Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-712/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1976-cı il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “05.07.2004-cü il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin səbəb əlaqəsinin düzgün təyin edilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(82)-684/2019 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) baxaraq, müəyyən etdi: İddiaçı 30.11.2018-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “c” bəndinə əsasən onun 05.07.2004-cü il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin səbəb əlaqəsinin düzgün təyin edilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-684/2019 saylı, 01 mart 2019-cu il tarixli qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, N saylı hərbi hissə komandirinin göndərişi əsasında 11.10.2005-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının hərbi həkim-komissiyası tərəfindən şəhadətləndirilmiş İddiaçı 05.07.2004-cü il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi qərara alınmışdır. Qərardan apellyasiya şikayəti verilməmiş və 01 mart 2019- cu il tarixli qərar qanuni qüvvəsini aldığından 20 may 2019-cu il tarixli məktuba icra edilməsi üçün iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmiş, sonuncudan daxil olmuş 1750 saylı, 06.07.2019- cu il tarixli məktubda həmin qərarın icra edildiyi bildirilmişdir. 08 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı "05.07.2004-cü il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin səbəb əlaqəsinin düzgün təyin edilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" tələbinə dair inzibati iş üzrə Dövlət Sosial Müdafiə X4 şəxsinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 684/2019 saylı iş üzrə 01.03.2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(82)-684/2019 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “05.07.2004-cü il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin səbəb əlaqəsinin düzgün təyin edilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin nümayəndəsi X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması haqqında vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan ərizəçi 14.12.2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin son vərəqi (səlahiyyətli şəxsin imzasının mövcud olduğu vərəq) olmadığından işin apellyasiya icraatı zamanı apellyasiya şikayətinin mümkünlük iclasında ərizəçiyə apellyasiya şikayətinin yenidən təqdim edilməsi təklif edilmiş və 26.02.2021-ci il tarixdə ərizəçi tərəfindən apellyasiya şikayəti təqdim edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1 (82)-684/2019 saylı iş üzrə 01.03.2019-cu il tarixli qərarı Dövlət Sosial Müdafiə X4 şəxsinin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə qəbul edilmiş, adıçəkilən qərar qəbul edilərkən fond maraqlarına toxunan şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməmişdir. Pul öhdəliyi ilə bağlı olan bu qərarın icrası fond tərəfindən həyata keçirildiyindən qeyd olunan qərar ləğv edilməli və işə mahiyyəti üzrə baxılması təzələnməlidir, fondun tərəf olaraq mövqeyi iş üzrə nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər və ya yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair" 12.04.2017-ci il tarixli Qərarında göstərilmişdir ki: - inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin -Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-684/2019 saylı, 01 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını təzələnməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib ,apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “Hazırkı iş üzrə iddia tələbinin faktiki və hüquqi əsasları da, məhz hərbi qulluqçunun aldığı xəsarətin səbəb əlaqəsinin düzgün müəyyən edilməsindən ibarətdir ki, bununla bağlı məsələlər isə Dövlət Sosial Müdafiə Fondunun yuxarıda göstərilmiş fəaliyyət sahələrinə aid deyildir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-684/2019 saylı, 01 mart 2019-cu il tarixli qərarı ilə İddiaçı N saylı hərbi hissə komandirinin göndərişi əsasında 11.10.2005-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalın hərbi həkim-komissiyası tərəfindən şəhadətləndirilmiş İddiaçı 05.07.2004-cü il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarının verilməsinə dair iddia tələbi təmin edilmiş və öhdəlik Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təmin edilmiş iddia tələbi olan - hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarının verilməsini həyata keçirilməsinə dair hər hansı səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyindən, hazırkı iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(82)-684/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-712/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-712/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver