Məhkəmə qərarları › İş №2-1(103)-725/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-725/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-725/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və bu barədə ekvivalentlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və bu barədə ekvivalentlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7917/2022 saylı 12 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Rusiya Federasiyasının “X15 və Xidmət Universiteti” tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş 105004 ******* (qeydiyyat nömrəsi 015020) nömrəli apostil olunmuş diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “Menecmentlik” hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəyib və yekun dövlət imtahanlarını müvəffəqiyyətlə keçib, dövlət imtahan komissiyasının qərarı ilə ona bakalavr dərəcəsi verimişdir. Rusiya Federasiyasının “X15 və Xidmət Universiteti” tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş diploma əlavəyə əsasən təhsil proqramının istiqaməti (profili) turizm və qonaqpərvəlik üzrə menecmentlik, təhsil forması qiyabidir. 534 saylı xx.xx.2018-ci il tarixli X15 və Xidmət Universitetinin Mahaçqala filialının arayış-çağırışına əsasən verilir Azərbaycan Beynəlxalq bankına, Rusiya Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən qiyabi formada 2-ci kursda təhsil alan İddiaçı attestasiyadan keçməsi üçün tələb olunan müddət xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 20 təqvim günü təşkil edir. 601 saylı xx.xx.2019-cu il tarixli X15 və Xidmət Universitetinin Mahaçqala filialının arayış-çağırışına əsasən verilir Azərbaycan Beynəlxalq bankına, Rusiya Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən qiyabi formada 3-cü kursda təhsil alan İddiaçı attestasiyadan keçməsi üçün tələb olunan müddət xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 25 təqvim günü təşkil edir. 674 saylı xx.xx.2019-cu il tarixli X15 və xidmət universitetinin Mahaçqala filialının arayış-çağırışına əsasən verilir Azərbaycan Beynəlxalq bankına, Rusiya Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən qiyabi formada 3-cü kursda təhsil alan İddiaçı attestasiyadan keçməsi üçün tələb olunan müddət xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 25 təqvim günü təşkil edir. Azərbaycan Beynəlxalq Bankı Baş direktorun 916 m saylı xx.xx.2018-ci il tarixli təhsil məzuniyyəti barədə əmrə əsasən Quba filialının nəzarət şöbəsinin kredit inzibatçısı İddiaçı imtahan sessiyasında iştirak etmək üçün 15 oktyabr 2018-ci il tarixindən 19 oktyabr 2018-ci il tarixinədək əmək haqqı saxanılmaqla təhsil məzuniyyətinə buraxılması, 22 oktyabr 2018-ci il tarixindən işə başlanılması əmr edilmişdir. Əsas: X15 və Xidmət Universitetinin Mahaçqala filialının arayış-çağırışı və İddiaçı ərizəsi. Azərbaycan Beynəlxalq Bankı Baş direktorun 293 m saylı xx.xx.2019-cu il tarixli təhsil məzuniyyəti barədə əmrə əsasən Quba filialının nəzarət şöbəsinin kredit inzibatçısı İddiaçı imtahan sessiyasında iştirak etmək üçün 27 mart 2019-cu il tarixindən 05 aprel 2019-cu il tarixinədək 10 təqvim günü müddətinə əmək haqqı saxlanılmaqla təhsil məzuniyyətinə buraxılması, 08 aprel 2019-cu il tarixindən işə başlanılması əmr edilmişdir. Əsas: X15 və xidmət universitetinin Mahaçqala filialının arayış-çağırışı və İddiaçı ərizəsi. Azərbaycan Beynəlxalq Bankı Baş direktorun 2101 m saylı xx.xx.2019-cu il tarixli təhsil məzuniyyəti barədə əmrinə əsasən Quba filialının inzibatçılıq üzrə mütəxəssisi İddiaçı imtahan sessiyasında iştirak etmək üçün 21 noyabr 2019-cu il tarixindən 29 noyabr 2019-cu il tarixinədək 09 təqvim günü müddətinə əmək haqqı saxlanılmaqla təhsil məzuniyyətinə buraxılması, 02 dekabr 2019-cu il tarixindən işə başlanılması əmr edilmişdir. Əsas: X15 və Xidmət Universitetinin Mahaçqala filialının arayış-çağırışı və İddiaçı ərizəsi. X15 və Xidmət Universitetinin Mahaçqala filialının 1370/5 saylı xx.xx.2016-cı il tarixli əmrdən çıxarışına əsasən İddiaçı X15 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 1-ci kursa qəbul edilməsi qərara alınmışdır. X15 və Xidmət Universitetinin Mahaçqala filialının 1247/5 saylı xx.xx.2017-ci il tarixli əmrdən çıxarışa əsasən 2016/2017-ci tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X15 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 2-ci kursa keçirilməsi qərara alınmışdır. X15 və Xidmət Universitetinin Mahaçqala filialının 965/5 saylı xx.xx.2018-ci il tarixli əmrdən çıxarışına əsasən 2017/2018-ci tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X15 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 3-cü kursa keçirilməsi qərara alınmışdır. X15 və Xidmət Universitetinin Mahaçqala filialının 994/5 saylı xx.xx.2019-cu il tarixli əmrdən çıxarışa əsasən 2018/2019-cu tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X15 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 4-cü kursa keçirilməsi qərara alınmışdır. X15 və Xidmət Universitetinin Mahaçqala filialının 922/5 saylı xx.xx.2020-ci il tarixli əmrdən çıxarışa əsasən 2019/2020-ci tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X15 və xidmət universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 5-ci kursa keçirilməsi qərara alınmışdır. X15 və Xidmət Universitetinin Mahaçqala filialının 367/5 saylı xx.xx.2021-ci il tarixli əmrdən çıxarışına əsasən təhsil alması ilə əlaqədar tələbə İddiaçı X15 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 5-ci kursdan azad edilməsi qərara alınmışdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00004078 saylı 06 aprel 2022-ci il tarixli qərarından görünür ki, ərizəçi sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmasın. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən, ali təhsilin dövlət standartı özündə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən, ərizəçinin ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Belə ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göründüyü kimi, ərizəçinin aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Qeyd olunanlara əsasən qərara alındı: 1. Ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmasın. 2. Qərarın surəti məlumatı üçün ərizəçiyə təqdim edilsin. 3. Qərardan 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. Hazırda İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ilə məhkəməyə müraciət edərək, “ona Rusiya Federasiyasının “X15 və Xidmət Universiteti” tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş diplomunun tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1987-ci ildə anadan olmuşdur. 2016- 2021-ci illərdə “X15 və Xidmət Universiteti”nin “Menecment” ixtisası üzrə Bakalavriat (qiyabi) dərəcəsi səviyyəsində təhsil almışdır. Bu barədə təhsil aldığı “X15 və Xidmət Universiteti” tərəfindən ona 18 may 2021-ci ildə 105004 ******* №-li (015020 qeydiyyat nömrəli) diplom verilmişdir. Diplom lazımi qaydada imzalanmış və möhürlə təsdiq edilmişdir. O, diplomun tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyən edilməsi barədə elektron ərizə göndərmiş, lakin cavabdeh tərəfindən müraciətindən 06 aprel 2022-ci il tarixli qərarla imtina edilmişdir. İmtina səbəbi kimi onun sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması göstərilmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, təhsil aldığı dövrdə (2016-2021-ci illərdə) 1-ci kurs bütün semestr dərslərdə iştirak etmişdir. Lakin 2-ci kursdan etibarən işlə, himayəsində azyaşlı övladının olması və bütün dünyanı bürüyən “COVİD-19” xəstəliyi ilə əlaqədar olaraq dərslərdə Universitetin razılığı ilə iştirak edə bilməmişdir. Universitet hər semestr öncəsi ona materiallar göndərmiş, o, yalnız imtahan və zaçotlarda gedib iştirak etmişdir. Bunu xx.xx.2022-ci ildə Universitet tərəfindən verilmiş arayış təsdiq edir. İmtahan və zaçotları yaxşı qiymətlərlə özü vermişdir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq ərizəçiyə onun təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində (İ il-20 gün, İİ il-13 gün, İİİ il-16 gün, İV il-9 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), V il-getməyib (pandemiya dövrü) tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı təhsil normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (2016/2017-ci tədris ili üzrə - 20 gün, 2017/2018-ci tədris ili üzrə -13 gün, 2018/2019-cu tədris ili üzrə - 16 gün, 2019/2020-ci tədris ili üzrə - 9 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü)) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3. təcrübələrdə iştirak etməsi; 3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.9. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Təhsildə X1rşı X15 və Xidmət Universiteti tərəfindən verilmiş menecment ixtisası üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7917/2022 saylı 12 avqust 2022-ci il tarixli qərarı ilə İddiaçı “X15 və Xidmət Universiteti” tərəfindən verilmiş 105004 ******* saylı (015020 qeydiyyat nömrəli) 18 may 2021-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz hallarındandır ki, iddiaçı 2016-2021-ci illərdə X15 və Xidmət Universitetində qiyabi formada (İ il - 20 gün, İİ il - 13 gün, İİİ il - 16 gün, İV il - İ semestr - 9 gün; İİ semestr - pandemiya dövrünə təsadüf edir, V il - pandemiya dövrünə təsadüf edir) təhsil almışdır. İddiaçı iddia ərizəsində və məhkəmə öz qərarında iddiaçının təhsil aldığı müddətin pandemiya dövrünə düşməsi ilə əlaqədar olaraq iddiaçının dərslərdə az müddətdə iştirak etməsini vurğulamışdır. Qeyd edilən məsələyə münasibətdə bildirmək istərdik ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, iddiaçının təhsil aldığı müddətiləri nəzərdən keçirməmişdir. Belə ki, iddiaçının təhsil aldığı müddətin yalnız son iki ili - 2019/2020 və 2020/2021-ci tədris illəri pandemiya dövrünə təsadüf edir. Lakin iddiaçı tədris aldığı 2017/2018 və 2018/2019-cu illərdə qiyabi tədris üçün tələb olunan müddətdə tədrisə cəlb olunmadığı üçün diploma əlavədə qeyd olunan tədris yükünü yetinə yetirməyi qeyri-mümkündür. Həmçinin məhkəmə öz qərarının 4-cü səhifəsində iddiaçının hər il universitet tərəfindən tədrisə cəlb olunmasına dair arayışları təqdim etmiş və məhkəmə öz qərarında həmin arayışlarla iddiaçının tədrisə çağırılma müddətlərini nəzərə almamış və həmin arayışlar üzrə təhsilə cəlb olunma müddətlərini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qərarının 4-cü səhifəsində iddiaçının 2-ci kursda 20 təqvim günü (xx.xx.2018-xx.xx.2018) müddətinə tədrisə cəlb olunmasına dair arayışa düzgün istinad etməmiş, sübutları düzgün araşdırmamışdır. İddiaçı hamin müddətdə artıq 3- cü kursda təhsil alırdı (2018 sentyabr - 2019 iyun tədris müddəti). Həmin arayış-çağırışlara nəzər yetirdikdə görmək olur ki, iddiaçının 3-cü kursda 20 təqvim günü (xx.xx.2018-xx.xx.2018) və (2018/2019-cu tədris ili) 25 təqvim günü (xx.xx.2019-xx.xx.2019) ümumilikdə isə 45 gün müddətinə, 4-cü kursda isə 25 təqvim günü müddətinə (xx.xx.2019-xx.xx.2019) tədrisə cəlb olunması üçün arayışdəvət göndərmişdir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi sübutları hərtərəfli, tam və obyektiv araşdırmadan iddiaçının işlədiyi müəssisənin ona verdiyi təhsil məzuniyyətləri üzrə müddətləri nəzərə alaraq əsassız qərar qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1 və 73.3.2-ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion səlahiyyətindən kənara çıxaraq iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2- 1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021ci il tarixli qərarlar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin tələblərinə əsəsən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyəti olmasını vurğulamışdır. Lakin məhkəmə iş üzrə bütün sübutları araşdırmamış, ekspert rəyinə münasibət bildirməmiş, yalnız iddiaçının təqdim etdiyi sübutlara qiymət vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci bəndinə əsasən bakalavriat səviyyəsində həftəlik auditoriya dərslərinin həcmi 30 saatdan, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Həmçinin həmin Qərarın 8.7.2ci yarımbəndinə əsasən bakalavriat səviyyəsində qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat, magistratura səviyyəsndə isə 120-160 saat nəzərdə tutulur. Bununla da, iddiaçı X7 təhsil aldığı ölkədə qısa müddət (İ il - 20 gün, İİ il - 13 gün, İİİ il - 16 gün, İV il - İ semestr - 9 gün; İİ semestr - pandemiya dövrünə təsadüf edir, V il pandemiya dövrünə təsadüf edir) ərzində olduğundan onun diploma əlavədə qeyd olunan tədris yükünü ali təhsil pilləsinin dövlət standartı və proqramına uyğun yerinə yetirməsi qeyri-mümkün hesab edilmişdir. İddiaçı 13 günə və ya 16 günə yuxarıda göstərilən tələblərə uyğun tədris yükünü yerinə yetirməsi mümkün deyildir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmiş, həmin ölkədə olmadığı dövrlərin üzrlü səbəbi kimi, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, həmin övladını tək böyütməsini, iş yerindən ona tələb olunan müddət həddində təhsil məzuniyyətinin verilməməsini, tam təhsil məzuniyyəti veriləcəyi təqdirdə iş yerinin rəhbərliyi tərəfindən bunun onlara sərf etməməsinin bildirilməsini və onun işdən çıxarılacağı təhlükəsinin olduğunu, başqa işçi ilə əvəzlənəcəyini, ona görə də tək valideyn olaraq işini itirməmək qayğısının olmasını göstərmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın elektron formada göndərilmiş imtina məktubunun (qərarın) tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı “ona Rusiya Federasiyasının “X15 və Xidmət Universiteti” tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş diplomunun tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsini arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərək onun təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına istinad etmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan və işi faktiki hallarına əsasən hər hansı halın mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməməsinə, cavabdehin diplomun tanınmasından imtina etməsinin iddiaçının hüquqlarının pozulmasına səbəb olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kollegiya ilk növbədə kassasiya instansiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (qiyabi) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2046/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı). “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Həmin proqramın 8.7-ci bəndinə görə ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir. Həmin proqramın 8.7.1-ci bəndinə əsasən ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. Həmin proqramın 8.7.2-ci bəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriatsəviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Həmin proqramın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.1-ci bəndinə görə bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İşin araşdırılması zamanı müəyyən edilmiş hallarından görünür ki, iddiaçı təhsil aldığı Rusiya Federasiyasının ərazisində birinci il - 20 gün, ikinci il - 13 gün, üçüncü il - 16 gün, dördüncü il İ semestr 9 gün getmiş, İİ semestr-pandemiya və V il pandemiya dövrlərinə düşdüyünə görə getməmişdir. Onun qeyd olunan müddətlərdə təhsil aldığı Rusiya Federasiyasının ərazisində olması Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş arayışla təsdiq olunur. İş materiallarına əlavə edilmiş iddiaçının təhsil aldığı universitet tərəfindən iddiaçının işlədiyi quruma göndərilmiş arayış-çağırışlara əsasən müəyyən edilir ki, universitet tərəfindən müvafiq tədris illəri üçün semestr ərzində tələbə 20, 25 təqvim günü üçün çağırılarkən, işəgötürən tərəfindən iddiaçıya verilmiş təhsil məzuniyyətləri barədə əmrlərdən görünür ki, ona yalnız imtahan sessiyasında iştirak üçün 5, 9, 10 təqvim günü təhsil məzuniyyəti verilmişdir. Lakin qeyd edilməlidir ki, arayış çağırışlardakı müddət ərzində iddiaçı həmin ölkədə olmasa da, iddiaçının təhsil aldığı universitet idiaçının tədris müddəti ərzində tələb olunan günlərdən az iştirak etməsini qəbul etmişdir. İş materiallarından görünür ki, universitetin hər il üzrə xx.xx.2017-ci il tarixli 1247/5 nömrəli, xx.xx.2018-ci il tarixli 965/5 nömrəli, xx.xx.2019-cu il tarixli 994/5 nömrəli, xx.xx.2020-ci il tarixli 922/5 nömrəli əmrlərinə əsasən tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə iddiaçı hər il növbəti kursa keçirilmiş və yekunda xx.xx.2021-ci il tarixli 367/5 nömrəli əmrlə 5-ci kursu bitirməsi ilə əlaqədar azad edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 015020 nömrəli diploma əlavəyə əsasən iddiaçı həmin Universitetdə təhsil aldığı zaman proqram fənlərindən əla, yaxşı və məqbul qiymətlər almış, tədris təcrübəsini keçmiş, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni, iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmiş, iddiaçının növbəti kurslara kəsiri və ya akademik borcu qalmamışdır. İddiaçı təhsil aldığı ölkədə az olmasının səbəbi kimi tək ana olmaqla, himayəsində azyaşlı övladının olması, övladının azyaşlı olması və səhhəti ilə əlaqədar övladına baxacaq şəxsin olmaması səbəbindən uzun müddət ondan ayrı qalmasının qeyri-mümkün olması, bank sistemində işləməklə işini itirməmək üçün yalnız işəgötürən tərəfindən verilmiş təhsil məzuniyyətləri dövründə imtahan sessiyasında iştirak etmək üçün həmin ölkəyə gedə bilməsi ilə əlaqələndirmiş, eyni zamanda pandemiya dövründə tədrisin online şəkildə internet üzərindən keçildiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2210/2011 saylı 18 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh İddiaçı qarşı nikahın pozulmasına dair iddiasının təmin edilməsi, X12 ilə İddiaçı arasında bağlanmış və 22 iyun 2007-ci il tarixdə 147 nömrə ilə Quba rayon VVADQ şöbəsində qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından 18 iyul 2008-ci il tarixdə anadan olmuş X9 anası İddiaçı yanında qalması, X5 18 iyul 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 76 manat məbləğində İddiaçı xeyrinə aliment tutulması, alimentin tutulmasının 18 may 2011-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5675/2011 nömrəli, 28 dekabr 2011-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, X12 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmiş, həmin ölkədə olmadığı dövrün üzrlü səbəbi barədə məhkəməyə sübut və əsaslar (himayəsində yetkinlik yaşına çatmayan övladı olması, övladını tək böyütməsi, iş yerindən ona tələb olunan müddət həddində təhsil məzuniyyəti verilməməsi, tam təhsil məzuniyyəti veriləcəyi təqdirdə iş yerinin rəhbərliyi tərəfindən bunun onlara sərf etməməsi və onun işdən çıxarılacağının, başqa işçi ilə əvəzlənəcəyinin bildirilməsi, ona görə də tək valideyn olaraq işini itirməmək qayğısının olması) təqdim etmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı müəssisə tərəfindən ona tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmiş, iddiaçı göründüyü kimi, bütün akademik borclarını ödəmiş, təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kürslara keçirmiş, imtahanlarından əla və yaxşı qiymətlər almışdır. O ki qaldı sonuncu kurslarda (İV kursun İİ semestrində və V kursda) təhsil aldığı ölkəyə gedə bilməməsinə, göründüyü kimi, həmin dövr dünyada COVİD-19 pandemiyasının hökm sürdüyü dövrə təsadüf edir ki, həmin dövrdə də bütün təhsil müəssisələri və iş yerlərində hansı məhdudiyyətlərlə təhsilin və işin təşkil olunması hamı üçün bəllidir və bu danılmaz fakt mövcud olsa da, iddiaçıdan məhz həmin kurslarda da təhsilə ofline şəkildə qatılmasının tələb olunması düzgün deyil, bunun təqsirliliyinə görə məsuliyyət də iddiaçının üzərinə qoyula bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Oxşar işlər üzrə Azərbayxcan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarlarında belə sərgilənmişdir (2-1(102)- 2046/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı). Beləliklə, cavabdehin təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğu və diplomda qeyd olunmuş tədris yükünün yerinə yetirilmədiyinə dair bildirdiyi dəlillər əsassız olmuşdur, işdəki mövcud sübutlarla bunun əksi təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur. Bundan başqa, qanunvericilikdə iddiaçının təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi, cavabdeh ümumi qaydada, hər hansı konkret hallara və sübutlara istinad etmədən tədris yükünün yerinə yetirilmədiyinə əsaslanmaqla diplomu tanımaqdan imtina etmişdir. Bu, yolverilməzdir. Əslində isə cavabdeh bu halda, Qaydaların 3.7-ci bəndinə uyğun olaraq təhsil sahəsində ixtisasın tanınması və ya təhsilin məzmununun uyğunluğu haqqında mənfi rəylərə istinad etməli və həmin rəyləri məhkəməyə təqdim etməli idi. Lakin nə iddiaçının müraciətini təmin etməkdən imtina ilə bağlı məktubunda, nə də birinci instansiyası məhkəməsindəki icraat zamanı cavabdeh həmin zəruri sübutları təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin özü tərəfindən də mənfi rəy verilməsinə əsas ola biləcək Qaydaların 3.7-ci bəndində sadalanmış hallardan hər hansı biri də müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7917/2022 saylı 12 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ s Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7917/2022 saylı 12 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar