Məhkəmə qərarları › İş №2-1(103)-727/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-727/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-727/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1126/2019 saylı, xx xxxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1126/2019 saylı, xx xxxxx 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 57 yaşdan, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nizami rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, “Əmək pensiyaları haqqında Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4-cü bəndinin tələblərini nəzərə almamışdır. İddiaçı güzəştli işdə çalışması barədə iş yerindən güzəştli arayışı təqdim etmədiyi halda birinci instansiya məhkəməsi iddiaçıya güzəştli əmək stajı sayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nizami rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Xüsusi ŞərtlərləTəyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2-1(103)-1573/2019 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təminedilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1126/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnqibati-İqtisadi Kollegiyasının 2-1(102)- 3680/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2-1(103)-1573/2019 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən iddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İşdən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1974-cü ildən əmək fəaliyyətinə başlamış və hal-hazırda da işləyir. Həmçinin iddiaçı xx.xx.1991-ci ildən xx.xx.2005-ci ilədək 4 saylı X6 Zavodunda “sement boşaldan fəhlə” kimi işləmişdir. İddiaçı ona 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmiş, Şöbə xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, güzəştli iş stajını təsdiq edən müvafiq arayış şöbəyə təqdim edildiyi təqdirdə iddiaçının pensiya hüququna yenidən baxılacaqdır. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 57 yaşından, yəni xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin də birdəfəyə ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri yaş həddinə çatmış olmasını və qanunla müəyyən edilmiş həm ümumi - 25 il sosial sığorta stajını, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş 12 il 06 ay sığorta stajına malik olmasını əsas götürərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Kollegiya ilk növbədə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, .. yoxlamalıdırlar (2.3-cü bənd). İddiaçı ona 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmiş, Şöbə xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, güzəştli iş stajını təsdiq edən müvafiq arayış şöbəyə təqdim edildiyi təqdirdə iddiaçının pensiya hüququna yenidən baxılacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.4.1-ci bəndinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayış təqdim edilməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən cavabdehin iddiaçıdan sözügedən arayışı tələb etmək hüququ olmuş, iddiaçı isə həmin arayışı cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdehə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi işin qeyd edilən halını nəzərə almayaraq iddianın mümkünlük şərtlərini yoxlamadan iş üzrə qərar qəbul etmişdir. Halbuki, cavabdeh orqan müraciətə dair cavab məktubu ilə yanaşı, iddiaya etirazında da qeyd etmişdir ki, iddiaçı güzəştli iş stajını təsdiq edən sənəd (aydınlaşdırıcı arayış) təqdim etmədiyindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli əmək pensiyası hüququna baxılması mümkün olmamışdır. Beləliklə, cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina etməmiş, güzəştli iş stajını təsdiq edən müvafiq arayışı tələb etmişdir. İddiaçı isə həmin tələbi imtina kimi qiymətləndirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddianın mümkünlük şərti ödənilmədiyindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etməkdə haqlı olmamaışdır. Odur ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin qərarı ləğv edilməklə iddia tələbi mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 87, 89-90, 94-cü maddələrini rəhbər tutaraq, Kollegiya q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1126/2019 saylı, xx xxxxx 2019cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar