Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-716/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “bağ sahəsinə çıxarışın və plan –ölçünün verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7706/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli **********11 nömrəli məktubuna əsasən bildirilmişdir ki, təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Həmçinin idarənin arxivində bağçılıq-yoldaşlığa dair bölgü sxemi olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli, **********08 nömrəli “Bağ sahəsinə dair müvafiq məlumatın verilməsi” barədə məktubuna əsasən bildirilmişdir ki, “Gülüstan-1” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında X3 (sənəddə olduğu kimi) adı göstərilmiş, lakin bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. İddiaçı adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində Ləhiş bağ massivində 500 kv.m torpaq sahəsi olan 12 nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd (həmçinin ərizə ilə təqdim edilən üzvlük kitabçası, xx.xx.1989-cu il tarixli, 3 saylı protokoldan çıxarış) arxiv qovluğunda aşkar edilməmişdir.
3. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-18563/**********118363 nömrəli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, Bakı şəhəri, sabunçu rayonu, Ləhiş qəsəbəsi, “Gülüstan 1” b/y 12 nömrəli bağın sahəsi 756.0 kv.m , bağ sahəsinin sərhədləri hər tərəfindən mişar daşı ilə hasarlanmışdır, bölgü sxemi olmaması səbəbi ilə araşdırmaq mümkün olmamışdır.
4. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/222819/**********22819 nömrəli məktubu ilə bildirilmişdir ki, “Gülüstan” bağçılıq yoldaşlığın Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 12 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd İdarənin arxiv qovluğunda aşkar olunmamışdır.
5. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının komitəsi ilə birgə keçirdiyi iclasının 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışdan görünür ki, “Gülüstan-1 Bağ sahəsində 12 saylı torpaq sahəsi (500 kv.m) İddiaçı adına hesab olunması və on BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Həmin protokoldan çıxarışa “Gülüstan-1” bağçılıq yoldaşlığın bağ sahələrinin nömrələrini özündə əks etdirən sxem əlavə edilmişdir.
6. Bundan əlavə iddiaçı tərəfindən “Gülüstan-1” bağçılıq yoldaşlığın üzvlük kitabının notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Gülüstan-1” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 12 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrindən çıxarışın və plan –ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 6/255 nömrəli qərarına əsasən, “Gülüstan-1” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 12 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən toplanaraq cavadbeh orqana təqdim edilmişdir. Cavabdeh orqan əsassız olaraq formal mülahizələrə istinad edərək, heç bir sənəd və süut yəqdim etmədən ərizənin təmin ediməsindən imtina etmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərlə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Həmçinin idarəsnin arxivində bağçılıq-yoldaşlığa dair bölgü sxemi olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7706/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, “Gülüstan-1” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 12 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan –ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillərə (bağçılıq-yoldaşlığa dair bölgü sxeminin olmaması) gəldikdə məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, işdə olan sənədlər: “Gülüstan-1” bağçılıq yoldaşlığı birliyinə üzv olmasına dair üzvlük kitabçası, “Gülüstan-1” bağçılıq yoldaşlığının 10 mart 1989-cu il tarixli, 3 nömrəli protokolundan çıxarışı İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 12 nömrəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edir. Bundan əlavə, iddiaçının uzun müddət maneəsiz olaraq istifadəsində olan mübahisəli torpaq sahəsi üzərində fiziki və ya hüquqi şəxslər arasında hər hansı bir mübahisənin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.
12. Birinci instansiya məhkəməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci, 2.2-ci, 8.0.8-ci, 12.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 139-1.1.8-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»na istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7706/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “Gülüstan-1” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 500 kv.m-dən ibarət 12 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan –ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir və ərizə məhkəmə iclasının protokoluna əsasən icraata qəbul edilmişdir.
17. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 26.İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
27. İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, iddiaçı “Gülüstan-1” bağçılıq yoldaşlıq birliyinə üzv qəbul edilmiş, ona 12 nömrəli bağ səhəsi daimi istifadə etmək üçün verilmişdir, bu barədə bağçılıq cəmiyyətin üzvlərinin iclasının 10 mart 1989-cu il tarixli, 3 nömrəli protokoldan çıxarış və bağçının üzvlük kitabçası mövcuddur. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur.
28. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda, həmçinin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə (bağçılıq-yoldaşlığa dair bölgü sxeminin olmaması) gəldikdə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından (qərarın 18-20-ci bəndi) çıxış edərək hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, işdə olan sənədlər: “Gülüstan-1” bağçılıq yoldaşlığı birliyinə üzv olmasına dair üzvlük kitabçası, “Gülüstan-1” bağçılıq yoldaşlığının 10 mart 1989-cu il tarixli, 3 nömrəli protokolundan çıxarışı İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 12 nömrəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edir.
29. Bundan əlavə, iddiaçının uzun müddət maneəsiz olaraq istifadəsində olan mübahisəli torpaq sahəsi üzərində fiziki və ya hüquqi şəxslər arasında hər hansı bir mübahisənin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.
30. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsü qeyd edilməməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının komitəsi ilə birgə keçirdiyi iclasının 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışdan görünür ki, “Gülüstan-1 Bağ sahəsində 12 saylı torpaq sahəsi (500 kv.m) İddiaçı adına hesab olunması və on BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Həmin protokoldan çıxarışa “Gülüstan-1” bağçılıq yoldaşlığın bağ sahələrinin nömrələrini özündə əks etdirən sxem əlavə edilmişdir.
31. Göründüyü kimi, “Gülüstan-1 Bağ sahəsində 12 saylı torpaq sahəsinin ölçüsü 500 kv.m olduğu qeyd edilmişdir.
32. Həmçinin, məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “Gülüstan-1” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 500 kv.m-dən ibarət 12 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan –ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir və ərizə məhkəmə iclasının protokoluna əsasən icraata qəbul edilmişdir.
33. Belə ki, məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-18563/**********118363 nömrəli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, Bakı şəhəri, sabunçu rayonu, Ləhiş qəsəbəsi, “Gülüstan 1” b/y 12 nömrəli bağın sahəsi faktiki 756.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
34. Beləliklə, məhkəmə Kollegiyası iddiaçının dəqiqləşdirilmiş iddia ərizəsinin təmin olunmasını istisna edən hər hansı əsas müəyyən etmir. 35.Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. 36.Cavabdeh tərəfindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir, həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. 37.Beləliklə, birinci instansiya məhkəməsinin qərarından görünür ki, işin torpaq sahəsinin ölçüsü ilə bağlı mübahisələndirilən hallarına məhkəmə aydınlıq gətirməmiş, ona hüquqi qiymət verməmiş, həm də iddiaçının tələbinin dəqiqləşməsi baxımından iddiaçıya həmin hissədə İPM-in 13-cü maddəsindən irəli gələn xidməti vəzifəsinə əsasən tələbin dəqiqləşdirilməsində yardımçı olmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İPM-in 82-ci maddəsi). 39.Yuxarıda qeyd edilənlərə əsasən və işin faktiki hallarına tətbiq edilmiş hüquq normalarından çıxış edərək məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsinin ölçüsünün 756.0 kv.m deyil, 500 kv.m olması ilə bağlı dəlili əsaslı olduğundan, həmçinin iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “Gülüstan-1” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 500 kv.m-dən ibarət 12 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan –ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiyindən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7706/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7706/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. “Gülüstan-1” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 500 kv.m-dən ibarət 12 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan –ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.