Məhkəmə qərarları › İş №2-1(103)-72/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-72/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-72/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6194/2021 saylı 07 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçı 2006-cı ildə 3 uşağa görə pensiya təyin edilmişdir. Ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2020-ci il tarixli müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2002-xx.xx.2006-cı illər üzrə sığorta stajını müəyyn etmək mümkün olmadığı üçün və xx.xx.2006-xx.xx.2013-cü illər üzrə pensiya kapitalı pensiya alt sistemində əks olunmadığı üçün pensiyasının yenidən hesablanması mümkün hesab edilmir. Həmçinin 3 saylı DOST mərkəzi tərəfindən ünvanlanmış **********4 saylı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, əmək pensiyasının yenidən hesablanması haqqında ərizəsi baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Həmçinin iddiaçının əvvəlki müraciətlərinə xx.xx.2015-ci və xx.xx.2016-cı il tarixlərdə cavab olaraq bildirilmişdir ki, 1 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən təqdim olunmuş 2013-2014-cü illər üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (forma B№) uyğunsuzluq aşkar olunduğu, həmçinin müəssisə tərəfindən təqdim olunmuş 2006-2012-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a əsasən vətəndaş İddiaçı fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat öz əksini tapmadığı üçün həmin dövr üzrə vətəndaşın adına sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı barədə 4 saylı əlavənin verilməsi mümkün olmamışdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuş, 2006-cı ildən 51 yaşında 3 uşaq anası olması ilə əlaqədar pensiya alır. xx.xx.2002-ci ildən xx.xx.2015-ci ilə qədər xüsusi təyinatlı mənzil təsərrüfat birliyinin 10 saylı mənzil kommunal istismar sahəsində mühasib vəzifəsində işləmişdir. Lakin pensiya hesablanarkən həmin işlədiyi dövr nəzərə alınmamışdır. Bununla bağlı cavabdeh quruma müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı 2006cı ildən 3 uşaq anası olması ilə əlaqədar yaşa görə əmək pensiyası alır. O, pensiyasının yenidən hesablanması üçün müraciət etmiş, lakin filial tərəfindən xx.xx.2002-ci ildən xx.xx.2015-ci ilə qədər xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 10 saylı mənzil kommunal istismar sahəsinə mühasib vəzifəsində işlədiyi illərə aid sığorta stajını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən pensiyanın yenidən hesablanması mümkün olmamışdır. İddiaçıya hüququnun yarandığı xx.xx.2006-cı il tarixdə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.2002-xx.xx.2006-cı illər üzrə sığorta stajını müəyyən etmək mümkün olmadığı üçün və xx.xx.2006-xx.xx.2013-cü illər üzrə pensiya kapitalı pensiya alt sistemində əks olunmadığı üçün pensiyanın yenidən hesablanması mümkün olmamışdır. Həmçinin daha əvvəl verilmiş imtinaya uyğun olaraq bildirilmişdir ki, “X1 Sistemi”nin “Sığortaolunanların hesabları” bölümündə İddiaçı ödənilmiş məcburi dövlət sığorta haqları yalnız 2013-2015-ci illərdə ödənilmiş və əmək pensiyası təyin edilməsi zamanı nəzərə alınmışdır. Müəssisə tərəfindən təqdim olunmuş 2006-2012ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a əsasən vətəndaş İddiaçı fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat öz əksini tapmadığı üçün həmin dövr üzrə vətəndaşın adına sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı barədə 4 saylı əlavənin verilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6194/2021 saylı 07 dekabr 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 10 saylı mənzil kommunal istismar sahəsində mühasib vəzifəsində işlədiyi xx.xx.2002-xx.xx.2006 və xx.xx.2013-xx.xx.2015-ci illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiqində və təfsirində, eləcə də prosessual normaların tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və pensiyanın yenidən hesablanması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Məhkəmə Qərarının 19-cu bəndi ilə bağlı bildirilmişdir ki, etiraz məhkəməyə daxil olduqdan sonra və prosesin gedişində tərəfimizdən aparılan daha ətraflı araşdırmalarda şəxsin pensiya işinin təsdiq edilmiş surətinə baxış keçirilmiş, X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları" bölümündə İddiaçı xx.xx.2013- xx.xx.2015-ci illlərə aid ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat alınmış, eləcə də xx.xx.2021-ci il tarixli qarşılıqlı araşdırma haqqında akt tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə iddiaçının 30 il iş stajı nəzərə alınaraq pensiyaya çıxdığı və xx.xx.2002-xx.xx.2006-cı illərdə işlədiyini iddia etdiyi dövrün 1 il 7 ay 4 günü ilə bağlı stajını müəyyən etmək mümkün olmadığı üçün ümumi iş stajına daxil edilmədiyi göstərilmişdir. Həmin dövr qalan hissədə iddiaçının ümumi iş stajına hesablanmışdır. Məhkəmənin bu hissədə artıq hesablanmış dövrü yenidən hesablayaraq cavabdehin üzərinə qoymasını əsassız hesab edirik. Eləcə də, məhkəmə baxışı zamanı tərəfimizdən məhkəməyə və iddiaçının vəkilinə İddiaçı xx.xx.2013-xx.xx.2015-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları xx.xx.2021-ci il tarixli xidməti məktub göndərildikdən sonra hesablanaraq vətəndaşın pensiyasının üzərinə əlavə olunduğu bildirilmişdir. Lakin məhkəmə və iddiaçı tərəfindən bununla bağlı hər hansı bir sənədin təqdim edilməsi ilə bağlı tələb olmamışdır. Məhkəmə qərarının bu hissədə də əsassız olduğunu və ləğv edilməli olduğunu hesab edirik. Belə ki, qeyd edilən müddətlər hesablandığı və ödənildiyi üçün qərar qüvvədə qalacağı təqdirdə icrasının mümkün olmayacağını hesab edirik. Bununla yanaşı, iddiaçının ümumi iş stajına tərəfimizdən daxil edilməyən 1 il 7 ay 4 gün iş stajı ilə bağlı yenidən qarşılıqlı yoxlama keçirilmişdir. Yoxlama zamanı digər dövrlərə aid sənəd, ödənilən sığorta haqları və əmək haqlarını yoxlamaq mümkün olduğu halda həmin dövrlə bağlı (1 il 7 ay 4 gün) hər hansı bir sənədə rast gəlmək mümkün olmamışdır. Beləliklə iddiaçının həmin dövrdə əmək haqqı almadığı müəyyən edilmişdir. Məhkəmə qərarının 22-ci bəndində göstərilən və onun əsaslandığı “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Bu maddənin xx.xx.2006-ci ilədək sığortaedənlər tərəfindən sığortaedilənlərə hesablanmış lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarına aid olduğunu nəzərə alsaq, iddiaçının isə həmin dövrdə işləmədiyi, əmək haqqı almadığı üçün hər hansı borcu yaranmadığını və borcların silinməsinin iddiaçıya aid edilmədiyini müəyyən etməyimizə əsas verir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Mübahisələndirilən məhkəmə qərarından görünür ki, iddia qismən təmin edilmişdir. Hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin olunduğu hissədə yoxlanılır. Çünki məhkəmə qərarı iddianın təmin olunmadığı hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktublarının tarixi 17 və 18 dekabr 2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən qismən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə xx.xx.2002-xx.xx.2006 və xx.xx.2013-xx.xx.2015-ci illərin iddiaçıya pensiya təyin olunarkən nəzərə alınmadığına istinad edərək həmin illərin iddiaçının sığorta stajına daxil edilməklə yaşa görə pensiyasının yenidən hesablanması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.ss İş materiallarında olan iddiaçının pensiya işindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixdə yaşa görə pensiya təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iddiaçıya yenidən hesablanmış pensiya məbləği 237.46 manat olmuşdur. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, o, əmək fəaliyyətinə xx.xx.1973-cü ildə başlamış, xx.xx.2002-ci ildən xx.xx.2015-ci ilə qədər xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 10 saylı mənzil kommunal istismar sahəsində mühasib vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasına və xx.xx.2016-cı il tarixli ödəniş tapşırığına əsasən “X3 2006-cı ilin noyabrından 2013-cü ilin avqust ayınadək əmək haqqının 3% tutulmasının DSMF-ə köçürülməsi” təyinatı ilə 1 saylı XT MKTB tərəfindən 189,97 manat köçürülmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli qarşılıqlı araşdırma haqqında aktdan görünür ki, 2 saylı xüsusi təyinatlı MKTB-də İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək fasiləsiz olaraq əmək haqqı alması və həmin əmək haqlarından məcburi dövlət sığorta ayırlmaları tutulmuşdur. 2004-2005-ci illərin əmək haqqı cədvəlləri müəssisədə aşkar edilməmişdir. Daxili araşdırmanın nəticəsi olaraq təqdim edilmiş xidməti məktuba əsasən İddiaçı xx.xx.2006-cı il tarixinədək 30 il sığorta stajı (1 il 7 ay 4 gün sığorta stajını müəyyən etmək mümkün olmamışdır) nəzərə alınmaqla, xx.xx.2006- cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” müraciətinə əsasən onun xx.xx.2002-xx.xx.2006-cı illər üzrə sığorta stajını müəyyən etmək mümkün olmadığı üçün (zəruri olan əmək haqqı barədə arayış əlavə edilmədiyi üçün), eyni zamanda xx.xx.2006-xx.xx.2013-cü il illər üzrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün pensiya məbləğinin yenidən hesablanması mümkün olmamışdır. Bildirilmişdir ki, İddiaçı əmək pensiyası 31 il 7 ay 4 gün əmək stajı və fərdi hesabın sığorta hissəsində xx.xx.2013-cü il tarixindən sonra qeydə alınmış 73,87 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablansa, onun pensiyasının məbləği 270,46 manat müəyyən edilər. Hazırda İddiaçı 264,53 manat pensiya ödənilir. xx.xx.2021-ci il tarixli qarşılıqlı araşdırma haqqında akt, eləcə də daxili araşdırmanın nəticəsi olaraq təqdim edilmiş xx.xx.2021-ci il tarixli xidməti məktub iddiaya yazılı etirazın dəlilləri ilə uyğunsuzluq təşkil edir. Belə ki, aktda iddiaçının xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək fasiləsiz olaraq əmək haqqı alması və həmin əmək haqlarından məcburi dövlət sığorta ayırmalarının tutulduğu qeyd olunur. 2004-2005-ci illərin əmək haqqı cədvəlləri müəssisədə aşkar edilmədiyi bildirilsə də, iddiaya yazılı etirazda xx.xx.2002- xx.xx.2006-cı illər üzrə sığorta stajını müəyyən etməyin mümkün olmadığı; iddiaya yazılı etirazda təqdim olunan sığortaolunan hesabına əsasən xx.xx.2013xx.xx.2015-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqının ödəndiyi müəyyən olunsa da, xx.xx.2021-ci il tarixli xidməti məktubda bildirilmişdir ki, nəzərə alınmamış 1 il 07 ay 04 gün sığorta stajı (2004-2005-ci illərdə) və fərdi hesabın sığorta hissəsində xx.xx.2013- cü ildən sonra qeydə alınmış 73,87 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablansa (bu o deməkdir ki, hazırda hesablanmır), onun əmək pensiyasının məbləği 270,46 manat müəyyən edilər. Hazırda İddiaçı 264,53 manat pensiya alır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006- cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Kollegiya qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (xx.xx.2002-xx.xx.2006) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlilini məhkəmə kollegiyası əsassız sayır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə əsasən, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti Sığortaolunanın sığorta stajına daxil edilir. İşə birinci instansiya qaydasında baxılarkən müəyyən olunmuşdu ki, iddiaçının işlədiyi müəssisə tərəfindən xx.xx.2013-xx.xx.2015-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsə də, daxili araşdırmanın nəticəsi olaraq təqdim edilmiş xx.xx.2021ci il tarixli xidməti məktuba əsasən pensiyanın hesablanması zamanı həmin illər nəzərə alınmamışdır, yəni iddiaçının stajına daxil edilməmişdir. Bu səbəbdən məhkəmə həmin illərin də staja daxil edilməklə iddiaçının pensiyasının yenidən hesablanması qənaətinə gəlmişdir. Lakin apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2013-xx.xx.2015-ci illər üzrə məcburi sosial sığorta haqlarının xx.xx.2021ci il tarixli xidməti məktub göndərildikdən sonra hesablanaraq vətəndaşın pensiyasının üzərinə əlavə olunduğunu, lakin məhkəmə və iddiaçı tərəfindən bununla bağlı hər hansı sənədin təqdim olunması tələbinin olmadığını bildirilmişdir. Beləliklə də, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2013-xx.xx.2015-ci illərdə işlədiyi müddətin onun stajına daxil edilib pensiyasının yenidən hesablandığını bildirməklə, həmin dövrün təkrar nəzərə alınması məsələni yenidən mübahisələndirmişdir. Odur ki, həmin məsələ apellyasiya baxışı zamanı yenidən araşdırılmış və məlum olmuşdu ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2013-xx.xx.2015-ci illərdə işlədiyi müddət onun stajına daxil edilməmiş, belə ki, onun pensiyası yenidən hesablanarkən qeyd olunan dövrlərin nəzərə alınması ilə bağlı hər hansı sənəd cavabdeh inzibati orqan tərəfindən təqdim olunmamışdır. İddiaçı barəsində onun pensiyasının yenidən hesablanması ilə bağlı sonuncu qərar (i.v.31) xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdu ki, həmin qərarda da məhz qeyd olunan dövrün (xx.xx.2013xx.xx.2015) iddiaçının stajına daxi edilməklə pensiyasının yenidən hesablanması əks olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası aparılan araşdırmaların nəticəsi olaraq iddiaçının stajına daxil edilməsini tələb etdiyi xx.xx.2002-xx.xx.2006 və xx.xx.2013xx.xx.2015-ci illərin həqiqətən ona istər ilk dəfə pensiya təyin olunarkən, istərsə də sonradan xx.xx.2021-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilərkən onun stajına daxil edilmədiyi qənaətindədir, ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının sözügedən iddia tələbinin təmin olunması barədə düzgün nəticəyə gəldiyindən məhkəmənin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunur ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv olunub, həmin hissədə iddianın rədd edilməsi üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6194/2021 saylı 07 dekabr 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6194/2021 saylı 07 dekabr 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar