Məhkəmə qərarları › İş №2-1(103)-710/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-710/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-710/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyriyaşayış sahəsinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(81)-308/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 18A ünvanda yerləşən onun mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsi, qeyri-yaşayış sahəsinə dair mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 18A ünvanda yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsi və həmin ünvanda yerləşən tikilinin qeyriyaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh imtinanın əsası kimi təqdim edilmiş sənədlərdə “A” tikilisinin ümumi sahəsinin 362,7 kv.m. göstərilməsinə baxmayaraq, faktiki sahəsinin 537 kv.m. (mansard hissəsi nəzərə alınmamışdır) olmasını, bundan əlavə “A” tikilisinin 2-ci mərtəbəsinin və mansard hissəsinin natamam vəziyyətdə olmasını və təqdim edilmiş layihədəki, baş planın konfiqurasiyası arxiv texniki pasportuna uyğun gəlməməsini, torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün deyil, fərdi yaşayış evi üçün nəzərdə tutulmasını göstərmişdir. O, imtina məktubunda göstərilən iradların aradan qaldırılması məqsədilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, müraciətində Binəqədi şossesi, ev 18A ünvanında istifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə rəsmiləşdirilməsini xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 83 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə onun xüsusi mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, 18A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mansarda mərtəbəsinin (174,3 kv.m.) mövcud vəziyyətdə rəsmiləşdirilməsi qərara alınmışdır. O, yenidən tikilinin qeyri-yaşayış sahəsi kimi adına qeydə alınması barədə cavabdeh orqana müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmiş, səbəb kimi isə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, 18A ünvanda yerləşən qeyri-yaşayış binası ilə bağlı xx.xx.2017-ci il tarixli məktubla cavab verilməsi və həmin məktubda olan iradların tam aradan qaldırılmaması göstərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-308/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 18A ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsi, qeyri-yaşayış sahəsinə dair mövcud vəziyyətdə hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-308/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən xx xxxxx 2019-cu il tarixli qərar ləğv olunmalıdır. Belə ki, İddiaçı qeyri-yaşayış binası kimi çıxarış almaq məqsədilə İdarəyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş sənədlərdə “A" tikilisinin ümumi sahəsi 362.7 kv.m göstərilməsinə baxmayaraq, faktiki ümumi sahə 537.0 kv.m (mansard sahəsi nəzərə alınmamışdır) təşkil edir və əlavə torpaq sahəsi istifadə edilməkdədir. Bundan başqa “A” tikilisinin 2-ci və mansard mərtəbəsi natamam vəziyyətdədir və təqdim edilmiş layihədəki baş planın konfiqurasiyası-sahəsi arxiv texniki pasportuna uyğun gəlmir. Eyni zamanda torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün deyil, fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulub. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sənədlər toplusu və tam tərtib olunmuş istismara icazə təqdim edilməmişdir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 18A ünvanda yerləşən qeyri-yaşayış binası ilə bağlı iddiaçıya xx.xx.2017-ci il tarixdə **********85 saylı məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. İradlar tam aradan qaldırıldığı təqdirdə ərizəyə yenidən baxıla bilər. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və **********85 saylı xx.xx.2017-ci il tarixli və **********26 saylı xx.xx.2018-ci il tarixli məktublar ünvanlanmışdır. Həmçinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 18A ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası barədə məhkəmə tərəfindən İdarəyə bildiriş göndərilməmişdir. İşin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi 3-cü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin edilməlidir. Məhkəmə tərəfindən iş düzgün araşdırılmamış, qeyd olunanlar nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normalar kobud surətdə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1726/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə şikayətin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-308/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasın işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3267/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1726/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və məhkəmə qərarının dəyəşdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-308/2019 saylı xx xxxxx 2019-cu il tarixliqərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Belə ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 83 saylı xx.xx.2018-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2018-ci il tarixli, M-38-159 nömrəli müraciətində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 18A ünvanda istifadəsində olan qeyri-yaşayış sahəsinin mansard mərtəbəsinin mövcud vəziyyətdə rəsmiləşdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi,ev 18A ünvanında ümumi sahəsi 362,7 kv.m. olan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin, sözügedən fərdi yaşayış evi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 69 nömrəli sərəncamı ilə qeyri-yaşayış sahəsinə keçirilmişdir. Həmin sərəncamla İddiaçı xüsusi mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi,ev 18A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mansard mərtəbəsinin (174,3 kv.m.) mövcud vəziyyətdə rəsmiləşdirilməsi, sərəncamın surətlərinin müvafiq qaydada sənədləşdirilmə işlərinin aparılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, rayon İcra Hakimiyyəti Başçısı Aparatının rayon təsərüfatı şöbəsinə, məlumat üçün isə vətəndaş İddiaçı göndərilməsi qərara alınmışdır. 33 saylı xx.xx.2018-ci il tarixli “İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına İcazə”yə əsasən Binəqədi rayon İcra Hakimiyyəti istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına- Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 18A ünvanda 2 mərtəbəli, mansardalı qeyri-yaşayış sahəsinin istismarına icazə vermiş, binanın faktiki və layihə üzrə sahəsi 537,0 kv metr, mərtəbələri 2 mərtəbə+mansarda mərtəbəsi, girişlərin sayı 4, otaqların ümumi sayı 21, tikinti obyektinin sifarişçisinin İddiaçı olduğu göstərilmişdir. xx.xx.2018-ci il tarixli texniki rəydən görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 18A ünvanda yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir, onun ümumi sahəsi 537.0 kv.m təşkil edir, orada yaşayış sahəsindən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün bütün şərait yaradılmış, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 18A ünvanda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün hesab edilmiş və bu barədə iddiaçıya Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli Bildiriş” də verilmişdir. “Bakı şəhəri, Binəqədi rayonu, M.E.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 18a ünvanında vətəndaş İddiaçı məxsus qeyri-yaşayış binasının eskiz layihəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təqdir edilmiş və həmin layihədə tikilinin mansardının sahəsi 174,3 kv metr, tikilinin ümumi sahəsi isə 537 kv.m göstərilmişdir. İddiaçı qeyri-yaşayış sahəsinə çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********85 saylı xx.xx.2017-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərdə “A” tikilisinin ümumi sahəsinin 362,7 kv.m. göstərilməsinə baxmayaraq, faktiki ümumi sahəsi 537,0 kv.m. (mansard sahəsi nəzərə alınmamışdır) təşkil edir və əlavə torpaq sahəsi istifadə edilməkdədir. Bundan başqa “A” tikilisinin 2-ci və mansard mərtəbəsi natamam vəziyyətdədir, təqdim edilmiş layihədəki baş planın konfiqurasiyası-sahəsi arxiv texniki pasportuna uyğun gəlmir. Torpaq sahəsi sahibkarlıq üçün deyil, fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuşdur, həmçinin Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sənədlər toplusu və tam tərtib olunmuş istismara icazə təqdim edilməmişdir. Əlavə olaraq, fərdi yaşayış evi 2017-ci il 9 mart tarixli ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. İddiaçı yenidən ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 18 A ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi iddiaçının müraciətinin təmin olunmasından imtina edərək **********26 saylı xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının müraciətinə xx.xx.2017-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. İradlar tam aradan qaldırıldığı təqdirdə ərizəyə yenidən baxılacaqdır. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Bundan sonra İddiaçı cavabdeh inzibati orqanın onun tələbinin təmin olunmasından imtina etməsi ilə razılaşmayaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmiş, bu barədə məhkəmə qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, lakin sonuncu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3267/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası tərəfindən kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən hüquqi mövqeyə uyğun yenidən araşdırma aparılarkən müəyyən olundu ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı həmin obyektə dair tərtib edilmiş layihəni Binəqədi rayon İcra Hakimiyyəti başçısının təsdiq etməyə və tikintiyə icazə sənədi verməyə səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 44.11.11.5-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Hazırki işdə iddia olunan tikinti obyekti Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 69 saylı sərəncamı ilə qeyri-yaşayış sahəsinə keçirildiyi və artıq həmin tikinti obyekti qeyd edilən tarixdən İİİ məsuliyyət səviyyəli binalara aid olmadığı halda Binəqədi rayon İcra Hakimiyyəti Başçısı həmin tikinti obyektinə dair layihəni təsdiq etməyə və tikintiyə icazə sənədi verməyə səlahiyyətli deyildi. Lakin qeyd olunanları birinci instansiya məhkəməsi nəzərə almamış və iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 18A ünvanda yerləşən mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsi və qeyri-yaşayış sahəsinə dair mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə qərarı ləğv edilməli və iş üzrə iddianın təmin edilməməsi ilə bağlı yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-308/2019 saylı xx xxxxx 2019-cu il tarixliqərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibat Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar