Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-721/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müvafiq səbəblə əlilliyin bərpa edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4064/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14-15 fevral 2023-cü il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hərbi travma ilə əlaqədar əlillik hüququnun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Xankəndidə doğulmuşdur. 3 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair “Birinci əl barmaq sümüyünün sınağı, odlu silah mərmi partlayışından sonra sağ və sol əlin birinci daraq sümüklərinin köhnə kafi bitişmiş sınaqları. Sol əlin 7 – 11 daraq sümükləri yumşaq toxumaları arasında təqribən 2.4 mm ölçüdə metal qəlpə. Sağ və sol əlin dəri çapığı toxumaları. Essensial birincilik hipertenziya, hipertoniya xəstəliyi İİ mər. Xroniki hepatit. Xroniki kolit. Bel-oma fəqərələrinin osteoxondrozu L4 fəqərəsinin laminoektomiyası əməliyyatından sonrakı hal. Dəqiqləşdirilməmiş polinevropatiyalar, sol mil sinirinin neyropatiyası. Xroniki xolesistit, insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2. Başlanğıc qocalıq kataraktası. Başlanğıc katarakt. Parkinson xəstəliyi. Parkinson xəstəliyi Rigit əsmələrlə” rəyi verilmişdir. İddiaçı “hərbi travma ilə əlaqədar əlilliyin verilməsi” ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Bununla əlaqədar o, hospitalda yatmışdır. 3 noyabr 2021-ci il tarixdə müraciətə cavab olaraq bildirilmişdir ki, onun (iddiaçının) hərbi xidmət dövründə aldığı yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin (a) yarımbəndinə əsasən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmiş və ona 9 iyun 2017-ci il tarixli 1020 nömrəli qərar verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsindən verilmiş hərbi xidmətkeçmə haqqında arayışda vətəndaşın 1992-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsi qeyd edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən vətəndaşın aldığı hər hansı bir travmanın, xəstəliyin, yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi yalnız onun hərbi xidmət dövründə hərbi xidmət keçərkən müalicə olunduğu tibb məntəqəsindən verilmiş çıxarış epikrizinə əsasən təyin edilir. Onun (iddiaçının) hərbi xidmət dövrü hərbi xidmət keçərkən aldığı yaralanma ilə əlaqədar yaralanmanın hərbi xidmətlə əlaqəsi təyin edilmişdir. Lakin vətəndaşın təqdim etdiyi 11 dekabr 2018-ci il tarixli çıxarış epikrizi hərbi xidmət dövrünə aid olmadığından, əsas kimi götürülməmişdir və onun xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyini mümkün deyildir. Odur ki, verilmiş qərar düzgündür, dəyişdirilməsinə əsas yoxdur. Göstərilənlərə və İPM-in 2.2, 33, 34, 73-cü maddələrinə əsaslanaraq, iddiaçıya hərbi travma ilə əlaqədar əlillik hüququnun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4064/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərardadı ilə iddia dəyişdirilərək «iddiaçının səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olan əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının işdə cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti 6 saylı Şəhər Poliklinikasının 30 iyun 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlikdir; X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri M80-M94 – Osteopatiyalar və xondropatiyalar – M91-M94 – Xondropatiyalar M93 – digər osteoxondropatiyalar – M93.9 -.; Diaqnozun mətni: Meyar: 2.2 İkinci dərəcə əlillik – Digər: bel-oma fəqərələrinin osteoxondrozu” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 1) 6 saylı Şəhər Poliklinikasının 1 iyul 2015-ci il tarixli 0063003AABFP nömrəli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – M80.M94 – Osteoxondropatiyalar – M93.9 - . . ; Diaqnozun mətni: Bel fəqərələrinin osteoxondrozu. L4- L5 –fəqərələrarası disk yırtığının ləğvindən sonrakı vəziyyəti. L5-S1 fəqərələrin transpekulyar fiksasiyası; Meyar 2.2 İkinci dərəcə əlillik – Digər: bel fəqərələrinin osteoxondrozu. L4- L5 –fəqərəarası disk yırtığının ləğvindən sonrakı vəziyyəti” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. Elektron təyinatla 4 iyul 2016-cı il tarixdə “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – M80- M94 – Osteopatiyalar və xondropatiyalar – M91- M94 – Xondropatiyalar – M93 – Dogər osteoxondropatiyalar – M93.9 - ... Diaqnozun mətni: Bel fəqərələrinin osteoxondrozu L4- L5 –Fəqərəarası disk yırtığının ləğvindən sonrakı vəziyyəti L5-S1 fəqərələrin starnspedikulyar fiksasiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik – Digər: Bel fəqərələrinin osteoxondrozu L4- L5 – Fəqərəarası disk yırtığının ləğvindən sonrakı vəziyyət” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 2) 6 saylı Şəhər Poliklinikasının 15 iyul 2015-ci il tarixli 0063003AAB7A nömrəli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif – Taravmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S60-S69 – Bilək və əlin travmaları – S62 - Əl və bilək səviyyəsində sınıq – S62.2 - Birinci əl daraq sümükləri . . . Diaqnozun mətni: Birinci əl daraq sümüyünün sınığı. Odlu silah mərmi partlayışından sonra sağ və sol əlin İ daraq sümüklərinin kafi bitişmiş sınıqları. Sol əlin İ-İİ daraq sümükləri yumşaq toxumalar arasında təqribən 2.4 mm ölçüdə metal qəlpə. Sağ və sol əlin dəri çapığı toxumaları. Bel oma fəqərələrinin osteoxondrozu. L4 fəqərələrinin lyaminoektomiyasından sonrakı hal. Parkinson xəstəliyi. Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mər. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet tip 2. ; Mərkəzə göndərilmənin / imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Travmadan sonra sol əldə yaranan funksiya pozğunluğu qeyd olunmamşdır” səbəbi ilə imtina verilmişdir. 3) 6 saylı Şəhər Poliklinikasının 8 sentyabr 2017-ci il tarixli 0063A003AAB77 nömrəli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif – Tramvalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S60-S69-Bilək və əlin travmaları – S61-əl və bilək səviyyəsində sınıq – S62.2-Birinci əl daraq sümüyü . . . Diaqnozun mətni: Birinci əl daraq sümüyünün sınığı odlu silah mərmi partlayışından sonra sağ və sol əlin birinci daraq sümüklərinin köhnə kafi bitişmiş sınıqları. Sol əlin İ-İİ daraq sümükləri yumşaq toxumları arasında – 2.4 mm ölçüdə metal qəlpə, sağ və sol əlin dəri çapığı toxumaları. Onurğanın osteoxondrozu. Bel omba fəqərələrinin osteoxondrozu L4 fəqərəsinin lyaminoektomiyası əməliyyatından sonrakı hal. Parkinson xəstəliyi. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip.; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Əsas diaqnozda göstərilən travma əlilliyin təyininə əsas vermir, yanaşı xəstəliklərə görə alınmış müalicə və ağırlaşmaları qeyd edilməyib, əvvəlki əlillik dərəcəsi həmin xəstəliyə görə təyin edilməsi barədə məlumat yoxdur.” Səbəbi ilə imtina edilmişdir. 4) 6 saylı Şəhər Poliklinikasının 17 oktyabr 2017-ci il tarixli 0063003AAB88 nömrəli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri – G20-G26-Ekstrapiramid və digər hərəki pozğunluqlar – G20-Parkinson xəstəliyi; Diaqnozun mətni: Birinci əl daraq sümüyünün sınığı. Odlu silah mərmi partlayışından sonra sağ və sol əlin birinci daraq sümüklərinin köhnə kafi bitişmiş sınıqları. Sol əlin İ-İİ daraq sümükləri yumşaq toxumaları arasında təqribən 2.4 mm ölçüdə metal qəlpə. Sağ və sol əlin dəri çapığı toxumaları. Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mərh. Xroniki hepatit. Xroniki kolit. Bel-oma fəqərələrinin osteoxondrozu L4 fəqərəsinin laminoektomiyası əməliyyatından sonrakı hal. Dəqiqləşdirilməmiş polinevropatiyalar. Sol mil sinirinin neyropatiyası. Xroniki xolesistit. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet tip 2. Başlanğıc qocalıq kataraktası, Başlanğıc katarakta. Parkinson xəstəliyi. Rigit əsmələrlə.; Meyar: 2.2 ikinci dərəcə əlillik – 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 5) 6 saylı Şəhər Poliklinikasının 17 oktyabr 2017-ci il tarixli 0063003AAB88 nömrəli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S60-S69-Bilək və əlin travmaları – S62-Əl və bilək səviyyəsində sınıq – S62.2-Birinci əl daraq sü.; Diaqnozun mətni: Birinci əl daraq sümüyünün sınığı, Odlu silah mərmi partlayışından sonra sağ və sol əlin birinci daraq sümüklərinin köhnə kafi bitişmiş sınıqları. Sol əlin İ-İİ daraq sümükləri yumşaq toxumaları arasında təqribən 2.4 mm ölçüdə metal qəlpə. Sağ və sol əlin dəri çapığı toxumaları. Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mər. Xroniki hepatit. Xroniki kolit. Bel-oma fəqərələrinin osteoxondrozu L4 fəqərəsinin laminoektomiyası əməliyyatından sonrakı hal. Dəqiqləşdirilməmiş polinevropatiyalar, Sol mil sinirinin neyropatiyası. Xroniki xolesistit, İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2, Başlanğıc qocalıq kataraktası. Başlancığ katarakta. Parkinson xəstəliyi. Parkinson xəstəliyi. Rigit əsmələrlə. Meyar: 2.2 İkinci dərəcə əlillik – 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakən enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və həmin tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən edilməsi meyarları»na əsasən həyat keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması AR ƏƏSM Nazirliyi və İTS üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, AR Səhiyyə nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəlikllərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydada əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göndəriş və əmək zəmanəti altsistemə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra sözügedən Qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. İddiaçı vəziyyəti ilə əlaqədar 17 iyul 2021-ci il tarixdə keçirilmiş iddiaçının hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşmaları «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə müvafiq olaraq ümumi səbəblərdən əlillik təyinatına əsas verdiyindən, həmin Əsasnamənin 2.2.9-cu bəndinə əsasən sözügedən səbəblə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığından, iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4064/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materialından müəyyən olunur ki, 6 saylı Şəhər Poliklinikasının 17 oktyabr 2017-ci il tarixli 0063003AAB88 nömrəli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 17 iyul 2021-ci il tarixdə keçirilmiş iddiaçının hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşmaları «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə müvafiq olaraq ümumi səbəblərdən əlillik təyinatına əsas verdiyindən, həmin Əsasnamənin 2.2.9-cu bəndinə əsasən sözügedən səbəblə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olan əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik normaları şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı İddiaçı səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya müvafiq əlillik təyin edilməsi barədə qərar ləğv edilmədən və ayrıca qərar qəbul olunmadan ona təyin edilmiş əlilliyin səbəbini dəyişdirmiş və inzibati orqan bu hərəkətini iddiaçının xəsarət və travmasının buna imkan verməməsi ilə əsaslandırmışdır. Qeyd olunanlardan əlavə məhkəmə qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçının “müddəti başa çatmamış” ikinci dərəcə əlilliyinin səbəbinin dəyişdiriməsi ilə bağlı hərəkətlər aparılarkən müvafiq qərar qəbul olunmaması ilə bərabər, həm də onun (iddiaçının) məlumatlandırılması da təmin edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə iddia ərizəsində göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək "Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Halbuki, "İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək öncə inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəfə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız müvafiq araşdırma nəticəsində uyğunsuzluğun aşkar edilməsinə istinad etməklə iddiaçının əlilliyini səbəbini dəyişdirmişdir. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə beş il müddətinə təyin edilmiş əlilliklə bağlı inzibati akt qüvvədə olmuşdur. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bununla cavabdeh inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Çünki inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə və bununla bağlı ayrıca inzibati akt qəbul etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4064/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-721/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-721/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver