Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-719/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçının vəkili X2 iştirakı ilə. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzil növbəsinə götürülməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2-1(112)-2768/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2-1(112)-2768/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0.02564 ha ölçü ilə iddiaçının mülkiyyət hüququmun qeydiyyata alınmaması, sənədlərin qəbul edilməməsi, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməməsi, torpaq sahəsinin dövlət reyestrindən çıxarışın tərtib edilərək verilməməsindən (torpaq sahəsinin sənədləşdirilməsindən) ibarət imtinanın qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi - 0.02564 ha ölçü ilə göstərilməklə onun mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək iddiaçıya verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməlinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməlinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin sənədləşdirilməsi zamanı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə 05 noyabr 2019-cu il tarixli elektron müraciətlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin, cavabdeh təşkilat torpaq sahəsini sənədləşdirilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 06 fevral 1991ci il tarixli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən 0.01008 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair ********** nömrəli elektron çıxarış hazırlanmışdır. Nərimanov rayon məhkəməsinin 11.08.2004-cü il tarixli, 2-1380/2004 nömrəli qətnaməsi əsasında 06 fevral 1991-ci il tarixli texniki pasportda müvafiq dəyişikliklər edilərək torpaq sahəsinin həqiqi ölçüsü 0.02564 ha, tikinti altında yerləşən torpaq sahəsinin ölçüsü 0.01008 ha göstərilmişdir. İmtina məktubunda sözügedən qətnamə ilə torpaq sahəsi üzərində istifadə hüququ tanınmamış, yalnız 06.02.1991-ci il tarixli texniki pasportda mövcud vəziyyətə uyğun müvafıq dəyişikliyin edilməsi qət olunması bildirilnmişdir. İddiaçı hesab edir ki, mübahisəli torpaq sahəsinə hüquqları artıq Nərimanov rayon məhkəməsinin 11.08.2004-cü il tarixli,2- 1380/2004 nömrəli qətnaməsi ilə tanınmışdır. Bu da preyudisiya halı hesab olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə görə Bir mülki is üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin isdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mııbahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili X5 apelyasiya şikayətini müdafiə edərək, çıxışında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnamə»sinin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci maddəsində deyilir: "Müəyyən edilsin ki, bu Fərmanın 1 -ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.“ İddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını tələb etdiyi binaya dair təqdim edilmiş sənədlər həmin əmlaka dair hüquqların qeydiyyatı üçün əsas olmasına baxmayaraq və hüquqların dövlət qeydiyatından və sənədlərin qəbul edilməsindən imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından cavabdehin hərəkətsizliyi qanunvericiliyə uyğun deyildir və bunun nəticəsində iddiaçının daşınmaz əmlakın dövlət reystrində qeydiyyatı hüququ pozulmuş olur. Vəkil hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mülkiyyət hüququmun qeydiyyata alınması, həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planı və ölçüsünün tərtib edilərək mənə verilməsi üçün müvafiq sənədlərin qəbul edilməsindən imtina olunması onun mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı” təsdiq edilmişdir. Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) həmin siyahıya daxildir. İddia ərizəsinə əlavə olunmuş sənədlərin məcmusu ilə təsdiq olunur ki, cavahdeh təşkilat tərəfindən mülkiyyət hüququnun qeydiyyatından əsassız imtina edilməsi iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini mühüm dərəcədə məhdudlaşdırmaqla qanunvericiliyin tələblərini pozur. Qanun normalarının tələbinə əsasən iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını tələb etdiyi binaya dair təqdim edilmiş sənədlər həmin əmlaka dair hüquqların qeydiyyatı üçün əsas olmasına baxmayaraq və hüquqların dövlət qeydiyatından və sənədlərin qəbul edilməsindən imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından cavbdehin hərəkətsizliyi qanunvericiliyə uyğun deyildir və bunun nəticəsində iddiaçının daşınmaz əmlakımızın dövlət reystrində qeydiyyatı hüququ pozulmuş olur.Vəkil apelyasiya şikayətinin təmin edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi. 29 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınmaması, həmin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək iddiaçıya verilməməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilməli, həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması, buna görə də torpaq sahəsinə çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməlidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********15 saylı, 26 noyabr 2019-cu il tarixli imtina məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin sənədləşdirilməsi zamanı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə 05 noyabr 2019-cu il tarixli iddiaçının elektron müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılaraq bildirilmişdir ki, 06 fevral 1991 -ci il tarixli texniki pasporta əsasən ünvan 3 ünvanında yerləşən 0.01008 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Nərimanov Rayon Məhkəməsinin 11.08.2004-cü il tarixli, 2-1380/2004 nömrəli qətnaməsinin əsasında 06 fevral 1991-ci il tarixli texniki pasportda müvafiq dəyişikliklər edilərək torpaq sahəsinin həqiqi ölçüsü 0.02564 ha, tikinti altında yerləşən torpaq sahəsinin ölçüsü 0.01008 ha göstərilmişdir. Göründüyü kimi, həmin qətnamə ilə torpaq sahəsi üzərində istifadə hüququ tanınmamış, yalnız 06.02.1991-ci il tarixli texniki pasportda mövcud vəziyyətə uyğun müvafiq dəyişikliyin edilməsi qət olunmuşdur. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində müəyyən edilmişdir. Qanuna görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı" təsdiq edilmişdir. Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) həmin siyahıya daxildir. İşdə olan, - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1380/2004 saylı, 11 avqust 2004cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Bakı şəhəri, Tİ və MHQ İdarəsinin hərəkətsizliyinin qeyri-qanuni hesab edilməsi, X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, A.Səhhət küçəsi 29 saylı evə dair 1 saylı forma arayışın verilməsi, Bakı şəhəri, A.Səhhət küçəsi 29 saylı evin qarşısındakı həyətyanı torpaq sahəsinin evin texniki pasportuna daxil edilməklə texniki pasportda mövcud vəziyyətə uyğun müvafiq dəyişikliyin edilməsi, Qətnamənin icrası Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 84.80 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 21.09.2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********71-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyri-yaşayış binasının yerləşdiyi 0,010080 ha torpaq sahəsi xüsusi mülkiyyətdədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04/6609 inventar nömrəli 20 sentyabr 2019-cu il tarixli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, sənəd üzrə torpaq sahəsinin 001008, tikintialtı sahənin 0.01167, digər sahələrin 0.01397 olmaqla faktiki sahənin 0.02564 ha olduğu göstərilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1380/2004 saylı, 11 avqust 2004-cü il tarixli qətnaməsinə əsasən istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi - 0.02564 ha ölçü ilə göstərilməklə onun mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsini tələb edir. Cavabdeh tərəfindən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsinin səbəbi olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına əsas verən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nda göstərilən əsaslardan biri üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport(həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərildiyindən və iddiaçıya məxsus sözügedən Texniki Pasportda edilən düzəlişlər 2004-cü il tarixdə aparıldığından müraciətin təmin edilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0.02564 ha ölçülər daxilində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1380/2004 saylı, 11 avqust 2004-cü il tarixli qətnaməsinə istinad etməklə, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmaqla, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sübutların dairəsini müəyyənləşdirir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. Qeyd olunan Siyahının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) da həmçinin həmin Siyahıya daxildir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1380/2004 saylı, 11 avqust 2004-cü il tarixli qətnaməsinə istinad etməklə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0.02564 ha ölçülər göstərilməklə mülkiyyət hüququnun qeydiyyata alınması tələbini Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməli olduğundan və qeyd olunan Siyahının 2.4-cü bəndinin tələbi baxımından sözügedən sahəyə dair verilmiş Texniki Pasportun mülkiyyət hüquqlarının əldə edilməsi üçün əsas ola bilməz. Belə olan halda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, texniki pasportda edilən dəyişikliklər 2004-cü il tarixə təsadüf etdiyindən, iddiaçının sözügedən texniki pasporta istinad etməklə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etməkdə hüquqi əsasının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2-1(112)-2768/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-719/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-719/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver