Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-726/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçı və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X16nə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5856/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 140 №-li Qərarında göstərilmişdir ki, Bakı şəhəri, Səbail RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdaş rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Sağ aşağı ətrafın, sağ bazunun yuxarı 1/3-nin, döş qəfəsinin ön səthinin kor qəlpə yarası” (Bakı ş. Səbail RHK-nm xx.xx.2008-ci il tarixli 62 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli 14 nömrəli arayışı, Ağdaş rayonu mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 1151 nömrəli və xx.xx.1992-ci il tarixli 307 nömrəli arayışları ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin a) bəndi. MN MHHK-nin 138 nömrəli, xx.xx.2009-cu il tarixli protokolu. İddiaçı aid xx.xx.2015-ci il tarixli xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Beynəlxalq XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 Təsnifatı: Kəllədaxili travma = > S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Baş beynin diffuz travması, kəskin qalıq əlamətləri. Yuxarı ətrafların monoplegiyası. Sol qolun hərəkət funksiyasının pozulması; Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Meyar: İkinci dərəcə əlillik => DİGƏR: Baş-beyin travması; Müddət: 1il; Növbəti qiymətləndirmə tarixi: xx.xx.2016-cı il; xx.xx.2016-cı il tarixli xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Beynəlxalq XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 Təsnifatı: Kəllədaxili travma = > S06.2 - Baş beynin diffuz travması; Dianozun mətni: Baş beynin diffuz travması.kəskin qalıq əlamətləri. Yuxarı ətrafların monoplegiyası. Sol qolun hərəkət funksiyasının pozulması; Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Meyar: 2.2. ikinci dərəcə əlillik = > DİGƏR: Baş-beyin travması; Müddəti: 05 il; Növbəti qiymətləndirmə tarixi: xx.xx.2021-ci il tarixli xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = > SOO-S09 - Başın travmaları = > S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Dianozun mətni: S06.2 Baş beynin diffuz travması,. Keçirilmiş kəllə beyin travması davamlı qalıq əlamətləri, Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri,. Postravmatik ensefolapatiya, Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası,. Sol yuxarı ətrafın monoplegiyası Ağırlaşma F07.2 Postkontuzion sindrom, Ağırlaşma F48 Digər neqativ pozğunluqlar, Asteno nevrotik sindrom; Meyar: imtina edilir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslı klinikada (nevroloji) əlavə müayinə və müalicə qərarı verildi. Ağırlaşma dəqiqləşsin. xx.xx.2021-ci il tarixli xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.2 – Baz; Dianozun mətni: Sağ aşağı ətrafın, sağ bazunun yuxarı 1/3-nin, döş qəfəsinin ön səthinin kor qəlpə yarası; Meyar: imtina edilir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir xx.xx.2022-ci il tarixli xxxxxxx0005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: T90. Kəllədaxili travmaların nəticələri , F07.2 Postkontuzion sindrom, G83.2 Yuxarı ətrafların monoplegiyası, G54 Sinir köklərinin və kələflərinin zədələnmələri, M51.8 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş zədələnməsi, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Öncəki (2015 il) əlillik təyinatı aparılarkən təqdim olunan Forma 88də xəstənin stasionar müalicələri hazırki formada qeyd olunan stasionar müalicələr arasında uyğunsuzluqlar var, araşdırılsın. xx.xx.2022-ci il tarixli xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri? Sağ aşağı ətrafın, sağ bazunun yuxarı 1/3-nin, döş qəfəsinin ön səthinin kor qəlpə yarası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli xxxxxxx0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Bazu kələfinin zədələnməsi, Sağ bazu kələfinin postravmatik pleksiti; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, № 3-17-4/3- 3-19652/2023 №-li Qərarında göstərilmişdir ki, Bakı şəhər sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********8). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022- ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********3). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 140 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Sağ aşağı ətrafın, sağ bazunun yuxarı 1/3-nin, döş qəfəsinin ön səthinin kor qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi yuxarı və aşağı ətraflarda əlillik təyinatına əsas verən funksional pozuntular, əzələ atrofiyası qeyd olunmamışdır. Nevroloji ocaqlı patologiya qeyd olunmamışdır. Romberg vəziyyətində dayanıqlıdır. Göndəriş əsassız rəsmiləşdirilmişdir (İTS)” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında, dizində ağrıdan, hərəkət məhdudluğundan şikayət etmişdir. Müayinə zamanı aşağı və yuxarı ətraflarda əzələ inkişafı paralel, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ətraflarında hərəkət məhdudluğundan, başağrılarından şikayətlənmişdir. Müayinə zamanı sağ ayaq arxasında, sağ baldırın yuxarı 1/3-də, qarının sağ tərəfində çapıq izlənilmiş, hərəkətlər sərbəst olmuşdur. Nevroloji müayinə zamanı əzələ gücü və tonusu normal, hərəkətləri tam həcmdə olmuş, parez, atrofiya qeyd edilməmişdir. X10 xx.xx.2023cü il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “Sol aşağı ətrafda n.tibialisin hərəki liflərinin stimulyasiyası zamanı göstəricilər norma daxilindədir. Sağ aşağı ətrafda n.peroneusun hərəki liflərinin stimulyasiyası zamanı göstəricilər ciddi dərəcədə enmişdir. Sağ yuxarı ətrafda n.axillaris və n.ulnarisin stimulyasiyasi zamanı amplituda ciddi dərəcədə enmişdir” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. M.Ə.Əfəndiyev adına X13 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3461 nömrəli Çıxarışında diaqnoz “Sağ bazu kələfin postravmatik (gəlpə yaralanması) pleksiti. Sağ yuxarı ətrafın süst monoparezi, hərəkət funksiyasının pozulması. Arterial hipertenziya" kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Komissiya qərara alır: 1.28. İddiaçı – Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilsin. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddia tələbinin tam təmin edilməsini və onun əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentliyin Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3- 1734/2024 saylı Qərarının ona aid olan hissədə ləğv edilməsini və ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, sol aşağı ətrafın, sol bazunun yuxarı 1/3- nin, döş qəfəsinin ön səthinin kor qəlpə yarası diaqnozu ilə müəyyən edilmiş ağır xəstəlikdən əziyyət çəkir. O, bu günə kimi bu xəstəliklə bağlı daim ciddi həkim nəzarətindədir. Yuxarıda qeyd edilən xəsarətlərlə bağlı ona 2009-cu il tarixdən, 2021-ci il tarixə kimi 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Lakin Agentlik tərəfindən ona təyin edilmiş əlillik dərəcəsi məlum olmayan səbəblərdən dayandırılmış və cavabdeh təşkilat tərəfindən ona istifadəsində olan mobil telefonuna “xx.xx.2021-ci il tarixli göndərişə əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilməsi barədə" "eyni zamanda digər SMS-də xx.xx.2023-cü il tarixli göndərişə diaqnozun öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatına imtina edilmişdir" xx.xx.2023-cü il tarixdə SMS gəlmişdir. Bu səbəbdən də o, hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5856/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3-1734/2024 № li Qərarının xx.xx.1960cı il təvəllüdlü İddiaçı aid hissədə ləğv edilməsi və xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X16nin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cavabdehin etiraz məktubunun məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının və “Əlilliyi olan şəxlərin hüquqları haqqında” Qanunun müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Bakı şəhər sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********8). Sonradan əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz öz təsdiqini tapmır barədə qərar verilmişdir (ESDAS 3-17- 4/3-1-96120/2023). 3-17-4/1-6948/2024 nömrəli məktubla daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-5856/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 140 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Saq aşağı ətrafın, saq bazunun yuxarı 1/3-nin, döş qəfəsinin ön səthinin kor qəlpə yarası" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi yuxarı və aşağı ətraflarda əlillik təyinatına əsas verən funksional pozuntular, əzələ atrofiyası qeyd olunmamışdır. Nevroloji ocaqlı patologiya qeyd olunmamışdır. Romberg vəziyyətində dayanıqlıdır. Göndəriş əsassız rəsmiləşdirilmişdir (İTS)” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Sonradan vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında, dizində ağrıdan, hərəkət məhdudluğundan şikayət etmişdir. Müayinə zamanı aşağı və yuxarı ətraflarda əzələ inkişafı paralel, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ətraflarında hərəkət məhdudluğundan, başağrılarından şikayətlənmişdir. Müayinə zamanı sağ ayaq arxasında, sağ baldırın yuxarı 1/3-də, garının sağ tərəfində çapıg izlənilmiş, hərəkətlər sərbəst olmuşdur. Nevroloji müayinə zamanı əzələ gücü və tonusu normal, hərəkətləri tam həcmdə olmuş, parez, atrofiya geyd edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qolundan qəlpə yarası aldığını bildirmiş, sağ yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ baldırın yuxarı 1/3-də, sağ qabırğaaltı nahiyədə çapıqlar izlənilmiş, digər çapıqlar aşkarlanmamış, yuxarı və aşağı ətraflarında hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ inkişafı paralel, hipotrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş son illərə dair heç bir müayinə və müalicə sənədlərini təqdim etməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə öz mövqeyini əsaslandıraraq bildirmişdir ki, İş üzrə verilmiş ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 140 nömrəli qərarında əks olunmuş “Sağ aşağı ətrafın, sağ bazunun yuxarı 1/3-nin, döv qəfəsinin öh səthinin kor qəlpə yarası” diaqnozu ilə şəxsin məhkəmə-tibbi müayinəsi zamanı həmin nahiyələrdə aşkar olunmuş çapıqların varlığı ilə təsdiq olunur. Sonuncunun adına Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İ00126202BNY saylı Forma 088 göndərişində qeyd edilmiş - “Əsas diaqnoz: G54.O-Bazu kələfinin zədələnməsi. Sağ bazu kələfinin postravmatik pleksiti (qəlpə yaralanması). Ağırlaşmalar: G83.2-Yuxarı ətrafların monoplegiyası. Yanaşı xəstəliklər: Baş beyinin diffuz travması.F45.3-Vegetativ sinir sisteminin somatofrom disfunksiyası. 110-Essensial (birincili) hipertenziya, İİ dərəcə” dizqnozu ona stasionarda müalicəsi zamanı qoyulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan hərbi travmaya səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir. Qeyd edilənləri qəbul etməyərək bildirmək istəyir ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diagnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı gərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ətraflarında hərəkət məhdudluğundan, başaqrılarından şikayətlənmişdir. Müayinə zamanı saq ayaqarxasında, sağ baldırın yuxarı 1/3-də, qarının sağ tərəfində çapıq izlənilmiş, hərəkətlər sərbəst olmuşdur. Nevroloji müayinə zamanı əzələ gücü və tonusu normal, hərəkətləri tam həcmdə olmuş, parez, atrofiya qeyd edilməmişdi? kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Obyektiv vəziyyətinin müayinəsi zamanı qolundan qəlpə yarası aldığını bildirmiş, sağ yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ baldırın yuxarı 1/3-də, sağ qabırğaaltı nahiyədə çapıqlar izlənilmiş, digər çapıqlar aşkarlanmamış, yuxarı və aşağı ətraflarında hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ inkişafı paralel, hipotrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş son illərə dair heç bir müayinə və müalicə sənədlərini təqdim etməmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı və onun vəkili X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın sonuncu imtina məktubundan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3-1734/2024 saylı Qərarının ona aid olan hissədə ləğv edilməsi və ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Qaydaların 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Qaydaların 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Qaydaların 3.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Qaydaların 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Qaydaların 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “ 26” dekabr tarixli “19- 1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 1.1-ci bəndinə əsasən bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. Həmin Təlimatın 2.1-ci bəndinə əsasən tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu:https://eqanun.az/framework/37558 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Həmin Təlimatın 3.1-ci bəndinə əsasən şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Həmin Təlimatın 3.2-ci bəndinə əsasən hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Həmin Təlimatın 3.3-cü bəndinə əsasən hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. Həmin Təlimatın 3.4-cü bəndinə əsasən xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHKna göndərilir. Həmin Təlimatın 3.5-ci bəndinə əsasən hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 140 №-li Qərarında göstərilmişdir ki, Bakı şəhəri, Səbail RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdaş rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Sağ aşağı ətrafın, sağ bazunun yuxarı 1/3-nin, döş qəfəsinin ön səthinin kor qəlpə yarası” (Bakı ş. Səbail RHK-nm xx.xx.2008-ci il tarixli 62 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli 14 nömrəli arayışı, Ağdaş rayonu mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 1151 nömrəli və xx.xx.1992-ci il tarixli 307 nömrəli arayışları ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin a) bəndi. MN MHHKnin 138 nömrəli, xx.xx.2009-cu il tarixli protokolu. İddiaçı aid xx.xx.2015-ci il tarixli xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Beynəlxalq XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 Təsnifatı: Kəllədaxili travma = > S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Baş beynin diffuz travması, kəskin qalıq əlamətləri. Yuxarı ətrafların monoplegiyası. Sol qolun hərəkət funksiyasının pozulması; Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Meyar: İkinci dərəcə əlillik => DİGƏR: Baş-beyin travması; Müddət: 1il; Növbəti qiymətləndirmə tarixi: xx.xx.2016-cı il; xx.xx.2016-cı il tarixli xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Beynəlxalq XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 Təsnifatı: Kəllədaxili travma = > S06.2 - Baş beynin diffuz travması; Dianozun mətni: Baş beynin diffuz travması.kəskin qalıq əlamətləri. Yuxarı ətrafların monoplegiyası. Sol qolun hərəkət funksiyasının pozulması; Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Meyar: 2.2. ikinci dərəcə əlillik = > DİGƏR: Baş-beyin travması; Müddəti: 05 il; Növbəti qiymətləndirmə tarixi: 2021-ci il. xx.xx.2021-ci il tarixli xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = > SOO-S09 - Başın travmaları = > S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: S06.2 Baş beynin diffuz travması,. Keçirilmiş kəllə beyin travması davamlı qalıq əlamətləri, Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri,. Postravmatik ensefolapatiya, Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası,. Sol yuxarı ətrafın monoplegiyası Ağırlaşma F07.2 Postkontuzion sindrom, Ağırlaşma F48 Digər neqativ pozğunluqlar, Asteno nevrotik sindrom; Meyar: imtina edilir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslı klinikada (nevroloji) əlavə müayinə və müalicə qərarı verildi. Ağırlaşma dəqiqləşsin. xx.xx.2021-ci il tarixli xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.2 – Baz; Diaqnozun mətni: Sağ aşağı ətrafın, sağ bazunun yuxarı 1/3-nin, döş qəfəsinin ön səthinin kor qəlpə yarası; Meyar: imtina edilir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli xxxxxxx0005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: T90. Kəllədaxili travmaların nəticələri , F07.2 Postkontuzion sindrom, G83.2 Yuxarı ətrafların monoplegiyası, G54 Sinir köklərinin və kələflərinin zədələnmələri, M51.8 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş zədələnməsi, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Öncəki (2015 il) əlillik təyinatı aparılarkən təqdim olunan Forma 88-də xəstənin stasionar müalicələri hazırki formada qeyd olunan stasionar müalicələr arasında uyğunsuzluqlar var, araşdırılsın. xx.xx.2022-ci il tarixli xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri? Sağ aşağı ətrafın, sağ bazunun yuxarı 1/3-nin, döş qəfəsinin ön səthinin kor qəlpə yarası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli xxxxxxx0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Bazu kələfinin zədələnməsi, Sağ bazu kələfinin postravmatik pleksiti; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, № 3-17-4/3- 3-19652/2023 №-li Qərarında göstərilmişdir ki, Bakı şəhər sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********8). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********3). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 140 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Sağ aşağı ətrafın, sağ bazunun yuxarı 1/3-nin, döş qəfəsinin ön səthinin kor qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi yuxarı və aşağı ətraflarda əlillik təyinatına əsas verən funksional pozuntular, əzələ atrofiyası qeyd olunmamışdır. Nevroloji ocaqlı patologiya qeyd olunmamışdır. Romberg vəziyyətində dayanıqlıdır. Göndəriş əsassız rəsmiləşdirilmişdir (İTS)” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında, dizində ağrıdan, hərəkət məhdudluğundan şikayət etmişdir. Müayinə zamanı aşağı və yuxarı ətraflarda əzələ inkişafı paralel, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ətraflarında hərəkət məhdudluğundan, başağrılarından şikayətlənmişdir. Müayinə zamanı sağ ayaq arxasında, sağ baldırın yuxarı 1/3-də, qarının sağ tərəfində çapıq izlənilmiş, hərəkətlər sərbəst olmuşdur. Nevroloji müayinə zamanı əzələ gücü və tonusu normal, hərəkətləri tam həcmdə olmuş, parez, atrofiya qeyd edilməmişdir. X10 xx.xx.2023cü il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “Sol aşağı ətrafda n.tibialisin hərəki liflərinin stimulyasiyası zamanı göstəricilər norma daxilindədir. Sağ aşağı ətrafda n.peroneusun hərəki liflərinin stimulyasiyası zamanı göstəricilər ciddi dərəcədə enmişdir. Sağ yuxarı ətrafda n.axillaris və n.ulnarisin stimulyasiyasi zamanı amplituda ciddi dərəcədə enmişdir” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. M.Ə.Əfəndiyev adına X13 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3461 nömrəli Çıxarışında diaqnoz “Sağ bazu kələfin postravmatik (gəlpə yaralanması) pleksiti. Sağ yuxarı ətrafın süst monoparezi, hərəkət funksiyasının pozulması. Arterial hipertenziya" kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Komissiya qərara alır: 1.28. İddiaçı – Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilsin. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı yenidən əyani müayinəyə cəlb edilməklə müvafiq rəyin məhkəməyə təqdim edilməsi məqsədilə yenidən inzibati icraatın aparılması Agentliyə həvalə edilmişdir. Məhkəmənin müvafiq qərardadının icrası ilə bağlı Agentliyin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-8613/2024 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin İ00126202BNY nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamiıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyariarı”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin məktuba əlavə edilmiş Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3-1734/2024 №-li Qərarında göstərilmişdir ki; - Bakı şəhər sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********8). Sonradan əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz öz təsdiqini tapmır barədə qərar verilmişdir (ESDAS 3-17- 4/3-1-96120/2023). 3-17-4/1- 6948/2024 nömrəli məktubla daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5856/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 140 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Sağ aşağı ətrafın, sağ bazunun yuxarı 1/3-nin, döş qəfəsinin ön səthinin kor qəlpə yarası" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi yuxarı və aşağı ətraflarda əlillik təyinatına əsas verən funksional pozuntular, əzələ atrofiyası qeyd olunmamışdır. Nevroloji ocaqlı patologiya qeyd olunmamışdır. Romberg vəziyyətində dayanıqlıdır. Göndəriş əsassız rəsmiləşdirilmişdir (İTS)” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Sonradan vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, ‘Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında,.diziffde ağrıdan, hərəkət məhdudluğundan şikayət etmişdir. Müayinə zamanı aşağı və yuxarı ətraflarda əzələ inkişafı paralel, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ətraflarında hərəkət məhdudluğundan, başağrılarından şikayətlənmişdir. Müayinə zamanı sağ ayaqarxasında, sağ baldırın yuxan 1/3-də, qarının sağ tərəfində çapıq izlənilmiş, hərəkətlər sərbəst olmuşdur. Nevroloji müayinə zamanı əzələ gücü və tonusu normal, hərəkətləri tam həcmdə olmuş, parez, atroflya qeyd edilməmişdik kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazirkı obyektiv vəziyyətinin müayinəsi zamanı qolundan qəlpə yarası aldığını bildirmiş, sağ yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ baldırın yuxarı 1/3-də, sağ qabırğaaltı nahiyədə çapıqlar izlənilmiş, digər çapıqlar aşkarlanmamış, yuxarı və aşağı ətraflarında hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ inkişafı paralel, hipotrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş son illərə dair heç bir müayinə və müalicə sənədlərini təqdim etməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci insansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X16 tərəfindən verilmiş T/572/2024 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, ekspertiza xx.xx.2024-cü ildə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. 1960-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə - tibbi müayinəsinə və qərardadda göstərilən sullara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1. İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 140 nömrəli qərarında əks olunmuş “Sağ aşağı ətrafın, sağ bazunun yuxarı 1/3-nin, döv qəfəsinin ön səthinin kor qəlpə yarası” diaqnozu ilə şəxsin məhkəmə-tibbi müayinəsi zamanı həmin nahiyələrdə aşkar olunmuş çapıqların varlığı ilə təsdiq olunur. 2.3.4. İddiaçı tibb müəssisəsində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Lakin iş materiallarında olan adına Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İ00126202BNY saylı Forma 088 göndərişində qeyd edilmiş – “Əsas diaqnoz: G54.0-Bazu kələfinin zədələnməsi. Sağ bazu kələfinin postravmatik pleksiti (qəlpə yaralanması). Ağırlaşmalar: G83.2-Yuxarı ətrafların monoplegiyası. Yanaşı xəstəliklər: Baş beyinin diffuz travması.F45.3-Vegetativ sinir sisteminin somatofrom disfunksiyası. İ10- Essensial (birincili) hipertenziya, İİ dərəcə” diaqnozu ona stasionarda müalicəsi zamanı qoyulmuşdur. Buna görə də iş üzrə birinci instansiya məhkəməsi iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan hərbi travmaya səbəb olan diaqnozda göstərilən xəstəliklərin göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdehin iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməməsinə istinad edərək iddiaçıya tələb etdiyi əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X16 tərəfindən verilmiş T/572/2024 saylı ekspert rəyi ilə də iddiaçının barəsində göndərilmiş forma 88-də olan diaqnozlar təsdiqlənmişdir. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh qurum iddiaçını əvvəllər də əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qiymətləndirilməsi aparılan zaman məhz yeni qaydalar qüvvədə olduğu üçün onda aşkar olunan xəstəliklər və ağırlaşmaları ekspert rəyində iddiaçıya qoyulmuş və hazırda da onda mövcud olan əsas diaqnoz kimi qeyd olunan “Bazu kələfinin zədələnməsi. Sağ bazu kələfinin postravmatik pleksiti (qəlpə yaralanması)” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” -6.9-cu bəndində “G54.0 XBT kodu ilə, Ağırlaşma: F07.2 postkontuzion sindrom və yuxarı ətrafların monoplegiyası” nəzərdə tutulmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5856/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5856/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-726/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-726/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver