Məhkəmə qərarları › İş №2-1(103)-725/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-725/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-725/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X13-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X4, X5 nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair X9 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə ərizəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5243/2019 saylı xx xxxxxxx 2020ci il tarixli qərardadından X9 tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5243/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair İddiaçı ilə icarə müqaviləsi bağlanması vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. 2-1(81)-5243/2019 saylı xx.xx.2019-cu il tarixli məhkəmə qərarı qanuni qüvvəsini aldığı üçün icra edilməsi üçün Bakı şəhəri Cavabdehnə göndərilmiş və Cavabdeh 6-132 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, qərar icra edilmişdir. xx.xx.2020-ci il tarixdə X9 ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-5243/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının onun qanunla qorunan maraqlarına toxunduğuna, bu səbəbdən də iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, 21 yaşına qədər ailəliklə atası X16 məxsus ünvan 4, mənzil 16 ünvanında qeydiyyatda olmaqla orada yaşamışlar. xx xxxxxx 1987-ci il tarixdə X1 ailə həyatı qurmuş, sonradan o, öz ailəsi ilə birlikdə Rusiyaya köçmüşdür. Atası 2009-cu ildə vəfat etdikdən sonra mənzillərində yalnız qardaşı X10 yaşamışdır. Qardaşı Konstantin xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra qeyd olunan mənzilin yeganə vərəsəsi kimi o, 19 saylı Notariat Ofisinə rəsmi müraciət etmiş, lakin mənzillərinə qanunsuz müdaxilələrin olması barədə məlumat almışdır. Halbuki həmin mənzil onun da adı yazılmış rəsmi orderlə ailəsinə, habelə İcraiyyə Komitəsinin qərarı ilə atası Yuriy Kazakova məxsus olmuşdur. Mənzilə qanunsuz müdaxilələr olunması faktına dair onun ərizəsi əsasında Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində araşdırma aparılmışdır. Həmin araşdırmanın nəticəsi üzrə qəbul edilmiş qərardan ona aydın olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi İddiaçı mənzilə dair iddia ərizəsi üzrə xx.xx.2019-cu il tarixli 2-1(81)-5243/2019 saylı qərar qəbul etmişdir. Həmin qərar bilavasitə onun maraqlarına toxunur. Ona görə də o, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5243/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə 3-cü şəxs qismində işə cəlb olunmaya dair ərizə təmin olunmamışdır. Həmin qərardaddan narazı qalan X9 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5243/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti ərizənin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərardadını əsasız və qeyri-qanuni hesab edir. Məhkəmə qərarı “xx.xx.2019-cu il tarixli qərarın onun qanunla qorunan maraqlarına toxunmasına dair hər hansı sübutun məhkəməyə təqdim edilməməsi” ilə əsaslandırılmışdır. Məhkəmə qərarının icra edilməsi onun qanuni olması anlamına gələ bilməz. Ərizənin əsasını qeyri-qanuni qərarın icrası nəticəsində onun mülkiyyət hüququndan məhrum olması təşkil edir. İddiaçının heç bir sübuta söykənməyən və yalnız yalan ifadələrdən ibarət iddia ərizəsi məhkəmə tərəfindən qanunsuz olaraq təmin edilmişdir. Tərəflərin izahatları X5 nümayəndəsi və vəkili X19 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, sözügedən mənzil ona heç bir aidiyyati olmayan şəxsə satılmışdır. Mənzil dövlət tərəfindən Natalya Pırşenkovanın babasına verilmiş, sonradan atasına keçmişdir. Qardaşı isə qeydiyyatda olmaqla həmin mənzildə yaşamışdır. Qardaşının vəfatından sonra ərizəçinin orderdə adı ola-ola İcra Hakimiyyəti ona evi təklif etmədən həmin evə heç bir hüququ olmayan şəxslə qanunsuz məhkəmə qərarı əsasında müqavilə bağlamışdır. Bununla bağlı Natalya Pırşenkovanın nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında mübahisəli mənzilin dövlət mülkiyyətində olmasını, Natalya Pırşenkovanın 1987-ci ildən ailə quraraq xaricə köçdüyünü, onun mübahisəli mənzilə heç bir subyektiv hüququnun olmadığını bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçının iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, Nəsimi rayon X15 57/15 saylı xx.xx.1986-cı il tarixli qərarına əsasən ünvan 4 ünvanda yerləşən 2 otaqlı 16 nömrəli mənzilə dair X17 ilə icarə müqaviləsi bağlanmışdır. AZ-İ seriyalı 336565 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2009-cu ildə vəfat etmişdir. Həmçinin Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 23 saylı Mənzil Kommunal istismar Sahəsinin 553 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, sözegedən mənzilin icarədarı X12muş və o, xx.xx.2009-cu ildə vəfat etmişdir. İş materiallarından müəyyən olunur ki, mübahisəli mənzilin icarədarı X14 xx.xx.2009cu il tarixdə vəfatından sonra onun həyat yoldaşı X18 da xx.xx.2009-cu ildə vəfat etmiş, bundan sonra oğlu X6 icarə münasibətləri aparmadan həmin mənzildə qeydiyyatda olmuş və xx.xx.2019-cu ildə vəfat etmişdir. Bundan sonra İddiaçı Cavabdehnə ərizə verərək mübahisəli mənzildə qeydiyyatsız yaşadığına görə onunla icarə müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin sonuncu mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Lakin sonradan X9 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5243/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının onun qanunla qorunan maraqlarına toxunduğunu və bu səbəbdən də iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə X5 3cü şəxs qismində işə cəlb edilməsi barədə ərizəsinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, ərizəçinin müraciəti ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi X9 1987-ci ildən həmin mənzildə yaşamamış, həmin tarixdən qeyd olunan mənzildən qeydiyyatdan çıxmış, daimi yaşamaq üçün başqa ünvana köçmüş, həmçinin ərizəçi tərəfindən qərarın onun qanunla qorunan maraqlarına toxunması barədə hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, işə əlavə olunmuş ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair verilmiş 023515 saylı xx.xx.1972-ci il tarixli orderdən görünür ki, həmin order 5 nəfər ailə üzvündən ibarət olmaqla icarədar X2 adına verilmişdir və həmin orderdə X7 da adı icarədarın ailə üzvü kimi öz əksini tapmışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi Pırşenkova (Kazakova) Natalya Yuryevnanın xx.xx.1987-ci ildə X3 nikaha daxil olub, xx.xx.1987-ci ildə həmin mənzildən qeydiyyatdan çıxdığına və hal-hazırda Rusiya Federasiyasının vətəndaşı olub orada yaşadığına, buna görə də mübahisəli mənzilə dair hər hansı hüququnun mövcud olmadığına istinad edərək onun 3-cü şəxs kimi icraata cəlb edilməsi ilə bağlı ərizəsini təmin etməmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına və inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə xüsusi diqqət yetirməlidir. Lakin qeyd edilmiş hallar işə baxmış məhkəmə tərəfindən araşdırılmamış və nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış X5 hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi sonuncunun işə cəlb olunması və icraatın təzələnməsi barədə ərizəsini təmin etməməklə bağlı düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5243/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar