Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-716/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi ilə (məruzəçi); Şirinov İkram Sabir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarş “çıxarışın verilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2151/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n et d i : Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 0.10 ha bağ (torpaq) sahəsinin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun adına "Azneft kimyamaş" bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Xəzər rayonu Türkan ərazisində 10 sot ölçüdə 110 və 111 nömrəli bağ sahəsi ayrılmışdır. Onun qızlıq soyadı “Vəliyeva” olmuş, ərə getdikdən sonra “Eminova” soyadını götürmüşdür."Azneft kimyamaş" bağçılıq yoldaşlıq birliyi tərəfindən ona bağ sahəsinin ayrılmasına dair adına 1993-cü ildə 104 nömrəli üzvlük kitabçası verilmişdir. Həmin üzvlük kitabçasını naməlum şəkildə itirmişdir. Bu barədə onda yalnız üzvlük kitabçasının surəti qalmışdır. Bu barədə 525-ci qəzetin 10 iyun 2020-ci il tarixli buraxılışında həmin kitabçanın etibarsız sayılması barədə elan da vermişdir. 08 iyun 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək sözügedən üzvlük kitabçasının tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumatın daxil olub-olmaması barədə ərizə vermişdir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli. 0399281E-3220 saylı məktubunda Vəliyeva (Eminova) Firuzə Sülü qızına məxus olan "Azneft kimyamaş" bağçılıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan ərazisində 110 və 111 nömrəli bağ sahəsinə 1993-cü ildə verilmiş 104 nömrəli üzvlük kitabçasının tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumatın daxil olmaması göstərilmişdir. Onun 1988-1990-cı illərdə "Azneft kimyamaş" da işləməsi əmək kitabçası ilə də təsdiq olunur. Bundan başqa, X5 Həmkarlar İttifaqı Komitəsi tərəfindən təsdiq olunmuş siyahının 2-ci vərəqində sıra sayı 59. -da (Velieva) F.C. -yə 110 və 111 nömrəli boş sahələrin ayrılması qeyd edilib. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ərizələri ilə X5 Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş siyahının və üzvlük kitabçasının surəti onlara göndərilməklə həmin siyahının və üzvlük kitabçasının surətlərinin təsdiq edilməsi xahiş edilmişdir. Sözügedən bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, idarə tərəfindən ona əvvəlcə imtina verilsə də, sonradan etdiyi müraciətinə ümumiyyətlə cavab verilməmişdir. Hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli imtinası və sonuncu müraciətinə cavab verməməsi (hərəkət və hərəkətsizlikləri) qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 0.10 ha bağ (torpaq) sahəsində göstərilən uyğunsuzluq aradan qaldırılmaqla (uyğunlaşdırılmaqla) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə daxil olmuş və icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2151/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun qızlıq soyadı “Vəliyeva” olmuş, ərə getdikdən sonra “Eminova” soyadını götürmüşdür. "Azneft kimyamaş" bağçılıq yoldaşlıq birliyi tərəfindən ona bağ sahəsinin ayrılmasına dair adına 1993-cü ildə 104 nömrəli üzvlük kitabçası verilmişdir. Həmin üzvlük kitabçasını naməlum şəkildə itirmişdir. Bu barədə onda yalnız üzvlük kitabçasının surəti qalmışdır. Bu barədə 525-ci qəzetin 10 iyun 2020-ci il tarixli buraxılışında həmin kitabçanın etibarsız sayılması barədə elan da vermişdir. 08 iyun 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək sözügedən üzvlük kitabçasının tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumatın daxil olub-olmaması barədə ərizə vermişdir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 0399281E-3220 saylı məktubunda Vəliyeva (Eminova) Firuzə Sülü qızına məxus olan “Azneft kimyamaş” bağçılıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan ərazisində 110 və 111 nömrəli bağ sahəsinə 1993-cü ildə verilmiş 104 nömrəli üzvlük kitabçasının tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumatın daxil olmaması göstərilmişdir. Məhkəmə qərarının 6-cı səhifəsinin sonuncu abzasında göstərmişdir ki: “Göründüyü kimi iddiaçı tələb etdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş, qeydiyyata əsas olmuş sənədlərdən hər hansı birini, yəni iddiaçı torpaq sahəsi üzərində istifadə, icarə və ya mülkiyyət hüquqlarını təsdiq edən sənəd təqdim etməmişdir. Eyni zamanda onun bağçılıq üzvlüyündən xaric edildiyi və üzvlük kitabçasının hüquqi qüvvəsini itirdiyi də müəyyən olunmuşdur. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 0,10 ha bağ (torpaq) sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatına alınmasından və çıxarışın verilməsindən cavabdeh inzibati orqanın imtinası əsaslıdır.” Məhkəmənin qərardadının əsassızlığı ilə bağlı bildirilmişdir ki, ilk öncə məhkəmə cavahdeh orqanın qanunla müəyyən edilmiş müddətdən kənara çıxaraq onun müraciətinə cavab verməməsinə münasibət bildirməmişdir. həmçinin məhkəmənin qərarında istinad etdiyi qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim etməməkləri əsası da doğru deyildir. Çünki onun adına verilmiş üzvlük kitabçasası itmişdir (bu barədə yalnız onda surəti qalmışdır). Həmçinin Cavabdeh orqanın verdiyi cavablarla da sübuta yetirilir ki, onun adına 110 və 111 saylı bağ sahələrinin ayrılması öz təsdiqini tapır. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********02 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə sənədlərin əsli 1 saylı Bakı İdarəsinə təqdim edildiyi təqdirdə müraciətinə baxılacaqdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********06 nömrəli məktubundan görünür ki, “Azneft kimyamaş” bağçılıq yoldaşlıq birliyi nəzdində X4 Bakı şəhəri, Xəzər rayonu, Türkan ərazisində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. X2 Xəzər rayonu, Türkan bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********47 nömrəli məktubdan görünür ki, “Azneft kimyamaş” bağçılıq yoldaşlıq birliyi nəzdində X4 Xəzər rayonu, Türkan bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır. Bağçılıq yoldaşlıq birliyi üzvlərinin siyahısı ümumi olduğundan sənəd surətini vermək mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********13 nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Azərneftkimyamaş” (“X1” X10 Cəmiyyəti) bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 nömrəli bağ sahələrinin ayrılmasına dair sənəd üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır.Sözügedən bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında Vəliyeva F.S.(siyahıda olduğu kimi) adına 110, 111 nömrəli bağ sahələri göstərilmişdir. Həmçinin arxiv qovluğunda saxlanılan “X7 heyətinin xx.xx.2006-cı il tarixli 3 nömrəli protokolu ilə istifadə olunmayan bağ sahələrinə dair üzvlük kitabçalarının hüquqi qüvvələrinin itirilməsi və bu barədə həmin üzvlərə rəsmi məktub və akt göndərilməsi qərara alınmışdır. Həmin protokolda istifadə edilməyən bağ sahələri kimi sorğuda bəhs edilən bağ nömrələri də qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********13 nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Azneftkimyamaş” (“X1” X10 Cəmiyyəti) bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 110 və 111 nömrəli bağ sahələrinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır.Sözügedən bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında Vəliyeva F.S. (siyahıda olduğu kimi) adına 110, 111 nömrəli bağ sahələri göstərilmişdir. Həmçinin arxiv qovluğunda saxlanılan “X7 heyətinin xx.xx.2006-cı il tarixli 3 nömrəli protokolu ilə istifadə olunmayan bağ sahələrinə dair üzvlük kitabçalarının hüquqi qüvvələrinin itirilməsi və bu barədə həmin üzvlərə rəsmi məktub və akt göndərilməsi qərara alınmışdır. Həmin protokolda istifadə edilməyən bağ sahələri kimi sorğuda bəhs edilən bağ nömrələri də qeyd edilmişdir. - X7 heyətinin iclasının 18 yanvar 2006-cı il tarixli 3 №-li Protokolunun təsdiq olunmuş surətindən görünür ki, institutun Türkan qəsəbəsində yerləşən kollektiv bağçılıq yoldaşlığının 18 üzvünün bağ sahələrindən (110 və 111 nömrəli bağ sahələri də qeyd edilmişdir) 10 ildən çox müddətdə istifadə etmədiyi müəyyən olunmuş və boş torpaq sahəsi olan və 5 ildən artıq müddətdə istifadə olunmayan torpaq sahiblərinə rəsmi məktub və akt göndərilməklə onların bağçılıq üzvlüyündən xaric edilməsi və üzvlük kitabçalarının öz hüquqi qüvvəsini itiriməsi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş “Yerli baxış keçirilməsi və faktiki vəziyyət barəsində məlumat verilməsi barədə” **********69 nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən “110” və “111” saylı bağ sahəsinə yerli baxış keçirilmiş və faktiki vəziyyətdə göstərilən torpaq sahəsi Maşınqayırma Texnologiyaları İnstitutunun kollektiv bağçılıq yoldaşlığının qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 109-110 saylı bağların ərazisinə uyğun gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, “Vəliyeva (Eminova) Firuzə Sülü qızının adına “Azneftkimyamaş” (“X1” X10 Cəmiyyəti) bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 110 və 111 nömrəli bağ sahələrinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin faktiki vəziyyətdə göstərilən torpaq sahəsinin Maşınqayırma Texnologiyaları İnstitutunun kollektiv bağçılıq yoldaşlığının qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 109-110 saylı bağların ərazisinə uyğun gəldiyi müəyyən olunmuşdur.Bundan əlavə məhkəmə araşdırması zamanı təqdim olunmuş “X7 heyətinin xx.xx.2006-cı il tarixli 3 nömrəli protokolu ilə iddiaçının iddia tələbində qeyd etdiyi 110 və 111 nömrəli bağ sahələri də göstərilməklə istifadə olunmayan bağ sahələrinə dair üzvlük kitabçalarının hüquqi qüvvələrinin itirilməsi və bu barədə həmin üzvlərə rəsmi məktub və akt göndərilməsi qərara alınmışdır.” Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 124 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bağçılıq Yoldaşlıq ərazilərindən 5 ildən artıq müddət ərzində torpaq sahələri götürmələrinə baxmayaraq, həmin sahələrdə heç bir abadlıq və becərmə işləri aparmayan - torpaq sahələri istifadəyə ayrılan vaxtdakı vəziyyətdə olan, vətəndaşların adlarından həmin torpaq sahələri X3 nümayəndəsinin və aiddiyyatı Bağçılıq Yoldaşlığının 3 üzvünün iştirakı ilə tərtib edilmiş akt əsasında silinsin və bu vətəndaşlardakı üzvlük kitabçaları öz hüquqi qüvvəsini itirmiş hesab edilsin. Torpaq sahəsindən istifadə etmək hüququ itirmiş vətəndaşa X6 tərəfindən rəsmi bildiriş göndərilsin. Qeyd edilənlərdən də göründüyü kimi, üzvlük kitabçaları öz hüquqi qüvvəsini X3 nümayəndəsinin və aiddiyyatı Bağçılıq Yoldaşlığının 3 üzvünün iştirakı ilə tərtib edilmiş akt əsasında itirir və bu barədə vətəndaşlara rəsmi bildiriş göndərilir. İş materiallarından görünür ki, “X7 heyətinin xx.xx.2006-cı il tarixli 3 nömrəli protokolu ilə istifadə olunmayan bağ sahələrinə dair üzvlük kitabçalarının hüquqi qüvvələrinin itirilməsi və bu barədə həmin üzvlərə rəsmi məktub və akt göndərilməsi qərara alınmışdır. Lakin, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamınında göstərilən qaydada aktın tərtib olunmasına dair iş materiallarında sübut mövcud deyildir, həmçinin bu barədə iddiaçıya rəsmi bildiriş göndərilməsi də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası üzvlük kitabçasının öz hüquqi qüvvəsini itirmədiyi qənaətinə gəlir. Bundan başqa məhkəmə qərarının əsaslandırma hissəsində “Vəliyeva (Eminova) Firuzə Sülü qızının adına “Azneftkimyamaş” (“X1” X10 Cəmiyyəti) bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 110 və 111 nömrəli bağ sahələrinin ayrılmasına dair sənədin (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmadığı qeyd edilmişdir. Kollegiya hesab edir ki, qeyd olunan sənədin arxivdə aşkar olunmaması, iddiaçının iradəsindən asılı olan hal olmamaqla yanaşı, həmin sənədlərin saxlanılması cavabdehin vəzifələrinə aiddir. Belə ki, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; Həmçinin məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********11 nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında Vəliyeva F.S. (siyahıda olduğu kimi) adına 110, 111 nömrəli bağ sahələri göstərilmişdir. İş materiallarında olan 491416 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən müəyyən edilir ki, İddiaçı nikah bağlanmamışdan əvvəlki soyadı Vəliyeva olmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən üzvlük kitabçasının naməlum şəkildə itməsi ilə bağlı qəzetdə elan verilmiş, həmçinin Baş Polis İdarəsinə müraciət olunmuşdur. İnzibati İcraat Haqqında Qanunun 19-cu maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qeyd edilənlərdən başqa birinci instansiya məhkəməsi qərarında cavabdehin müvafiq məktubuna istinad edərək, faktiki vəziyyətdə göstərilən torpaq sahəsinin Maşınqayırma Texnologiyaları İnstitutunun kollektiv bağçılıq yoldaşlığının qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 109-110 saylı bağların ərazisinə uyğun gəldiyinin müəyyən olunduğunu qeyd etmişdir. Bununla bağlı Kollegiya ilk növbədə qeyd edir ki, yuxarda qeyd edilən məsələ ilə bağlı cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə, nədə apelyasiya instansiya məhkəməsinə sübut təqdim olunmamışdır. Həmçinin Kollegiya hesab edir ki, hər hansı bir uyğunsuzluq mövcud olmuş olsa belə, həmin uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin apelyasiya instansiyası məhkəməsii tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Eyni zamanda qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur.( “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri) Beləliklə qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi üzvlük kitabçasının surəti mötəbər hesab olunmalı, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hal araşdırılmadan, əsassız və qanunsuz olaraq, iddia rədd edilmişdir. Son olaraq Kollegiya iddiaçının cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı ilkin müraciətinə cavab aldıqdan sonra, cavabdehə yenidən müraciət etsə də, cavabdeh tərəfindən həmin müraciətə cavab verilməyərək, hərəkətsizlik göstərilmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin hərəkətsizliyi qanunsuz hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2151/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehin hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 010 ha bağ (torpaq) sahəsinə dair uyğunsuzluq aradan qaldırılmaqla (uyğunlaşdırılmaqla) İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabə həvələ edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Mirzə Tağızadə Mirzə Hakimlər Xəyalə Cəmilova Xəya İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-716/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-716/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver