Məhkəmə qərarları › İş №2-1(103)-716/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-716/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-716/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6512/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.N-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 702, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.1992-ci il tarixdən xx.xx.N-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 702, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6512/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim F.Mədətli) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərardadına qeyd edilmişdir ki, guya iddiaçə tələbini düzgün qoymamışdır. Halbuki məhkəmənin hüquqi yardımı əsasında iddia tələbində dəqiqləşmə apararaq Müdafiə Nazirliyi ilə birlikdə Arxiv İdarəsini də cavabdeh kimi qoymuşdur. Bütün bunlardan sonra məhkəmə tərəfindən belə bir əsasla iddia tələbinin mümkün sayılmaması absurddur. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edərək, için yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iddiaçı hazırki iddia tələbi üzrə xidmətdə olduğu dövrlər üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 702, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsini, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehdən tələb edir. Yəni nəticə olaraq cavabdehdən xidməti və tərxis olunması barədə məlumatların əks olunduğu arxiv arayışının verilməsini tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 9/2-19640 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, cavabdeh inzibati orqanının aidiyyəti idarəsi tərəfindən arxivdə olan məlumatlar əsasında İddiaçı xidməti barədə arayış verilmiş, həmin arayış 702, N və N saylı hərbi hissə komandirlərinin müvafiq əmrləri üzrə yoxlanılaraq verilmişdir. Belə ki, sözügedən arayışdan görünür ki, məcburi hərbi xidmətə çağırılmış İddiaçı Mahış oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 263 №-li əmrilə (əsas: səh.12, §1, sıra-14, qeyd: əmrdə atasının adı Mahiş yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 23 №-li əmrində (əsas: səh.45, §9, sıra-34) şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 5 №-li əmrində (əsas: səh.4, §3, sıra-24) İddiaçı komendant tağımının şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. İddiaçı N nömrəli hərbi hissə komandirinin 08.04.193-cü il tarixli 88 №-li əmrilə (əsas: səh.98, §2, sıra-2) qulluğunu Təminat-təchizat bölüyündə davam etdirmişdir. İddiaçı müalicə almaq üçün Bakı şəhəri Mərkəzi hospitalına göndərildiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 108 №-li əmrilə (əsas: səh. 115, §3, sıra-2) müvəqqəti olaraq bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli, iyul 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi qeyd olunan arayış üzrə iddiaçının müalicə almaq üçün Bakı şəhəri Mərkəzi hospitalına göndərildiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1993- cü il tarixli 108 №-li əmrilə (əsas: səh. 115, §3, sıra-2) müvəqqəti olaraq bütün növ təminatlardan çıxarıldığı göstərilsə də, lakin N nömrəli hərbi hissə komandirinin yanvar Ncü il tarixli, iyul 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi arxiv məlumatlarında iddiaçının tərxis olunaraq, ehtiyata buraxılması müəyyən edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya xidməti barədə arxiv arayışı verilsə də, lakin iddiaçı yenidən göstərilən hallarla bağlı qeyri-müəyyən iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq, tələbini dəqiqləşdirmək təklif olunsa da, iddiaçı tərəfindən bununla bağlı hər hansı hərəkət olunmamış, tələbi dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən araşdırılma aparılaraq, arxiv arayışı əsasında artıq cavab verildiyindən, hazırki iddia tələbi üzrə cavabdehin hərəkətləri və hərəkətsizliyi nəticəsində iddiaçının hansı hüquqlarının pozulduğunu, onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyini müəyyən etmək mümkün deyildir. İddiaçının tələbi qeyri-müəyyən olmaqla, iddianın mümkünlüyü şərtlərini ödəmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6512/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar