Məhkəmə qərarları › İş №2-1(103)-725/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-725/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-725/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X5 ibarət tərkibdə, X15-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X9 inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-942/2024 saylı 26 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 adına verilmiş Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2F ünvanında yerləşən, yaşayış sahəsi 33.95 kv. metr olan ev və torpaq sahəsi 0.104 ha olan torpaq sahəsinə dair mülkiyyət hüququ verən EX seriyalı ******* nömrəli Çıxarışın qismən ləğv edilməsi, ümumi keçidin bağlanması ilə nəticələnən 0.02 ha torpaq sahəsinin X1 mülkiyyətindən çıxarılması barədə öhdəliyin cavabdeh təşkilat olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində olan Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini ((bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) və üçüncü şəxs qismində X4 göstərməklə, məhkəmədən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2F ünvanında yerləşən, yaşayış sahəsi 33.95 kv. metr olan evə və həmin evin yerləşdiyi 0,104 ha-dan ibarət olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində 431 nömrəli reyestr kitabının 40381 nömrəli vərəqində aparılmış ********* qeydiyyat, **********71-10301 reyestr nömrəli qeydiyyatın 0,02 ha torpaq sahəsinə dair hissədə ləğv olunması barədə öhdəliyin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən EX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2F ünvanında yerləşən, yaşayış sahəsi 33.95 kv. m. olan ev və sahəsi 0.104 ha olan torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Oeyd olunan torpaq sahəsi X1 mülkiyyətinə verilərkən Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən kobud səhvə yol verilmiş yaşayış məntəqələri torpaqlarına aid olan ümumi istifadədə olan ərazi və nəqliyyat üçün nəzərdə tutulan yol X1 mülkiyyətinə verilmişdir. Bununla da həm onun həm də digər qonşuların ümumi yoldan istifadə etmələri məhdudlaşdırılmışdır. Bu fakt xx.xx.2018-ci il tarixli “Yanğın-texniki müayinə aktı” ilə təsdiqini tapır. Mübahisəli torpaq sahəsi Sabunçu rayon Bələdiyyəsinin mülkiyyətində olmasına baxmayaraq həmin torpaq sahəsi mövcud qanunvericiliyə zidd şəkildə X1 mülkiyyətinə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-942/2024 saylı 26 sentyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən allyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, iş materilarınadan göründüyü kimi, iki ziddiyətli məqamı məhkəmə aydınlaşdırmamışdır, belə ki xx.xx.2018-ci il tarixli “Yanğın-texnikimüayinə” aktında (surətində) qeyd olunmuşdur ki, aktı imza edənlər:Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarti Xidmətinin 4-cü ərazi DYNİ-nin, X22 şöbəsinin böyük inspektoru, daxili xidmət ərazi DYNİ-nin, X22 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru Ədalət Kərimov, həmin şöbənin inspektoru. Daxili xidmət kapitanı Əlipaşa Əskərli və Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin müavini Emil Əhmədovun iştirakı ilə birlikdə ünvan 4 ünvanında yaşayan İddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyinin X22 Xidmətinin 4-cü ərazi DYNİ-nə daxl olmuş xx.xx.2018-ci il tarixli, A-0035 nömrəli şikayə tərizəsinin araşdırılması məqsədilə həmin ünvanda oldular və yanğın-texniki müayinə keçirərək, mövcud vəziyyəti səciyyələndirən fotoşəkil çəkərək akt tərtib etdilər. Vətəndaş İddiaçı müraciətində bildirmişdir ki, yaşadığı fərdi yaşayış evinə gedən avtomobii yolunun bir hissəsinin qonşuluqda yaşayan Bəndalı Əliyev Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən (Seriya RXNo 1270830, xx.xx.2018ciiltarixli) bağ sahəsi kimi istifadə edərək və həmin torpaq sahəsini metaltor ilə hasarlayaraq zəbt etmişdir. Bu səbəbdən həmin ünvanda yerləşən evlərdə baş verə biləcək yanğın və fövqəladə hadisələr zamanı küçəyə yanğın avtomibillərinin və digər avtomobillərin gediş-gəlişini məhdudlaşdırmışdır. Müraciətdə qeyd olunan fakt öz əksini tapdı. Hazırki mübahisənin həlli ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, sonuncu tərəfindən verilmiş 3-16-16/2-10/5446 Noli 10 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert DƏDKR1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Fərman Zeynalovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıda qeyd olunan nəticəyə gəlmişdir: Göstərilən torpaq sahəsi faktiki olaraq 0,104 ha təşkil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 33,95 kv. metr olan fərdi yaşayış evi mövcuddur. Qeyd olunan torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evi **********71- 10301 reyestr nömrəsi ilə X1 adına vahid əmlak kimi qeydiyyatdan keçmişdir (xüsusi mülkiyyətdədir). Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə əsas olmuş JN- 14009H; kod 00500016 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə sahə 0,105 ha kimi göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinə dair verilmiş texniki pasportla ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin perimetrik ölçüsü arasında perimetrik ölçü və konfiqirasiya fərqi mövcuddur. Belə ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən torpaq sahəsinin bir hissəsi azalaraq yol üçün verilmiş, digər tərəfdən isə artırılıb. DƏDKR1 saylı Bakı Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli Çıxarışın verilməsinə əsas olan xüsusi mülkiyyət hüququ ilə X1 adına Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2 F ünvanında yerləşən, yaşayış sahəsi 33,95 kv. metr olan evə və həmin evin yerləşdiyi 0,104 ha-dan ibarət olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində 431 nömrəli reyestr kitabının 40381 nömrəli vərəqində aparılmış **********71- 10301 reyestr nömrəli ********* qeydiyyat həmin ərazidə olan ümumi yoldan üçüncü şəxslərin istifadə etmələrini məhdudlaşdırmır. Ekspert sadəcə “üçüncü şəxslərin istifadə etmələrini məhdudlaşdırmır” deməklə kifayətlənir, həmin ünvanda yerləşən evlərdə baş verə biləcək yanğın və fövqəladə hadisələr zamanı küçəyə yanğın avtomibillərinin və digər avtomobillərin gediş-gəlişini məhdudlaşdırılması ilə bağlı münasibət bildirmir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi (oğlu) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh inzibati orqanın 3-cü şəxs X1 adına Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2F ünvanında yerləşən, yaşayış sahəsi 33.95 kv. metr olan evə və həmin evin yerləşdiyi 0,104 ha-dan ibarət olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində 431 nömrəli reyestr kitabının 40381 nömrəli vərəqində apardığı ********* qeydiyyat, **********71-10301 reyestr nömrəli qeydiyyatın 0,02 ha torpaq sahəsinə dair hissədə ləğv olunmasına nail olmaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını və s. yoxlamalıdır (9-cu bənd)”. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır. İşin faktiki hallarına görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus 0,041714 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 73,6 kv. m. olan fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 201 nömrəli reyestr kitabının 18581 nömrəli vərəqində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli “Yanğın-texniki müayinə” aktında (surətində) qeyd olunmuşdur ki, aktı imza edənlər: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarti Xidmətinin 4-cü ərazi DYNİ-nin, X22 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru Ədalət Kərimov, həmin şöbənin inspektoru, daxili xidmət kapitanı Əlipaşa Əskərli və Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin müavini Emil Əhmədovun iştirakı ilə birlikdə ünvan 8 ünvanında yaşayan İddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyinin X22 Xidmətinin 4-cü ərazi DYNİ-nə daxl olmuş xx.xx.2018-ci il tarixli, A-0035 nömrəli şikayət ərizəsinin araşdırılması məqsədilə həmin ünvanda oldular və yanğın-texniki müayinə keçirərək, mövcud vəziyyəti səciyyələndirən fotoşəkil çəkərək akt tərtib etdilər. Vətəndaş İddiaçı müraciətində bildirmişdir ki, yaşadığı fərdi yaşayış evinə gedən avtomobii yolunun bir hissəsinin qonşuluqda yaşayan Bəndalı Əliyev Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən (Seriya RX № 1270830, xx.xx.2018-ci il tarixli) bağ sahəsi kimi istifadə edərək və həmin torpaq sahəsini metal tor ilə hasara alaraq zəbt etmişdir. Bu səbəbdən həmin ünvanda yerləşən evlərdə baş verə biləcək yanğın və fövqəladə hadisələr zamanı küçəyə yanğın avtomobillərinin və digər avtomobillərin gediş-gəlişini məhdudlaşdırmışdır. Müraciətdə qeyd olunan fakt öz əksini tapdı. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********33 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 10 ünvanında yerləşən əmlaka dair verilmiş çıxarışın və texniki pasportun natura ilə yerində üst-üstə düşüb-düşməməsi ilə bağlı müraciətinə baxılmışdır. Tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İşə baxan birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********3 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş sənədlərdən görünür ki, JN-14009H; KOD 00500016 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə X6 və onun ailə üzvlərinə verilib, ona görə N saylı hərbi hissənin mənzil komissiyasının yığıncağının xx.xx.1999-ci il tarixli 27 saylı protokolu və Bakı şəhər İH-nin Tİ və MHQİ-nin xx.xx.2004-cü il tarixli ÖM seriyalı 194121 saylı Qeydiyyat vəsiqəsi ilə 0,1050 hektar torpaq sahəsi (ünvan 11 ünvanda yerləşən) fərdi yaşayış evi tikintisi üçün onun mülkiyyətinə verilib. AN-İ seriyalı ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X9 ünvan 12 ünvanında 0,104 ha torpaq sahəsində yerləşən 34 kv.m., olan fərdi yaşayış evini X12 və qeyr. alqı-satqı yolu ilə almışdır. Müqavilənin 2-ci bəndində göstərilmişdir ki, satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədlərə əsasən Satıcılara məxsusdur: - ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018- ci il tarixdə X7 verilmiş **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 34 kv.metr. - ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018- ci il tarixdə X12, X10, X13, X14, X16 və X18 verilmiş **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 0,104 ha. “Fərdi yaşayış evi”nə dair xx.xx.2018-ci il tarixdə tərtib olunmuş **********71- 10301 reyestr №-li, texniki pasportun surətindən müəyyən olunur ki, X3 məxsus ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.104 ha, faktiki sahəsi 0.104 ha, tikinti altı sahə 0.00738 ha, digər sahələr 0.09662 ha qeyd olunmuşdur. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 13 ünvanında yaşayış mətəqələrinin torpaqlarına aid 0,104 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 33,95 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 431 nömrəli reyestr kitabının 40381 nömrəli vərəqində X1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********50 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinə dair X1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı müraciətinə baxılmışdır. Qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən məhkəmə qaydasında həll edilə bilər. İşə birinci instansiya qaydasında baxılarkən məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, sonuncu tərəfindən verilmiş 3-16-16/2-10/5446 №li 10 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən ekspert DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Fərman Zeynalovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıda qeyd olunan nəticəyə gəlmişdir: Göstərilən torpaq sahəsi faktiki olaraq 0,104 ha təşil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 33,95 kv. metr olan fərdi yaşayış evi mövcuddur. Qeyd olunan torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evi **********71-10301 reyestr nömrəsi ilə X1 adına vahid əmlak kimi qeydiyyatdan keçmişdir (xüsusi mülkiyyətdədir). Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə əsas olmuş JN-14009H; kod 00500016 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə sahə 0,105 ha kimi göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinə dair verilmiş texniki pasportla ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin perimetrik ölçüsü arasında perimetrik ölçü və konfiqirasiya fərqi mövcuddur. Belə ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən torpaq sahəsinin bir hissəsi azalaraq yol üçün verilmiş, digər tərəfdən isə artırılıb. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli Çıxarışın verilməsinə əsas olan xüsusi mülkiyyət hüququ ilə X1 adına Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2 F ünvanında yerləşən, yaşayış sahəsi 33,95 kv. metr olan evə və həmin evin yerləşdiyi 0,104 ha-dan ibarət olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində 431 nömrəli reyestr kitabının 40381 nömrəli vərəqində aparılmış **********71-10301 reyestr nömrəli ********* qeydiyyat həmin ərazidə olan ümumi yoldan üçüncü şəxslərin istifadə etmələrini məhdudlaşdırmır. Bu səbəbdən birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə mahiyyəti üzrə baxmaqda düzgün nəticəyə gəlməmişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi, iddiaçının hüquqi marağı cavabdeh inzibati orqanın qəbul etdiyi RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 2F ünvanında yerləşən, yaşayış sahəsi 33.95 kv. metr olan evə və həmin evin yerləşdiyi 0,104 ha-dan ibarət olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində 431 nömrəli reyestr kitabının 40381 nömrəli vərəqində aparılmış ********* qeydiyyat, **********71-10301 reyestr nömrəli qeydiyyatın 0,02 ha torpaq sahəsinə dair hissədə ləğv olunmasından ibarətdir. Yaranmış mübahisənin ümumiyyətlə inzibati mübahisə olub-olmadığını müəyyən etmək üçün mübahisələndirilən qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində hansı sənədlər əsasında aparıldığını araşdırmaq lazımdır. İşdən görünür ki, həmin reyestrdəki qeydiyyat məhz 3-cü şəxslə digər fiziki şəxs (X12) arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aparılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdi ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlər (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, mübahisələndirilən reyestrdəki qeydiyyat əgər mülki hüquqi əqdin nəticəsi olaraq aparılmışdırsa, həmin qeydiyyat inzibati məhkəmədə mübahisələndirilməli deyil, həmin qeydiyyatın aparılmasına əsas olan hüquq müəyyənedici sənədlər mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Hazırki işdə isə iddiaçı mübahisələndirdiyi reyestrdəki qeydiyyatın mülki hüquqi əqd nəticəsində aparıldığını nəzərə almayaraq və həmin əqdi mülki məhkəmə icraatı qaydasında mübahisələndirmədən reyestrdəki qeydiyyatı inzibati məhkəmə icraatında mübahisələndirmişdir. Qeyd olunan halı işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin bu aspektdən ödənilib-ödənilmədiyini yoxlamadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etməklə düzgün nəticəyə gəlməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bundan əlavə, işdən görünür ki, İddiaçı və digərlərinin cavabdehlər X7 (3-cü şəxsin alqı-satqı nəticəsində əldə etdiyi daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinənin Sabunçu rayon Şöbəsinə qarşı “hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsinin ümumi istifadəyə qaytarılması tələbi”nə dair iddia tələbi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1732/2019 saylı 02 may 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Həmin qətnamə ondan şikayət verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla bağlı iddiaçının iddia tələblərinə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-942/2024 saylı 26 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-942/2024 saylı 26 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar