Məhkəmə qərarları › İş №2-1(103)-728/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-728/2020

04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-728/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X6 və X4 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli, 2-N(N2)-N379/20N9 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.20N9-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 704, (74N0 (mətnə uyğun) və N saylı hərbi hissələrinin tərkibində xx xxx N994-cü il tarixində elan olunan atəşkəsə qədər torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirakı Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilən Arayışla təsdiq olunduğu üçün ona X5n verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.N973-cü il tarixində Ağstafa rayonunun Poylu kəndində anadan olmuş, ünvan N m. 27 ünvanında qeydiyyatda olan, xx.xx.N992-ci il tarixində Əzizbəyov (indiki Xəzər) rayon hərbi komissarlığı tərəfindən könüllü olaraq ərizəsi əsasında hərbi xidmətə çağırılan, elə həmin gün də 35 nəfərlik heyyətlə hərbi komissarlığın əməkdaşlarının müşayəti ilə Neftçala rayonunun Bankə qəsəbəsində dislokasiya olunan hərbi hissəyə gətirilərək, Müdafiə Nazirliyinin tabeliyində yenicə yaradılan N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilən, N992-ci ilin avqust ayından başlayaraq xx xxx N994-cü il tarixində elan olunan atəşkəsə qədər torpaqlarımızın müdafiəsi uğrunda Ağdam rayonunun Çəmənli,Mərzili, Naxçıvanik, Qarakənd, Şelli və Muğanlı kəndlərinin, Laçın ray. Tiqiq N, Tiqiq 2 və Vağazin adlı yüksəkliklərinin, N saylı hərbi hissənin tərkibində N994-cü ilin yanvar ayından başlayaraq Füzuli rayonunun Böyük Bəhmənli, Kərimbəyli, Mahmudlu, Horadiz, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Şükürbəyli, Alxanlı, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli və Qorqan kəndlərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. İddia ərizəsinə əlavə edilən arxiv arayışından və həmin arayışa əsasən yazılan hərbi bilet əvəzinə aparılan qeydlərdən də göründüyü kimi, iddiaçı N992-ci ilin avqust ayından başlayaraq xx xxx N994-cü il tarixində elan olunan atəşkəsə qədər N () və N saylı hərbi hissələrin tərkibində torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, Milli Ordu quruculuğunun ilk illərində, yəni xx xxx N992-ci il tarixində torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmək üçün, ərizə ilə hərbi komissarlığa müraciət etmişdir. Həmin günü axşam iddiaçı da daxil olmaqla 35 nəfər könüllüləri avtobusla hərbi komissarlığın əməkdaşlarının müşayyəti ilə Neftçala rayonunun Bankə qəsəbəsində Mülli Ordunun tərkibində yenicə yaradılan N saylı hərbi hissəyə gətirdilər. Hərbi komissarlığın əməkdaşları onları siyahı əsasında N saylı hərbi hissənin 4-cü taborun 3-cü bölüyünə təhvil verdilər. N992-ci il iyun ayının əvvəllərindən başlayaraq 2 aylıq döyüş hazırlığı ilə əlaqədar təlim məşqləri keçdikdən sonra, onları həmin ilin avqust ayında Ağdam rayonuna apardılar. N992-ci ilin oktyabr ayında Qubadlı istiqamətindən Laçın rayonunun azad olunması üçün böyük bir döyüş əməliyyatları aparıldı. İlk günlərdə uğurla nəticələnən həmin döyüşlərdə Milli Ordu hissələrinin xeyli irəliləyərək Laçın karidorunu bağlamaq üzrə idilər. Sonra ermənilərin əks hücumu nəticəsində Milli Ordu hissələrinin xeyli sayda itki verərək geri çəkilərək Qubadlı rayonunun ərazisində düşmənin hücumunu dayandıraq qarşısını ala bildilər. Lakin ermənilər açıq-aşkar Qubadlı rayonunun da işğal etmək üçün ardıcıl hücumlar edirdi. N993-cü ilin yanvar ayının əvəllərində düşmən tərəfindən edilən hücumların qarşısının alınması ilə əlaqədar aparılan döyüş əməliyyatları zamanı bədəninin sinə hissəsinin ürək nahiyəsi tərəfindən qəlpə yarası aldığından taborun hərbi həkiminin ilkin yardımından sonra bir qrup yaralılarla birlikdə iddiaçı da arxa cəbhəyə, hərbi hissənin dislokasiya yeri olan Neftçala rayonunun Bankə qəsəbəsinə göndərildi. Arxa cəbhədə müalicə olunmaqla bərabər həm də, yenicə hərbi xidmətə çağırılan əsgərlərlərdən yaradılan yeni motoatıcı taborunun baş çavuş vəzifəsini icra edirdi. Baxmayaraq ki, həkimlər onun müalicəsini davam etdirmək üçün Mərkəzi Hərbi Hospitala göndərmək istəyirdilər. İddiaçı elə düşünürdü ki, Mərkəzi Hərbi Hospitala getsə onu xidmətə yararsız hesab edərlər, nəticədə onu bir daha döyüşən ordu hissəsinə göndərməzlər. N993- cü ilin axırlarında cəbhə bölgəsində vəziyyət daha da pisləşməyə başlamışdır. Erməni işğalçıları Araz çayı boyunca Füzuli rayonunun işğal altında olan kəndlərindən Beyləqan rayonunun Daşburun qəsəbəsinə doğru, "Harami" düzündən isə Beyləqan və Ağcəbədi rayonlarının mərkəzinə hücum edib həmin rayonları da işğal etmək istəyirdilər. Məhz bu böyük təhlükədən xəbərdar olan Azərbaycanın Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Ümummilli Liderimiz Heydər Əliyev Cənabları N993-cü ilin noyabrın əvvəllərində Azərbaycan Xalqına müraciət edərək hamını torpaqların müdafiəsinə səslədi. Həmin müraciətdən sonra arxa cəbhədə olan bütün hərbi hissələrdən ön cəbhəyə getmək üçün ciddi döyüş hazırlığı işləri aparmağa başlanıldı. Həmin döyüş hazırlığı işlərilərinin tərkib hssələri olaraq Neftçala rayonunun Bankə qəsəbəsində dislokosiya olunan və iddiaçının da baş çavuş vəzifəsində xidmətçi taboru N993-cü ilin axırlarında Bakı-Şamaxı yolunda olan XN yaxın olan N saylı hərbi hissənin tərkibinə verdilər. N993-cü ilin noyabr ayının ortalarından başlayaraq N994-cü ilin yanvar ayının əvəllərinə qədər N saylı hərbi hissənin tərkibində Pirəküşkül Hərbi Təlim Mərkəzində cəbhə bölgəsinə getmək üçün döyüş hazırlığı ilə əlaqədar təlim- məşqləri keçdilər. xx xxxxxx N994-cü il tarixində iddiaçının da baş çavuş olduğu həmin taboru həyacan siqnalı ilə cəbhə bölgəsində olan və Füzuli rayonunun Milli Ordu hissələrinin nəzarəti altında olan Əhmədbəyli kəndində olan N saylı hərbi hissəyə gətirdilər. Taboru həmin kənddə Horadiz istiqamətində torpaqları erməni işğalçılarından azad etmək üçün döyüş əmri alan N saylı hərbi hissənin tərkibinə verdilər. Taborları cəbhə zonasına gələn kimi, həmin bölgədə olan bütün döyüşən ordu hissələri, o cümlədən xidmətdə olduğu taborun tərkibinə verildiyi N saylı hərbi hissə də, Horadiz istiqamətində torpaqlarımızın müdafiəsi uğrunda qanlı döyüşlərə başladılar. Həmin döyüşlərdə Füzuli rayonunu düşməndən azad etmək üçün Milli Ordu hissələri 2 istiqamətdə Füzuli şəhərinə döğrü irəliləməyə başladılar. Birinci istiqamətdə Araz çayının sahilləri boyunca Horadiz qəsəbəsini düşməndən azad etdikdən sonra Horadiz - Füzuli yolu ilə Füzuli şəhərinə daxil olmaq, ikinci istiqamət isə “Köndələn” çayı sahili boyunca yəni "Harami" düzü tərəfdən Aşağı Kürdmahmudlu kəndindən irəliləyərək Alxanlı Qaraxanbəyli yolu ilə Füzuli şəhərinə daxil olmaqdan ibarət idi. Milli Ordu hissələrin ilk qalibiyyətli döyüşlərindən olan həmin döyüşlərdə Füzuli rayonunun 20-dən çox kəndi erməni işğalçılarından azad edildi. Atəşkəs elan olunduğu üçün, N994-cü ilin may ayının əvvəllərində aktiv döyüş əməliyyatların aparılması dayandırıldığı üçün, Araz çayı boyunca Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində, Köndələn çayı boyunca isə Alxanlı kəndində müdafiə mövqeləri quruldu. Sonra məlum olduğu kimi, elan olunan atəşkəs xx xxx N994-cü il tarixində müqavilə ilə rəsmiləşdirildi. Atəşkəsdən sonra da N994-cü ilin iyun ayının sonlarına qədər taborun salamat qalan sayı məlum olmayan döyüşçülərin hamısı kimi, döyüşən ordu hissəsi olan N saylı hərbi hissənin sərəncamında qaldı. N994-cü ilin iyun ayının axırlarından başlayaraq N saylı hərbi hissəni yenidən kompletləşdirmək məqsədilə şəxsi heyyətinin siyahısında dəqiqləşmələr aparmağa başladılar. N saylı hərbi hissədən N saylı hərbi hissəyə ezam olunmuş taborumuz çoxlu sayda itkilər verdiyi üçün, yenidən tabor kimi formalaşdıra bilmədilər. Beləki, iddiaçıya N saylı hərbi hissədən bildirdilər ki, siz N saylı hərbi hissədən döyüş əməliyyatlarının aparılması ilə əlaqədar ezam olunmuşdunuz, döyüş əməliyyatları qurtardığı üçün N saylı hərbi hissəyə qayıtmalısınız. N saylı hərbi hissədən isə ona bildirdilər ki, siz döyüş hazırlığı ilə əlaqədar hərbi təlim məşqləri keçmək üçün N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndərilmişdiniz, aətəşkəs elan olunduğu üçün təlim məşqləri də, döyüş əməliyyatları da qurtardığı üçün, sizin N saylı hərbi hissə ilə heç bir bağlılığınız qalmamışdır. Hərbi Komissarlıq səni hərbi xidmətə hansı hərbi hissəyə göndəribsə, həmin hərbi hissəyə müraciət edin ki, sənin hərbi xidmətlə bağlı gələcək taleyini həll etsin. Bundan sonra iddiaçı məcbur oldu ki, Əzizbəyov (indiki Xəzər) rayon hərbi komissarlığı tərəfindən N992ci ildə hərbi xidmətə göndərildiyi Neftçala rayonunun Bankə qəsəbəsində olan N saylı hərbi hissəyə müraciət etmək istəyəndə bildirdilər ki, burda indi belə bir hərbi hissə yoxdur, N993-cü ilin axırlarında həmin hərbi hissə "Harami" düzündə Beyləqan və Ağcabədi rayonlarına erməni işğalçıları tərəfindən edilən hücumlarının qarşısını almaq üçün cəbhə bölgəsinə göndərilmişdir. İndiyə qədər 2 ildən çox hərbi xidmətdə olduğu hərbi hissələrdən nə xidmətini təsdiq edən sənədlər ala bilir, nə də Əzibəyov (indiki Xəzər) rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilərkən onun üçün yazılan hərbi biletini. Nəticədə də, hər anı ölüm olan çoxsaylı qanlı döyüşlərdə iştirak etməyinə baxmayaraq X5 də indiyə qədər ala bilməmişdir. Dəfələrlə Müdafiə Nazirliyinə və Müdafiə Nazirliyinin Arxiv İdarəsinə ərizə ilə müraciət etsə də, verilən Arxiv Arayışı ilə döyüş əməliyyatlarda iştirakı təsdiq olunsa da, həmin sənəddə hərbi xidmətinin bütün dövlərini əhatə edən illər göstərilmədiyi üçün, ehtiyata buraxılmağı barəsində əmr olmadığı üçün iddiaçıya indiyə qədər Müharibə Veteranı vəsiqəsi verilməmişdir. Son 2 ildə Müdafiə Nazirliyinin Arxiv İdarəsindən aldığı cavablar da fərqlidir. Belə ki, 20N7-ci ildə müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliynin Mərkəzi Arixivindən barəsində verilən xx.xx.20N7-ci il tarixli 9/2-NN697 saylı Arxiv Arayışında da göstərilmişdir ki, "Verilir İddiaçı ondan ötrü ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il tarixli 30 nömrəli əmrlə (əsas pr-N. səh-34. sıra 4N, əmr komandir və qərargah rəisi tərəfindən bağlanmamışdır) 74N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün təminat növlərinə daxil edilmiş və xx xxxxxx N992-ci il tarixli 72 nömrəli əmrilə (əsas pr-N B-İİ. sıraN3, əmr komandir tərəfindən bağlanmamışdır) hərbi əməliyyat zonasına gələrək hərbi əməliyyata başlamışdır. 74N nömrəli hərbi hissənin əlfba qeydiyyatı kitablarında və komandirin yanvar- fevral N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Qeyd edirik ki, N7N (?) nömrəli hərbi hissənin sənədləri Mərkəzi Arxivə daxil olmamışdır." (iddiaçı N7N saylı hərbi hissədə yox, N saylı hərbi hissədə xidməti barəsində sorğu verdiyi halda görünür səhvən N7N saylı hərbi hissənin arxiv sənədlərində adını axtarıblar). Verilən arxiv arayışı ilə də təsdiq olunurdu ki, iddiaçının hərbi xidməti barədə məlumatların toplanması zamanı arxiv işçiləri laqeydliyə yol veriblər. Xidmətdə olduğu bir hərbi hissənin adını səhv yazıblar, o biri hərbi hissənin adını heç göstərməyiblər. Ona görə də ikinci dəfə Arxiv İdarəsinə müraciət etdi. İkinci dəfə Arxiv İdarəsinə etdiyi müraciətdə bildirdi ki, bütün xidmət illərini təsdiq edən sənədləri toplamaq üçün, xidmət keçdiyi aşağıda adları qeyd olunan hərbi hissələrin şəxsi heyətinin siyahısından çıxarılmağı və daxil olmağı ilə əlaqədar hallar Arxiv Arayışında aşağıdakı formada göstərilsin: N993-cü ilin oktyabr, noyabr, dekabr aylarında xidmətimi davam etdirmək üçün N saylı hərbi hissiyə göndərmək məqsədilə N () saylı hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmağı barəsində əmrin verilməsini təsdiq edən Arxiv Arayışı; Həmin aylarda N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməyi barəsində əmrin verilməsini təsdiq edən Arxiv Arayışı; - N993-cü ilin dekabr və yaxud N994-cü ilin yanvar ayında N saylı hərbi hissəyə göndərmək məqsədilə N saylı hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmağı barəsində əmrin verilməsini təsdiq edən Arxiv Arayışı; - N994- cü ilin yanvar-fevral aylarında N saylı hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilməyi barəsində əmrin verilməsini təsdiq edən Arxiv Arayışı: İkinci dəfə 20NN-ci ildə müraciətilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliynin Mərkəzi Arixivindən barəsində verilən xx.xx.20NN-ci il tarixli 9/2-N459N saylı Arxiv Arayışında da göstərilmişdir ki, "Verilir İddiaçı ondan ötrü ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il tarixli 30 nömrəli əmrlə sıravi İddiaçı (əsas paraq-N, sıra 4N, səh 27, əmrlə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandir və qərargah rəisi tərəfindən imzalanmamışdır (əvvəlki göstərilmişdir ki bağlanmamışdır)) 74N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş və komandirin xx xxxxxx N992-ci il tarixli 72/N N;-li əmrilə sıravi İddiaçı (əsas paraq. N, B-İİ. sıra- N3, səh 67, əmrdə vəzifəsi göstərilməyib, əmr komandir və qərargah rəisi tərəfindən bağlanmamışdır) hərbi əməliyyat zonasına gələrək hərbi əməliyyata başlamışdır. N N;-li hərbi hissənin şəxsi heyyətin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı: "İ,K,N" səh.N0, sıra N65, məlumatda hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) N972-ci il təvəllüdlü İddiaçı N77 N;-li hərbi hissədən gəlməsi və komandirin xx xxxxxx N994-cü il tarixli 5 N;-li əmri ilə şəxsi heyyətin siyahısına daxil olunması barədə məlumat vardır. N77 N-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, N972-ci il təvəllüdlü, sıravi İddiaçı N N;-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 5 N;-li əmrilə əsas paraq:22, sıra 39N. əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq 7-ci MAT-a təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin xx xxxxxx N994- cü il tarixli N2 N;-li əmrində İddiaçı (əsas, paraq: NN, sıra 39N. əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) N-ci MATa təyin olunması barədə məlumat vardır. AR MN-nin onun xidmətim barəsində verilən və ərizəyə əlavə etdiyi xx.xx.20NN-ci il tarixli 9/2-459N saylı Arxiv Arayışı ilə təsdiq olunur ki, iddiaçıN993-N994cü illərdə N77 və N saylı hərbi hissələrdə xidmətdə olmuşdur. Yuxarıda göstərdiyi kimi, həmin arxiv arayışında xx.xx.N992-ci il tarixindən sonrakı xidmətləri aşağıdakı kimi göstərilmişdir: N N;-li hərbi hissənin şəxsi heyyətin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı: "İ,K,N" səh.N0, sıra N65, məlumatda hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) N972-ci il təvəllüdlü İddiaçı N77 N;-li hərbi hissədən gəlməsi və komandirin xx xxxxxx N994-cü il tarixli 5 N;-li əmri ilə şəxsi heyyətin siyahısına daxil olunması barədə məlumat vardır. N77 N-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, N972-ci il təvəllüdlü, sıravi İddiaçı N N;-li hərbi hissə komandirinin xx xxxxxx N994cü il tarixli 5 N;-li əmrilə əsas paraq:22, sıra 39N. əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən izalanmamışdır) şəxsi heyyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq 7-ci MAT-a təyin olunmuşdur. Qeyd edirik ki, N və 74N N;-li hərbi hissənin şəxsi heyyətinin əlilba qeydiyyatı kitabında və N N;-li hərbi hissə komandirinin fevral-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır." Qeyd edilənlərə əsasən, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 704, (74N0 və N saylı hərbi hissələrinin tərkibində xx xxx N994-cü il tarixində elan olunan atəşkəsə qədər torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirakı Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilən Arayışla təsdiq olunduğu üçün ona X5n verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası İPM-nin N3-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, N992-N994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adı, statusu və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq təkrar bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.20NN-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. xx.xx.N992-ci il tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(N2)-N379/20N9 saylı, xx xxxx 20N9-cu il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, İddiaçı N992-N994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adı, statusu və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Cavabdeh xx.xx.20N9-cu il tarixdə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışır ki, işin araşdırılması və cavabdeh tərəfindən münasibət bildirilməsi üçün məhkəmə iddia ərizəsinə əlavə edilmiş sənədləri cavabdeh orqana təqdim etməmişdir və məhkəmə cavabdehin inzibati işə münasibət bildirmək hüquqlarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-2263/20N9 saylı, xx xxxxxxxx 20N9-cu il tarixli qərarı ilə (hakimlər İ.Əhmədov, S.Seyidova, V.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-N(N2)-N379/20N9 saylı, xx xxxx 20N9-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.20N9-cu il tarixdə cavabdeh qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N02)-33N7/20N9 saylı, xx.xx.20N9-cu il tarixli qərarı ilə (hakimlər X.Məmmədov, R.Nəbizadə, A.Hüseynov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-N(N03)-2263/20N9 saylı iş üzrə xx xxxxxxxx 20N9-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinə sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması üçün həqiqətən İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, onun adına hərbi biletin yazılıb-yazılmaması, hərbi bilet yazılıbsa, hansı səbəbdən ona təqdim edilməməsi, hərbi biletin tarixi, seriya və nömrəsi, eyni zamanda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsi tərəfindən iddiaçıya verilmiş NN5 №-li arayışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin, eyni zamanda iddiaçıya xx.xx.20NN-ci ildən sonrakı dövr üçün arayış verilib-verilməməsinə dair məlumatın və işin həlli üçün əhəmiyyəti olan digər məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin xx.xx.2020-ci il tarixli, №NN7 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab verilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq, o, yeni hərbi bilet almadığını, iş materiallarında olan hərbi bilet əvəzi arayışın müddətinin bitdiyini və yeni arayış almadığını bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyərək və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli, 2-N(N2)-N379/20N9 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20NN-ci il tarixli, 9/2-459N saylı arxiv arayışına əsasən, İddiaçı, N №-li hərbi hissə komandirinin xx xxxx N992-ci il tarixli 30 №-li əmrilə sıravi İddiaçı (əsas: § N, sıra 4N, səh 27, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 74N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş və komandirin xx xxxxxx N992-ci il tarixli 72/N №-li əmrilə sıravi İddiaçı (əsas: § N, B İİ, sıra N3, səh 67, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən bağlanmamışdır) hərbi əməliyyat zonasına gələrək hərbi əməliyyata başlamışdır. N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas: əlifba Kitabı: “İ,K,N” səh. N0, sıra N65, məlumatda hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) N972-ci il təvəllüdlü İddiaçı N77 №-li hərbi hissədən gəlməsi və komandirin xx xxxxxx N994-cü il tarixli 5 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olunması barədə məlumat vardır. N77 №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, N972-ci il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 5 №-li əmrilə (əsas: § 22, sıra 39N, əmrdə vəzifəsi göstərilməyib, hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq 7-ci MAT-a təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N2 №-li əmrində İddiaçı (əsas: § NN, sıra 39N, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) N-ci MAT-a təyin olunması barədə məlumat vardır. N və 74N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissə komandirinin fevral-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. 74N №-li hərbi hissə komandirinin N992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma aparıla bilməmişdir - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N7-ci il tarixli, 9/2-N/697 saylı arxiv arayışına əsasən, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N992-ci il tarixli, 30 nömrəli əmrilə (əsas: pr-N, səh-34, sıra- 4N, əmr komandir və qərargah rəisi tərəfindən bağlanmamışdır) 74N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün təminat növlərinə daxil edilmiş və xx xxxxxx N992-ci il tarixli 72 nömrəli əmrilə (əsas: pr-N, B-İİ, sıra-N3, əmr komandir və qərargah rəisi tərəfindən bağlanmamışdır) hərbi əməliyyat zonasına gələrək, hərbi əməliyyata başlamışdır. 74N nömrəli həbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin yanvar fevral N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N7N nömrəli hərbi hissənin sənədləri Mərkəzi Arxivə daxil olmamışdır - 26.04.20NN-ci il tarixli, N-2N55N saylı arayışa əsasən, DİN Baş Əməliyyat və X2 xx xxxxxx N973-cü ildə Azərbaycan Respublikası, Qazax rayonunda anadan olmuş İddiaçı məhkumluğu barədə məlumat yoxdur. - NN5 saylı hərbi bilet əvəzinə arayışa əsasən, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il, 30 nömrəli əmrilə 74N nömrəli hərbi hissəyə daxil edilmişdir. xx.xx.N992-ci ildə 72/N nömrəli əmrilə hərbi əməliyyat zonasında hərbi əməliyyata başlamışdır. xx.xx.N994-cü ildə N77 nömrəli hərbi hissəsindən gəlmiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il, 5 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. 704, N saylı hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyat kitablarında və N nömrəli hərbi hissə komandirinin fevral-may N994-cü il tarixli nizami hərbi hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar edilməmişdir. 74N nömrəli hərbi hissə komandirinin N992-ci il tarixli nizami hissə üzrə əmrləri MN-nin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidməti barədə araşdırma aparmaq mümkün deyildir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin xx.xx.20N7-ci il tarixli, NN4 saylı arayışının surətinə əsasən, N973-cü il təvəllüdlü İddiaçı həqiqətən qardaşı N979-cu il təvəllüdlü Ağstafa rayonu, Poylu kəndində anadan olmuş mərhum XN0 70N saylı hərbi hissənin tərkibində xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə nəticəsində şəhid olmuşdur - arxiv çıxarışlarından görünür ki, N nömrəli hərbi hissə komandirinin 04.06.92-ci il tarixli, 30 nömrəli əmri ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının 04.06.92-ci il tarixli sərəncamına əsasən İddiaçı H-qulluqçuları hissənin ş/h tərkibinə daxil edilmiş və bütün növ təminatlardan istifadə etmək hüququ verilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 72/N saylı əmri ilə hərbi qulluqçular hərbi əməliyyat zonasına gəlmiş və hərbi əməliyyata başlamış sayılmış, N saylı hərbi hissənin xx xxxxxx N994-cü il tarixli, 5 saylı əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq 7-ci MAT-a təyin olunmuş, N saylı hərbi hissənin xx xxxxxx N994-cü il tarixli, N2 nömrəli əmri ilə, N-ci MAT-a təyin olunmuşdur - Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin xx.xx.20N9-cu il tarixli, 05N-4332- N2N9 saylı və xx.xx.20N9-cu il tarixli, 05N-4507-N2N9 saylı məktublarına əsasən, xx.xx.N973-cü il təvəllüdlü İddiaçı məhkumluğunun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə barəsində Baş Əməliyyat və X3 məktub ünvanlanmış və hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Lakin apellyasiya məhkəməsi cavabdehin istinad etdiyi dəlilə lazımi hüquqi qiymət verməmişdir. Bu zaman həmçinin iddiaçının özü tərəfindən də qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyi nəzərə alınmalıdır. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi hərbi bilet özüözlüyündə yetərli deyildir, onunla yanaşı həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim olunmalıdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.NN-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsinə müvafiq olaraq bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9NN-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsi tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli, №NN7 nömrəli məktubunda (məktub Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin rəisi polkovnik Nasir Qurbanov tərəfindən imzalanmışdır) qeyd edilmişdir ki, “ Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi ev 6, mənzil 27 ünvanında qeydiyyatda olan N973-cü il təvəllüdlü İddiaçı xx xxxx N992-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsi tərəfindən (keçmiş Əzizbəyov rayon hərbi komissarlığı) həqiqi hərbi xidmətə göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınmış xx xxxx 20NN-ci il tarixli, 9/2-459N saylı arxiv arayışına əsasən İddiaçı hərbi xidməti barədə aşağıdakı məlumatlar təqdim edilir: N № hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 30 №-li əmrinə əsasən İddiaçı 74N № hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. 74N №-li hərbi hissə komandirinin və qərargah rəisinin xx.xx.N992-ci il tarixli, 72/N №-li əmri ilə İddiaçı hərbi əməliyyat zonasında hərbi əməliyyata başlamışdır. N77 №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 5 №li əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Sonrakı xidməti və hərbi xidmətdən tərxis olunması barədə dəqiq məlumat aşkar olunmadığı üçün İddiaçı müvəqqəti olaraq hərbi bilet əvəzi arayış verilmişdir.” İş materiallarından müəyyən edilir ki, İddiaçı hərbi bileti mövcud olmamış, ona müvəqqəti olaraq NN5 saylı hərbi bilet əvəzinə arayış verilmiş və arayış xx.xx.20NN-ci il tarixədək etibarlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunması iş materiallarından müəyyən edilmir. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin xx.xx.20N9-cu il tarixli, 05N-4332-N2N9 saylı və xx.xx.20N9-cu il tarixli, 05N-4507-N2N9 saylı məktublarına əsasən, xx.xx.N973-cü il təvəllüdlü İddiaçı məhkumluğunun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə barəsində Baş Əməliyyat və X3 məktub ünvanlanmış və hər hansı bir məlumat aşkar edilmədiyi qeyd edilsə də, məhkəmə kollegiyası hesab edir ki, bu hal onun hərbi hissəni və ya qulluq yerini özbaşına tərk etmədiyini tam və birmənalı şəkildə təsdiq etmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi vaxt qanunla müəyyən edilmiş qaydada tərxis olunmadan hərbi hissədən getməsi halına düzgün qiymət verilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli Əsasnaməsinin və Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx N99N-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş “ “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının müvafiq müddəalarına uyğun olaraq, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən tərxis olunmasının sübut olunmaması (əmrin olmaması), həmçinin, iddiaçının hərbi biletinin olmaması və yuxarıda qeyd olunan digər hallara məcmu halda qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normaları baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız, apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özü tərəfindən məhkəməyə onun qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən müvafiq sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin xx.xx.2020-ci il tarixli, №NN7 nömrəli məktubuna əlavə edilmiş, xx.xx.N996-cı il tarixli, 242 №-li arayışın NN-ci qrafasına əsasən İddiaçı 702№-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməmiş, 2N-ci qrafaya əsasən isə kontuziya və yaralanma almamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N7.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli, 2-N(N2)-N379/20N9 nömrəli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N7, N9, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli, 2-N(N2)- N379/20N9 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona N992- N994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adı, statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi,N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar