Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-720/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2-1(112)-4886/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2-1(112)-4886/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim P.Hüseynov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının illər boyu fərqlər nəzərə alınmaqla yenidən hesablanması və ona ödənilməmiş borcların ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 40 il 11 ay iş stajı və orta aylıq əmək haqqının 33,89 manat olması nəzərə alınmaqla 01.02.2004-cü il tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi vəsifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilin sentyabr ayından ximət illərinə görə pensiyaya çıxmış, 01 fevral 2004-cü ildən yaşa görə əmək pensiyası alır. Ümumi iş stajı 38 il 5 aydır. Ona təqdim edilmiş 05.06.2015-ci il tarilxi əmək haqqı arayışına əsasən onun orta aylıq əmək haqqı 33,89 manat təşkil etdiyi halda, ona ilkin təyinat 30 manat ödəniş edilmişdir. İlk təyinatı Astara rayon şöbəsi müəyyən etmişdir. Dəfələrlə DSMF-yə, onun Səbail rayon Şöbəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı müraciət etmiş, lakin müraciətlərin təmin edilməsindən imtina edilmişdir. Beləliklə 01.02.2004-cü ildən onun qanuni hüququ tapdalanmış, kəsirlərlə ona pensiya ödənilir. Stajı ilkin olaraq kəsirlə 36 il göstərilmişdir. O, Rusiyada 1996-1998-ci illədə 2 il 1 ay 15 gün işləmişdir, lakin onun işlədiyi əlavə əmək kitabçası qəbul edilməmişdir. Bu səbəbə görə onun iş stajı 40 il 11 ay 3 gün əvəzinə 36 il kimi sənədləşdirilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, yaşa görə 01.02.2004-cü ildə təqaüd təyin edilərkən əsassız olara 38 il 9 ay əvəzinə 36 il staj müəyyən etməklə aylıq 33,89 manat əvəzinə 30 manat təyin edilmişdir. Rusiyada 1996-1998-ci illərdə 02 il 01 ay 15 gün işlədiyi əlavə əmək kitabçasını əsassız qəbul etməmişlər. İddiaçı apellyasiya şikayətində iddiasının təmin edilməsini xahiş etmişdir. İlkin məhkəmə iclasında izhat vermiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, ona dair yazılı etirazını təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən X1 1/211 saylı qərara əsasən ilkin 11.09.1993-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonra isə iddiaçıya 01.02.2004-cü il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 03.12.2012-ci il tarixli sərəncamının surətinə əsasən X1 01.07.2011-ci ildən 159,52 manat məbləğində pensiya hesablanmışdır. İş materiallarında olan X1 məxsus 21,06.1967-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X2 20.01.1964-cü ildən 12.09.1968-ci ilə kimi Ərçivan kənd otra məktəbində müəllim, 05.10.1968-ci ildən 02.12.1968-ci ilə kimi Maştağa 128 nömrəli orta məhtəbə müvəqqəti olaraq rus dili müəllimi, 02.12.1968-ci ildə həmin vəzidən azad edilərək metodiki kabinetin müdiri vəzifəsinə köçürülmüş, 1969-cu ildən 1983-cü ilədək Lenin rayonu təhsil şöbəsi metodiki kabinəsinə müdir, sonra isə həmin vəzifədən azad edilərək Lenin rayonun 26 nömrəli məktəbində direktor müavini, 1983-cü ildən 1986-cı ilədək Lenin rayonun 21 nömrəli məktəbində məktəb direktoru, 1986-cı ildən 1993-cü ilədək 80 nömrəli məktəbin təlim-tərbiyəçiləri üzrə direktor müavini, həmin vəzifədən xidmət işlərinə görə təqaüdə çıxması ilə əlqədar 01.09.1993-cü ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, 1993-cü ildən-1996-cı ilədək 82 nömrəli TQİ-nin kadr şöbəsinin müavini vəzifəsində çalışmışdır. İş materiallarında olan X1 məxsus AT-Vİİ ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, 01.04.1996-cı ildən 01,07.1998-ci ilədək Rusiya Federasiyasında ayrı-ayrı sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Vətəndaşın 38 il 5 ay əmək stajını nəzərə alaraq ona pensiya təyin edilmişdir. O, isə 40 il 11 ay əmək stajının olduğunu iddia edir, iddiaçıya 11.09.1993-cü il tarixdə xidmət illərinə görə pensiya, 01.02.2004-cü ildə yaşa görə pensiya təyin edilmişdir. İddiaçının sığorta stajı 01.01,2006-cı ilədək 38 il 5 ay təşkil etmişdir. 01.07.2011-ci ildən isə iddiaçının 38 il 5 ay sığorta stajı əsasında pensiyası yenidən hesablanmışdır. İddiaçı onun orta aylıq əmək haqqının 33,89 manat təşkil etdiyini və pensiyasının ona uyğun hesablanmalı olduğunu qeyd etsə də, cavabdeh tərəfindən 23 sentyabr 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azerbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçının stajı, orta aylıq əmək haqqı nəzərə alınmaqla ona 30 manat hesablanmışdır. Bundan başqa iddiaçı onun Rusiya Federasiyasında işlədiyi ( Rusiyada 1996-1998-ci illədə işləmişdir, əlavə əmək kitabçası var) 2 il 1 ay 15 gün stajının da nəzərə alınaraq ona ümumilikdə 40 il 11 ay stajın nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. Lakin iddiaçının Rusiya Federasiyasının ərazisində qazandığı əmək stajı o halda onun sosial sığorta stajına daxil edilə bilər ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.1 -ci maddəsində nəzərdə tutulmuş şərt yerinə yetirilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1 -ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir; 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ- nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Lakin qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən iddiaçının qeyd olunan dövrdə başqa dövlətin ərazisində iş dövrü sığorta stajına daxil edilə bilməz. Bununla bağlı 25 fevral 2020- ci İİ tarixli 2-1(102)- 12/2020-ci il tarixli Ali Məhkəmənin qərarı var. Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan iddiaçıya məxsus AZE 14795459 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 31.12.1941-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 29.07.2019-cu il tarixli **********5 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi Sizin mürciətinizlə əlaqədar olara bildirir ki, Siz şöbədən 11.09.1993-cü ildən yaşa görə əmək pensiyası alırsınız. Sizin 01.01.2006-cı il tarixədək 38 il 5 ay təşkil edir. Hal- hazırda pensiyanızın məbləği 227,18 manat təşkil edir. Nəzərinizə çatdırırıq ki, şöbəyə təqdim etdiyiniz 05.06.2015-ci il tarixli 36/546 saylı əmək haqqı arayışı əsasında orta aylıq əmək haqqınız 33,89 azn təşkil edir. İş materiallarında olan X1 məxsus pensiya işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən X1 1/211 saylı qərara əsasən ilkin 11.09.1993-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonra isə iddiaçıya 01.02.2004-cü il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 03.12.2012-ci il tarixli sərəncamının surətinə əsasən X1 01.07.2011-ci ildən 159,52 manat məbləğində pensiya hesablanmışdır. İş materiallarında olan X1 məxsus 21.06.1967-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X2 20.01.1964-cü ildən 12.09.1968-ci ilə kimi Ərçivan kənd otra məktəbində müəllim, 05.10.1968-ci ildən 02.12.1968-ci ilə kimi Maştağa 128 nömrəli orta məhtəbə müvəqqəti olaraq rus dili müəllimi, 02.12.1968-ci ildə həmin vəzidən azad edilərək metodiki kabinetin müdiri vəzifəsinə köçürülmüş, 1969-cu ildən 1983-cü ilədək Lenin rayonu təhsil şöbəsi metodiki kabinəsinə müdir, sonra isə həmin vəzifədən azad edilərək Lenin rayonun 26 nömrəli məktəbində direktor müavini, 1983-cü ildən 1986cı ilədək Lenin rayonun 21 nömrəli məktəbində məktəb direktoru, 1986-cı ildən 1993-cü ilədək 80 nömrəli məktəbin təlim-tərbiyəçiləri üzrə direktor müavini, həmin vəzifədən xidmət işlərinə görə təqaüdə çıxması ilə əlqədar 01.09.1993-cü ildə öz xahişi ilə vəzifəsindən azad edilmiş, 1993-cü ildən-1996-cı ilədək 82 nömrəli TQİ-nin kadr şöbəsinin müavini vəzifəsində çalışmışdır. İş materiallarında olan X1 məxsus AT-Vİİ ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, 01.04.1996-cı ildən 01.07.1998-ci ilədək Rusiya Federasiyasında ayrı-ayrı sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinin 1, 3 və 5-ci hissələrinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13- cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz; 60-cı maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar - 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir; 72-cı maddəsinin 1-ci hissəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir; 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya 11.09.1993cü il tarixdə xidmət illərinə görə pensiya, 01.02.2004-cü ildə yaşa görə pensiya təyin edilmişdir. İddiaçının sığorta stajı 01.01.2006-cı ilədək 38 il 5 ay təşkil etmişdir. 01.07.2011-ci ildən isə iddiaçının 38 il 5 ay sığorta stajı əsasında pensiyası yenidən hesablanmışdır. İddiaçı onun orta aylıq əmək haqqının 33,89 manat təşkil etdiyini və pensiyasının ona uyğun hesablanmalı olduğunu qeyd etsə də, cavabdeh tərəfindən 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçının stajı, orta aylıq əmək haqqı nəzərə alınmaqla ona 30 manat hesablanmışdır. Bundan başqa iddiaçı onun Rusiya Federasiyasında işlədiyi 2 il 1 ay 15 gün stajının da nəzərə alınaraq ona ümumilikdə 40 il 11 ay stajın nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. Lakin iddiaçının Rusiya Federasiyasının ərazisində qazandığı əmək satjı o halda onun sosial sığorta stajına daxil edilə bilər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində nəzərdə tutulmuş şərt yerinə yetirilsin. Lakin qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən iddiaçının qeyd olunan dövrdə başqa dövlətin ərazisində iş dövrü sığorta stajına daxil edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2-1(112)-4886/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-720/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-720/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver