Məhkəmə qərarları › İş №2-1(103)-715/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-715/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-715/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6778/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “X14 Universiteti tərəfindən verilmiş 000329 nömrəli xx.xx.2019-cu il tarixli Bakalavr diplomuna əsasən İddiaçı “biznesin idarə edilməsi” ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. İddiaçı SX ******* No-li hərbi biletindən göründüyü kimi, xx.xx.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılaraq hərbi hissəyə göndərilmiş və xx.xx.2021-ci il tarixdə MNnin xx.xx.2021-ci il tarixli 150 No-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi biletindəki qeydlərə əsasən iddiaçı Talış Suqovuşan kəndləri istiqamətlərində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissədə Atıcı zenitçi vəzifəsində döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı ona verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya elektron formada ünvanlanmış imtina məktubundan görünür ki, onun tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması, eləcə də təhsil aldığı ölkədə qısa müddətdə olması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə elektron ərizə sistemi vasitəsilə 25 oktyabr 2021-ci il tarixində müraciət etmişdir. 26 yanvar 2022-ci ildə onlayn qaydada ondan müsahibə götürülmüşdür. Müsahibə zamanı təhsil aldığı dildə verilmiş suallara lazımi formada cavab vermiş, tərcümə mətnləri isə çox qarışıq, qeyri-ixtisas məzmunlu olmuşdur. xx.xx.2022-ci il tarixdə müraciətinə dair mənfi qərar qəbul edildiyinə dair ona elektron qaydada məlumat verilmiş, həmin cavabda göstərilmişdir: Ərizəçi sözgedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur və “Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci və 3.6-cı bəndinə əsasən müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, onun 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə müraciət etmək hüququ vardır.” Bu qərar yazılı surətdə əsaslandırılmış formada ona poçt vasitəsilə göndərilməmişdir. O, barəsində qəbul edilmiş bu qərarla razı deyil. İmtina səbəbini də əsaslı hesab etmir. Təhsil aldığı müddətdə tədris dilini yaxşı bilmiş, tədris materiallarını mənimsəmişdir. Həmçinin təhsil aldığı müddət ərzində Gürcüstan Respublikasında yaşamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində (İ il-5 ay 13 gün, İİ il-6 ay, İİİ il-5 ay 28 gün, İV il-5 ay 5 gün) tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması, habelə tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən fedilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367- İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2.Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3.Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4.İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7.Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1.auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3.təcrübələrdə iştirak etməsi; 3.2.7.4.laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5.kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6.imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7.buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1.məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2.məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3.tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə; 3.2.9.oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. Əlavə olaraq kvalifikasiyaların tanınması prosedurunun tərkib hissəsi olan müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf xtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda Konvensiyanın müddəalarına əsasən tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etm\k səlahiyyətinə malikdir. İddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6778/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Gürcüstan Respublikasının Tblisi Humanitar Tədris Universiteti tərəfindən İddiaçı adına verilmiş THTU 000329 nömrəli xx.xx.2019-cu il tarixli bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunluğunun yoxlanılması (bakalavr dərəcəsinə malik şəxs fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, nəzəriyyə, qayda və metodları təhlil etməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı yeni problemləri aşkar etməyi və onların müxtəlif həll yollarını təhlil etməyi və qiymətləndirməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah etməyi, həmçinin peşəkar müzakirələrdə iştirak etməyi bacarmalıdır ki, bunun üçün də şəxsin əldə etdiyi kvalifikasiyaya dair produktiv nitq səviyyəsinə malik olması zəruridir) zamanı onun tədris dili üzrə biliklərinin məhdud olması sübuta yetmişdir. Bununla da iddiaçının əldə etdiyi magistr dərəcəsinin ölkədaxilindəki standartlarla uyğunsuzluq təşkil etməsi isbat edilmişdir. Lakin məhkəmə bu məsələyə dair hər hansı bir fikir bildirməmişdir. Məhkəmə qərar qəbul edərkən Bakı Dövlət Universiteti tərəfindən verilən mütəxəssis rəyinə əsaslanmış, tədris dili üzrə biliklərin yoxlanılmasının nostrifikasiya prosesinin tərkib hissəsi kimi cavabdeh orqanın diskression səlahiyyəti olmasına baxmayaraq cavabdeh orqan tərəfindən verilmiş mənfi ekspert rəyinə münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1 və 73.3.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Lakin məhkəmə iddiaçının tədris dili üzrə biliklərinin yetərli olmaması təsdiq edən ekspert rəyini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə ekspert rəyləri və videomüsahibənin yazısına dair heç bir məsələyə münasibət bildirməmişdir, qərar qəbul edərkən Bakı Dövlət Universiteti tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslanmışdır. Halbuki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında yaradılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi olan Ekspert qrupu tərəfindən həyata keçirilir. Qanunvericilikdə nostrifikasiya prosesi Təhsildə Keyfiyyət Təminat Agentliyinin başlıca fəaliyyət istiqaməti və vəzifəsi olaraq təsbit olunduğundan iddiaçının xarici ali təhsil ixtisasının tanınmasına dair ekspertiza aparılması, o cümlədən tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması cavabdeh orqan tərəfindən diskression səlahiyyət əsasında həyata keçirilir. Məhkəmənin qərarında istinad etdiyi Bakı Dövlət Universiteti tərəfindən verilmiş mütəxəssis rəyi həqiqəti əks etdirmir. Belə ki, iddiaçının dil biliklərinin qiymətləndirilməsi zamanı hər hansı şifahi və yazılı tapşırıqlar, eləcə də peşəsi ilə bağlı mətnlər verilməmiş, dil bilikləri yalnız şifahi müsahibə əsasında qiymətləndirilmişdir. Eləcə də, bu müsahibəyə dair videoçəkiliş aparılmamış, müsahibənin protokolu məhkəməyə təqdim edilməmişdir. Halbuki, cavabdeh orqan müsahibənin video diskini məhkəməyə təqdim etmişdir. Sözügedən videodiskdən də göründüyü kimi, iddiaçı ona verilən sualları (ilkin mərhələdə verilən universitetdə oxuduğu illərə, tədris edilən fənlərlə bağlı verilən suallar) başa düşməkdə çətinlik çəkir, sualın məzmununa uyğun cavablar vermir. İddiaçı ona təqdim olunan mətni tərcümə edərkən əlavə köməkdən istifadə etmiş və bu barədə iddiaçıya müsahibə zamanı 2 dəfə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. İddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində (2015/2016-cı tədris ili üzrə- 5 ay 13 gün, 2016/2017-ci tədris ili üzrə - 6 ay, 2017/2018-ci tədris ili üzrə - 5 ay 28 gün, 2018/2019-cu tədris ili üzrə- 5 ay 5 gün) ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-667/2022 saylı iş üzrə xx.xx.2021-ci il tarixli, 2-1(102)-43/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli və 2-1(102)- 821/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarlarında iddiaçının xarici ali təhsil ixtisasının tanınmasına dair ekspertiza aparılması, o cümlədən tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması cavabdeh orqanın diskression səlahiyyətində olması və odur ki, iş üçün əhəmiyyət kəsb edən hal kimi mütəxəssis rəyi deyil, cavabdeh tərəfindən yaradılan ekspert qrupunun rəyi olduğu vurğulanmışdır. Apellyasiya şikayətinə dair yzılı etirazının dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır, əlavə olaraq göstərilmişdir ki, apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Tamamilə qanunsuz, əsassız və ədalətsiz bir şikayətdir. Komissiya üzvləri yazılı və şifahi tapşırıqlar vermiş, müsahibə aparmışlar. Komissiyanın qərarına əsasən o, rus dilində oxuyub, yaza bilir, peşəsi ilə bağlı mətnləri Azərbaycan dilinə tərcümə etməyi bacarır, peşəsinin terminologiyasından xəbərdardır. Onun rus dili üzrə bilik şəviyəsi qənaətbəxş hesab edilmişdir. Hesab edir ki, məhkəmə inzibati işə düzgün hüquqi qiymət vermiş və nəticə etibarı ilə iş üzrə qanuni qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, yazılı etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı tələbi “X14 Universiteti tərəfindən verilmiş 000329 nömrəli xx.xx.2019-cu il tarixli Bakalavr diplom üzrə “ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərək onun təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına, həmçinin dilbilmə səviyyəsinin kifayət qədər olmamasına istinad etmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının rus dili bilik səviyyəsinin qənaətbəxş olmasına və 240 kredit yığmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qüeyd edilməsini zəruri hesab edir. Kollegiya ilk növbədə kassasiya instansiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2046/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndində təsbit edilmişdir ki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Həmin Qaydaların 3.8-ci bəndinə görə isə tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasında İddiaçı rus dili üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə komissiya təşkil edilmişdir. Komissiya üzvləri İddiaçı yazılı və şifahi tapşırıqlar vermiş, onunla müsahibə aparmışlar. Komissiyanın qərarına əsasən İddiaçı rus dilində oxuyub, yaza bilir, peşəsi ilə bağlı mətnləri Azərbaycan dilinə tərcümə etməyi bacarır, peşəsinin terminologiyasından xəbərdardır. İddiaçı rus dili üzrə bilik səviyyəsi qənaətbəxş hesab edilmişdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasının xx.xx.2022-ci il tarixli 17 saylı iclas protokolundan çıxarışa əsasən, İddiaçı rus dili üzrə bilik səviyyəsinin yoxlanılması üçün Dos. X6 (sədr), Dos. X9, Dos. X1 ibarət tərkibdə təşkil edilmiş, imtahanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi böyük məsləhətçi X3 iştirak etmişdir. Komissiya üzvləri İddiaçı rus dilinin bilik səviyyəsini müəyyən etmək üçün onunla müsahibə aparmış, yazılı və şifahi tapşırıqlar vermiş, onların yerinə yetirilməsinə nəzarət etmişlər. O, verilən tapşırıqları və testləri yerinə yetirə bilmişdir. Komissiya müəyyən etmişdir ki, o, rus dilind oxuyub yaza bilir, rus dilindən Azərbaycan dilinə öz peşəsi ilə bağlı mətnləri tərcümə etməyi bacarır, rus dilində qrammatika ilə bağlı testləri yerinə yetirə bilir, peşəsinin terminologiyasından xəbərdardır, ixtisasa və peşəyə aid olan suallara sərbəst və lazımlı səviyyədə cavab verir. Nəticədə komissiyanın üzvləri tərəfindən müəyyən edilmişdir ki, İddiaçı rus dili bilik səviyyəsi qənaətbəxşdir. İşin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya verilmiş diplomu tanımaqdan imtina edərkən həm də iddiaçının Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olduğuna əsaslanmışdır. Nəzərə alınmalıdır ki, 2004-cü il martın 4-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 may tarixli, 217 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in 8-ci maddəsinə əsasən Tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci bəndinə əasasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Həmin Qaydaların 3.2.4-cü bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Həmin Qaydaların 3.2.7-ci bəndinə əsasən tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1.auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3.təcrübələrdə iştirak etməsi; 3.2.7.4.laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5.kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6.imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7.buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. Həmin Qaydaların 3.2.8-ci bəndinə əsasən tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1.məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2.məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3.tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə; Həmin Qaydaların 3.2.9-cu bəndinə əsasən oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. Əlavə olaraq kvalifikasiyaların tanınması prosedurunun tərkib hissəsi olan müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda Konvensiyanın müddəalarına əsasən tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının sərhədkeçmə məlumatlarına nəzər yetirildikdə müəyyən olundu ki, iddiaçı əyani təhsil aldığı 4 illik təhsil müddətində İ ildə-5 ay 13 gün, İİ ildə-6 ay, İİİ ildə-5 ay 28 gün və İV ildə-5 ay 5 gün ölkə xaricində olmaqla, həmin müddət cavabdeh inzibati orqanı qane edəcək dərəcədə yetərli olsa da, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsinin əsaslarından biri də onun təhsil aldığı ölkədə olması ilə bağlı olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmiş, bundan əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Oxşar işlər üzrə Azərbayxcan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarlarında belə sərgilənmişdir (2-1(102)- 2046/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı). Beləliklə, cavabdehin təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğu və diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilmədiyinə dair bildirdiyi dəlillər əsassız olmuşdur, işdəki mövcud sübutlarla bunun əksi təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur. Bundan başqa, qanunvericilikdə iddiaçının təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi, cavabdeh ümumi qaydada, hər hansı konkret hallara və sübutlara istinad etmədən tədris yükünün yerinə yetirilmədiyinə əsaslanmaqla diplomu tanımaqdan imtina etmişdir. Bu, yolverilməzdir. Əslində isə cavabdeh bu halda, Qaydaların 3.7-ci bəndinə uyğun olaraq təhsil sahəsində ixtisasın tanınması və ya təhsilin məzmununun uyğunluğu haqqında mənfi rəylərə istinad etməli və həmin rəyləri məhkəməyə təqdim etməli idi. Lakin nə iddiaçının müraciətini təmin etməkdən imtina ilə bağlı məktubunda, nə də birinci instansiyası məhkəməsindəki icraat zamanı cavabdeh həmin zəruri sübutları təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin özü tərəfindən də mənfi rəy verilməsinə əsas ola biləcək Qaydaların 3.7-ci bəndində sadalanmış hallardan hər hansı biri də müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6778/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6778/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar