Məhkəmə qərarları › İş №2-1(103)-717/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-717/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-717/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə X9 Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (xx.xx.1971-ci il tarixində Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuş, ünvan 1 ünvanınsa qeydiyyatdadır) cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021ci il tarixli 2-1(112)-8561/2021 nömrəli qərardadından (iddianın mümkün sayılmaması barədə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 15.07.2021-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması müddətlərinə dair» Əsasnamənin 4.2-ci bəndinin pozulması səbəbindən cavabdeh inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyana görə 06.02.2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay üçün müəyyən edilmiş pensiyasının məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Mirzəyev X4 şəhəri, M.Müşfiq küçəsi ev 76-da yaşayır və rəsmi olaraq həmin ünvanda qeydiyyatdadır. 20 ilə yaxın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili İşlər Orqanları sıralarında polis əməkdaşı olaraq xidmət keçmişdir. Xidmətkeçmə dövründə sağlamlığını itirmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən 25.01.2011-ci il tarixli 30 saylı xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ali Tibb-Ekspertizası Komissiyası tərəfindən 18.03.2011-ci il tarixdə İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsi olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddia ərizəsinə əlavə etdiyi TSEK-nın arayış və müayinə aktlarından görünür ki, iddiaçı 18.03.2011-ci, 13.02.2012-ci, 11.02.2013-cü, 05.02.2014-cü, 06.02.2015-ci, 06.02.2016-cı il tarixə kimi, 06.02.2016-cı il tarixdən 06.02.2021-ci il tarixə kimi 10 il fasiləsiz olaraq tibbi müayinələrdən keçmişdir. Tibbi-Sosial Ekspertiza Komissiyasının 06.02.2016-cı il tarixli qərarı ilə tibbi-müayinə müddəti 06.02.2021-ci il tarixə - sonuncu tarixə kimi uzadılmaqla iddiaçıya tibbi-sosial yardım və reabilitasiya xidməti təyin edilməmişdir. Bu da o deməkdir ki, 06.02.2021-ci il tarixdə iddiaçının əlillik müddəti başa çatdığı üçün avtomatik qaydada heç bir tibbi müayinə olmadan və komissiyasız, müddətsiz İİ (ikinci) dərəcəli əlillik təyin edilməli idi. Həmçinin bundan başqa iddiaçının 24.07.2021- ci il tarixdə 50 (əlli) yaşı tamam olduğu üçün X8 digər təqaüddə olan polis əməkdaşı kimi iddiaçının xidmətdə olma sonuncu yaş həddi cavabdeh tərəfindən dərhal nəzərə alınmalı və müddətsiz əlillik təyin olunana kimi xidməti ilinə 10 il əlillik müddəti əlavə edilməklə iddiaçının pensiya təminatı dayandırılmamalı və iddiaçıya ödənilməli idi. Təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı 20 ilə yaxın DİO sıralarında xidmət etməklə səhhətinə görə təqaüdə çıxmışdır. 10 il fasiləsiz olaraq (120 ay) ll (ikinci) dərəcəli əlil olmuş polis əməkdaşı kimi AR ƏƏSMN yanında DSMFnin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentindən hər ay pensiya almışdır. 10 il ərzində tibbi müayinələrdən keçmişdir, 06.02.2016-cı il tarixdə tibbi müayinə müddəti daha 5 il müddətində uzadılsa da, TSEK-in qərarı ilə iddiaçıya tibbisosial yardım və reabilitasiya xidməti təyin edilməmişdir. Eyni zamanda iddiaçının artıq 50 yaşı tamam olduğu üçün DİO sıralarında Xidmətkeçmə haqqında Əsasnamənin 137-ci maddəsinə əsasən bu isə artıq xidmətkeçmə müddətinin başa çatması deməkdir. Hər iki cavabdeh orqan isə əlilliyi olmuş şəxs kimi iddiaçının hüquqlarının kobudcasına pozmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş əlilliyin müddətinin müəyyən edilməsinə dair Əsasnamənin 4.2-ci bəndinin tələblərini, eləcə də dövlət adından çıxarılan məhkəmə aktını saymazyana olaraq icra etməmişdir. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli , 2-1(112)-5062/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddia tələbi üzrə müddətsiz İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi ilə bağlı öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Bir daha məhkəmənin nəzərinə çatdırmışdır ki, iddiaçı dövlət qulluqçusu, xüsusi rütbəli şəxs, polis əməkdaşı olmuşdur. «Polis haqqında» qanunda qeyd olunur ki, polis əməkdaşı dörd aydan artıq müddət ərzində səhhəti ilə bağlı öz vəzifəsini icra edə bilimirsə, o zaman o xüsusi Həkim Komissiyasının rəyi əsasında səhhəti ilə əlaqədar pensiyaya göndərilir. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı DİN Xüsusi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və 10 il fasiləsiz (120 ay) cavabdeh orqan Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentindən hər ay pensiya almışdır ki, bu faktı digər (DSMF) cavabdeh təsdiq edə bilər. İddiaçı hesab edir ki, əgər cavabdeh orqan iddiaçını sağlam hesab edirsə, o zaman 10 illik əlillik müddətini xidmət ili kimi əvvəlki xidmət ilinə əlavə etməklə iddiaçıya 28 il xidmət ilinə görə pensiya hesablayıb ödəməyə borcludur. Əgər iddiaçını əlil olmuş şəxs hesab edirsə, o zaman AR Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq olunmuş Əsasnamənin 4.2-ci bəndinin tələblərini məcburi qaydada icra etməyə borcludur. Digər cavabdeh DSMF-nin HQXRŞ İş təyinat İdarəsi isə öz növbəsində 06.02.2021-ci il tarixdən bəri hər ay üçün təyin olunmuş pensiyanı İİ (ikinci) dərəcəli əlillik təyin olunma kimi xidmət illərinə görə (18 il 04 ay 16 gün və əlavə 10 illik əlillik müddəti olmaqla 28 ilə görə) hesablayıb ödəməyə borcludur. Bakı İnzibati Məhkəməsi tərəfindən 17.07.2021-ci il, 10.09.2021-ci il tarixlərində Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlanmışdır. 19.10.2021-ci il tarixində iddiaçı məhkəməyə ərizə ünvanlayaraq 2-1(112)- 8561/2021 saylı inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2-1(112)-8561/2021 nömrəli qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2-1(112)-8561/2021 nömrəli (iddianın mümkün sayılmaması barədə) qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. 11.01.2022-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə daxil olmuş ərizəyə əsasən cavabdeh kimi yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin göstərilməsi qeyd edilmiş, xahiş hissəsində qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində ümumiyyətlə, cavabdehlərin adı qeyd edilməmişdir, eyni zamanda iddiaçı yuxarıda göstərilmiş ərizənin əsaslandırma hissəsində cavabdehin yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməsini qeyd etsə də, ərizənin xahiş hissəsində qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Belə olan halda iddiaçıya həm birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardım olunduğundan, həm də iddiaçının iddia tələbi konkret olmadığından məhkəmə kollegiyası ərizədə göstərilənləri iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə kimi qəbul etmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehlərin nümayəndələri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması müddətlərinə dair» Əsasnamənin 4.2-ci bəndinin pozulması səbəbindən cavabdeh inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyana görə 06.02.2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay üçün müəyyən edilmiş pensiyasının məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması təşkil etmişdir. Göründüyü kimi iddiaçının tələbi aydın olmamaqla yanaşı hər bir cavabdehə qarşı yönəlmiş tələbi konkret olaraq müəyyən edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5062/2021 nömrəli iş üzrə 19.05.2021- ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia qismən təmin edilərək İddiaçı əlillik dərəcəsi təyin edilməsi ilə bağlı iddiaçının müraciətinə dair inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə X9 Filialına müraciət etməsi də iş materialları ilə müəyyən edilmir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2-1(112)-8561/2021 nömrəli qərardadı (iddianın mümkün sayılmaması barədə) dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar