Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-723/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncamın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1866/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı Cavabdehə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır. “...Müharibə veteranıdır. Mikro və ya kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-21-ci maddələrinə müvafiq olaraq 09 mart 2022-ci il tarixdə ərizə ilə Bakı Şəhəri Cavabdehə müraciət etmiş və həmin ərizəsinə həmin Məcəllənin 21-ci maddəsində göstərilən sənədləri əlavə etmişdir. Ərizəsin xahiş etmişdir ki, mənzilin ofis açmaq ilə pəncərəsinin qapı ilə əvəz olunaraq qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq inzibati akt qəbul edilsin. Ərizədə qeyd etmişdir ki, həmin yaşayış sahəsi binanın birinci mərtəbəsində yerləşir. Ərizəyə əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, onun yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi Mənzil Məcəlləsinin 20.2 və 20.3-cü maddəsinin tələblərini, eləcə də şəhərsalma haqqında qanunvericiliyin tələblərini pozmur. Cavabdeh ona ünvanladığı F-4-162 saylı 05 aprel 2022-ci il tarixli imtina cavabı ilə onun yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə ərizəsini təmin etməmiş və bunu əsaslandırmışdır ki, çoxmənzilli binada memarlıq baxımından əsaslandırılmamış hər hansı bir konstruktiv dəyişikliklərin aparılması, binaların fasad hissəsində dəyişiklərin edilməsi qadağan olunduğundan müraciətinizin həlli səlahiyyəti xaricindədir" İmtinadan şikayət instansiyası olan Bakı Şəhər İcra Hakimiyyətinə inzibati şikayətlə müraciət etmişdir. , lakin sonuncu 08 iyul 2022-ci il tarixli F-33/3-162 saylı cavab məktubu ilə şikayətini təmin etməyərək və bildirilmişdir ki, mövcud tikililərin fasad hissəsində hər hansı dəyişikliyin edilməsi ərazinin ümumi görünüşünü nəzərə alınmaqla hazırlanmış müvafiq layihə sənədələrinin hazırlanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edildiyi halda mümkün hesab edilir.”Hesab edir ki, cavabdehin F-4-162 saylı 05 aprel 2022-ci il tarixli imtina cavabı qanunsuz və əsassızdır. Buna görə də ləğv edilməli və iddiaçının müraciəti təmin edilməlidir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, əsassız olduğunu qeyd edərək mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi, yəni təyinatının dəyişdirilməsi üçün mənzil daxili yenidən planlaşdırılma və yenidənqurulma işlərinin aparılması və küçəyə çıxış qapısının açılması qaçılmazdır. İlk öncə tərtib edilmiş layihə üzrə yaşayış sahəsinin yenidənqurulması, yenidən planlaşdırılması və küçəyə giriş qapısının açılması layihəsmeta sənədlərinin nəticəsində binanın yükdaşıyan konstruktiv elementlərinin dayanıqlığa texniki və sanitar normalara uyğunluğu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə (FHN TTN DA) müvafiq rəyinin verilməsi zəruridir (Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və Mənzil Məcəlləsinin müddəalarına istinad olunur).” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1866/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmə qərar çıxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vediyi üçün qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya hər hansı imtina aktı verilməmişdir. İddiaçı ərizə ilə müraciət edərək yaşayış sahəsinin pəncərə oyuğunun rekonstruksiya edilməsini, küçəyə giriş qapısının açıdmasını və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsini xahiş etmiş, ona xx.xx.2022-ci il tarixli F-4-162 n№-li cavab məktubu ilə çoxmərtəbəli binada memarlıq baxımından əsaslandırılmamış hər hansı bir konstruktiv dəyişikliklərin aparılması, binaların fasad hissəsində dəyişikliklərin edilməsi qadağan olduğundan icra hakimiyyətinin səlahiyyətinin məhdud olduğu bildirilmişdir.Yəni toxunulan məsələ ilə əlaqədar yenidənqurulma və planlaşdırma işlərinin qaçılmaz olması, binaların dayaq konstruksiyalarının əlavə yklənməsi,küçəyə pilləkan marşının açılması üçün sahənin olmaması və s.vurğulanmış,bu barədə izahatlar verilmiş, hüquq və vəzifələri izah edilmiş, müvafiq icra hakimiyyəti orqanlarından (AR FHN TTN DA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) rəylərin təqdim edilməsi xahiş olunmuşdur. Bundan əlavə,iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli F-4/2-162/2-t/1 №-li məktublarla məlumat verilərək Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən sənədlərin təqdim edilməsindən sonra müraciətinə yenidən baxılması bildirilmişdir. Başqa sözlə, iş üzrə iddiaçıya imtinaedici inzibati akt cavabdeh trəfindən verilməmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi dyeildir.Məhkəmə tərəflərin çəkişmə prinsipinə əməl etməmiş, cavabdehin arqumentlərini nəzərə almamışdır. İddiaçının mənzili ilə qonşu olan Təbriz küçəsi 89№-li evin 47 №-li mənzilin təyinatının dəyişdirilməsinə dair Nərimanov RİH-in xx.xx.2017-ci il tarixli 499 №-li sərəncamına gəldikdə həmin sərəncam uzun müddətdən artıq qyeri-yaşayış sahəsi kimi fəaliyyət göstərən daşınmaz əmlakın mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsi ilə bağlıdır. Və həmin sahədən küçəyə açılmış pilləkən marşı, məhkəmənin qəbuletdiyi qərar üzrə yeni açılaraq pilləkən marşı ilə üst-üstə düşür. Qərarın əsaslandırıcı hissəsində tətbiq edilmiş digər maddi və prosessual hüquq normaları məhkəmə tərəfindən əsaslandırılmamışdır…” Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndələri mübahisəli yaşayış sahəsinin beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşdiyini, fotoşəkillərin işə əlavə olunduğunu, həmin mərətəbədə qonşunun mənzilnnin qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncam verildiyi halda, iddiaçıya müvafiq sərəncamın verilməsindən əsassız olaraq imtina olunduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə isə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə dair aşağıdakı tələblər müəyyən edilmişdir: 20.1.Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2.Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3.Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 21.1.Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Məcəllənin qeyd olunan 20.3-cü maddəsinin tələblərindən göründüyü kimi, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə aşağıdakı hallarda yol verilir:
1. belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşməlidir.
2. qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri mövcud olmamalıdır. İş materiallarına əlavə edilmiş, məhkəmə sorğusu əsasında təqdim olunmuş, RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətinə, eləcə də, xx.xx.2012-ci il tarixdə tərtib edilmiş, **********17-05101- 093018 reyestr nömrəli texniki pasporta əsasən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş, **********17-05101- 093018 reyestr nömrəli texniki pasportuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56; Yeni qaydalarla AZ 1052, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 98,9 kv.m-dən ibarət olan 1953-cü ildə tikilmiş 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddia ərizəsinə, cavabdehin iddia ərizəsinə etirazının və apellyasiya şikayətinin dəlillərinə və işdə olan digər sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına əsasən müəyyən olunur ki, iddiaçıya məxsus ünvan 2 ünvanda beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan mənzilin bilavasitə altında yaşayış sahəsinin mövcud olmadığı işin mübahisələndirilməyən halıdır. Eyni zamanda, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 10/1639 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert rəyindən aydın olur ki, aparılmış ekspert tədqiqatı ilə: - sözügedən mənzilin faktiki vəziyyətinin həmin mənzilə dair tərtib olunmuş xx.xx.2017-ci il tarixli 11/21410 invertar nömrəli texniki pasportuna uyğun olduğu, texniki pasportda göstərilən qeydiyyatdan keçmiş “8” saylı yerləşkənin binanın konturundan kənar sahədə olduğu, qeyd olunan qapı oyuğu aşılsa da digər yaşayış sahələrinin gediş-gəlişinə mane olmadığı; -mənzilin faktiki vəziyyətinin həmin mənzilə dair tərtib olunmuş xx.xx.2017-ci il tarixli, 11/21410 inventar nömrəli texniki pasporta uyğun olduğu, texniki pasportda göstərilən, qeydiyyatdan keçmiş “8” saylı yerləşkənin binanın konturundan kənar sahədə olduğu, qeyd olunan qapı oyuğu açılarsa digər yaşayış sahələrinin gedişgəlişinə mane olmadığı müəyyən edilmişdir. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, qeyd edilən ünvanda yerləşən iddiaçıya məxsus yaşayış sahəsinin (mənzilin) qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Mənzil Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulan hər iki şərt ödənilir. Yəni, mənzil beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir, bilavasitə altında yaşayış yoxdur və mənzilin pəncərə oyuğu qapı ilə əvəz olunmaqla qeyri-yaşayış sahəsinə keçirilməsi mövcud vəziyyətində mümkündür. Məcəllənin 20.4-cü maddəsinin qeyd olunan tələbindən də göründüyü kimi, o halda qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın. Konkret halda, qeyd edildiyi kimi, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinin mənzil qanunvericiliyi ilə tələb olunan şərtlər mövcuddur. İş materiallarının 5-ci vərəqindən də hətta görünür ki, iddiaçıya məxsus sağında və solundakı birinci mərtəbədə yerləşən mənzillər artıq qeyri-yaşayış sahələrinə keçirilmiş və fəaliyyət də göstərirlər. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında həmin binanın 1ci mərtəbmsində yerləşən qonşu mənzilin arxiv qovluğunun materiallarına əsasən müəyyən olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 57 və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 47-nin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsinə mövcud vəziyyətində cavabdehin xx.xx.2017-ci il tarixli 499 №-li sərəncamı ilə icazə verilmişdir. «İnzibati icraat haqqında» Qanunun 12.1-ci maddəsi isə nəzərdə tutur ki, hamı qanun və ininzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinin tələbinə görə isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Beləliklə də göstərilənlər onu demyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının, ona məxsus yaşayış sahəsinin mövcud vəziyyətində, pəncərə oyuğunun rekonstruksiya edilməsini, küçəyə giriş qapısının açılmaqla yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi barədə ərizəsinin, binanın fasad hissəsində dəyişikliklərin edilməsinin qadağan olunduğundan icra hakimiyyətinin səlahiyyətinin məhdud olduğunu əsas gtirərək, dolayısı ilə təmin olunmasından, imtina etmiş, bununla da onun mənzil qanunvericiliyi, eyni zamanda, inzibati icraat haqqında hüquq normaları ilə müəyyən edilən hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə qərar çıxarkən, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyini və qanunsuz və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1866/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1866/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.