Məhkəmə qərarları › İş №2-1(103)-729/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-729/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-729/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ilk öncə 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuşdur. Ailəlidir, iki övladı var və ünvan 1 ünvanında yaşayır. 1976-1980-ci illərdə Bakı Politexnik Texnikumunun əyani şöbəsində “Qaynaq istehsalının texnologiyası” ixtisası üzrə tam kursu bitirərək texnik-texnoloq ixtisasına yiyələnmişdir. xx.xx.1980-ci ildən xx.xx.1982 ilədək olan dövr ərzində keçmiş SSRİ-nin Litva Respublikasında tikinti Batalyonunda həqiqi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək olan dövrdə 5№-li texnoloji sexə 4-cü dərəcəli qaz qaynaqçısı işində, xx.xx.1984-cü ildən xx.xx.1985-ci “Azərnəqliyyat tikinti trestində sürücü, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək Neftkimyasənayesi Avtonəqliyyat kontorunda sürücü, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək olan dövrdə Bakı 2№-li ayaqqabı fabrikində kəsici işində, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilədək “Bakı Baş Tikinti” İETİ.B - 2-ci və 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1992-ci ildən 5-ci dərəcəli qaz qaynaqçısı dərəcəsi verilməklə xx.xx.2001-ci ilədək həmin İdarədə bu peşədə işləmişdir. xx.xx.2013-cü ildən hal-hazıradək (xx.xx.2021-ci ilədək) dövr ərzində isə “KB PRESSAVTOMAT" MMC-də elektrik qaynaqçısı peşəsində işləyir. Qeyd etmişdir ki, yuxarıda adları çəkilən müəssisələrdə qaynaqçı kimi işləyərkən gördüyü işlər əl ilə qaynaq işlərindən, kəsməkdə və eləcə də əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçısı işindən ibarət olmuşdur. Ümumilikdə onun əl ilə elektrik qaynaqçısı peşəsində iş stajı 22 il təşkil edir. Onun bu günə qədər ümumi əmək stajı 31 il, 11 ay təşkil edir. Lakin 2017-ci ilin 22 noyabr tarixində 57 yaşı tamam olduğuna görə isə həmin vaxtadək olan ümumi əmək stajı isə 27 il 11 ay olmaqla bunun 22 (iyirmi iki) ili isə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş illəridir. Ona görə də ona xx.xx.2017-ci il tarixdən başlayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını ədalətli və qanuni hesab edir. Bununla əlaqədar o, xx.xx.2021-ci il tarixli ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir, lakin həmin idarədə ərizəsinin xx.xx.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, bu günədək, yəni xx.xx.2021-ci il tarixədək ona cavab verməmişlər və cavabdən yayınırlar. Odur ki, o da 35 günlük müddəti gözlədikdən sonra bu məqsədlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunu poçt xəbərnaməsi təsdiq edir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etizaz aşağıdakılarla əsaslandırılmışdır: “... İddiaçı tərəfindən əmək şəraiti zərərli və aq irislərdə işlədiyini iddia etdiyi dövrlər üzrə güzəştli arayış təqdim edilməmişdir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərarda məhkəmənin gəldiyi mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, nəticələrə ihin hallarına uyğun gəlmirciddi prosessual pozuntulara yol verilmişdir. Belə ki, İddiaçı xx.xx.1992-xx.xx.2001-ci il tarixlərdə işlədiyini iddia etdiyi dövrlər ona məxsus İT-İ ******* nömrəli əmək kitabçasında qeyd edilməsinə baxmayaraq müvafiq qeydlər arxiv arayışı ilə öz təsdiqini tapmamışdır. Belə olan halda əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir Məhkəmənin iddiaçının güzəştli iş stajı ilə əlaqədar qeyd etdiyi “adıçəkilən müəssisələr hazırkı halda fəaliyyət göstərmədiklərindən və həmin müəssisələrin hüquqi varisi "xxxx" ASC-dən həmin dövrlərə aid güzəştli arayışın əldə edilməsinin mümkün olmaması hazırkı halda iddiaçının həmin vəzifələrdə iş dövrünün güzəştli iş stajı kimi qəbul edilməsinə mane hesab olunmamalıdır və iddiaçının əmək kitabçasında qeyd edilən vəzifələr ümumi peşələrə aiddir, əmək kitabçasında işlədikləri vəzifələrin adları bilavasitə Siyahıda olan qaz qaynaqçısı və əl ilə elektrik qaynaqçısı peşələrinin adları ilə eynidir” mövqeyinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmişƏmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Eyni zamanda, bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməli güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş materiallarından göründüyü kimi İddiaçı qaynaqçıişlədiyini iddia etdiyi dövrlərin əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aid olmasına dair güzəştli arayış təqdim edilməmişdir. Məhkəmə bu halları araşdırmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bağırlı apellyasiya şikayətinə uyğun izahat verərək təmin ounmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilən əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil, hazırda ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddiaçının güzəştli stajı barədə arayış da əlavə etdiyi həmin ərizəsində birinci instansiya məhkəməsinin qərarının qüvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslarla cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin xx.xx.2022-ci il tarixindən qüvvəyə minmiş redaksiası isə nəzərədə tutur ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İş materiallarından görünür ki, iddiaçının ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərə tutulmuş qaydada güzəştli pensiya hüququ ümumi iş stajının xx.xx.2006-ci il tarixinədək tamam olmaması 25 il tamam olmaması ona münasibətdə “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 1-cü maddəsinin “b” bəndinin tətəbiq olunmasını istisna etdiyindən, eyni zamanda, qüvvədə olan Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası baxımından, fərdi hesabında tələb olunan pensiya kapitalının mövcud olmaması iddia tələbinin xx.xx.2022-ci il tarixdən ona yaşa görə güzəştli şərtlərələ əmək pensiyası təyin edilməsi tələbinə dəəyişdirilməsinə səbəb olumuşdur. Sözügedən xx.xx.2022-ci il tarixə, yəni 61 yaş 7 ayına ona güzəştli şərtlərələ əmək pensiyası təyin olunması üçün qanunun tələb etdiyi azı 25 il ümumi, 12 il 6 ay güzəştli pensiya hüququ verən xüsusi stajı toplanır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Eyni zamanda iddiaçının təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu vaxt qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Qanunvericiliyin qeyd olunan normaları nəzərə alınmaqla, iddiaçının işdə olan təhsil barədə sənədinə, hərbi biletinə və əmək kitabçasına əsasən 2006-cı ilə qədər: aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1976-xx.xx.1980: Bakı Poltexnikumunda təhsil - 03 il 09 ay 02 gün; xx.xx.1980- xx.xx.1982: RF Çerkassk vilayətində həqiqi hərbi xidmət - 02 il 17 gün; xx.xx.1983-xx.xx.1984: İstehsalatda texniki sexdə 4-cü dərəcə qaynaqçı 01 il 07 ay 05 gün; xx.xx.1984-xx.xx.1985: Avtobazada fəhlə, 3-cü dərəcəli sürücü - 06 ay 19 gün; xx.xx.1985 - xx.xx.1985: Avtokalonda 3-cü dərəcəli sürücü - 05 ay 27 gün; xx.xx.1985 - xx.xx.1987: Ayaqqabı fabrikində köməkçi, kəsici - 01 il 06 ay 20 gün; xx.xx.1987-xx.xx.1992: “Bakıbaştikinti”də istehsalatda 2-ci dərəcə el.qaynaqçısı - 04 il 8 ay 12 gün; xx.xx.1992-xx.xx.1993: “Qayçı” müəssisəsində 6-cı dərəcə el qaynaqçısı – 10 ay 19gün; xx.xx.1993-xx.xx.2001: Təmir-tikinti İdarəsində 5-ci dərəcə el.qaynaqçısı - 7 il 8 ay 16 gün. ------------------cəmi: 20 il 7 ay 17 gün

Eyni zamanda, fərdi hesabından çıxarışa əsasən onun xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər(i.v.93-94): 2013-cü ilin aprel-dekabr ayları – 9 ay; 2014-cü il – 1 il; 2015-ci ilin yanvar-noyabr ayları – 11 ay; 2016-cı ilin oktyabr-dekabr ayları – 3 ay; 2017-ci ilin aprel-dekabr ayları – 9 ay; 2018-2021-ci illər - 4 il; 2022-ci ilin yanvar-iyun ayları – 6 ay. ----------------------cəmi: 8 il 2 ay

Beləliklə də, iddiaçının güzəştli pensiya təyinatı aparılmasını tələb etdiyi xx.xx.2022-ci il tarixinə ümumilikdə, 28 il 9 ay17 gün sığorta stajı toplanmış olur. Qeyd olunan əmək fəaliyyətinin tərkibindən isə göründüyü kimi, onunxx.xx.1983-xx.xx.1984; xx.xx.1987-xx.xx.1992 və xx.xx.1993-xx.xx.2001-ci illərdə elektrik qaynaqçı kimi, istesalat sahələrində 12 il 6 aydan da çox (14 il) iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin - 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. «Ümumi peşələr» bölməsinin 23200000-11620 kodunda, habelə, 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində qaz qaynaqçıları, həm də 23200000—19906 kodu üzrə «əl ilə qaynaq aparan elektrik qaynaqçıları» güzəştli pensiya hüquq verən peşələr kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı müvafiq qurumlara sorğular verilsə də, iddiaçının elektrik qaynaqçısı kimi çalışdığı həmin müəssisələrin heç birinin hazırda fəaliyyətdə olması muəyyən edilməmişdir. Lakin hazırkı mərhələdə "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış və iddiaçının nümayəndəsi vasitəsilə məhkəməyə təqdim edilmiş 26 yanvar 2024-cü il tarixli 12/24 nömrəli arayşında bildirilmişdir ki, İddiaçı 15 aprel 2013-cü il tarixdən hal-hazıradək «KB Press-Avtomat” MMC-də əl ilə qaynaqçı peşəsində işləyir. Həmin peşə AR Nazirlər Kabinetinin: həm 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahının 232000-19906 kodunda, həm də xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahısının 35-ci bölməsində nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşədir (İddiaçının fərdi hesabının qeyd olunan məlumatlarından göründüyü kimi, onun tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmişdir). Məhkəmə praktikasında da məhz, qanuni qüvvəsini almış çoxsaylı məhkəmə qərarları ilə 2006-cı ilə qədər olan dövrlərdə ərizəçilərin çalışdığı elektrik qaynaqçısı peşəsi «əl ilə qaynaq aparan elektrik qaynaqçısı» peşəsi kimi qiymətləndirilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajına dair arayışın mövcud olmadığını mübahisləndirən dəlilləri əsassızdır. Ən azından, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinin tələblərinə görə inzibati orqan: - inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). - maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). -inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3.). -təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludu (24.4) Cavabdeh tərəfindən isə Qanunun qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş iddiaçının xeyrinə olan ya sənədlərin toplanmasında heç bir təşəbbüskarlıq göstərməmiş, məhkəmə praktikasında uyğun hallar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarlarını icra etməsinə baxmayraq, hazırkı iş üzrə də apellyasiya şikayətini verməklə, iddiaçının pensiya hüququnun reallaşdırmasına əngəl törətməyi üstün tutmuşdur.

Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki hallarının araşdırılmadığını və ciddi prosessual pozuntulara yol verildiyini, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-516/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar