Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-727/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4322/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1975-ci ildə 3 saylı aptekdə qablaşdırıcı vəzifəsinə təyin edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmiş, xx.xx.1979-cu ildə institutun 11 saylı laboratoriyasına laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə həmin laboratoriyanın 3-cü dərəcəli aparat işçisi kimi köçürülmüş, xx.xx.1984-cü ildə həmin laboratoriyanın mühəndis vəzifəsinə köçürülmüş, xx.xx.1985-ci ildə 2 saylı laboratoriyaya həmin vəzifəyə köçürülmüş, xx.xx.1985-ci ildə keçirilmiş attestasiya əsasında 20 saylı laboratoriyanın kiçik elmi işçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə "xxxx" kiçik elmi-istehsalat müəssisəsinin elmi-tədqiqat şöbəsinə elmi isçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildə elmi işçi vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə institutun 20 saylı laboratoriyasına baş elmi işçinin vəzifəsini icra edən əməkdaş kimi işə qəbul edilmişdir. İddiaçı KD seriyalı 015755 saylı xx.xx.1990-cı il tarixli elmlər namizədi diplomu verilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********2 saylı 07 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı xx.xx.2006-cı il tarixinədək 15 il 2 ay 25 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək sığorta stajına (15 il 2 ay 25 gün) uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11294,35 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X5 və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək işlədiyi "xxxx" kiçik elmi tədqiqat müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Elm və X6 xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi Dövlət Elmi-Tədqiqat “Olefinlər” İnstitutunun 1990-cı ildən sonra əmək haqqı cədvəlləri və 2000-ci ildən sonra kadr əmrləri ARDETSA-ya təhvil verilmədiyi üçün həmin dövrün sığorta stajının araşdırılması mümkün olmamışdır. Beləliklə, həmin dövrlər qanunvericiliklə sığorta stajına daxil edilmir. Qeyd olunanları nəzərə alaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona xx.xx.2020-ci il tarixindən 130 manat yaşa görə sosial müavinət təyin edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən ona yaşa görə pensiya təyin olunmasından imtina edilərək sənədləri geri qaytarılmışdır. Cavabdeh orqan imtinaya əsas kimi əmək stajının tələb olunan 25 il sığorta stajından az olması, eləcə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad etmişdir. Cavabdehin imtinası qanunazidd olmuş və onun hüquqlarını pozmuşdur. Əmək fəaliyyətinə xx.xx.1975-ci il tarixdə aptekdə işləməklə başlamış, sonradan X11 “Olefinlər” İnstitutunda laborant və mühəndis, daha sonra isə kiçik elmi işçi vəzifələrində işləmişdir. Sovetlər birliyinin süqutundan sonra xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək "xxxx" X16 müəssisəsində elmi işçi, baş elmi işçi vəzifələrində işləmiş və son olaraq xx.xx.1993-cü ildən xx.xx.2004-cü il tarixinədək Azərbaycan X17 “Olefinlər” İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. İşlədiyi institutun 2004-cü ilin sonlarında ləğv edilməsi səbəbindən elm adamı olaraq əmək fəaliyyəti bununla bitmişdir. Ümumilikdə, xx.xx.1975-ci ildən xx.xx.2004-cü ilədək olan dövr üçün fasiləsiz olaraq 29 ilə yaxın əmək (sığorta) stajına malikdir. Qeyd olunan iş stajı işəgötürənin 05 oktyabr 1975-ci il tarixdə açılmış əmək kitabçası ilə təsdiq olunur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Filial tərəfindən xx.xx.2021-ci il tarixli **********2 nömrəli imtina məktubu verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi "xxxx" kiçik elmi tədqiqat müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət elm və X6 xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Dövlət Elmi- Tədqiqat “Olefinlər” İnstitutunun 1990-cı ildən sonra əmək haqqı cədvəlləri və 2000-ci ildən sonra kadr əmrləri ARDETSA-ya təhvil verilmədiyi üçün həmin dövrün sığorta stajının araşdırılması mümkün olmamışdır. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, İddiaçı xx.xx.2020-ci il tarixdən 130 manat yaşa görə sosial müavinət təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4322/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 61 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona xx.xx.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun xx.xx.2006-cı il tarixədək sığorta stajının 25 ildən az, yəni 15 il 2 ay 25 gün, həmin dövrədək pensiya kapitalının tələb olunan 28800 manatdan az, yəni 11294,35 manat olması, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq, yəni 28 il 11 ay 02 gün ümumi iş stajının olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1958-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 61 yaş 6 aydan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını təqdim etmişdir. Yuxarıda bəhs edilən qanunvericiliyin normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, onun xx.xx.1975xx.xx.1979-cu illərdə 3 saylı aptekdə qablaşdırıcı vəzifəsində 3 il 11 ay 04 gün, xx.xx.1979-xx.xx.1991-ci illərdə Neft NÜETİ-də laborant, mühəndis, kiçik elmi işçi vəzifələrində 11 il 03 ay 23 gün, xx.xx.1991-xx.xx.1993-cü illərdə "xxxx" kiçik elmiistehsalat müəssisəsində elmi işçi vəzifəsində 02 il 03 ay 29 gün, xx.xx.1993-xx.xx.2004cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat “Olefin”lər İnstitutunda baş elmi işçi vəzifəsini icra edən vəzifəsində işlədiyi müddət 11 il 04 ay 06 gün olmaqla, ümumilikdə 25 ildən çox təşkil edir. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi "xxxx" kiçik elmi tədqiqat müəssisəsində işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir halın olmadığı halda ümumilikdə 1992- 2004-cü illər üzrə olan dövrü qəbul etmir, yeganə dəlil olaraq həmin dövrdə işlədiyi müəssisənin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmamasına istinad edir. Beləliklə, hazırda cavabdeh inzibati orqan iddiaçının onun işlədiyi müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmaması səbəbindən xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması, bu səbəbdən onun ümumi iş stajının 25 ildən az olması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin sorğularına cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 mart 2022-ci il tarixli **********77 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli 171 saylı sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Azərbaycan X17 “Olefin”lər İnstitutunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2022-ci il tarixində 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. “X18 və İstehsalat Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, İddiaçı adı keçmiş Azərbaycan X17 “Olefin” İnstitutunun əmək kollektivi üzvlərinin siyahısında aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 28 mart 2022-ci il tarixli 01/3-630 nömrəli məktubunda qeyd edilmişdir ki,…Dövlət Elmi-Tədqiqat “Olefinlər” İnstitutu (sonradan "xxxx" ASC) 08 iyul 1997-ci il tarixindən… qeydiyyatdadır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" kiçik elmi tədqiqat müəssisəsinə dair məlumat mövcud deyildir. "xxxx" X9 (sonradan "xxxx" Kiçik Müəssisəsi) 05 iyun 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının Dövlət Elm və X6 18 mart 2022-ci il tarixli EA-00033- 2022 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Elm və X7 mühafizə edilən Azərbaycan Dövlət Elmi-Tədqiqat “Olefinler” İnstitutunun arayış məzmunlu sənədləri arasında vətəndaş İddiaçı aid aşağıdakı məlumat aşkarlandı: İddiaçı xx.xx.1993-cü il tarixli 78 nömrəli əmri ilə elmi işçi vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 16200 rubl (rus pulu) təşkil etmişdir. Azərbaycan Dövlət ElmiTədqiqat “Olefinler” İnstitutunun əmək haqqı cədvəlləri 1990-cı ildən sonra və kadr əmrlərinin sənədləri 2000ci ildən sonra ARDETSA-ya təhvil verilmədiyi üçün İddiaçı aid qoşmada tələb olunan sənədləri göndərmək imkan xaricindədir. "xxxx" ASC-nin 11 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məktubda göstərilən “Oligomer-Sintez” elmi tədqiqat müəssisəsi institutla əlaqəsi olmayıb. "xxxx" ASC-özəlləşmə ilə əlaqədar 2006-cı ilə qədər olan bütün sənədlər Azərbaycan Respublikası Dövlət Elmi və X10 təhvil verilib. İşin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində “Oliqomer Sintez” EİMnin xx.xx.1995-ci il tarixdə 21614 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur, 2004-cü ildən hal-hazıradək müəssisə adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə Dövlət X1 xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. “Olefinlər” İnstitutunun çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmış "xxxx" ASC xx.xx.2006-cı il tarixdə 0106-P237-46314 nömrə ilə dövlət qeydiyyatından keçmişdir, hal-hazırda həmin Cəmiyyətin fəaliyyəti aktivdir. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının və sorğulara cavab məktublarının məzmunundan aydın olur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək işlədiyi müəssisə mövcud olmuşdur. Buna görə də iddiaçının 1992-2004-cü illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək, həmin dövrdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr (1992- 2004) ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Cavabdehin istinad etdiyi hal- iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanın müəyyən edilməməsi barədə gətirdiyi dəlillə bağlı qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək olan dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixə ümumilikdə 25 ildən artıq iş stajı vardır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərtinin ödənildiyi anlamına gəlir və buna görə də qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4322/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4322/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-727/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-727/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver