Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-710/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13645/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 66.875,60 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5.686,83 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 228,81 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 87.352,5 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MənzilTikinti Kooperativi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh vergi borcunu ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2020 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2020 tarixə yaranan 76865.52 manat borcuna görə 87352.5 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2020 tarixli **********9 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2020 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2020 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 66875.60 manat, Dövlət Sosial Müdafiə Fonduna 5686.83 manat və İşsizlikdən sığorta fonduna 228.81 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13645/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarı (hakim O.Həsənov) ilə iddia təmin edilmiş, Cavabdeh MTK-nin xx.xx.2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 66.875,60 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5.686,83 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 228,81 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 87.352,5 manat dəyərində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti)) vasitəsilə satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borcun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh MTK-ya qaytarılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək N-Building” Mənzil Tikinti Kooperativinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia qaldırmışdır. Bakı Kommersiya Məhkəməsinin Ne e-2-2(l 13)-108/2022 saylı, xx.xx.2022-ci il tarixli Qəradadı ilə iş üzrə icraata xitam verilmişdir. Belə ki, nümayəndəsi olduğum Cavabdeh Mənzil Tikinti Kooperativi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində faiz borcunun azaldılması” tələbinə dair iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin N22l(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə iddia təmin edilmiş, Cavabdeh Mənzil Tikinti Kooperativinin şəxsi hesab vərəqəsində faiz borcunun 29.677,75 manat məbləğində göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 506/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-506/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1112/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, N22- 1(103)-506/2023 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərdiyi ünvan 1 ünvanına qiymətləndirici mütəxəssisin getməsindən sonra məlum olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia qaldırmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13645/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə iddia təmin edilmişdir. Bu vaxta qədər belə bir Qərardan xəbərimiz olmamış və rəsmi şəkildə bizə təqdim edilməmişdir. Bir daha qeyd edək ki, Cavabdeh Mənzil Tikinti Kooperativi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində faiz borcunun azaldılması” tələbinə dair iddia ilə əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsinin JXo2-l(103)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəmə icraatı müvəqqəti olaraq dayandırılmışdır. Tərəflər arasında olan mübahisənin yekunlaşmamasına, eyni mahiyyətli məsələ ilə bağlı mübahisənin davam etməsinə baxmayaraq Bakı İnzibati Məhkəməsi 2-1(112)-13645/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-l(103)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadının icrasını mümkünsüz hala gətirmişdir. Bu isə yolverilməzdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında öz nümayəndələrinin iştirakını təmin etməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Tərəflər arasında yaranmış münasibət publik xarakterli olduğuna, iddiaçının inzibati orqan olaraq İnzibati icraat haqqında Qanunun tələblərindən çıxış edərək inzibati icraat aparması nəzərə alınaraq hazırki işə inzibati məhkəmə icraatında baxılmalıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. -89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. -89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. -89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. -89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. -90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN almışdır. Vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsi üçün cavabdehə **********258000 nömrəli 18 avqust 2020-ci il tarixli “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmişdir. Cavabdeh bildiriş məktubunu aldıqdan sonra borc məbləği üzrə ödəniş etmədiyindən vergi orqanının xx.xx.2020-ci il tarixli **********9 nömrəli qərarı ilə cavabdehin ümumilikdə 87352,50 manat məbləğində əmlakları (mənzillər) siyahıya alınmışdır. Əmlakın siyahıya alınmasına dair xx.xx.2020-ci il tarixli **********9 nömrəli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakların siyahısı əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “əmlakın siyahıya alınması haqqında” **********9 nömrəli qərardan və protokoldan görünür ki, cavadeh və iddiaçının birgə iştirakı ilə ümumilikdə 87352,50 manat dəyərində 3 ədəd mənzil vergi borclarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2020 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2020 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 66875.60 manat, Dövlət Sosial Müdafiə Fonduna 5686.83 manat və İşsizlikdən sığorta fonduna 228.81 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində faiz borcunun azaldılması” tələbinə dair iddia ilə əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəmə icraatı müvəqqəti olaraq dayandırılmışdır. Tərəflər arasında olan mübahisənin yekunlaşmamasına, eyni mahiyyətli məsələ ilə bağlı mübahisənin davam etməsinə baxmayaraq Bakı İnzibati Məhkəməsi 2-1(112)-13645/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının icrasını mümkünsüz hala gətirmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(103)-459/2024 saylı qərarı ilə iddiaçı Cavabdeh MTK-nın barəsində 2016-cı ilin 4-cü rübünədək hesablanmış və tələb etmə müddəti keçmiş vergi borcunun silinməsinə dair iddiası təmin edilmiş, həmin qərardan verilmiş kassasiya şikayəti nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1124/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(103)-459/2024 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İnzibati iş üzrə ətraflı araşdırmanın həyata keçirilməsi məqsədilə əlavə olaraq məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1617/2024 xx.xx.2024-cü il tarixli qərarında (***) oxşar işlər üzrə məhkəmələr tərəfindən araşdırılmalı və qiymətləndirilməli olan məqamlar qeyd edilmişdir. Qərarda qeyd edilmişdir ki, məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən ana mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilib-edilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir. Hazırki iş üzrə araşdırılması tələb edilən məqamlardan olan əmlakın siyahıya alınmasına əsas olan vergi borcunun məhkəmə araşdırması zamanı mövcud olubolmaması və siyahıya alınmış əmlakın vergi ödəyicisinə məxsus olub-olmaması istiqamətində məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş inzibati icraat materiallarından görünür ki, vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi siyahıya alınma prosedurunda iştirak etmiş, siyahıya alınmış əmlakı məsul saxlamaya almış, həmçinin izahatında siyahıya alınmış əmlakın Cavabdeh Mənzil Tikinti Kooperativinə məxsus olması barədə məlumat vermiş, vergi borcu ödənilməyənədək siyahıya alınmış əmlakları satmamağa, bağışlamamağa zəmanət vermiş və vergi borcunun 30 gün ərzində ödəniləcəyinə dair qeyd aparmışdır. Həmçinin, apellyasiya şikayətinin dəlillərində də cavabdeh əmlakın ona məxsus olmaması barədə dəlil irəli sürməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı vergi borcunun mövcud olubolmaması istiqamətində də araşdırma aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə əmlakın siyahıya alınmasına səbəb olan xx.xx.2020-ci il tarixli borc məbləğindən hazırda dövlət büdcəsinə olan borcun məbləğinin nə qədər olması barədə sorğu verilmiş, cavab olaraq vergi orqanının 05 sentyabr 2025-ci il tarixli, 3- 21-2-3/2-995718/2025 saylı məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisi Cavabdeh Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) xx.xx.2020-ci il tarixli qərara əsasən həmin ana vergi üzrə 66561,63 manat və xx.xx.2022-ci il tarixədək olan Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1548.05 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 55,99 manat borcu vardır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, yuxarıda istinad olunan (***) məhkəmə qərarında qeyd edilmişdir ki, ilk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə onun vicdanlı hesab edilməsinin mümkünlüyü; - satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; - əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; - ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s. Məhkəmə kollegiyası qeyd edilən istiqamətdə də araşdırma aparmağa çalışmışdır. Belə ki, araşdırılmalı hallardan görünür ki, bəzi məqamlarda yarana biləcək suallara yalnız vergi ödəyicisi aydınlıq gətirməlidir. Məhz bu səbəblə apellyasiya araşdırması zamanı vergi ödəyicisinə 21 iyun 2025-ci il tarixli sorğu ünvanlanaraq Cavabdeh Mənzil Tikinti Kooperativinə əmlakın siyahıya alınmasına səbəb olan xx.xx.2020-ci il tarixli borc məbləğinin ödənilməmə səbəbi barədə, satılmalı olan əmlakın (mənzillərin) təyinatı, həmin əmlakların gələcəkdə ödəməni həyata keçirməyə əsas verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkün olub-olmaması barədə, əmlakların satılmasının MTK-nın sahibkarlıq fəaliyyətində yaradacağı mümkün nəticələr barədə, borc məbləğinin icrasının MTK üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təkliflər barədə məlumat tələb edilmiş, sorğu vergi ödəyicinin səlahiyyətli nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş, lakin məhkəmə araşdırması gedişatında apellyasiya şikayəti verməsinə baxmayaraq vergi ödəyicisi səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və sorğunu cavablandırmaq istiqamətində addım atmamışdır. Məhkəmə kollegiyasının da qənaəti ondan ibarətdir ki, oxşar işlər üzrə araşdırılmalı və qiymətləndirilməli sözügedən məqamların araşdırılması vergi ödəyicisinin mövqeyi olmadan mümkünsüzdür. Yekunda işin araşdırılmış hallarından görünür ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə iddianı təmin etməkdə haqlı olsa da apellyasiya araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin (VÖEN **********) xx/xx/2020 il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş vergi üzrə 66561,63 manat və xx.xx.2022-ci il tarixədək olan Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1548.05 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 55,99 manat borcu mövcuddur. Odur ki, məhkəmə qərarı dövlət büdcəsinə ödənilməli olan borcun məbləği hissəsində dəyişdirilməlidir. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, siyahıya alınmaya dair inzibati icraat materiallarında əmlakın ümumi dəyəri 87352,50 manat olduğu qeyd edilsə də, qanunvericilik normasına əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar hazırki mübahisədə mövcud olmadığından qiymətləndirmə icra mərhələsində həyata keçiriləcəkdir. Odur ki, məhkəmə qərarı əmlakın qiymətinin qeyd edildiyi hissədə də dəyişdirilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13645/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilməli, Cavabdeh Mənzil Tikinti Kooperativinin (VÖEN **********) xx.xx.2020-ci il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş vergi üzrə 66561,63 manat və xx.xx.2022-ci il tarixədək olan Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1548.05 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 55,99 manat məbləğində borcun ödənilməsi məqsədi ilə əmlaklar ( 3 ədəd mənzil) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) vasitəsilə satılmalı, göstərilən əmlakların satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh Mənzil Tikinti Kooperativinə qaytarılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13645/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Cavabdeh Mənzil Tikinti Kooperativinin xx/xx/2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş vergi üzrə 66561,63 manat və xx.xx.2022-ci il tarixədək olan Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1548.05 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 55,99 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlak (mənzillər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti)) vasitəsilə satılsın. Göstərilən əmlakların satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh Mənzil Tikinti Kooperativinə qaytarılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-710/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-710/2025
15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver