinayət təqibinin bəraətverici aktlar, əsaslar olmadan xitam verilmiş və amnistiya aktına əsasən məsuliyyətdən azad edilməmişəm. N994 - ci il avqust - sentyabr aylarında üzürlü səbəbə görə N saylı hərbi hissəni atəşkəsdən sonra tərk etdim. Birinci instansiya məhkəməsi qərarının 9-cu səhifə 6-cı abzasında göstərir ki, Müdafiə Nazirliyinin Mərkəzi arxivinin əldə edilmiş əmrlərdən çıxarışların surətindən iddiaçı N saylı hərbi hissə komandiri xx.xx.N994 ci il tarixli N N- li əmrində hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası MN-nın xx.xx.N994-ci il tarixli müvafiq əmrinə əsasən iş üzrə iddiaçının sonuncu dəfə xidmət etdiyi hissədən hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxıldığı müəyyən olunmur və iddiaçının cavabdehə qarşı tələbinə dair iddia təminə edilməməsi barədə qərar qəbul olundu. Bununla hakim NK -nın xx.xx.N995 - ci il tarixli 2N6 saylı qərarın tam araşdırmayıb və AR-nın Konstitusiyyasının N49.7 maddəsini kobudcasına pozmuşdur. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.202N-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.202N-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “müharibə veteranı statusunun verilməsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun nizami hissə əmrlərində xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının N №-li hərbi hissə komandirinin N8 oktyabr N994-cü il tarixli N №-li əmrində hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmasına, onun sonuncu dəfə xidmət etdiyi hərbi hissədən hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxıldığının müəyyən olunmamasına və cavabdehin imtinasının qanunvericiliyə zidd hesab edilməməsinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin NN-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 20N8-ci il tarixə olan dəyişikliyə əsasən) N-ci bəndinin tələbinə görə “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd N.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.N.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasınlan imtina edən cavabdeh inzibati orqan onun xidmət və qanuni ehtiyata buraxılması barədə məlumatım olmamasına istinad edir. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4/2-N405 saylı xx.xx.202N-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N () №-li hərbi hissə komandirinin N fevral N992-ci il tarixli 39 №-li əmrində İddiaçı Seydi oğlunun (əsas: § N, sıra 53, əmrdə adı Nizami yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq vəzifəsindən azad edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N aprel N994-cü il tarixli 82 №-li əmrində döyüş əməliyyatları bölgəsini və hərbi hissəni özbaşına tərk etdiyinə görə sıravi X4 (əsas: § 2, sıra N23, əmrdə soyadı Mehtiyev, adı Nizami və atasının adı Seid yazılmışdır, vəzifəsi göstərilməyib) qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N8 oktyabr N994-cü il tarixli N №-li əmrində hərbi hissəni özbaşına tərk etdiyinə görə sıravi X5 Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən (əsas: § 6, sıra 222, əmrdə soyadı Mehtiyev, adı Nizami və atasının adı Sədi yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri Pereküşkül qəsəbəsinə Ş.H.Q.M-nə göndərilməsi barədə məlumat vardır. Qeyd edilir ki, N () №-li hərbi hissə komandirinin noyabr N99N-yanvar N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin noyabr-dekabr N993-cü il, yanvar-mart N994cü il tarixli nizami hissə üzrə əmrlərində və Azərbaycan Respublikası Müdafiə Nazirinin N992-ci il tarixli əmrlər kitabında olan “Azərbaycan Qarabağ” dəstəsinin şəxsi heyətinin siyahısında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və Azərbaycan Qarabağı Özünümüdafiə dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin N775 saylı xx.xx.202N-ci il tarixli məktubunda bildirilmişdir ki, N963-cü il təvəllüdlü İddiaçı uçot kartasının əsasında xx.xx.N99N-ci il tarixdən xx.xx.N992-ci il tarixədək 70N saylı hərbi hissədə, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Azərbaycan Qarabağ könüllü Müdafiə batalyonunda, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək N saylı hərbi hissədə gedən döyüşlərdə hərbi xidmət keçmişdir. Tərəflərindən xx.xx.20N8-ci il tarixdə Gəncə Hərbi Prokurorluğuna İddiaçı barəsində göndərilən sorğu, cavabında cinayət işi və ya araşdırma materialı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun HPxx/xx-NN436 saylı xx.xx.202N-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı N99N-ci ilin oktyabr ayından N994-cü ilin may ayına kimi Qarabağ könüllü müdafiə taborunda, sonra isə 70N, N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərdiyi xx.xx.202N-ci il tarixli tələbnamə icra edilmiş və xx.xx.202N-ci il tarixli möhürdə “Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur” qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 555 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N8-ci il tarixli, 953 nömrəli qərarında göstərilmişdir ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən N99N-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə hərbi prokurorluğunun xx.xx.20N8-ci il tarixli HP N5/296 nömrəli məktubunda barəsində cinayət işi və ya təqsirləndirici material olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə kimi Elmi-tədqiqat travmatologiya və ortopediya institutunda müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ baldırın orta N/3-nin güllə yarası, qamış sümüyünün açıq qəlpəli sınığı, yumşaq toxumaların didilmiş, dağılmış yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.20N8-ci il tarixli 33 nömrəli göndərişi, xx.xx.20N8-ci il tarixli 2N7 nömrəli arayışı, Elmi-tədqiqat travmatologiya və ortopediya institutundan verilmiş xx.xx.20N6-cı il tarixli N87 nömrəli arayışı, MN MHHKnın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. MN MHHK-nın 89N nömrəli xx.xx.20N8-ci il tarixli protokolu. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4/2-2436 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, N () №-li hərbi hissə komandirinin noyabr N99N-yanvar, martdekabr N992-ci il, N993- cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin yanvar N992- dekabr N993-cü il, yanvar-mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Azərbaycan Respublikası Müdafiə Nazirinin N992-ci il tarixli əmrlər kitabında olan “Azərbaycan Qarabağ” dəstəsinin şəxsi heyətinin siyahısında İddiaçı xidməti, yaralanması və müalicəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və Azərbaycan Qarabağı Özünümüdafiə dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - N8NN0 №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 39 nömrəli əmrindən çıxarışa əsasən aşağıda adları qeyd olunan hərbi qulluqçular hissənin şəxsi heyətinin siyahısından silinsin, bütün növ təminatdan çıxarılsın və tutduqları vəzifədən azad edilsinlər: 53. İddiaçı Seydi oğlu - N tabor N bölük. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 82 nömrəli əmrindən çıxarışa əsasən aşağıda adı çəkilən döyüş əməliyyatları bölgəsini və hərbi hissəni özbaşına tərk etmiş həri qulluqçular qazan təminatından çıxarılsınlar: N23. X8. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 225 nömrəli əmrindən çıxarışa əsasən: Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən aşağıda adı çəkilən hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçuların şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri Pereküşkül qəsəbəsinə Ş.H.Q.M-nə göndərilsin: 222. X9. Gəncə Hərbi Prokurorluğunun HPN7/2840 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Gəncə hərbi prokurorluğunda məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 648 nömrəli məktubunda bildirilmişdir ki, N963-cü təvəllüdlü İddiaçı XN tərəfindən verilmiş 58N nömrəli xx.xx.20N8-ci il tarixli xəstəxanadan çıxanın statistik kartı və Elmi-tədqiqat travmatologiya və ortopediya İnstitutunun N87 nömrəli xx.xx.20N6-cı il tarixli arayışı əsasında SHXÇDXnin Suraxanı rayon idarəsi tərəfindən xx.xx.20N8-ci il tarixli 33 nömrəli göndəriş verilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, N №-li hərbi hissə komandirinin N8 oktyabr N994-cü il tarixli N №-li əmrində iddiaçının hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır ki, bu da onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması kimi qəbul edilə bilməz. Odur ki, hazırki işdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri- şəxsin qanuni əsaslarla tərxis olunması halı iş materialları ilə təsdiq olunmur, iddiaçı isə həmin halın əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin N2.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 2977/2022 saylı 04 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı XN0 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2977/2022 saylı 04 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar