Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-727/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin verilməsi barədə müvafiq aktın qəbul edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6887/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 09-12 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və 1N may 1987-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. N iyun 1989-cu il tarixdə SSRİ MN-nin 28 mart 1989-cıı il tarixli 117 №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Beyləqan rayon İdarəsinə göndərilmişdir. İtirilmiş NZ seriyalı ******* №-li hərbi biletin əvəzinə ona 13 avqust 2018-ci il tarixdə SX seriyalı ******* №-li yeni hərbi bilet verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 10 iyul 2018-ci il tarixli 9/2- 10342 №li arayışına əsasən 10 dekabr 1992-ci il tarixli 215 №li əmrə əsasən N №-li hərbi hissəyə xidmətə daxil olmuşdur. Azərbaycan Respublikasının MN-nin 24 yanvar 1996-cı il tarixli 26 №-li əmri ilə və N №-li hərbi hissə komandirinin əmri ilə N fevral 1996-cı il tarixli 35 №li əmrlə şəxsi heyətin siyahısından çıxarılmış və qeydiyyata alınmağı üçün Beyləqan RHK-na göndərilmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 28 noyabr 2018-ci il tarixdə M/V seriyalı 084995 №-li müharibə veteranı vəsiqəsi verilmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən zaman iki dəfə yaralanmış və stasionar müalicələr almışdır. O döyüş əməliyyatlarında iştirak edərkən yaralanmağı barədə rəy verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Həmin müraciəti əsasında verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28 dekabr 2018-ci il tarixli 1779 №i qərarında qeyd olunur: «Beyləqan RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma diaqnoz: "Sol baldırın ön səthinin aşağı 1/3-nin səthi toxunub keçən qəlpə yaralanması. Sol qamış sümüyünün qabarının qapalı çoxqəlpəli sınığı. Sol qamış sümüyü qabarının osteooxondriopatiyası" və 15..08.1993-cü ildə aldığı xx.xx.1993cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu yaralanma diaqnoz "Döş qəfəsinin sol yarısının yumşaq toxumalarının dəlib keçən və döş boşluğuna nüfuz etməyən güllə yaralanması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin 26.09.20/S-ci il tarixli 1/93 nömrəli göndərişi. xx.xx.2018-ci il tarixli 116 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli xx.xx.1993-cü il tarixli çıxarış epikrizləri, xəstəlik tarixlərindən çıxarışlar, M HHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). "Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır ". Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2.bəndinin a) yarımbəndi: MN MHHKnın 1663 saylı 2H. 12.2018-ci il tarixli protokolu». Bundan başqa, o xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Müharibə Veteranları Respublika Xəstəxanasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cıı il tarixədək 3 nömrəli Şəhər Klinik Xəstəxanası X10də xx.xx.2019-cu il tarixdə Travmatologiya və Ortopediya İnstitutunda, xx.xx.2019-cu il tarixdə X1 İnstitutunda həmin xəstəliklərlə bağlı stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28 dekabr 2018-ei il tarixli 1779 №-li qərarı əsasında iddiaçıya əlillik dərəcəsinin təyin olunması üçün "26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X10i tərəfindən 06 yanvar 2020-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına 0120003AAEZİ nömrəli göndəriş verilmiş, lakin komissiya tərəfindən dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması (həkimin rəyi: nevropatoloqun rəyi ətraflı yazılmayıb, aşağı ətraflarda əzələ gücü və reflekslər mütləq qeyd edilməlidir) səbəbindən əlillik təyinatından imtina edilmişdir. Bundan sonra təkrarən ”26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" X10i tərəfindən 02 mart 2020-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına 0120003AAEZİ №-li göndəriş verilmiş, lakin komissiya tərəfindən dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması (həkimin rəyi: xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir) səbəbindən əlillik təyinatından imtina edilmişdir. Daha sonra iddiaçı əyani müayinə olunmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət olunmuşdur. O əyani müayinə olunduqdan sonra müayinənin nəticələrini almaq üçün bir neçə dəfə Agentliyə getsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək ona əyani müayinənin nəticələrinə dair sənədi təqdim etməmişlər. Sonradan ona məlum olmuşdur ki, əyani müayinədən sonra agentlik yuxarıda qeyd olunan göndərişlərdə onun xəstəliklərinin şişirdilməsini əsas gətirərək “26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" X10in HMK-dan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Məsələnin araşdırılması məqsədi ilə o, müstəntiq tərəfindən idarəyə dəvət olunmuş, ondan izahat alınmış və yenidən müayinə edilməyi üçün müstəntiq tərəfindən ekspertiza təyin edilmişdir. Bununla əlaqədar olaraq o, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicə almışdır. Müalicənin nəticələrinə dair ekspertizanın rəyi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilmiş və həmin rəydə yuxarıda qeyd olunan göndərişlərdə göstərilmiş xəstəliklər öz əksini tapmışdır. Həmin sənədlərin surətlərinin təqdim edilməsini xahiş etsə də, müstəntiq məhkəmə sorğusu əsasında sənədi təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra yenidən agentliyə müraciət edərək əyani müayinənin nəticələrinin təqdim edilməsini xahiş etməsinə baxmayaraq, müraciəti nəticəsiz qalmışdır. 2021-ci ilin aprel ayında o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Qaynar xətt"inə zəng etdikdən sonra, ona telefon vasitəsi ilə diaqnozun öz əksini tapmaması səbəbindən əlilliyin müəyyən edilməsindən imtina edildiyini və nazirliyin saytına daxil olaraq Forma 88 arayışını əldə edə biləcəyini demişlər. O, 26 aprel 2021-ci il tarixdə nazirliyin saytına daxil olaraq Forma 88 arayışını əldə etmişdir. Həmin arayışda diaqnoz sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası və çoxsaylı kontrakturası, qiymətləndirmə tarixi xx.xx.2020-ci il göstərilmişdir. Qiymətləndirmə tarixi xx.xx.2020-ci il qeyd edilsə də qeyd etdiyi kimi, bu barədə ona dəfələrlə müraciət etdikdən sonra məlumat vermişlər. Halbuki "26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" X10i tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına verilmiş hər iki göndərişdə ona aparılmış müayinələrin nəticələrinə əsasən qoyulmuş: a) əsas diaqnoz: Y36.2 hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol 6-cı və 7-ei qabırğaların bitişmiş sınıqları, sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı, sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası və çoxsaylı kontrakturası. b) ağırlaşmalar: S82.1 Qamış sümüyünün proksimal şöbəsinin sınığı. Sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı: G57 Aşağı ətrafın mononevropatiyaları. Sol incik sinirinin postravmatik neyropatiyası: S84.1 incik sinirinin baldır səviyyəsində travması, sol baldırın miopatik ağrıları. Hissiyyat zəifliyi ilə: M24.5 Oynaqların kontrakturası. Sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası; F-48 Digər neqativ pozğunluqlar. Kəskin asteno nevrotik sindrom (aşağıda qeyd olunan Əsasnamənin 2.3.92.4.4. bəndləri); R52.2 Digər daimi ağrı. Sol baldırda daimi ağrı: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldırın əzələ atrofiyası. Sol baldırda əzələ gücü 4-4.5 bal: S22.4 Qabırğaların çoxsaylı sınıqları. Sol 6-cı və 7-ci qabırğaların bitişmiş sınıqları: R26.8 Hərəkətin və verişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Yerişin həsadan və Walker qurğusundan asılı olması: S06.8 Digər kəllədaxiİi travmalar QKBT-nın davamlı qalıq əlamətləri (aşağıda qeyd olunan Əsasnamənin 2./.S. bəndi); G93.8 Baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri. Postrav matik ensefalopatiya. e) yanaşı xəstəliklər: 110 Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ, əlavə İİİ risk qrupu; J20 Kəskin bronxit, Xroniki bronxit. TSEK-ə göndərilməsi üçün əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. Buna görə də ona imtina verilməsi əsassızdır. Cavabdeh iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyəti Bakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2020-ci il tarixli xxxxxxx0002 saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..., Diaqnozun mətni: Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, -Sol 6-cı və 7-ci qabırğaların bitişmiş sınıqları, sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: nevropatoloqun rəyi ətraflı yazilmayib, aşağı ətraflarda əzələ gücü və reflekslər mütləq qeyd edilməlidir. Daha sonra həmin xəstəxananın xx.xx.2020-ci il tarixli xxxxxxx0QQ3 saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..., Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol 6-cı və 7-ci qabırğaların bitişmiş sınıqları, sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası. Ağırlaşma S82.1 Qamış sümüyünün proksimal şöbəsinin sınığı, Sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı. Ağırlaşma G57 Aşağı ətrafın mononevropatiyaları, Sol incik sinirinin postravmatik neyropatiyası. Ağırlaşma S84.1 İncik sinirinin baldır səviyyəsində travması, Sol baldırın miopatik ağrıları. Hissiyyat zəifliyi ilə. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası. Ağırlaşma F48 Digər neqativ pozğunluqlar, Kəskin asteno nevrotik sindrom. Ağırlaşma R52.2 Digər daimi ağrı, Sol baldırda daimi ağrı. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sol baldırın əzələ atrofiyası. Sol baldırda əzələ gücü 4-4.5 bal. Ağırlaşma S22.4 Qabırğaların çoxsaylı sınıqları, Sol 6-cı və 7-ci qabırğaların bitişmiş sınıqları. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yerişin həsadan və Walker qurğusundan asılı olması. Ağırlaşma SQ6.8 Digər kəllədaxili travmalar, QKBT-nın davamlı qalıq əlamətləri. Ağırlaşma G93.8 Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Postravmatik ensefalopatiya. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ, əlavə İİİ risk qrupu. Yanaşı xəstəliklər J20 Kəskin bronxit, Xroniki bronxit, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir. xx.xx.2020-ci ildə sözügedən xəstəxananın xxxxxxx00N saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..., Diaqnozun mətni: sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz öz təsdiqini tapmadığı barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6887/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.(hakim: F.Mədətli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə yalnız cavabdehin əsassız dəlillərinə istinad etməklə və məhkəmənin formal mülahizələri əsasında qərar qəbul etmişdir. Belə ki, sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndərişdəki natamamlıqların aradan qaldırılması və rəsmiləşdirilməsi onun deyil, bilavasitə səhiyyə müəssisəsinin səlahiyyətlərinə aiddir. Səhiyyə müəssisəsi tərəfindən də göndərişdəki natamamlıqların aradan qaldırılmaması səbəbindən onun iddia tələbinin təmin edilməməsi məhkəmə tərəfindən ədalətsiz qərar qəbul edilməsi ilə nəticələnmişdir. Digər tərəfdən cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək onun tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməli olduğunu qeyd etmiş, işə baxan məhkəmə də gəldiyi nəticəni sübut edən heç bir dəlillər olmadığı halda yalnız cavabdehin yazılı etirazında qeyd etdiklərinə əsasən onun reabilitə oluna biləcəyi qənaətinə gəlmişdir. Bundan başqa işə baxan məhkəmə “işdə olan kifayət qədər mötəbər sübutlarla onun tibbi sənədlərində qeyd edilmiş sağlamlıq vəziyyəti ilə mövcud sağlamlıq vəziyyətinin eynilik təşkil etmədiyi” nəticəsinə gəlsə də, bu halı təsdiq edən iş materiallarında hansı mötəbər sübutların olmasını göstərməmisdir. Bununla da məhkəmənin gəldiyi nəticə iş materiallarında olan sübutlarla təsdiq edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, onun əyani müayinəsinin nəticələri nə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, nə də ki işə baxan məhkəmə işin hallarını müəyyən etmək üçün onun əyani müayinəsinin nəticələrinin əks olunduğu sənədlərin təqdim olunmasını tələb etməmişdir. Belə ki, Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət olunmuşdur. Əyani müayinə olunduqdan sonra müayinənin nəticələrini almaq üçün bir neçə dəfə Agentliyə getsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək ona əyani müayinənin nəticələrinə dair sənədi təqdim etməmişlər. 2021-ci ilin aprel ayında o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətti’inə zəng etdikdən sonra, ona telefon vasitəsi ilə diaqnozun öz əksini tapmaması səbəbindən əlilliyin müəyyən edilməsindən imtina edildiyini və nazirliyin saytına daxil olaraq Forma 88 arayışını əldə edə biləcəyini demişlər. Beləliklə, onun əyani müayinələrinin nəticələrinə dair sübutlar iş materiallarında olmadığı halda, məhkəmə onun əyani müayinə nəticələrində tibbi sənədlərindəki göstəricilərin eynilik təşkil etmədiyi nəticəsinə gəlmişdir. Bundan başqa bildirir ki, hazırkı iş üzrə cavabdeh göndərişlərdə onun xəstəliklərinin şişirdilməsini əsas gətirərək “26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X10inin HMK-dan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Məsələnin araşdırılması məqsədi ilə o, müstəntiq tərəfindən idarəyə dəvət olunmuş, ondan izahat alınmış və yenidən müayinə edilməyi üçün müstəntiq tərəfindən ekspertiza təyin edilmişdir. Bununla əlaqədar olaraq o, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicə almışdır. Müalicənin nəticələrinə dair ekspertizanın rəyi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilmiş və həmin rəydə yuxarıda qeyd olunan göndərişlərdə göstərilmiş xəstəliklər öz əksini tapmışdır. Birinci instansiya məhkəməsində nümayəndə tərəfindən məhkəməyə vəsatət verilərək sözügedən ekspertiza rəyinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən alınaraq iş materiallarına əlavə edilməsi xahiş edilmiş, lakin vəsatəti təmin edilməmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi nə onun xəstəliyinin əyani qiymətləndirilməsinin nəticələrinin əks olunduğu ekspert rəyinin alınmasına dair vəsatəti təmin etməmiş, nə də ki özü qeyd edilən rəyin məhkəməyə təqdim edilməsi üçün cəhd etməmiş, bununla da öz təşəbbüsü ilə zəruri sübutlar toplamamış, işin hallarının qiymətləndirilməsi üçün iddiaçıya yardım etməmişdir. Nəticədə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinin pozuntusu ilə qərar qəbul etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti Bakı 26 №li Birləşmiş Şəhər Xəstəxanasının xxxxxxx00N nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə qiymətləndirilmə aparılarkən, göndərişdə qeyd olunan diaqnoz öz təsdiqinin tapmaması barədə qərar qəbul edilərək imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. Göründüyü kimi cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş natamam olduğu üçün iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün olmadığından TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, yəni natamam doldurulmasının səbəblərini göstərməklə bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya geri göndərmişdir. Lakin bundan sonra həmin natamamlıq aradan qaldırılmamış, İddiaçı ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməmişdir. Belə olan halda iddiaçının əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli əyani müayinə zamanı İddiaçı tibbi sənədlərində qeyd edilmiş (sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası diaqnozu) sağlamlıq vəziyyəti ilə mövcud sağlamlıq vəziyyəti eynilik təşkil etmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-ci bəndinə uyğun olaraq İİİ dərəcəli əlillik təyinatına əsas verən hal aşkar edilmədiyinə görə İddiaçı əlillik təyin edilməməsi barədə cavabdehin gəldiyi tam reabilitə edilməsi qərarı əsaslı olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının aldığı travmanın nəticəsində diaqnoz üzrə qoyulan xəstəliklərini müalicə edilməklə reabilitə olunması ehtimalının olmasını nəzərə alaraq ixtisaslaşdırılmış müalicəni qəbul etməsini, o cümlədən eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasını, xəstəliyində hər hansı müsbət, vəziyyətini yaxşılaşdıran irəliləyişin olmadığını təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən iddianın əsassız olduğu qənaətindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışdan görünür ki, sonuncu dəfə İddiaçı barəsində Bakı 26 №li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2020ci il tarixli xxxxxxx00N nömrəli göndərişi xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..., Diaqnozun mətni: sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası diaqnozu yoxlanılmış, qoyulan diaqnoz öz təsdiqini tapmaması əsası ilə imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 02/2-40xx-xx/3845 nömrəli məktubunda bildirilmişdir ki, əlillik dərəcəsi almaq üçün təqdim etdiyiniz sənədlərdə saxtakarlıq olması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində aparılan araşdırmanın nəticəsi ilə əlaqədar Sizə rəsmi məlumat verilməsi barədə müraciətinizə Baş İdarədə baxılmışdır. Müəyyən edilmişdir ki, əlillik vəziyyətinizin qiymətləndirilməsi zamanı aşkar edilmiş pozuntular barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Baş İdarəyə daxil olmuş material üzrə araşdırma aparılmışdır. Nazirlikdən daxil olmuş materialda qeyd edilmişdir ki, Siz xx.xx.2020-ci il tarixdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunan zaman Sizə təyin edilmiş diaqnoz təsdiqini tapmamış, məlumatda xəstəliyin bilərəkdən ağırlaşdırılması məqsədi ilə təhrif olunması faktı aşkarlanmışdır. Bununla əlaqədar diaqnozun öz təsdiqini tapmaması barədə qərar verilmiş və sənədlərin saxtalaşdırılması ehtimalı olması səbəbindən qeyd edilən faktlara hüquqi qiymət verilməsi üçün toplanmış material Baş İdarəyə təqdim edilmişdir. Aparılan araşdırma zamanı izahatlar alınmaqla, komisyon məhkəmə-tibbi və təkrar komisyon məhkəmə-tibbi ekspertizaları keçirilməklə, müvafiq xəstəxana tərəfindən verilmiş göndərişdə Sizə teyin edilmiş diaqnozun düzgün olması və əlillik vəziyyətinizin təyin olunması ilə bağlı hər hansı bir saxtakarlıq və ya digər qanunsuzluq halına yol verilməməsi müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən də göründüyü kimi əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı mövcud şübhələr olduğu halda, həmin şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası işin qeyd edilən hallarını, eləcədə apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq yuxarıda qeyd olunan komisyon məhkəmə tibbi və təkrar komisyon məhkəmə-tibbi ekspertizalarının rəylərinin tələb olunması məqsədilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu verilmiş, həmçinin xx.xx.2022-ci il tarixdə aralıq qərardadı qəbul edərək, İddiaçı əlillik dərəcəsinin verilməsi barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün bir aylıq müddət təyin etmişdir. Agentlik tərəfindən məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Halbuki, məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış 02/2-331mat-20 №-li material üzrə komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 08/KEŞ nömrəli və təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 171 nömrəli, həmçinin xx.xx.2021-ci il tarixli, 243/MEŞ nömrəli rəylərdə iddiaçının əlilliyinin müəyyən olunması öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 08/KEŞ nömrəli komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi ekspertizası zamanı Respublika Klinik xəstəxanasında stasionar şəraitdə aparılmış klinik, laborator və instrumental, həmçinin profil üzrə həkim mütəxəssislərin konsultativ baxışlarına əsasən, onda hal-hazırda “Odlu silah yaralanmasından sonra sol qamış sümüyünün qabarının köhnə bitişmiş sınığı. Döş qəfəsinin sol tərəfli Vİ-Vİİ qabırğaların bitişmiş sınıqları, sol diz oynağının postravmatik artrozu, diz oynağının açıcıbükücü kontrakturası, daimi ağrı sindromu, hərəkət funksiyaların pozulması. Keçirilmiş QKBT sonrakı ensefalopatiya. Hipertoniya xəstəliyi İİ mərhələ, xroniki bronxit, atenonevrotik vəziyyət”in olduğu müəyyən edilmişdir. İddiaçı Bakı 26 nömrəli Birləşmiş şəhər Xəstəxanasında təyin edilmiş diaqnoz aparılmış müvafiq müayinələr əsasında düzgün olmuş və diaqnoz məhkəmə-tibbi ekspertizası zamanı da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 171 nömrəli təkrar komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən müəyyən olunur ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, ona Bakı 26 nömrəli Birləşmiş şəhər Xəstəxanasında təyin edilmiş diaqnoz aparılmış müvafiq müayinələr əsasında düzgün təyin olunmuş və məhkəmə-tibbi ekspertizası zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Respublika Klinik xəstəxanasında stasionar şəraitdə aparılmış klinik, laborator və instrumental, həmçinin profil üzrə həkim mütəxəssislərin konsultativ baxışlarına əsasən “Odlu silah yaralanmasından sonra sol qamış sümüyünün qabarının köhnə bitişmiş sınığı. Döş qəfəsinin sol tərəfli Vİ-Vİİ qabırğaların bitişmiş sınıqları, sol diz oynağının posttravmatik artrozu, diz oynağının açıcıbükücü kontrakturası, daimi ağ: sindromu, hərəkət funksiyaların pozulması. Keçirilmiş QKBT sonrakı ensefalopatiya. Hipertoniya xəstəliyi İİ mərhələ, xroniki bronxit, atenonevrotik vəziyyət” öz təsdiqini tapmışdır. Lakin əlilliyə səbəb olan əsas xəstəliyinin ağırlaşmalarının qiymətləndirilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiyası tərəfindən təyin olunur. İddiaçı təyin edilmiş əsas diaqnozda hiperdiaqnostikaya yol verilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 243/MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyindən müəyyən olunur ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, ona Bakı 26 nömrəli Birləşmiş şəhər Xəstəxanasında təyin edilmiş diaqnoz aparılmış müvafiq müayinələr əsasında düzgün təyin olunmuş və məhkəmə-tibbi ekspertizası zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Respublika Klinik xəstəxanası”nda stasionar şəraitdə aparılmış klinik, laborator və instrumental, həmçinin profil üzrə həkim mütəxəssislərin konsultativ baxışlarına əsasən "Odlu silah yaralanmasından sonra sol qamış sümüyünün qabarının köhnə bitişmiş sınığı. Döş qəfəsinin sol tərəfli Vİ-Vİİ qabırğaların bitişmiş sınıqları, sol diz oynağının posttravmatik artrozu, diz oynağının açıcıbükücü kontrakturası, daimi ağrı sindromu, hərəkət funksiyaların pozulması. Keçirilmiş QKBT sonrakı ensefalopatiya. Hipertoniya xəstəliyi İİ mərhələ, xroniki bronxit, astenonevrotik vəziyyət" diaqnozları birbaşa əlilliyin təyini üçün əsasdır və hərbi xidmət dövründə alınmış xəsarətlərlə də səbəbli əlaqəsinin mümkün olması inkar edilmir. Tibbi sənədlərdə yazılanlara əsasən İddiaçı diz oynağında rentgenoloji müayinə zamanı aşkar edilmiş sol qamış sümüyü qabarının qəlpəli bitişmiş sınığından sonrakı vəziyyəti ilə əlaqədar inkişaf edən sol diz oynağının artrozu nəticəsində onda “Sol diz oynağının açıcı-bükücü kontrakturası” ağırlaşması müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinə dair Bakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0120003AAEZ1 nömrəli göndərişində birbaşa əlilliyin təyini üçün əsas olan “Sol diz oynağının açıcı-bükücü kontrakturası, sol baldırın əzələ atrofiyası, aşağı ətrafın mononevropatiyaları, sol incik sinirinin postravmatik neyropatiyası, incik sinirinin baldır səviyyəsində travması, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin həsadan və Walker qurğusundan asılı olması» əsas xəstəliyin ağırlaşmasına aid diaqnostik patomorfoloji dəyişikliklərdir. Lakin «Hər iki budçanaq oynağında artroplastika-metal konstruksiyalı endoprotezləşmə əməliyyatı» diaqnozu bilərəkdən ağırlaşdırılaraq təhrif olunması halı kimi deyil, tibbi sənədlərin tərtibatında texniki qüsur kimi qiymətləndirilə bilər. İddiaçının müraciət etdiyi vaxt qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarının 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); -2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); Ekspert rəylərindən göründüyü kimi 26 №li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş göndərişdə olan məlumatlar iddiaçıya əlillik təyin edilməsi üçün əsas olmuşdur. Həmçinin işdən görünür ki, cavabdeh göndəriş natamam olduğu üçün iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün olmadığından TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, yəni natamam doldurulmasının səbəblərini göstərməklə bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya geri göndərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh səhiyyə müəssisəsinin göndərişini natamam doldurulduğunu bildirsə də, səhiyyə müəssisəsinin göndərişləri lazımi qaydada doldurmuş, xəstəliyin sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası diaqnozu qoyulmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apelyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6887/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Səadət Bəktaşi Hakimlər: Azər Hüseynov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-727/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-727/2022
12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver