Məhkəmə qərarları › İş №2-1(103)-721/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-721/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-721/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X11 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Cavabdehnə qarşı pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1876/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt şəhər XDS İK-nın Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Mənzil-kommunal Təsərrüfatı Nazirliyi Texniki X1 mühəndis, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilə qədər Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində mühəndis, mütəxəssis, şöbə müdiri işlədiyi dövrləri dövlət qulluğu stajına daxil edilməklə pensiyasının hesablanması üçün əsas götürülən dövr üçün dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30 faiz əlavə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində verilən əlavə haqqın nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən pensiyasının yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt şəhər XDS İK-nın Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Texniki X1 mühəndis, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilə qədər Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində mühəndis, mütəxəssis, şöbə müdiri, xx.xx.2005-ci ildən xx.xx.2018-ci il tarixə qədər hazırda AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Ona xx.xx.2018-ci il tarixdən yəni 63 yaş yarım tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin, pensiya təyin olunan zaman onun yuxarıda sadaladığı vəzifələrdə işlədiyi dövrləri dövlət qulluğu stajına daxil edilməmişdir. Halbuki, işlədiyi dövrlər dövlət qulluğuna aid olduğundan DSMF-nin Nəsimi rayon Şöbəsi tərəfindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmalı idi. Bununla bağlı olaraq cavabdehə ərizə ilə müraciət etsə də, həmin müraciəti təmin olunmamışdır. Halbuki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiyasının müvafiq rəyinə əsasən xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt şəhər XDS İK-nın Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Texniki X1 mühəndis, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilə qədər Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində mühəndis, mütəxəssis, şöbə müdiri vəzifəsində işlədiyi dövrlər dövlət qulluğu stajına daxil edilməli idi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1876/2019 saylı, xx xxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt şəhər XDS İK-nın Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Mənzil-kommunal Təsərrüfatı Nazirliyi Texniki X1 mühəndis, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilə qədər Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində mühəndis, mütəxəssis, şöbə müdiri işlədiyi dövrləri dövlət qulluğu stajına daxil edilməklə pensiyasının hesablanması üçün əsas götürülən dövr üçün dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30 faiz əlavə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində verilən əlavə haqqın nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən pensiyasının yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək iddiaçının çalışdığı idarə və təşkilatların adlarının xx.xx.1991-ci ilədək dövlət, sovet, partiya orqanlarında, inzbibati və yardımçı vəzifələrin təsnifat toplusu qüvvəyə minənədək mövcud olan dövlət qulluğu vəzifələrinin adları siyahısında öz təsdiqini tapmadığını göstərib məhkəmənin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1644/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1876/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1644/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3165/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1644/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X17 X14 İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının xx xxxx 2020-ci il tarixli iclasında iştirak edən iddiaçının vəkili X12 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəmsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə ona aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqq verilməsi hissəsində ləğv edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt şəhər XDS İK-nın Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Texniki X1 mühəndis, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda mühəndis, xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilə qədər Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində şöbə rəisi, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində mühəndis, mütəxəssis, şöbə müdiri, xx.xx.2005-ci ildən xx.xx.2018-ci il tarixə qədər hazırki AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə DSMF-nin Nəsimi rayon Şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, DSMF-nin Nəsimi rayon Şöbəsinin **********5 №-li xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən ömürlük olaraq 140,19 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı ərizə ilə DSMF-nin Nəsimi rayon Şöbəsinə müraciət edərək 1976-cı ildən 2006-cı ilədək olan stajının dövlət qulluğu stajı kimi sayılmasını xahiş etmiş, DSMFnin Nəsimi rayon Şöbəsi həmin ərizəni təmin etməmiş və imtinanın əsası kimi, dövlət qulluqçularının əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq və mükafatlar barədə qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayışın təqdim olunmaması göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 01/xxxx/0418 №-li xx.xx.2014-cü il tarixli rəyini, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və X5 Nizamnaməsi»ni və işin digər hallarını nəzərə alaraq cavabdeh orqanın imtinasını qanunsuz saymış və və iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə ona aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqq verilməsi hissəsi ilə razılaşmır və qeyd edir ki, hakimiyyət səlahiyyətinin icrasına görə dövlət qulluqçularına əlavələrin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 4. 3-cü bəndində - 5-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinləri nəzərdə tutulmuşdur. Həmin Fərmanın 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı əmək fəaliyyəti dövründə böyük texnik, mühəndis, şöbə rəisi, mütəxəssis və şöbə müdiri vəzifələrində çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti dövründə çalışdığı vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 4.3-cü bəndində nəzərdə tutulmadığından birinci instansiya məhkəməsinin qərarı iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə ona aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqq verilməsi hissəsində əsaslı olmadığından ləğv edilməli, iddia bu hissədə rədd edilməlidir. İddia tələbinin qalan hissəsi ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. İddiaçının 1976-2005-ci illərdə işlədiyi yerlər dövlət orqanlarıdır. Belə ki, iddiaçının 1976-cı il 5 oktyabr tarixdən 1982-ci il 10 may tarixədək Sumqayıt şəhər X18 İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat İdarəsində böyük texnik və mühəndis vəzifələrində işlədiyi dövrə münasibət bildirərək qeyd edilməlidir ki, həmin orqan hazırda Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X2raq fəaliyyət göstərir. Onun dövlət orqanı olması Əsasnaməsindən aydın olur. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.1ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. Həmin Əsasnamənin 1.5-ci bəndə əsasən, yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən orqanlar, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər və mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, yerli icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan orqanların və yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri (yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin möhürləri istisna olmaqla) və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Həmin Əsasnamənin 1.8-ci bəndə əsasən, yerli icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcəsi) və mövcud qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Sovet dövründə mövcud olmuş X10 hazırda İcra Hakimiyyəti olması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı ilə də təsdiq edilmişdir. Həmin Siyahının 1.15-1.17-ci və 2.13-cü bəndləri ilə nəzərdə tutulan orqanlar və vəzifələr üzrə uyğunlaşdırmalardan aydın olur ki, 1976-2005-ci illərdəki iş yerləri və vəzifələr dövlət qulluğu kimi nəzərə alınmalıdır. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən dövlət qulluqçusuna dövlət qulluğunda 15 ildən artıq qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavə haqq ödənilir. İş materiallarından görünür ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xx.xx.2014-cü il tarixli 13/04-61 №-li məktubla AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasına müraciət edərək AR Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və X6 dövlət orqanı statusunun şamil olunub-olunmaması barədə rəy verilməsini xahiş etmiş, Komissiyanın 01/xx-xx/0418 №-li xx.xx.2014-cü il tarixli Rəyinə əsasən «Dövlət qulluğu haqqında» AR Qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumunun dövlət orqanı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və X5 Nizamnaməsi»nin 1.2-ci bəndinə əsasən həmin İdarə Dövlət Tikinti və Arxitektura Komitəsinə tabedir. Həmin Nizamnamənin 1.3-cü bəndinə uyğun olaraq həmin İdarə dövlət sifarişlərini həyata keçirərkən büdcədən maliyyələşdirilmişdir. Müvafiq Nizamnamənin 1.6-cı bəndinə əsasən Baş idarə respublika ərazisində tabeçiliyində olan struktur bölmələri üzərində müvafiq dövlət nəzarətini həyata keçirir və icra edici səlahiyyətlərə malikdir. Eyni zamanda Baş idarə Fərmanla Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinə verilmiş dövlət idarəetmə və nəzarət funksiyalarının bir qismini həyata keçirmişdir. Belə ki, müvafiq Nizamnamənin 2.1.2-ci yarımbəndinin «e» abzasına uyğun olaraq Baş idarə yaşayış fondunun dövlət uçotu, müxtəlif sifarişlər əsasında tikili və qurğuların texniki inventarlaşdırılması və mülkiyyət hüquqlarının müəyyən edilməsi zamanı, elecə də tikinti və şəhərsalma obyektlərində icra olunan işlər və texniki inventarlaşdırma zamanı qanun pozuntusu aşkar edildikdə qanunvericiliyə uyğun olaraq tədbirlər görür. Qeyd edilən Nizamnamənin 2.1.3-cü yarımbəndinin «d» abzasına uyğun olaraq Baş idarə yaşayış məskənləri ərazisində və şəhərsalmanın tələbatı üçün ayrılmış torpaqlarda baş planın tələblərinə riayət edilməsinə nəzarət edir. Həmin Nizamnamənin 2.1.3-cü yarımbəndinin «f» abzasına uyğun olaraq Baş idarə Azərbaycan Respublikasında texniki inventarlaşdırma işlərinə metodik rəhbərlik edir və özəlləşdirilmiş mülkiyyətin texniki inventarlaşdırılmasının və hüquqi qeydiyyat əsasında dövlət uçotunun aparılmasının təşkili və düzgünlüyünə nəzarət edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat üzrə Bakı bölgə şöbəsinin 2002-ci il 13 dekabr tarixli 1/B-2491 №-li məktubuna uyğun olaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və X8 dövlət hakimiyyəti orqanı hesab edilmiş və hüquqi şəxs kimi qeydiyyata alınmaqdan imtina edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2014-cü il tarixli 13/04-61 №-li məktubuna əsasən dövlət büdcəsindən ayrılmış vəsaitlər Komitənin müvafiq əmrləri ilə Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının qeydiyyatı və X6 köçürülmüş, həmin vəsait hesabına idarənin mərkəzi aparatı və şəhərsalma kadastr şöbəsinin işçilərinə əmək haqqı ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və X8 müvafiq sahə üzrə idarəetmə və nəzarət funksiyalarını həyata keçirdiyindən həmin idarənin mərkəzi aparatında, o cümlədən Şəhərsalma kadastrı şöbəsində işləyən və dövlət büdcəsindən maaş alan şəxslərə dövlət qulluqçusu statusu şamil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının xx.xx.1976-cı ildən xx.xx.2005-ci ilə qədər işlədiyi Sumqayıt şəhər XDS İK-nın Kommunal Təsərrüfat İdarəsində-böyük texnik və mühəndis, Azərbaycan SSR Mənzil-kommunal Təsərrüfatı Nazirliyi Texniki X1-mühəndis, Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Rayonlararası Texniki İnventarlaşdırma Bürosunda- mühəndis, Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində-şöbə rəisi, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsində-mühəndis, mütəxəssis, şöbə müdiri orqanların dövlət orqanları, vəzifələrin isə dövlət qulluğu vəzifəsidir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının dövlət qulluğunda iş stajının 15 ildən çox olduğu qənaətinə gəlib ona qulluq stajına görə 30 faiz əlavə haqq verilməklə bağlı mövqeyində əsaslı olmuş və düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi üçün qanunauyğun əsaslar mövcuddur. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının hissəvi- iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə ona aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqq verilməsi hissəsində ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı qismən- iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə ona aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqq verilməsi hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1876/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı İddiaçı hakimiyyət səlahiyyətlərinin icrasına görə ona aylıq vəzifə maaşının 15 faiz məbləğində əlavə haqq verilməsi hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər Sədrlik edən: Həmid Həmidov Hakimlər: Elmira Nağıyeva Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar