Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-713/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6, Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10946/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx xxxx 1961-ci ildə doğulmuşdur. O, əmək kitabçasında, arayışda və diplomda əksini tapmış məlumatlara əsasən 1980-1985-ci illərdə Rusiya Federasiyasının Voronej şəhərində yerləşən X3 təhsil almış, gənc mütəxəssis kimi göndərişlə xx.xx.1985xx.xx.1991-ci illərdə keçmiş SSRİ X2 Dövlət X1 İnstitutunda mühəndis işləmiş və sonradan elmi işçi vəzifəsində çalışmışdır. X7 vilayətinin Mıtişi şəhərində yerləşməsinə baxmayaraq Azərbaycan SSRİ-yə daimi ezam olunaraq neft məhsulları ilə çirklənmiş torpaqların rekultivasiyası və tədqiq olunan obyektlərin torpaq sahələrindən götürülən qruntların kimyəvi analizi ilə (benzol, sulfat turşusu, xlorid turşusu və sair zəhərli maddələrdən istifadə etməklə) məşğul olmuşdur. Məhkəməyə təqdim etmək məqsədi ilə digər ölkənin ləğv edilmiş qurumunun zəruri arxiv sənədlərini heç bir qaydada ala bilmir. Əslində, bütün məlumatlar əmək kitabçasında əksini tapmışdır. SSRİ-nin süqutu ilə əlaqədar SSRİ Nazirrlər Soveti yanında fəaliyyət göstərən Dövlət Komissiyasının xx.xx.1991-ci il tarixli 50 nömrəli əmrinə əsasən Dövlət X1 İnstitutunun Azərbaycan şöbəsi Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin “Dövlət Yerquruluşu Layihə İnstitutu”nun tabeliyinə verilmişdir. 1991-1999-cu illərdə həmin institutda eyni xarakterli işlərlə torpaqayırma, torpaq tədqiqatı və geobotanika şöbələrində çalışmışdır. Ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin cavabdeh onun güzəştli iş stajının 12 il 6 aydan az olması əsası ilə ərizəsini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, xx.xx.1985-ci ildən bu vaxtadək 37 il 3 ay 17 gün ümumi iş stajı vardır. Bunun 5 il 8 ay 7 gün (o cümlədən, iradəsindən asılı olmayaraq 1 il 6 ay müddətində Sovet Ordusu sıralarında) SSRİ Dövlət X1 İnstitutunda labaratoriya və çöl-tədqiqat axtarış işlərində, xx.xx.1991-xx.xx.1996-cı illərdə 5 il 5 ay 23 gün, xx.xx.1997-xx.xx.1999-cu illərdə 1 il 6 ay 10 gün və xx.xx.1999xx.xx.2000-ci illərdə 3 ay 17 gün Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda çöltədqiqat axtarış işlərində işləməklə cəmi 13 il, 3 ay, 17 gün güzəştli iş stajını toplamışdır. Həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda: 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər; 22. Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadır torpaq elementləri ilə işlər. 22.1. Müəssisələrdə, elmi-tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında və tibb müəssisələrində işlər. bölmələrində öz əksini tapsmışdır. Lakin cavabdeh 12 may 2022-ci il tarixli cavab məktubu ilə müvafiq araşdırma aparmadan, əmək kitabçasındakı qeyd olunan və Dövlət X1 İnstitutunda işlədiyini nəzərə almadan yalnız arayışda qeyd olunan ezamiyyə günlərinə əsaslanaraq iddiaçının iş stajının 4 il 11 ay olduğunu göstərərək imtina etmişdir. Halbuki, həmin arayışda 1992-ci ilə dair ezamiyyə üzrə əmr kitabının arxivdə mövcud olmadığı bildirilir…” Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “... Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Nazirliyin Əmək Siyasəti şöbəsinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli xidməti məktubu işçilərin əmək stajının hesablanması zamanı günlərinin təqvim günlərinə çevrilməsi qaydası müəyyən edilib. Pensiya təyinatı məqsədilə əmək stajının hesablanması üçün 1991-ci il oktyabrın 18-dək olan dövr aylıq iş vaxtı normasının 173.1 saat, 1991-ci il oktyabr 18-dən sonrakı dövr üçün 160,0 saat götürülür. Çöl iş günlərinin sayı 8 saata vurularaq alınan iş saatları aylıq iş vaxtı normasına bölünməklə işlənilən ayların sayı tapılır. N.X4 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 36 il 16 gün (xx.xx.2006-cı il tarixinədək 19 il 2 ay 16 gün əmək stajı (xx.xx.1985xx.xx.1985- ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1996-cı il, xx.xx.1997xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixindən sonra 16 il 10 ay sığorta stajı, güzəştli iş stajı isə 12 il 6 aydan az ( 5 il 6 ay (xx.xx.1991-xx.xx.1999-ci il tarixləri arasındakı dövr üzrə çöl stajı) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10946/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar qanunsuzdur. Belə ki, məhkəmə qərar qəbul edərəkən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə zidd olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il 17 dekabr tarixli **********4 nömrəli Kollegiya Qərarına istinad etmiş, cavabdeh qurumun müdafiəçisi kimi çıxış edərək həmin Qanunda qeyd olunan 12 il 6 ay tələb olunan iş stajını saatlara çevirərək riyazi hesablamalar aparmışdır. Hesab edir ki, cavabdeh qurumun Kollegiya Qərarı “Əmək pensiyaları haqqında” Qanunun müddəlarının təhrif edilməsinə təsiri yoxdur.” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi isə onunla razılaşmamış, iddiaçının güzəştli stajının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Siyasəti şöbəsinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli xidməti məktubu ilə müəyyən edilən çöl saatlarına görə hesablama qaydası ilə hesablanan güzəştli stajının 12 il 6 aydan az olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslarla iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. İddiaçı iş materiallarında olan şəxsiyət vəsiqəsinin (AA*******, hYL293Z) surətinə əsasən xx.xx.1961-ci il tarixdə doğulmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin, iddiaçının xx.xx.2021-ci il tarixdə 60 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiyası nəzərdə tuturdu ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən əsasən müəyyən edilir. İddiaçının işə əlavə olunmuş, 21 avqust 1985-ci il tarixdə doldurulmasına başlanılmış, AT-İV ******* nömrəli əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə qədər işləmiş, hal-hazırda da əmək fəaliyyətini davam etdirir. Cavabdehin iddia ərizəsinə etirazına əsasən müəyyən olunur kti, iddiaçının 60 yaşının tamam olduğu həmin tarixə azı 25 il sığorta stajına malik olması mübahisələndirilmir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının Qanunun 9.1-ci maddəsinin qeyd olunan tələbinə müvafiq pensiya kapitalına malik olmasının da mübahisələndirildiyi müəyyən edilmir (İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə tələb olunan pensiya kapitalı 28.800 manat təşkil edirdi (Qanunun 6-1-ci maddəsinə əsasən 2019-cu il 1 oktyabr tarixindən “2022-ci il yanvarın 1-dək minimum pensiya məbləği 200 manat təşkil etmişdir) İddiaçının hazırkı mərhələdə təqdim etdiyi fərdi hesabının sığorta hissəsinə dair “e-sosial Əzməmmədov” elektron kabinet məlumatlarına əsasən 62.979,14 manat pensiya kapitalı vardır.) Cavabdehin iddiaçıya ünvanlanış imtina məktubuna və onun iddia ərizəsinə etirazına əsasən mübahisələndirdityi hal iddiaçının güzəştli pensiya hüququ verən xüsusi stajı ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilir ki, AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Siyasəti şöbəsinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli xidməti məktubu ilə müəyyən edilmiş işçilərin əmək stajının hesablanması zamanı günlərinin təqvim günlərinə çevrilməsi qaydasına əsasən pensiya təyinatı məqsədilə əmək stajının hesablanması üçün 1991-ci il oktyabrın 18-dək olan dövr aylıq iş vaxtı normasının 173.1 saat, 1991-ci il oktyabr 18-dən sonrakı dövr üçün 160,0 saat götürülür. Çöl iş günlərinin sayı 8 saata vurularaq alınan iş saatları aylıq iş vaxtı normasına bölünməklə işlənilən ayların sayı tapılır. İddiaçının güzəştli iş stajı isə 12 il 6 aydan az ( 5 il 6 ay (xx.xx.1991-xx.xx.1999-ci il tarixləri arasındakı dövr üzrə çöl stajı) təşkil edir. bildirir ki, Məhkəmə kollegiyası cavabdeh orqanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Siyasəti şöbəsinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli xidməti məktubu əsas götürülməklə, iddiaçının güzəştli stajının çöl günləri saatlaına görə hesablama qaydasına əsaslanan hesablaması ilə razılaşmır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun qeyd olunan 9.1-ci maddəsinin tələbindən göründüyü kimi, güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il 377 № li fərmanının 2.1- 2-ci bəndinə əsasən 9.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş sözügedən Siyahının 1. Dağ-mədən işləri bölməsinin 1.3-cü bəndində “Geologiya kəşfiyyat işləri (yerüstü) bəndində isə “ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” güzəştli pensiya hüququ verən işlər kimi göstərilsə də, həmin işlərin saatlarla ölçülməsinə dair hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, güzəştli stajın hesablanmasınnda saat tətbiq olunan hallar həmin Siyahının 35-ci bölməsində sualtı işlərdə məşğul olan dalğıclara münasibətdə tətbiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun 22.3-cü maddəsinin isə nəzərdə tututulan qayda isə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması ilə bağlıdır ki, bu qaydaların da özü də sözügedən Fərmanın 2.2-ci bəndinə əsasən Nazirlər Kabineti tərəfindən tərəfindən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, birincisi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını müəyyənləşdirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin deyil, Nazirlər Kabinetinin səlahiyyətlərinə aid olan bir məsələdir. Ona görə də cavabdeh orqanın “2022-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il 17 dekabr tarixli **********4 nömrəli Kollegiya Qərarından irəli gələrək “Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Siyasəti şöbəsinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli xidməti məktubu ilə müəyyən edilmiş işçilərin əmək stajının hesablanması zamanı günlərinin təqvim günlərinə çevrilməsi qaydası”na əsaslanaraq, iddiaçının çöl saatlarına əsasən onun güzəştli stajının hesablanması tamamilə qanunsuzdur, kobud şəkildə əmək pensiyaları haqqında qanunvericiliyin tələblərininin pozulmasıdır. Qeyd olunan əsaslardan çıxış edərək məhkəmə kollegiysı həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin işə əlavə olunmuş arayışında, habelə məhkəmənin müvafiq sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1643/2023 nömrəli cavab məktubunda iddiaçının çöl günlərinin saatlarla hesablanma qaydası ilə iddiaçının güzəştli stajı hesablana bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş sözügedən Siyahının 1. Dağ-mədən işləri bölməsinin 1.3-cü bəndinə müvafiq hesablama aparıldıqda isə iddiaçının qeyd olunan əmək kitabçasına, "xxxx" MMC-nin arayışı və məktubuna əsasən çöl topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində aşağıdakı kimi stajı müəyyən olunur: xx.xx.1985-xx.xx.1985; xx.xx.1987-xx.xx.1991-ci illərdə SSRİ X2 Dövlət X1 İnstitutunda Azərbaycan bölməsi üzrə mühəndis; xx.xx.1991-xx.xx.1996-cı illərdə Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda “Torpaq və geobotaniki tədqiqat şöbəsi”ndə mühəndis; xx.xx.1997-xx.xx.1999-cu illərdə Yerquruluşu-İ şöbəsində sahə rəisi və rəisi, bundan əlavə, xx.xx.1999-xx.xx.2000-ci illərdə “Azdövyerqurlayihə” də və xx.xx.2000-xx.xx.2015-ci ilə qədər isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində yerquruluşu sahəsində texniki şöbələrdə mütəxəssis kimi çalışmaqla, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 1. Dağ-mədən işləri bölməsinin 1.3-cü bəndində nəzərdə tutulan 12 il 6 aydan da xeyli artıq güzəştli pensiya hüququ verən işlərdə iş stajı toplamışdır. Qeyd olunmalıdır ki, məhkəmə praktikasında eyni faktiki hallara dair iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya tələbi Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-499/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin olunmuşdur (İşə əlavə olunur). Beləliklə də, “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 9.1-ci maddəsinə əsasən iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən şərtlər, o cümlədən, azı 25 il ümumi və 12 il 6 ay güzəştli pensiya hüquq verən xüsusi stajının mövcudluğu sübuta yetirilir. Həmin Qanunun 32.1-1-ci maddəsi isə nəzərdə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunması əsassız olmuş, onun pensiya hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun olmayan nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10946/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10946/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-713/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-713/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver