Məhkəmə qərarları › İş №2-1(103)-722/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-722/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-722/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1154/2022 saylı 04 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 5 dekabr 1960-cı il təvəllüdlüdür. İddiaçıya məxsus D067860 saylı xx.xx.2019-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1 aprel 1978-ci il tarixdə Sumqayıt Alüminium Zavodunda Metalyayma və xalq istehlakı malları sexinin laboratoriyasına 5-ci dərəcə ilə fotolaborant peşəsinə işə qəbul edilmiş, 1 avqust 1988-ci il tarixdən Mərkəzi zavod laboratoriyasına 4cü dərəcəli kimyəvi laborant vəzifəsinə keçirilmiş, 1 avqust 1993-cü il tarixdə 4-cü dərəcə 5-ci dərəcə ilə əvəz edilmiş, 21 aprel 2008-ci il tarixdə Kimyəvi analiz bölməsinin laborantı kimi əmək fəaliyyətini davam etdirmiş, 14 dekabr 2017-ci il tarixədək həmin vəzifədə işləmiş və sonuncu qeyd olunan tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC-nin 01-10 saylı 21 yanvar 2020-ci il tarixli arxiv arayışında qeyd olunur ki, İddiaçı 4 sentyabr 1978-ci il tarixdən 1 avqust 1988-ci il tarixədək Metalyayma və xalq istehlakı malları sexində 5-ci dərəcə foto-laborant, 1 avqust 1988-ci il tarixdən 1 avqust 1993-cü il tarixədək Mərkəzi Zavod Laboratoriyasında 4-cü dərəcə kimyəvi analiz laborantı vəzifələrində işləmiş, 1 avqust 1993-cü il tarixdə 5-ci dərəcə kimyəvi analiz laborantı vəzifəsinə keçirilmiş, 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuş, 14 dekabr 2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 29 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş ******* saylı xx.xx.2019-cu il tarixli əmək kitabçasında və "xxxx" ASC-nin 6 noyabr 2019-cu il tarixli arayışında onun 4 sentyabr 1978-ci il tarixdən 14 dekabr 2017-ci il tarixədək dövr ərzində adıçəkilən müəssisədə işləməsi, eyni zamanda 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək olan dövrlər ərzində ödənişsiz məzuniyyətdə olması qeyd edilmişdir. Bundan başqa, adıçəkilən müəssisədəki iş stajına aid olan sənədlərdə qeyd edilən məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı onun 24 iyul 1985-ci il tarixdən 2 iyul 1986-cı il tarixədək, 12 noyabr 1987-ci il tarixdən 31 oktyabr 1989-cu il tarixədək, 5 fevral 1990-cı il tarixdən 14 iyul 1990-cı il tarixədək, 10 yanvar 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək, 11 aprel 1994-cü il tarixdən 31 avqust 1994-cü il tarixədək olan dövrlər ərzində (ümumilikdə 5 il 1 ay 19 gün) analıq məzuniyyətində olması müəyyən edilmiş, 1994 – 2006-cı illər arasındakı dövr ərzində həmin müəssisədə işləməsini təsdiq edən müvafiq sənədlər (əmr kitabları, əmək haqqı cədvəlləri) aşkar olunmamışdır. Qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün onun ümumi iş stajına daxil etmək mümkün deyil. Buna görə də, onun ümumi iş stajı 20 ildən az, yəni 10 il 10 ay 8 gün, güzəştli iş stajı isə 10 ildən az, yəni 2 il 7 ay 11 gün təşkil edir. Göstərilən faktlar "xxxx" ASC tərəfindən verilmiş 22 iyun 2020-ci il tarixli aktla da təsdiqlənmişdir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 4 sentyabr 1978-ci il tarixdə başlamış və həmin vaxtdan 14 dekabr 2017-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. O, ümimilikdə 20 ildən çox sığorta stajına malikdir və işlədiyi illərin 10 ildən artıq hissəsini xüsusi zərərli və ağır olan işlərdə çalışmışdır. İddiaçının əmək kitabçasındakı qeydlərdən görünür ki, o, 1 aprel 1978-ci il tarixdən Sumqayıt Alüminium Zavodunda metalyayma və xalq istehlakı malları sexinin laboratoriyasına 5-ci dərəcə ilə fotolaborant peşəsinə qəbul edilmiş, 1 avqust 1988-ci il tarixdən mərkəzi zavod laboratoriyasına 4-cü dərəcəli kimyəvi laborant vəzifəsinə keçirilmiş, 1 avqust 1993-cü il tarixdə 4- cü dərəcə 5-ci dərəcə ilə əvəz edilmiş, 21 aprel 2008-ci il tarixdə kimyəvi analiz bölməsinin laborantı kimi əmək fəaliyyətini davam etdirmiş, 14 dekabr 2017-ci il tarixdə əmək fəaliyyətini dayandırmışdır. Həmçinin, "xxxx" ASC tərəfindən verilmiş 6 noyabr 2019-cu il tarixli 15 nömrəli arayışda göstərilmişdir ki, həqiqətən İddiaçı ASC-nin Sumqayıt Alüminium istehsalat sahəsində (keçmiş Sumqayıt Alüminium Zavodu) aşağıdakı peşələrdə işləmişdir: 1 avqust 1988-ci il tarixdən 31 mart 2001-ci il tarixədək – 2 nömrəli siyahı, bölmə Xİ, yarımbölmə 11 a, Ftor turşusunun və onun duzlarının istehsalı, 2091300a – 13321 kimyəvi analiz laborantları; 22 yanvar 2003-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək – 2 nömrəli siyahı, bölmə Xİ, yarımbölmə 11 a, Ftor turşusunun və onun duzlarının istehsalı, 2091300a – 13321 kimyəvi analiz laborantları. Həmçinin həmin arayışda qeyd olunmuşdur ki, İddiaçı "xxxx" ASC-nin Sumqayıt Alüminium istehsalat sahəsində aşağıda göstərilən tarixlərdə məzuniyyətdə olmuşdur: 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək, 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək iddiaçının ümumilikdə 20 ildən çox stajının olması və bunun 10 ildən artıq müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən sahələrdə işləməsinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış və buna görə də o, pensiya təyin olunması üçün cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 aprel 2021ci il tarixli imtina məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2, 9.1, 21.1-ci maddələrinə istinad olunmuş və bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 6 noyabr 2019cu il tarixli arayışında onun 4 sentyabr 1978-ci il tarixdən 14 dekabr 2017-ci il tarixədək dövr ərzində adıçəkilən müəssisədə işləməsi, eyni zamanda 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək olan dövrlər ərzində ödənişsiz məzuniyyətdə olması qeyd edilmişdir. Bundan başqa, adıçəkilən müəssisədəki iş stajına aid olan sənədlərdə qeyd edilən məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı onun (iddiaçının) 24 iyul 1985-ci il tarixdən 2 iyul 1986-cı il tarixədək, 12 noyabr 1987-ci il tarixdən 31 oktyabr 1989-cu il tarixədək, 5 fevral 1990-cı il tarixdən 14 iyul 1990-cı il tarixədək, 10 yanvar 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək, 11 aprel 1994-cü il tarixdən 31 avqust 1994-cü il tarixədək olan dövrlər ərzində (ümumilikdə 5 il 1 ay 19 gün) analıq məzuniyyətində olması müəyyən edilmiş, 1994 – 2006-cı illər arasındakı dövr ərzində həmin müəssisədə işləməsini təsdiq edən müvafiq sənədlər (əmr kitabları, əmək haqqı cədvəlləri) aşkar olunmamışdır. Qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyindən, əmək pensiyası təyin edilərkən («Əmək pensiyaları haqqında» Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) ödəniş məzuniyyətdə olduğu müddətin ümumi iş stajına daxil edilməsi mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hesab edir ki, cavabdeh ona pensiya təyinatından əsassız və qanunsuz olaraq imtina etmişdir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən 4 sentyabr 1978-ci il tarixdən 14 dekabr 2017-ci il tarixədək işlədiyi dövrlər üzrə ümumi iş stajı 39 il 3 ay 10 gündür. Onun ödənişsiz məzuniyyətdə olduğu dövrün iş stajına hesablanmasına münasibətdə isə bildirilir ki, iddiaçı çalışdığı müəssisənin fəaliyyətinin dayandırılması əsası ilə ödənişsiz məzuniyyətdə olmuşdur və həmin müddətin iddiaçının iş stajına sayılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, əgər cavabdehin qeyd etdiyi kimi, onun 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək – ümumilikdə 10 il 6 ay 4 gün ödənişsiz məzuniyyətdə olduğu və 24 iyul 1985-ci il tarixdən 2 iyul 1986-cı il tarixədək, 12 noyabr 1987-ci il tarixdən 31 oktyabr 1989-cu il tarixədək, 5 fevral 1990-cı il tarixdən 14 iyul 1990-cı il tarixədək, 10 yanvar 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək, 11 aprel 1994-cü il tarixdən 31 avqust 1994-cü il tarixədək olan dövrlər ərzində – ümumilikdə 5 il 1 ay 19 gün analıq məzuniyyətində olduğu dövrlərin cəmi 15 il 7 ay 23 gün təşkil edir, 39 il 3 ay 10 gün müddətdən həmin dövrlər çıxıldıqda 23 il 7 ay 17 gün olur. Həmçinin, onun kimyəvi analiz laborantı kimi güzəştli şərtlərlə işlədiyi dövrlər 1 avqust 1988-ci il tarixdən 31 mart 2001-ci il tarixədək və 22 yanvar 2003-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək 16 il 7 ay təşkil edir ki, həmin dövrdən də əgər analıq məzuniyyətində olduğu 5 il 1 ay 19 gün müddəti çıxdıqda, onun güzəştli iş stajı 11 il 5 ay 11 gün təşkil edir. Cavabdehin imtinasında qeyd edilən 1994 – 2006-cı illərdə həmin müəssisədə işləməsini təsdiq edən müvafiq sənədlərin (əmr kitabları, əmək haqqı cədvəlləri) aşkar olunmamasına münasibətdə bildirilir ki, qanunvericiliyə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir və iddiaçının əmək kitabçasında həmin dövrlərdə sözügedən müəssisədə çalışdığı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının 20 ildən çox ümumi, 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə iş stajı mövcuddur ki, bu da onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Göstərilənlərə və İPM-in 14.3-cü maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 19.1, 24.1-ci maddələrinə, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2, 9.1, 9.8, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına əsaslanaraq, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun qeyd edilən maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2- ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericilikdə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə daxil edilir. İddiaçının DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 6 noyabr 2019-cu il tarixli arayışında onun 4 sentyabr 1978-ci il tarixdən 14 dekabr 2017-ci il tarixədək dövr ərzində adıçəkilən müəssisədə işləməsi, eyni zamanda 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək olan dövrlər ərzində ödənişsiz məzuniyyətdə olması qeyd edilmişdir. Bundan başqa, adıçəkilən müəssisədəki iş stajına aid olan sənədlərdə qeyd edilən məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı onun (iddiaçının) 24 iyul 1985-ci il tarixdən 2 iyul 1986-cı il tarixədək, 12 noyabr 1987-ci il tarixdən 31 oktyabr 1989-cu il tarixədək, 5 fevral 1990-cı il tarixdən 14 iyul 1990-cı il tarixədək, 10 yanvar 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək, 11 aprel 1994-cü il tarixdən 31 avqust 1994cü il tarixədək olan dövrlər ərzində (ümumilikdə 5 il 1 ay 19 gün) analıq məzuniyyətində olması müəyyən edilmiş, 1994 – 2006-cı illər arasındakı dövr ərzində həmin müəssisədə işləməsini təsdiq edən müvafiq sənədlər (əmr kitabları, əmək haqqı cədvəlləri) aşkar olunmamışdır. Qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün, onun ümumi iş stajına daxil etmək mümkün deyil. Buna görə də, iddiaçının ümumi iş stajı 20 ildən az, yəni 10 il 10 ay 8 gün, güzəştli iş stajı isə, 10 ildən az, yəni 2 il 7 ay 11 gün təşkil edir. Göstərilən faktlar "xxxx" ASC tərəfindən 22 iyun 2020-ci il tarixli aktda təsdiqlənmişdir. İddia tələbində qeyd edilən pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli qərardadında qeyd olunur ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1154/2022 saylı 04 avqust 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin 18 fevral 2018-ci il tarixdən sonrakı dövrə aid hissəsinin “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlillləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, şikayətin dəlilləri qanunsuzdur və əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi iş stajının 20 ildən az, yəni 10 il 10 ay 8 gün, güzəştli iş stajının isə 10 ildən az, yəni 2 il 7 ay 11 gün olması əsası ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi qismən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 20 ildən artıq ümumi staja və 10 ildən artıq güzəştli staja malik olmasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün onun 52 yaşı xx.xx.2012-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını, arxiv arayışlarını və iş yerindən güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus əmək kitabçasına görə İddiaçı 1 aprel 1978-ci il tarixdə Sumqayıt Alüminium Zavodunda Metalyayma və xalq istehlakı malları sexinin laboratoriyasına 5-ci dərəcə ilə fotolaborant peşəsinə işə qəbul edilmiş, 1 avqust 1988-ci il tarixdən Mərkəzi zavod laboratoriyasına 4-cü dərəcəli kimyəvi laborant vəzifəsinə keçirilmiş, 1 avqust 1993cü il tarixdə 4-cü dərəcə 5-ci dərəcə ilə əvəz edilmiş, 21 aprel 2008-ci il tarixdə Kimyəvi analiz bölməsinin laborantı kimi əmək fəaliyyətini davam etdirmiş, 14 dekabr 2017-ci il tarixədək həmin vəzifədə işləmiş və sonuncu qeyd olunan tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından görünür ki, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi və xüsusi iş stajının kifayət qədər olması mübahisələndirilir. "xxxx" ASC-nin 15 saylı 6 noyabr 2019-cu il tarixli arayışında qeyd olunur ki, İddiaçı "xxxx" ASC-nin (keçmiş Sumqayıt Alüminium Zavodu) aşağıdakı peşələrində güzəştli şərtlərlə işləmişdir: 1 avqust 1988-ci il tarixdən 31 mart 2001-ci il tarixədək kimyəvi analiz laborantı (Siyahı 2, bölmə Xİ, yarımbölmə 11a, ftor turşusunun və onun duzlarının istehsalı, kod 2091300a – 13321); 22 yanvar 2003-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək (Siyahı 2, bölmə Xİ, yarımbölmə 11a, ftor turşusunun və onun duzlarının istehsalı, kod 2091300a – 13321); 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 4 may 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 4 sentyabr 1978-ci il tarixdən 31 mart 2001-ci il tarixədək, 22 yanvar 2003-cü il tarixdən 1 aprel 2009-cu il tarixədək Sumqayıt “Alüminium” İstehsalat Sahəsində işləmişdir. 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək, 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin məktuba əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı adı “Sumqayıtəlvanmetal” İstehsalat Birliyinin 30 iyul 1993-cü il tarixli 179-k saylı (işçilərin vəzifələrinin dərəcəsinin artırılması barədə) əmrində göstərilmiş, eləcə də o, "xxxx" ASC-nin Sumqayıt “Alüminium” İstehsalat Sahəsi üzrə 14 dekabr 2017-ci il tarixli 84-k saylı əmri ilə ödənişsiz məzuniyyətdən geri çağırılmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinin birinci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikasının 19 iyul 1994-cü il tarixli Qanununun (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə 1 iyul 1999-cu il tarixdən qüvvədən düşmüşdür) 2-ci maddəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Həmin Qanunun 3-cü maddəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14-cü maddəsinin 2-ci ikinci hissəsinə görə uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərin onun sığorta stajına daxil edilməsi qənaətinə gəlmişdir. Bu barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsaslandırma ilə razılaşmaqla yanaşı onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək dövrlər onun stajına daxil edilməsə belə, həmçinin iddiaçının 24 iyul 1985-ci il tarixdən 2 iyul 1986-cı il tarixədək, 12 noyabr 1987-ci il tarixdən 31 oktyabr 1989-cu il tarixədək, 5 fevral 1990-cı il tarixdən 14 iyul 1990-cı il tarixədək, 10 yanvar 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək, 11 aprel 1994-cü il tarixdən 31 avqust 1994-cü il tarixədək analıq məzuniyyətində olduğu dövrlər çıxılmaqla onun xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi iş stajı vardır. O ki qaldı 1994 – 2006-cı illər arasındakı dövr ərzində işlədiyi müəssisədə iddiaçının işləməsini təsdiq edən müvafiq sənədlərin (əmr kitabları, əmək haqqı cədvəlləri) aşkar olunmaması barədə cavabdehin dəlilinə, birinci instansiya məhkəməsi bu barədə mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktikaya istinad edərək qeyd etmişdi ki, əmək pensiyasının təyinatında iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn, şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Eləcə də əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə əlaqədar olmadığından onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını mübahisələndirdikdə bu halları sübut etmək vəzifəsi daşıdığı halda hazırki işdə belə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının 10 ildən artıq zərərli sahədə işləməsi ilə bağlı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtina etməsinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları diqqətə çəkir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Hazırki işdə iddiaçının 1 avqust 1988-ci il tarixdən 31 mart 2001-ci il tarixədək və 22 yanvar 2003-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək (16 il 7 ay) kimyəvi analiz laborantı işlədiyi dövrlərdən onun analıq məzuniyyətində olduğu dövrlər (təxminən 5 ilə yaxın müddət) çıxıldıqda yerdə qalan güzəştli iş stajı qanunla tələb olunan 10 ildən çox təşkil etməklə yanaşı, işəgötürənin verdiyi arayışa əsasən müvafiq 2 saylı Siyahının bölmə Xİ, yarımbölmə 11a, ftor turşusunun və onun duzlarının istehsalı, 2091300a – 13321 koduna uyğunlaşdırılmışdır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsinin (11a) bəndində “ftor turşusunun və onun duzlarının istehsalı sahəsində kimyəvi analiz laborantı” peşəsinə (2091300a – 13321 koduna) uyğun olduğu işəgtürən müəssisə tərəfindən uyğunlaşdırıldığından onun bu sahədə xüsusi iş stajı 10 ildən artıq təşkil edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən ətraflı məzmunda verilmiş arayışla təsdiq olunur. Buna görə də iddiaçıya xx.xx.2012-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona 52 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı iddia tələbi əsaslı olub təmin olunduğu üçün həmin tələbə əlavə olaraq verilmiş “pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi” barədə tələbi də əsaslı olub, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gələrək məhkəmə qərarının nəticəvi hissəsində iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini göstərsə də, yaşın tamam olduğu tarixi dəqiq olaraq göstərməmişdir. Lakin bu hal kobud pozuntu hesab olunmadığı üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğv olunması üçün də əsas yaratmır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ödənilməmiş pensiya məbləğinin onun müraciətinə münasibətdə verilmiş imtina məktubunda qeyd olunmuş xx.xx.2021-ci il tarix nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə uyğun şəkildə, yəni xx.xx.2021-ci ildə olan müraciət tarixindən əvvəlki 3 ilə aid hissədə ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə qərarı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunduğu tarix onun 52 yaşının tamam olduğu, yəni xx.xx.2012-ci il tarix göstərilməklə dəyişdirilmədən saxlanılmalı, bununla da cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1154/2022 saylı 04 avqust 2022-ci il tarixli qərarı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunduğu tarix onun 52 yaşının tamam olduğu, yəni xx.xx.2012-ci il tarix” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar