Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-719/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1122/2021 saylı iş üzrə qəbul etdiyi 28 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “57 yaşı tamam olduğu 04 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il taxirli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2-ci bəndinin “b” yarımbəndinə əsasən dəniz, çay donanmasının üzən heyəti (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. İddiaçının “Azərbaycan X4” QSC-nin Xəzər X7sı tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli EN07/02-526 nömrəli arayışda işlədiyi gəmilərin şəhərdaxili və şəhərətrafı yol gəmilərinə aid olmadığı deyil, liman və limandaxili yol gəmilərinə aid olmadığı qeyd olunmuşdur. Eyni zamanda onun ümumi iş stajı 25 ildən az təşkil edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə Qubadlı rayonu Fərcan kəndində anadan olmuşdur. - НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, 10 noyabr 1980-cı il tarixdən 19 noyabr 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sahilxan oğlu 15.08.1979-cu il tarixdə 27.11.1979-cu il tarixədək Dimitrov adına Maşınqayırma Zaovud “Azərneftmontəmir” İB-nin 2 saylı müəssisəsində xarrat köməkçisi vəzifəsində, 03.12.1979-cu il tarixdən 25.10.1980-ci il tarixədək “Bakı Elektrik məişət cihazları” zavodu MTSŞ qot. məhsulları anbarına 2-ci dərəcəli daşıyıcı vəzifəsində işləmişdir. 21.02.1983-cü il tarixdə ANN TQT 1 saylı Bakı TQİ-nə 2-ci dərəcəli fəhlə kimi qəbul edilmiş, 02.01.1984-cü il tarixdə “Xüsusi Quraşdırma Təmir İdarəsi”nin sərəncamına keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. 13.01.1984-cü il tarixdən 27.08.1984-cü il tarixədək Azərbaycan SSR İcraiyyə Komitəsinin Xüsusi Tikinti Zavodunda 2-ci dərəcəli fəhlə vəzifəsində, 01.09.1984-cü il tarixdə 75 saylı TPM-də aşpaz-çörəkçi qrupuna qəbul edilmiş, 24.07.1985-ci il tarixdə 75 saylı TPM-ni bitirməsi ilə bağlı çıxarılmışdır. 06.08.1985-ci il tarixdən 28.04.1988-ci il tarixədək X4 75 saylı TPM-ni bitirdikdən sonra Nəqliyyat Donanmasının üzmə heyətində aşpaz vəzifəsində, 20.05.1988-ci il tarixdə “X6” İdarəsinin X2 Cənub Rayonu İdarəsi Seysmokəşfiyyat t/x 2-ci dərəcəli aşpaz vəzifəsinə qəbul edilmiş, 28.02.1989-cu il tarixdə “Xəzərdənizneftgeofizkəşfiyyat” Trestinə keçirilməklə azad edilmişdir. 01.03.1989-cu il tarixdə NSN Başneftgeofizika “Dənizgeoititf” İB “Xəzərdənizneftgeofizkəşfiyyat” Trestikeçirilmiş, 10.03.1990-cı il tarixdə işdən azad edilmişdir. 06.04.1990-cı il tarixdə “Aznəqlyoltikinti” LSTBİ Bolşevik t/x aşpaz vəzifəsinə qəbul edilmiş, 21.12.1990-cı il tarixdə MT 7026-ya birinci dərəcəli matros vəzifəsinə, 06.07.1991-ci il tarixdən MT 6082yə matros vəzifəsinə keçirilmiş, 21.08.1991-ci il tarixdə işdən azad edilmişdir. 26.08.1991ci il tarixdə “Ağdərə 7” gəmisinə 1-ci dərəcəli matros vəzifəsinə qəbul edilmiş, 01.11.1991ci il tarixdə “Zərdab-6”-ya 1-ci dərəcəli matros, 07.02.1992-ci il tarixdən “Cənub-20” gəmisinə 1-ci dərəcəli matros, 14.11.1995-ci il tarixdən “Ağdərə-7” gəmisinə 1-ci dərəcəli matros, 15.12.1992-ci il tarixdən “Cənub-18” gəmisinə 1-ci dərəcəli matros, 05.08.1996-cı il tarixdən “1219” gəmisinə 1-ci dərəcəli matros, 29.09.1997-ci il tarixdən 06.03.2000-ci il tarixədək “Cənub-5” gəmisinə 2-ci dərəcəli matros vəzifəsində işləmişdir. 09 mart 2000-ci il tarixdən 16 may 2001-ci il tarixinədək “Bul Kaspian” gəmisində matros, 01 iyun 2001-ci il tarixdən 17 may 2012-ci il tarixinədək “Orion-10”, “Orion-16”, “Ağdərə-7”, “PS-175”, “Qaradağ-8” gəmilərində matros, 17 may 2012- ci il tarixdən 18 sentyabr 2012-ci il tarixinədək “Karvan” növbə xidməti gəmisində matros, 20 sentyabr 2012-ci il tarixdən 01 aprel 2014-cü il tarixinədək “Abşeron Rayon X7sı İdarəsinin “Karvan” növbə xidməti sahəsində böyük matros vəzifələrində işləmiş, 01 may 2014-cü il tarixdən bu günə kimi Azərbaycan X4 QSC-nin Gəmi Xilasetmə vasitələrinin təmiri sahəsində təmirçiçilingər vəzifəsində işləyir. - “Azərbaycan X4” QSC-nin Xəzər X7sı tərəfindən verilmiş 6N01/02-526 saylı, 29 iyul 2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 20.05.1988-ci il tarixində “Xəzərdənizneftdonanma” İdarəsinin Cənub Rayon X7 İdarəsinə t/x “Seysmorazvedçik” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsinə (20.05.1988-ci il tarixli 109-k nömrəli əmr) işə qəbul edilmişdir. 28.02.1989-cu ildə “Xəzərdənizneftgeofizkəşfiyyat” idarəsinə ötürülməsi ilə əlaqədar işdən azad edilmişdir (03.03.1989-cu il tarixli 50-k nömrəli əmr). 26.08.1991-ci ildə “Ağdərə-7” gəmisinə 1-ci dərəcəli matros peşəsinə (24.08.1991-ci il tarixli 151-k nömrəli əmr) keçirilmişdir. O, 01.11.1991-ci ildə Donanmanın “Zərdab-6” gəmisində 1-ci dərəcəli matros (01.11.1991-ci il tarixli 193-k nömrəli əmr), b/k “Cənub-20” gəmisində 1-ci dərəcəli matros (07.02.1992-ci il tarixli 25-k nömrəli əmr), 05.08.1996-cı ildə m/k “1219” gəmisində 1-ci dərəcəli matros peşəsində (05.08.1996-ci il tarixli 140-k nömrəli əmr) çalışmışdır. 09.09.1997-ci ildə “Cənub-5” gəmisinə 2-ci dərəcəli matros (09.09.1997-ci il tarixli 186-k nömrəli əmr) peşəsinə keçirilmiş, 06.03.2000-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (BİE Kaspian firmasına keçməsi ilə əlaqədar) (06.03.2000-ci il tarixli 28-k nömrəli əmr) işdən azad edilmişdir. 01.06.2001-ci ildə “Orion-10” gəmisinə 1-ci dərəcəli matros peşəsinə (01.06.2001-ci il tarixli 65-k nömrəli əmr) işə qəbul edilmişdir. 20.04.2005-ci ildə “Orion-6” gəmisində (20.04.2005-ci il tarixli 43-k nömrəli əmr) 1-ci dərəcəli matros, 03.07.2006-cı ildə “PSK- 175” gəmisində aşpaz (03.07.2006-cı il tarixli 84-k nömrəli əmr), 04.08.2006-cı ildə “Ağdərə-7” gəmisində matros (04 08.2006-cı il tarixli 104-k nömrəli əmr) peşəsində çalışmışdır. 18.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (14.09.2012-ci il tarixli 2088-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 20.09.2012-ci ildə DİŞ-nin Karvan növbə xidməti sahəsinə böyük matros (20.09.2012-ci il tarixli 1962-k nömrəli əmr) peşəsinə işə qəbul edilmişdir. Hal-hazırda Gəmi xilasetmə vasitələrinin təmiri sahəsində çilingər vəzifəsində çalışır. Yuxarıda adı çəkilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əsas: kadr əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəli, “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” İdarəsi 07.03.2007-ci ildən Xəzər X7sı adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4nin və Xəzər X7sının yenidən təşkili yolu ilə “Azərbaycan X4“ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - “Azərbaycan X4” QSC Xəzər X7sı tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, TQ № 01/02- 711 saylı məktubu əsasında Xəzər X7sının arxivində İddiaçı 06.03.2000-ci il tarixdən 16.05.2001-ci il tarixinədək "xxxx" Şirkətində işləməsi ilə bağlı mövcud olan sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" Şirkəti tərəfindən verilmiş 30.05.2001-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də edilmiş "xxxx" Şirkətində gəmidə 09.03.2000-ci il tarixdən 16.05.2001-ci il tarixədək gəmidə matros vəzifəsində işləmişdir. Şirkətdə işlədiyi müddət üzrə 86 gün istirahət günündə olmuşdur. "xxxx" şirkəti tərəfindən məhkəməyə daxil olmuş 06.08.2021-ci il tarixli məktubdan görünür ki, məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, qeyd olunan dövr üçün arxiv məlumatları saxlanılmadığına görə İddiaçı "xxxx" Şirkətində işləyibişləməməsi barəsində heç bir məlumat təqdim edilə bilmir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********55 saylı, 28.08.2019-cu il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2-ci bəndinin “b” yarımbəndinə əsasən dəniz, çay donanmasının üzən heyəti (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətraflı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən vəzifə hesab edilir. “Azərbaycan X4” QSC-nin Xəzər X7sı tərəfindən verilmiş 29 iyul 2019- cu il tarixli, EN-07/02-526 nömrəli arayışda işlədiyi gəmilərin şəhərdaxili və şəhərətrafıyol gəmilərinə aid olmadığı deyil, liman və limandaxili yol gəmilərinə aid olmadığı qeyd olunmuşdur. Eyni zamanda onun ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Apelyasiya şikayətindən də göründüyü kimi, cavabdeh orqan EN07/02-526 nömrəli arayışda iddiaçının işlədiyi gəmilərin şəhərdaxili və şəhərətrafı yol gəmilərinə aid olmamasının göstərilməməsinə əsaslanaraq, həmin arayışda qeyd edilən fəaliyyət dövrünü güzəştli iş stajına aid etməmiş və ümumi iş stajının 25 ildən az olduğunu bildirmişdir. Apelyasiya şikayətinin bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “29 iyul 2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, “... Yuxarıda adı çəkilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir.” Göründüyü kimi, iddiaçının 06.08.1985-ci il tarixdən 01.01.2006-cı il tarixədək X4 İdarəsinin gəmilərində gəmi heyətində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XXVİİİ. Nəqliyyat (kod ********) adlı bölməsinin Dəniz və çay donanması adlı 3-cü yarımbölməsində (kod ********) “Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” peşəsinə uyğun olması faktı məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Eyni zamanda işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olub və 57 yaşının tamam olduğu 04.07.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 57 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; 1.5. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Əmək kitabçasına əsasən, 01.01.2006-cı il tarixə hərbi xidmət illəri də daxil edilməklə, iddiaçının ümumilikdə 25 il 11 ay 23 gün sığorta stajı mövcuddur, ((27.11.1979 – 15.08.1979 = 03 ay 08 gün) + (25.10.1980 – 03.12.1979 = 10 ay 22 gün) + (19.11.1982 – 10.11.1980 = 2 il 09 gün) + (02.01.1984 – 21.02.1983 = 10 ay 11 gün) + (27.08.1984 - 13.01.1984 = 07 ay 14 gün) + (24.07.1985 – 01.09.1984 = 10 ay 23 gün) + (28.04.1988 – 06.08.1985 = 2 il 08 ay 22 gün) + (28.02.1989 – 20.05.1988 = 09 ay 08 gün) + (10.03.1990 – 01.03.1989 = 1il 09 gün) + (21.08.1991 – 06.04.1990 = 1 il 04 ay 15 gün ) + (06.03.2000 – 26.08.1991 = 8 il 06 ay 10 gün) + (01.01.2006 – 09.03.2000 = 5 il 09 ay 22 gün)) = 25 il 11 ay 23 gün)) İddiaçı əmək fəaliyyətinin 20 il 02 ay 26 gününü isə əmək şəraiti zərərli və ağır olan işlərdə işləmişdir. ((28.04.1988 – 06.08.1985 = 2 il 08 ay 22 gün) + (28.02.1989 – 20.05.1988 = 09 ay 08 gün) + (10.03.1990 – 01.03.1989 = 1il 09 gün) + (21.08.1991 – 06.04.1990 = 1 il 04 ay 15 gün ) + (06.03.2000 – 26.08.1991 = 8 il 06 ay 10 gün) + (01.01.2006 – 09.03.2000 = 5 il 09 ay 22 gün)) = 20 il 02 ay 26 gün)) Göründüyü kimi iddiaçının tam əmək stajı 01.01.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu 04.07.2019cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 28 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1122/2021 saylı iş üzrə qəbul etdiyi 28 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-719/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-719/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver