Məhkəmə qərarları › İş №2-1(103)-711/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-711/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-711/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "iddiaçıya xx.xx.2015-ci ildən (50 yaşından) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4600/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya xx.xx.2015-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 21 avqust 1963-cı ildə anadan olmuşdur. İddiaçı əmək fəaliyyətinə Azərbaycan SSR-nın Kənd Təsərrüfatı Nazirliyində başlamışdır. 01 noyabr 1979-cu ildən 22 dekabr 1981-ci ilə kimi Azərbaycan SSR-nın Kənd Təsərrüfatı Nazirliyində makinaçılar bürosunda makinaçı, 22 dekabr 1981-ci ildən 28 avqust 1990-cı ilədək Azərbaycan SSR-nin X11 Heyətində statist, stenoqrafist, koordinator, makinaçı vəzifələrində işləmişdir. 01 iyul 1993-cu ildən 15 noyabr 1994-cü ilədək Suraxanı rayon 105 nömrəli Mənzil İstismar Sahəsində liftçi operator işləmişdir. Yuxarıda göstərilən təşkilatlarda iddiaçının ümumi sığorta stajı 15il 6 ay təşkil edir.İddiaçı 16 fevral 1995-ci ildən başlayaraq 07 oktyabr 2006- cı ilədək "xxxx" ASC-də (əvvəlki Bakı şəhəri X5 İdarəsinin 3 Saylı Rayon İstilik Şəbəkəsi, 1997-ci ildə həmin İdarənin adı 1 Saylı İstilik İdarəsinə, sonra Bakı şəhər İstilik İdarəsinə dəyişdirilmişdir) zərərli əmək şəraitində qazanxana operatoru vəzifəsində 11 il 7 ay işləmişdir.Bundan sonra da iddiaçı zərərli şəraitdə 3 il 9 ay əmək fəaliyyətini davam etdirmişdir: 20 noyabr 2006-ci ildən 16 aprel 2007-ci ilədək (4 ay 24 gün) və xx.xx.2007-xx.xx.2008-ci il tarixlərində (4 ay 10 gün) ARDNŞ Sosial İnkişaf İdarəsinin “Neftsənayexidmət" Departamentində 3-cü dərəcəli qazanxana operatoru, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək (11 ay 15 gün) "xxxx" MMC-də qazanxanada əməliyyatçı; 01 dekabr 2009-cu ildən 15 aprel 2010-cu ilədək (4 ay 15 gün); 01 dekabr 2010-cu ildən 12 aprel 2011-ci ilədək (4 ay 12 gün); 15 noyabr 2011-ci ildən 15 aprel 2012-ci ilədək (5 ay); 03 dekabr 2012-ci ildən 29 mart 2013-cü ilədək (3 ay 26 gün) ARDNŞ Sosial İnkişaf İdarəsinin “Neftsənayexidmət” Departamentində 4-cü dərəcəli qazanxana operatoru, 01 dekabr 2017-ci ildən 15 aprel 2018-ci ilədək (4 ay 15 gün) və 23 noyabr 2018-ci ildən 15 aprel 2019- cu ilədək (4 ay 22 gün) "xxxx" ASC 6 Saylı İSİS-də mövsümü əməliyyatçı peşəsində işləmişdir.Beləliklə, iddiaçının zərərli əmək şəraitində işlədiyi sığorta iş stajı ümumilikdə 15 il 7 ay ( 11 il 7 ay 21 gün + 3 il 9 ay) təşkil edir. 01 noyabr 1979-cu ildən (əmək fəaliyyətinə başladığı tarixdən) 15 aprel 2019-ci ilədək iddiaçının ümumi sığorta stajı 31 ildən artıqdır.Yəni, xx.xx.2006-cı il tarixinə kimi iddiaçının 25 ildən artıq ümumi şığorta stajı, o cümlədən 11 ildən artıq xüsusi stajı olmuşdur. 21 avqust 1963-cü il təvəllüdlü İddiaçı 50 yaşına çatdığına görə axırıncı iş yerindən asılı olmayaraq xx.xx.2006-ci il tarixədək onun 25 ildən artıq ümümi sığorta iş stajı, o cümlədən 11 ildən artıq xüsusi stajı olduğundan iddiaçı xx.xx.2013-cü ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtiərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-cı ii iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci iİ tarixli, 12 nömrəli Qərarı İlə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı»sının “Ümumi peşələr” bölməsində (35) qazanxana (kömür və şistlə İşləyən) maşinistləri (ocaqçıları), o cümlədən külü aralamaqla məşğul olanlar vəzifəsi nəzərdə tutulmuşdur.İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və "Azəristiliktəchizat” ASCnin arayışında onun xx.xx.1995-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində İstilik Şəbəkəsi və X10 Müəssisəsinin 3 saylı rayon İstilik Qazanxanasında qazanxana maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının maşinist işlədiyi qazanxananın kömür və şistlə işləyən maşinistlərə (ocaqçılara) aid olubolmaması barədə məlumat qeyd edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun filiala təqdim etdiyi əmək kitabçasında və “Azəristiliktəchizat" ASC-nin arayışında iddiaçının işlədiyi qazanxananın kömür və şistlə işləyən maşinistlərə aid olub-olmaması barədə məlumat qeyd edilmədiyindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödenilməsi Qaydası’nın 4.1.20-ci yanmbəndinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4600/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət edilən tarixdən əvvəlki üç il üçün ödəməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh iddiaya yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən şdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində iddiaçının işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir... "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci madddəsınə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasınlnın Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nın Ümumi peşələr bölməsində (35) qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları), o cümlədən külü aralamaqla məşğul olanlar vəzifəsi nəzərdə tutulmuşdur.Mərkəzi Filiala iddiaçının təqdim etdiyi 5 noyabr 1979-cu il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında və iddiaçıya dair "xxxx" ASC-nin arayışında iddiaçının xx.xx.1995-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının İstilik Şəbəkəsi və X9 Müəssisəsinin 3 saylı rayon İstilik Qazanxanasında qazanxana maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının maşinisti işlədiyi qazanxananın kömür və şistlə işləyən maşinistlərə (ocaqçılara) aid olub-olmaması barədə məlumat qeyd edilməmişdir.Qeyd edilən məlumatlar müvafiq arayışda əks olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məsələsinə baxılacağı iddiaçıya bildirilmişdir; - "xxxx" ASC-nin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən iddiaçı İstilik Şəbəkəsi və X8 Müəssisəsinin 3 saylı rayon İstilik Qazanxanasında xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilə qədər qazanxana maşinisti işləmişdir, həmin işdə əmək stajı 11 il 7 ay 21 gündür, qazanxana maşinisti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və 2140000A13785 vəzifə koduna uyğundur; - İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyində makinaçı, xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilə qədər Azərbaycan SSR X11 Heyətində statistikaçı, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər orada stenoqrafçı, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər statistikaçı, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər kodifikator, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər makinaçı işləmişdir, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər Suraxanı rayonu 105 №li MİS-də lift operatoru, xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilə qədər "xxxx" ASC-də qazanxana maşinisti, xx.xx.2006-cı ildən xx.xx.2007- ci ilə qədər, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər, xx.xx.2009-cu ildən xx.xx.2010- cu ilə qədər, 01.12.201-cu ildən xx.xx.2011-ci ilə qədər, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə qədər, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə qədər ARDNŞ Sosial İnkişaf İdarəsinin “Neftsənayexidmət” Departamentində qazanxana operatoru, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilə qədər "xxxx" MMC-də qazanxanada əməliyyatçı, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər "xxxx" ASC-də aparatçı, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər əməliyyatçı işləmişdir. - "xxxx" ASC-nin 4 saylı Bakı Vəkil Bürosuna təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışına və Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023- cü il tarixli məktubuna əsasən İddiaçı İstilik Şəbəkəsi və X1 xx.xx.1995-ci il tarixli, 24/ş saylı əmri ilə xx.xx.1995-ci il tarixindən 3 saylı Rayon İstilik Şəbəkəsinə hazırlıq dövrü keçməklə qazanlar üzrə maşinist peşəsinə qəbul edilmişdir, İstilik Şəbəkəsi və X1 xx.xx.1995-ci il tarixli, 33/ş saylı əmri ilə xx.xx.1995-ci ildən hazırlıq dövrünü keçərək sərbəst işə buraxılmışdır,İstilik Şəbəkəsi və X1 xx.xx.1997-ci il tarixli, 96/ş saylı əmri ilə xx.xx.1997-ci il tarixindən 3 saylı Rayon İstilik Şəbəkəsinə qazanxana maşinisti kimi işə buraxılmışdır.Bakı Şəhəri İstilik İdarəsinin xx.xx.2005-ci il tarixli, 719 saylı əmri ilə xx.xx.2005-ci il tarixindən 3 saylı X6 Sahəsinin 3 saylı Rayon İstilik Qazanxanasına böyük əməliyyatçı peşəsinə qəbul edilmişdir."Azəristiliktəchizat” ASC-nin xx.xx.2006-ci il tarixli, 06/723 saylı əmri ilə xx.xx.2006ci ildən Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Qeyd: 1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 941 saylı sərəncamına əsasən İstilik Şəbəkəsi və X3 daxil olmaqla Bakı şəhər X4 Birliyi yaradılmışdır.Bakı X4 Birliyinin 02 aprel 2001-ci il tarixli, 14/H saylı əmrinə əsasən İstilik Şəbəkəsi və X1 adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmışdır.Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 456 saylı sərəncamına əsasən Bakı şəhər X4 Birliyi ləğv edilmiş və Birliyin tərkibində fəaliyyət göstərən 1 və 2 saylı İstilik İdarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmişlər.Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 285 saylı sərəncamı ilə 1 və 2 saylı İstilik İdarələrinin bazasında Bakı şəhəri İstilik İdarəsi yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 847 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İstilik İdarəsi ləğv edilərək "xxxx" ASC yaradılmışdır.İddiaçı çalışdığı peşə (xx.xx.1995-ci ildən xx.xx.2005-ci ilə qədər qazan maşinisti) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 10 il 2 ay 26 gün) zərərli sahə (kod 2140000a - 13785) hesab edilmişdir. - "xxxx" ASC-nin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023- cü il tarixli məktubuna S.X7 və X2 hazırlıq dövrü keçməklə qazanlar üzrə maşinist peşəsinə qəbul edilməsi barədə xx.xx.1995-ci il tarixli, 24/ş saylı əmri, sərbəst işə buraxılması haqqında xx.xx.1995-ci il tarixli, 33/ş saylı əmri, qazanxana maşinisti kimi işə buraxılması haqqında xx.xx.1997-ci il tarixli, 96/ş saylı əmri əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin faktiki hallarına əsasən iddiaçının xx.xx.2006cı il tarixədək ümumi iş stajı 20 (iyirmi) ildən çox olmuş və həmin müddətin 10 ildən çox hissəsini qazan maşinisti işləmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsində 2140004A-13785 kodu üzrə), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nda (24-cü bölmə. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatında) nəzərdə tutulan qazan maşinisti peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə olduğu üçün iddiaçının 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmuşdur. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - qazan maşinisti peşəsində xx.xx.2006-cı ilə qədər 10 ildən çox işləməsi və həmin müddətə qədər də 20 ildən çox əmək stajının olması əmək kitabçası, güzəştli staj barədə arayışı, əmrlər, əmək haqqı haqqında arayışları ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili olan iddiaçının əmək kitabçasında iddiaçının işlədiyi qazanxananın kömür və şistlə işləyən maşinistlərə (ocaqçılara) aid olub-olmaması barədə məlumatın qeyd edilməməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır.İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.“İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir.3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır.İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır.İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır.Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir.Pensiya təyin olunması haqqında məlumatda pensiyanın təyin olunması tarixi (gün, ay, il) və təyin olunan pensiya növü göstərilməlidir. Göründüyü kimi cavabdehin imtina məktubunda və apellyasiya şikayətində göstərildiyi kimi iddiaçının işlədiyi qazanxananın hansı qaydada işləməsi barədə məlumatın qeyd edilməsi əmək kitabçalarının yazılması, doldurulması və s. məsələləri tənzimləyən qanunvericilik aktında nəzərdə tutulmamışdır.İdidaçının işlədiyi müəssisə isə iddiaçının zərərli iş şəraitində işləməsi barədə əmrlərin nömrəsi, tarixi, əmək haqqı, işə buraxıma tarixləri barədə, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən vəzifə kodunu göstərməklə ətraflı arayış vermişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4600/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4600/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar