Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-718/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2- 1(112)-6511/2020 saylı qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bаkı İnzibаti Məhkəməsində iddia qaldıraraq, “Səyyar vergi yoxlamasının nəticələri haqqında” 12.11.2019-cu il tarixli, **********176981 nömrəli aktın və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.12.2019-cu il tarixli, **********195392 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. Sonradan iddiaçının nümayəndəsi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.12.2019-cu il tarixli, **********195392 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-6511/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim M.Qarayeva). Həmin qərardaddan narazı qalan iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin rəisinin (Nigar Alimova) imzası ilə İddiaçınə müraciətə baxılması barədə məktub göndərilmişdir. Məktubda göstərilmişdir ki, inzibati şikayətin verilməsi müddəti iddiaçı tərəfindən buraxılmışdır və müddətin buraxılması səbəbinin üzrlü olması ilə bağlı Dövlət Vergi Xidmətinə heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Məktubda müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlərdir , 10.06.2020-ci il tarixədək təqdim edilməsi iddiaçıya tövsiyyə olunmuşdur. İddiaçı , həmin məktuba cavab olaraq 09.06.2020-ci il tarixdə onlayn kargüzarlığa ərizə göndərmiş və bildirmişdir ki, şikayətin verilməsinin 3 ay müddəti koronavirusla bağlı (COVİD-19) karantin müddətinə düşdüyündən şikayət 15 may 2020-ci il tarixdə onlayn kargüzarlığa göndərilmişdir. Hesab edir ki, şikayətin verilmə müddəti yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən üzrlü hesab edilərək bərpa edilə bilər. Lakin, iddiaçının ərizəsinə vergi orqanı tərəfindən cavab verilməmişdir. Bir müddət gözləyəndən sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə öz qərardadı ilə iddianı mümkün saymamışdır. Məhkəmə də iddiaçının daş karxanasında işləməsini və bu işlə bağlı artıq Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 1(002)-104/2019 saylı hökmü ilə İddiaçı MMC-nin direktoru X1 təqsirləndirilərək cəzalandırılmasını nəzərə almamışdır. Mübahisələndirilən məsələ ilə bağlı qeyri-müəyyənlik vardır (məhkəmənin hökmündə göstərilən işin həcmi ilə vergi orqanın qərarında göstərilən işin həcmi ilə bağlı ciddi ziddiyyətlər var). Bu işdə mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsi halları yoxdur və işi obyektiv əsaslarla həll etmək imkanları var. Həmçinin vəkil və nümayəndə bildirmişdir ki, iddiaçının göstərilən iddia tələbi üzrə subyektiv hüququ var və cavabdeh də həmin iddiaya cavab verməli orqandır. Belə ki, İddiaçı MMC-nin direktoru X1 təqsirləndirilərək cəzalandırılması barədə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 1(002)-104/2019 saylı hökmündə göstərilir ki, İddiaçı MMC tərəfindən “Karvansaray” əhəngdaşı yatağında 2016-cı ilin yanvar ayından 24 avqust 2018-ci il tarixədək olan müddətdə 7680 kub.metr əhəngdaşı istehsal edilmişdir. Həmin həcm həmin yataqda aparılmış monitorunq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 23.01.2019-cu il tarixli rəyinə, kompleks nəhkəmə-yerquruluşu, mühəndis-tikinti-texniki, bioloji-torpaqşünaslıq və əmtəəşünaslıq eksperizasının 01.02.2019-cu il tarixli rəyi ilə təsdiq olunmuşdur. Həmin hökm qanuni qüvvəyə minmişdir. Lakin, vergi orqanı bu müəyyən olunmuş həcmi nəzərə almadan yenidən işıq sərfıyyatına uyğun olaraq hesablama aparmış və həmin dövr üçün istehsalın həcmini 3 dəfədən də artıq 7 25560,6 kub.metr müəyyən etmiş və mübahisələndirilən qərarı qəbul etmişdir. nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, ona dair yazılı etiraz təqdim edərək, izahatında bildirmişdir ki, vergi ödəyicisinin mübahisələndirdiyi 27.12.2019-qu il tarixli **********195392 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar 30.12.2019-cu il tarixdə vergi ödəyicisinin ünvanına poçt vasitəsilə göndərilməklə ona çatdırılmışdır. Lakin vergi ödəyicisinə həmin qərar 2019-ci ilin dekabr ayında göndərilməsinə baxmayaraq 2020-ci ilin sentyabr ayında məhkəmə qaydasında mübahisələndirilmiş və beləliklə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Vergi ödəyicisi tərəfindən məhkəməyə prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. İddia ərizəsində mübahisələndirilən 27.12.2019cu il tarixli **********195392 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın 02.01.2020-ci il tarixdə poçt vasitəsilə qəbul olunduğunu, lakin pandemiya şəraiti ilə bağlı olaraq vergi orqanına inzibati şikayətin 15.05.2020-ci il tarixdə onlayn formada təqdim edilməsinin mümkün olduğu bildirilmişdir. İddiaçı həmçinin bildirir ki, vergi orqanı tərəfindən müraciətə baxılması barədə ona ünvanlanmış məktubda inzibati şikayətin verilməsi üzrə müəyyən olunmuş prosessual müddətin ötürülməsi ilə bağlı təsdiqiedici sənədin təodim olunması ücün müddət təyin edilmiş və 09.06.2020-ci il tarixdə müddətin bərpası və şikayətə baxılması barədə ərizə ilə yenidən müraciət olunmasına baxmayaraq vergi orqanından müraciətə baxılması ilə bağlı hər hansı müraciət daxil olmamışdır. Qeyd edilən arqument ilə bağlı nümayəndə bildirmişdir ki, iddiaçı vergi orqanına inzibati şikayət ilə müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüş və 02.06.2020-ci il tarixli **********971400 saylı müraciətə baxılması barədə məktubla müddətin ötürülməsi ilə bağlı təsdiqedici sənədləri müəyyən edilmiş müddət ərzində təqdim etməsi təklif edilsə də, müvafiq sənədlər təqdim edilməmişdir. Başqa sözlə, vergi ödəyicisi müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı mövqeyini sübut edə bilməmişdir. Nümayəndə hesab etmişdir ki, inzibati şikayətin müəyyən olunmuş müddət ərzində verilməməsinin pandemiya ilə əlaqələndirməsi üzrlü səbəb deyildir, belə ki, vergi ödəyicisi inzibati qərarı qəbul etdiyi vaxtdan 2 aydan artıq müddət ərzində pandemiya ilə əlaqədar məhdudiyyət mövcud olmamış, məhdudiyyətlərin başladığı dövrdə isə vergi ödəyicisi vergi orqanına həmçinin onlayn qaydada müraciət etmək imkanına malik olmuşdur. Odur ki, inzibati şikayətin verilməsi ilə bağlı müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə bağlı iddiaçının dəlili əsaslı deyildir. Məhkəməyə müraciətlə bağlı isə yuxarıda qeyd etdiyimiz kimi qanunvericiliklə müəyyən edilmiş 30 günlük prosessual müddət birmənalı ötürülmüşdür. Odur ki, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlillərinin əsassızdır, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1 və 70.2-1.2-ci maddələrinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Birinci instansiya məhkəmədi bununla bağlı qeyd etmişdir ki, yuxarıda da göstərildiyi kimi, tərəflər arasında hüquq münasibətlərinin mövcud olduğu dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələbinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi qərar və ya digər sənəd vergi ödəyicisinə o zaman lazımi qaydada verilmiş sayılır ki, həmin sənəd vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırılmış olsun. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, "xxxx" MMC Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində hüquqi şəxs kimi qeydiyyata alınmış, ona VÖEN (**********) verilmişdir. "xxxx" MMC-nin ünvanı AZ 1080, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1diaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.12.2019-cu il tarixli, **********195392 nömrəli qərarın göndərilməsinə dair poçt zərfinin surətindən müəyyən edilir ki, həmin qərar vergi orqanı tərəfindən 30.12.2019- cu il tarixdə sifarişli – xəbərnaməli poçt göndərişi vasitəsilə vergi ödəyicisi "xxxx" MMC-nin dövlət qeydiyyatı haqqında sənədlərində qeyd edilmiş “AZ 1080, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanına göndərilmiş və 02.01.2020-ci il tarixdə vergi ödəyicisi tərəfindən qəbul olunmuşdur (zərfə bunu təsdiq edən poçt ştampı vurulmuşdur). İş materiallarından məlum olur ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.12.2019-cu il tarixli, **********195392 nömrəli qərardan yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) şikayət 15.05.2020-ci il tarixdə verilmişdir. Vergi orqanı vergi ödəyicisinə ünvanladığı cavab məktubunda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına istinad etməklə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlərin ərizəyə əlavə edilməklə İdarəyə təqdim edilməsi tövsiyə edilmiş, vergi ödəyicisi vergi orqana ünvanladığı ərizədə qərardan şikayət verilməsi müddətinin ölkə ərazisində COVİD-19 (koronavirus) infeksiyasının yayılması və karantin qaydalarının tətbiq edilməsi ilə əlaqələndirmiş, lakin müəyyən edilmiş müddət ərzində müddətin ötürülməsi ilə bağlı təsdiqedici sənədlər təqdim edilməmiş, bununla da, vergi ödəyicisi müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı mövqeyini sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdən iddiaçının mübahisələndirdiyi inzibati aktın iddiaçıya qanunvericiliyinin müvafiq dövrdə qüvvədə olan tələblərinə uyğun şəkildə təqdim edildiyi müəyyən olunur. İş materiallarından görünür ki, vergi ödəyicisi barəsində qəbul edilmiş qərardan həm məhkəməyə, həm də yuxarı vergi orqanına şikayətin verilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətləri ötürmüş, nəticədə mübahisələndirilən qərar artıq qanuni qüvvəsini almışdır. Konkret olaraq qeyd edilsə, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə iddiaçı həmin qərarın mübahisələndirilməsinə dair məhkəmədə iddia qaldırılmasının prosessual şərtlərinə riayət etməmişdir, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddəti tərəflərə üzərində çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarında mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daimi mübahisələndirilməsinə zəmin yaradardı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ötürülmüş müddətin səbəblərini yoxlamadan iddianın mümkün sayılmaması nəticəsinə gəlmişdir. Belə ki, işdən görünür ki, vergi ödəyicisi mübahisələndirdiyi 27.12.2019-qu il tarixli **********195392 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsi ilə bağlı AR Vergilər Nazirliyinə 15.05.2020-ci il tarixdə şikayətlə müraciət etmişdir. Vergi orqanı müraciətə baxaraq müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlərin 10.06.2020-ci il tarixədək təqdim edilməsi vergi ödəyicisinə tövsiyyə etmişdir. İşdə olan vergi ödəyicisinin AR Vergilər Nazirliyinə ünvünlandığı 09.06.2020-ci il tarixli ərizədə 27.12.2019-cu il tarixli **********195392 saylı qərarın ləğv edilməsi barədə verilmiş şikayətin verilmə müddətinin üzrlü səbəbdən buraxılmasını nəzərə alaraq bərpa edilməsini və şikayətə baxılmasını xahiş etmişdir. İddiaçı vergi orqanı tərəfindən ona həmin ərizəyə cavab verilmədiyini göstərmişdir. Ərizədə üzrlü səbəb kimi, şikayətin verilməsinin 3 ay müddəti koronavirusla bağlı (COVİD-19) karantin müddətinə düşdüyündən şikayət onlayn kargüzarlıqla göndərdiyini göstərsədə, vergi orqanı məhkəməyə təqdim etdiyi cavabında müddətin ötürülməsi səbəbinə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunla müəyyən edilmiş müddətin ötürülməsi faktı müəyyən etməli idi və bu məhkəmə tərəfindən vəzifə borcuna uyğun olaraq öz təşəbbüsü ilə yoxlanılmalıdır. Bundan əlavə müəyyən edilməlidir ki, müddəti buraxan iddiaçıya həqiqətən də mane olan hallar mövcud olmuşdur. İddiaçının əvvəlcə iddia qaldırmaq istəyi olmadığı hal, müddətin keçməsinin səbəb olsa da, qəsdən olduğuna görə,müddətin ötürülməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Kollegiya onu da qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası edilməsi o zaman mümkündür ki, müddətin ötürülməsi təqsirsiz baş versin. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcələ ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Təqsirsiz dedikdə, İPM-nin 24-cü maddənin anlamında qəsd və kobud ehtiyatsızlıq başa düşülür. Kobud ehtiyatsızlıq müddəti ötürən hər hansı bir proses iştirakçısının normal şəraitdə müddətin gözlənilməsi ilə bağlı etməli olduğu hərəkəti etinasızlıq göstərərək etməməyi başa düşülür. Təqsirli hərəkət o zaman buraxılmış prosessual müddətin bərpasına istisna edir ki, o, müddətin ötürülməsi üçün səbəb olsun (müddətin ötürülməsi ilə təqsirli hərəkət arasında səbəbli əlaqə). Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-6511/2020 saylı qərardadı ləğv edilsin və iş təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-718/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-718/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver